RAKURS ÇƏKİLİŞLƏRİ (fore-shortened shooting) – Müasir filmlərdə hərəkət edən kameralarla və dəyişən fokus məsafəli optika ilə yerinə yetirilən çəkilişlər; Xeyli perspektivli ixtisarlara gətirib çıxaran bucaq altında çəkilişlər. R.ç. çəkilən obyektə xüsusi əhəmiyyət, xüsusi səciyyə vermək istədikdə tətbiq olunur. R.ç.-ndən klip, reklam və sənədli filmlərin çəkilişində tez-tez istifadə olunur.
RAPİD-ÇƏKİLİŞ (rapid shooting) – Sürətli kinoçəkiliş: saniyədə yüz və minlərlə tezlikli kadr çəkilişi; bəzən yavaşıdılmış hərəkət effekti yaradan çəkiliş üsulu. Bu effekti həm kamera ilə çəkiliş anında, həm də montaj zamanı yaratmaq mümkündür.