DETEKTİV FİLMİ (detective) – Casusların gizli sərgüzəştlərini təsvir edən ekran əsəri.
DETEKTOFON (detectaphone) – Danışıqları dinləmək üçün gizli mikrofonlu aparat.
DETEKTOR (detector) – Yüksək tezlikli titrəyişləri qulaqla qavranıla bilən alçaq tezlikli titrəyişlərə çevirən cihaz.
DETONASİYA (detanotion) – Tonun normal yüksəkliyindən yayınma, səs təhrifi. Vokal ifa zamanı D. daha çox ton yüksəkliyinin azalmasını bildirir. Fonoqramların səsləndirilməsi zamanı D. səsləndirən maqnit başlığında hərəkət sürətinin qeyri-sabitliyi nəticəsində yaranır. Sürət dəyişmələri birinci və ikinci növ D.-lara bölünən səs təhriflərinə gətirib çıxarır.
DEVİZ (motto)– 1) Əsas bir fikrin, məsləkin, əqidənin, habelə hər hansı verilişin, süjetin ideyasının, məğzinin qısa ifadəsi; 2) Müsabiqənin adı.