Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə523/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   519   520   521   522   523   524   525   526   ...   809
PLASTİK SƏNƏT (plastic art) – İncəsənətin müxtəlif növlərinin ümumi xüsusiyyətlərini ifadə edən anlayış. P.s. əsərləri əyani xarakter daşıyır, maddi əşyaların üzərində işləməklə yaradılır, konkret məkan daxilində mövcud olub zaman ərzində dəyişmir və inkişaf etmir, yalnız görməklə qavranılır, P.s. təsviriqeyri-təsviri sənətlərə ayrılır. Birinciyə boyakarlıq, heykəltəraşlıq, qrafika, foto sənəti, ikinciyə isə memarlıq, dekorativ-tətbiqi sənət, bədii konstruksiyalama daxildir.

PLASTİNKA (record/platter) – 1) Səs yazılmış patefon və ya qrammofon valı; 2) Fotoaparatla şəkil çəkmək üçün işığahəssas emulsiya ilə örtülmüş şüşə.

PLATA (board) – Kompüterdə qəbul edilmiş informasiyanın (o cümlədən təsvirin) işlənməsini təmin edən əsas hissə. Bax: A n a p l a t a.

PLEYER (player) – Yazılmış səsin (təsvirin) səsləndirilməsi, yaxud göstərilməsi üçün qurğu. Amma həmin söz idman və səhnədən tutmuş siyasətədək müxtəlif oyunların iştirakçılarını da bildirir. Marketinq və mətbuat bazarı sahələrində aparıcı rol oynayan mediabiznesin iri nümayəndələrini də "P."-lər, yaxud "meqapleyerlər" adlandırırlar.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   519   520   521   522   523   524   525   526   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin