Omarın adını qaldır o yerdən,
İndi ora Musaölən desinnər.
Mərd iyidlər gəlib keçəndə hərdən,
İndi ora Musaölən desinnər.
Kərim müəllimin variantında isə şerin son bəndində deyilir:
Qaçaq Yusif Təpəkəndə gələndə,
Dedilər ki, Musa Omar öləndə
Biçin biçir, onnarı ki, görəndə
Damarım quruyub qanım ağladı.
Yusifin Dağıstana getməsi, qardaşı Omarın qatillərini tapıb öldürməsi haqqında rəvayətdə də bir neçə şer var.
Diqqəti çəkən odur ki, Yusif Dağıstandan gələndən sonra Zurzunada (16) Aşıq Şenliyin (17) məclisində olur. Aşıq qaçaqlar üçün çalıb-oxuyanda hökumət adamları məclisi mühasirəyə alırlar. Qaçaqlar döyüşə-döyüşə mühasirəni yarıb çıxırlar. Aşıq Şenlik hökumət adamlarının əlinə keçir. Onu hədələyib deyirlər: «Qaçaqları saxladığınız bəs deyil, hələ onların şəninə mahnı da oxuyursunuz?» Kərim müəllim bu yerdə mötərizə açıb yazıb: «Aşıq Şenniyin qaçaqlara Zurzunada qoşduğu mahnılar».
Yusifin Mədinəni aparandan sonra başlanan qaçaq ömrünün ən çox xatırlanan əhvalatlarından biri “Karsa səfər»idir.
Karsa patron almağa gedən Yusif Bayrampaşa məhləsindəki dostu Əhmədin evində qonaq qalır. Geri dönəndə çuğul qubernata Yusifin Karsa gəldiyini xəbər verir.
Qubernat milliyyətcə çərkəz* olan, igidliyi, qorxmazlığı ilə ad çıxarmış uryadnik Əbdül Məcidi** yanına çağırıb ona Qaçaq Yusifi həbs etməyi tapşırır. Əbdül Məcid iki silahlı əsgər də götürüb Yusifin arxasınca gedir. Qaradağda (18) Məzrə yaxınlığında onlar Yusifə çatırlar. Üzdən tanımadıqları üçün
---------------------------
* Bə’zi variantlarda ləzgi kimi qeyd edilir.
** Aşıq İskəndər variantında bu ad Hasan kimi qeyd edilir.
ondan sənəd istəyirlər. Qaçaq Yusif isə özünü danır. Gümrülü (19) stracnik* Yusif olduğunu, Karsa okruqdan** məktub gətirdiyini söyləyir. Sənəd əvəzinə bir 25-lik pul çıxarıb verir. Əl çəkmədiklərini görüb bir yüzlük də verir. Əbdül Məcid pulu almır. Yusifi zorla Karsa aparmaq istəyir. Yusif də əl atır tüfəngə. Üçünü də öldürür. Atlarını və tüfənglərini alıb çəkilir dağlara.
Bu mövzu da şerə çevrilmişdir. Lakin əldə olan şerlər bir-birindən fərqlidir. Yalnız bəndin sonundakı misra – «Bir bazar xərcliyi al, geri qayıt!» misrası eynidir.
Nümunə üçün Aşıq İskəndərdən topladığımız şerdən üç bəndi aşağıda veririk:
Aldı Usuf:
Dostları ilə paylaş: |