VİDEOTEXNİKA (video arrangement) – Səsi və görüntünü maqnit lentində videoyazıya almaq və onu nümayiş etdirmək üçün texniki vasitə(lər).
VİDEOTEKA (video-picture library) – Verilişlərin, filmlərin, arxiv materiallarının, müxtəlif videoyazıların xüsusi şəraitdə (temperatur, rütubət və s.) saxlandığı və xüsusi mühafizə sisteminə malik olan otaq (bina), məkan.
VİDEOTEKST (videotex) – İnteraktiv videoqrafiya sistemi. Teletekstlə müqayisədə daha geniş imkanlara malikdir. İstifadəçiyə həmin məqamda lazım olan informasiyanı almağa imkan verir. V. telefon rabitə kanalı ilə müxtəlif bankların göstəricilərinə yol tapa bilir və televizor ekranında hüdudsuz həcmdə informasiya alır. Bax: V i d e o m ə t n.