FOKUS-QRUP (focus-group) – Tədqiqatçıların bu və ya digər informasiya verilişlərinə reaksiyanı rəy sorğusu ilə öyrənmək üçün seçdiyi auditoriyanın bir hissəsi. F.-q.-dan sonra isə kontent-təhlil keçirilir.
FOKUS MƏSAFƏSİ (focal length) – Optik sistemin baş (əsas) nöqtəsindən onun baş fokusuna qədər olan məsafə. Linzanın, yaxud optik güzgünün F.m. onun optik mərkəzindən baş fokusunadək olan məsafədir. Linzanın və ümumiyyətlə, optik sistemin iki – qabaq və arxa F.m. olur. Cisim və xəyal fazalarının sındırma əmsallarından asılı olaraq bu məsafələr bir-birinə bərabər, yaxud fərqli ola bilər. Optik sistemin işıq qüvvəsi, böyütmə dərəcəsi və s. F.m.-ndən asılıdır. Bax: O b y e k t i v i n f o k u s m ə s a f ə s i.