TƏSVİR FORMATI (image size/format) – Ekranın səciyyəsinə uyğun olaraq göstərilən təsvirin eni və hündürlüyü. T.f. belə formula ilə ifadə olunur: f=l+h (burada f – format, l – təsvirin eni, h – təsvirin hündürlüyüdür).
TƏSVİRİ İFADƏ VASİTƏLƏRİ (picture origination)– İncəsənət obrazlarını yaratmaqla onların əyaniliyini və emosional-estetik ifadəliliyini müəyyən edən bədii üsullar və vasitələr. İstər materialın seçilməsi, istərsə onun estetik işlənməsinin üsul və vasitələri incəsənətin bu və ya digər növünün mahiyyəti, vəzifəsi və xüsusiyyətlərindən asılıdır. Bədii təcrübənin çoxəsrlik tarixində incəsənətin müəyyən növünə məxsus spesifik bədii dildən ibarət olan sabit T.i.v. sistemi təşəkkül tapıb formalaşmışdır.