FİLMOTEKA (film library) – Kinofilmlərin toplanması, saxlanması, texniki cəhətdən işlənməsi, eləcə də öyrənilməsi və yayılması ilə məşğul olan müəssisə.
FİLM-TAMAŞA (film-play) – Kino sənəti vasitələrindən istifadə etməklə teatr tamaşasının ekranlaşdırılması. Çəkiliş zamanı hadisələr səhnədən kinostudiya pavilyonlarına və naturaya keçirilir. F.t.-lar montajla, planlara bölüşdürülməklə çəkilir. Bu da aktyor ifasının teatrdan fərqli texnikasını tələb edir. F.t.-lar teatr incəsənətinin nailiyyətlərini təbliğ edir və teatr yaradıcılığının nümunələrini geniş tamaşaçı auditoriyalarına çatdırır.
FİLTR (filter) – 1) Müəyyən qisim tezlikləri keçirən, digərlərinin isə keçməsinə mane olan elektrik şəbəkəsi. Bax: İ ş ı q f i l t r l ə r i.