MƏTNLİ ÇIXIŞ (edited speech) – Verilişdə iştirak edən şəxsin özünün hazırladığı və TV redaktorunun yoxlayıb düzəliş apardığı çıxış. M.ç., həm də verilişdə xronometraja əməl etmək üçün vacibdir.
MƏTN REDAKTORU (text editor) – Kompüterdə mətnli informasiyaların işlənməsi üçün təyin olunan tətbiqi proqram təminatı növü. Bu proqram mətnin fayla yazılması, simvol, sətir və mətnin yerləşdirilməsi, silinməsi, yaxud əvəz olunması, orfoqrafiyanın yoxlanması, mətnlərin müxtəlif forma və biçimlərə salınması, səhifələnməsi, mətnlərin çapı və s. funksiyaları yerinə yetirir.