Азярбайъан республикасы али аттестасийа комиссийасы 6102. 01 – «Yeniyetmə və uşaq psixologiyası» ихтисасы цзря doktoranturaya qəbul imtahanın



Yüklə 30,78 Kb.
səhifə2/13
tarix01.01.2022
ölçüsü30,78 Kb.
#104094
növüПротокол
1   2   3   4   5   6   7   8   9   ...   13

İZAHAT VƏRƏQƏSİ


Proqram ali məktəblərdə təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib olunmuşdur. Tərtib olunmuş proqramın əsas mahiyyəti və istiqamətini uşaq psixologiyası elminin yaş psixologiyasının xüsusi bölməsi olaraq sistem halında şərhi, öyrəndiyi bölmələrə müasir elmi kontekstdən yanaşması təşkil edir. Proqram uşaq anadan olandan (0-6-7) yaş dövrlərinin öyrənilməsini əhatə edir.

Proqram üç bölmədən ibarətdir. Bütün bölmələr məntiqi ardıcıllıqla uşaq psixologiyası problemlərinin öyrənilməsi və şərhinə həsr olunmuşdur.

Proqramın birinci bölməsi “Uşaq psixologiyasının ümumi nəzəri məsələləri” adlanır ki, bu bölmədə uşaq psixologiyasının konkret mövzusu, hansı problemləri öyrənməsi, uşaqlıq dövrünün öyrənilməsində tətbiq edilən elmi prinsip və metodların tətbiqi imkanları, tədqiqat metodlarının mərhələlər üzrə şərhi əsas diqqət mərkəzində olur. Bu bölmədə uşaq psixologiyasının başqa elmlərlə əlaqəsi, uşaq psixologiyasının qısa inkişaf tarixinə nəzər yetirilir, müstəqil elm kimi meydana gəlməsi şərh edilir. Uşağın psixi inkişafını şərtləndirən faktorlar və qanunauyğunluqlara diqqət yetirilir. Uşaq psixologiyası elminin qarşısında duran vəzifələr iki istiqamətdə-elmi-nəzəri və praktik-əməli istiqamətdə şərh edilməklə tələbələrə çatdırılır.

Uşağın psixi inkişafı haqqında biogenetik (bioloji amilləri əsas tutan) və sosiogenetik (sosial amilləri əsas götürən) nəzəriyyələrin təhlili planlaşdırılır.

Bu bölmədə psixi inkişafın yaş dövrləşməsi problemi izah olunur. Yaş dövrləri haqqında Amerika və Avropa alimlərindən J.Piajenin, Z.Freydin, E.Eriksonun, A.Vallonun, C.Brunerin, rus psixoloqlarından L.S.Vıqotskinin, A.N.Leontyevin, E.B.Elkoninin baxışları nəzərdən keçirilir.

Psixi inkişafın ümumi qanunauyğunluqlarını şərtləndirən bioloji və sosial amillərin vəhdəti, psixi inkişafda yaşdan asılı olaraq fəaliyyətin, xüsusilə aparıcı fəaliyyətin və təlimin inkişafetdirici, o cümlədən tərbiyəedici təsirinin öyrənilməsi vacib şərtdir. Uşağın psixi inkişafında diqqəti cəlb edən yaş böhranları və onların səciyyəsi.

Proqramın ikinci bölməsi “Çağalıq və körpəlik dövründə psixi inkişafın xüsusiyyətləri” adlanır. Bu bölmədə çağa və körpə yaşlıların fiziki və psixi inkişaf xüsusiyyətləri ətraflı səciyyələnir. Psixi inkişafda reflekslərin, fizioloji əlamətlərin, idrak proseslərinin, sosial-psixoloji keyfiyyətlərin xarakteristikası diqqət mərkəzində olur. Çağalıq və körpəlik dövrü sistem halında ardıcıllıq prinsipinə əməl etməklə müqayisəli halda səciyyələnir.

Körpə yaşlıların (1-3 yaşlılar) fiziki və psixi inkişaf xüsusiyyətləri nəzərdən keçirilir. Bu yaşlı uşaqların ünsiyyət dairəsi genişlənir. Körpə yaşlılarda sosial təcrübənin mənimsənilməsinin ilkin əlamətləri. Bu yaş dövründə emosional halların, əxlaqi və digər ali hisslərin təşəkkül xüsusiyyətləri, davranış motivasiyasının təşəkkülü. “Üç yaş” böhranının təzahür xüsusiyyətləri.

Proqramın nəhayət, üçüncü bölməsi “Məktəbəqədər yaşlıların psixoloji xüsusiyyətləri” adlanır ki, bu bölmədə ətraflı və geniş planda məktəbəqədər yaşlıların fizioloji və psixoloji xüsusiyyətləri, bu yaşda idrak proseslərinin inkişafı, məktəbəqədər yaşlılar üçün oyun fəaliyyətinin aparıcı rolunun təhlili planlaşdırılır. Məktəbəqədər yaşda şəxsiyyət keyfiyyətlərinin təşəkkül xüsusiyyətləri, oyun vasitəsilə həmyaşıdlarla ünsiyyət əlaqələri şərh edilir. Uşaqlar oyun prosesində həm aktyor, həm də rejissor funksiyalarında çıxış edirlər.

Sujetli, rollu, dramatik, qaydalı və didaktik oyunların psixoloji mahiyyəti və uşaqların məktəb təliminə hazırlığında onların rolunun səciyyəsi.

Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə bakalavr pilləsində “Uşaq psixologiyası” kursuna tədris planında 60 saat, o cümlədən 30 saat mühazirə, 30 saat seminar məşğələsi nəzərdə tutulmuşdur.

Proqram haqqında dəyərli məsləhlərini və tənqidi fikirlərini bildirəcək şəxslərə əvvəlcədən təşəkkürümüzü bildiririk.




Yüklə 30,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin