TELEVİZİYA RASTRI (television raster) – Bir tam kadrın açılış sətirləri vasitəsilə TV ekranında yaradılan şəkil. TV verilişlərində T.r. düzbucaqlı formada olur; eninin hündürlüyünə nisbəti (kadr formatı) adətən, 4:3-ə nisbəti kimidir. Videosiqnal olmadıqda və ya onun qiyməti sabit qaldıqda kineskop ekranında T.r. bərabər tərzdə işıqlanan düzbucaqlı kimi görünür. T.r. dedikdə həm də tam bir parça açma silsiləsi ərzində əsas elementin mərkəzinin hərəkətinin izi başa düşülür. Təsvirin "x" oxu (üfüqi) boyunca açılması sətri, "u" oxu şaquli boyunca açılması isə kadr açılması adlanır.