SƏS SÜRƏTİ (sound speed/audio frequency) – Dalğaların səs sahəsində müəyyən sürətlə yayılması. Adətən, S.s. anlayışı s=331... T/273 formulu ilə müəyyənləşir. Bu formulda T-Kelvin şkalası ilə temperaturu bildirir.
SƏS ŞİDDƏTİ (sound intensity) – Bax: S ə s i n i n t e n s i v l i y i.
SƏS TƏQLİDİ (sound imitation) – Təbii səs effektlərinin və səsin təqlidi, təkrarı. Yalnız xüsusi tapşırıqdan irəli gələn müstəsna hallarda S.t. bu və ya digər dərəcədə özünün təmiz şəklinə yaxınlaşır (ona çevrilmir, məhz yaxınlaşır, çünki çevrildikdə daha musiqi, incəsənət olmazdı).