AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:
Kafedra müdiri_____________
İ.N.Şirinzadə
“13” yanvar 2015-ci il
Fənn proqramı (sillabusu)
Kafedra İnşaat materialları.
Fənnin adı Ağac materiallarının hidrotermik emalı.
1. Fənn haqqında məlumat:
Kodu ____________
Tədris ili: 2014-2015 II semestr
Fakültə: İnşaat texnologiyası.
Qrup: 672a1, 672a2
Tədris yükü: mühazirə 75 saat, seminar (məşğələ) 15 saat, laboratoriya 15 saat, kurs işi 60 saat Cəmi 165 saat.
Kredit: ______________
Auditoriya: № 908
Saat: ________
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi Nəsirov Mürsəl Sərdar oğlu.
Kafedranın ünvanı: Bakı ş., A. Sultanova küç.,11
Məsləhət saatları: _çərşənbə axşamı 1230-1305, _cümə 1045-1220 , 1230-1305 üst həftə 672a1, alt həftə 672a2, cümə 1230-1305 üst həftə 672a1, alt həftə 672a2
E-mail ünvanı: mursel76@box.az
İş telefonu: ____________________________________
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
1. Серговский П. С. Гидротермическая обработка и консервирование древесины. М.,1987,39 с.
2. Расев А. И., Косарин А. А. Гидротермическая обработка и консервирование древесины. М.,2010,416 с.
3. Лесосушильные камеры и оборудование. Альбом, Архангельск, 1985.
4. Fənnin təsviri və məqsədi:
(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
Ağac materiallarının hidrotermiki emalı dedikdə, oduncağa istilik, qazlar və mayelərlə təsir etməklə, onun fiziki-mexaniki və istismar xüsusiyyətlərini dəyişməyə yönələn texnoloji proseslər başa düşülür. Bu proseslər oduncaqla ətraf mühit arasında istilik və nəmlik ötrülməsindəki fiziki hadisələrə əsaslanır.Təyinatına görə bu hadisələr üç qrupa bölünür: istilik emalı prosesləri; qurutma prosesləri və oduncagın hopdurulma prosesləri.
Bu fənlə fizika, kimya, oduncaqşünaslıq sıx əlaqəlidir. Fənnin tədrisində məqsəd ölkəmizə gətirilən oduncaq xammallarının qurudulma texnologiyası, istifadə sahəsindən asılı olaraq hopdurulma texnologiyası və bu iki prosesi həyata keçirmək üçün xüsusi hallarda istiliklə emalını tələbələrə öyrətməkdir. Bu fənni öyrənərək tələbələr oduncağın tətbiq sahəsindən asılı olaraq hansı nəmliyə qədər qurudulmasını, qurutma üçün rejim seçməyi, hopdurma üçün hansı maddələrdən istifadə etməyi,hansı hallarda istiliklə emalın vacib olduğunu, emal agentinin parametrlərini İD diaqramdan asılı olaraq təyin etməyi öyrənəcəklər və verilən parametrlərə uyğun müəssisələrin layihələndirmə vərdişlərinə yiyələnəcəklər.
5. Fənnin təqvim planı:
5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
I
|
Mövzu №1. Fənnə giriş və onun predmeti.
Hidrotermiki emalın ağac materiallarının fiziki-mexaniki və kimyəvi xassələrinə təsiri. Hidrotermiki emalın tətbiq sahələri: ağac materiallarının istiliklə emalı, qurudulması,buxarla emalı və hopdurulması.
|
2
|
27.01.2015
|
I,II
|
Mövzu №2. Hidrotermiki emal obyekti olaraq oduncaq və onu əhatə edən mühit.
Quruducu amil haqda məlumat. Su buxarı. Atmosfer təzyiqli hava və onun parametrləri. Havanın İD diaqramı, onun əsas parametrləri. Nəmliyin oduncaqda vəziyyəti. Oduncağın sıxlığı. Oduncağın istilik və elektrik xassələri.
|
6
|
29.01.2015
30.01.2015
03.02.2015
|
II,III
|
Mövzu №3. Oduncağın istiliklə emalı.
Oduncağın qızma-soyuma prosesinin fiziki qanunauyğunluğu. İstilikdəyişmə və qızdırılma üsulları. Istiliklə emal texnologiyası və avadanlığı.İstiliklə emal üsulları.
|
6
|
05.02.2015
10.02.2015
12.02.2015
|
III,IV
|
Mövzu №4. Qurutmanın ümumi məsələləri.
Oduncağın qurudulma üsulları. Səmərəli quruma rejimlərinin seçilmə prinsipləri. Qurutmaya istilik sərfi.
|
6
|
13.02.2015
17.02.201519.02.2015
|
V,
X,XI
|
Mövzu № 5. Taxta materiallarının qurudulması.
Mişarlanmış materialların kamerada qurudulma texnologiyası. Xüsusi qurutma üsulları. Mişarlanmış materialların atmosferdə qurudulması.
|
6
|
24.02.2015
26.02.2015
27.02.2015
|
VI,
VII,
|
Mövzu №6. Quruducu kameralar.
Fasiləli və fasiləsiz işləyən kameraların təsnifatı, iş rejimləri və quruluşu. Kameraların iş rejiminə görə müəssisələrin planlaşdırılması.
|
6
|
03.03.2015
05.03.2015
10.03.2015
|
VII,
VIII,
|
Mövzu №7. Quruducu kameralar.
Kameraların markalar üzrə təsnifatı, zavod tipli və müəssisə şəraitinə uyğunlaşdırılmış kameraların layihələndirilməsi. Rusiya, Avropa və ABŞ istehsalı olan eyni tip kameraların səciyyəvi fərqləndirilməsi.
|
6
|
12.03.2015
13.03.2015
17.03.2015
|
VIII,
IX,
|
Mövzu №8. Materialın kameraya yığılması.
Nəqliyyat vasitələri. Arabacıqların təsnifatı. Kamera önündə və kamera daxilində görülən işlər. Təhlükəsizlik tədbirləri.
|
6
|
19.03.2015
24.03.2015
26.03.2015
|
IX,
X
|
Mövzu №9. Quruducu qurğuların istilik və dövriyyə avadanlıqları.
Kaloriferlərin iş prinsipi, markaları üzrə təsnifatı, seçilməsi və hesablanması. Ventilyatorların iş prinsipi, markaları üzrə təsnifatı, seçilməsi və hesablanması. Aerodinamik hesabatlar.
|
6
|
27.03.2015
31.03.2015
02.04.2015
|
XI
|
Mövzu №10. Materialın kamerada yerləşdirilmə üsulları.
Qalaqların təşkil olunması, optimal qurudulma üçün kamerada düzgün yerləşdirilməsi, istiqamətləndirilməsi, hava axınına nəzərən mövqeyi.
|
6
|
07.04.2015
09.04.2015
10.04.2015
|
XII,
XIII,
|
Mövzu №11. Şpon və talaşanın qurudulması.
Şponun qurudulma üsulları və xüsusiyyətləri. Prosesin texnologiyası və avadanlıqları. Xırdalanmış oduncağın – talaşanın qurudulma üsulları və xüsusiyyətləri. İstifadə olunan texnologiya və avadanlıqlar.
|
8
|
14.04.2015
16.04.2015
21.04.2015
23.04.2015
|
XIII,
XIV
|
Mövzu №12. Oduncağın mühafizəsi və hopdurulması.
Oduncağın göbələklərdən, oddan, həşəratlardan mühafizəsi üsulları və vasitələri. Hopdurma üsulları, texnologiyası və avadanlıqları.
|
6
|
24.04.2015
28.04.2015
30.04.2015
|
XV
|
Mövzu №13. Ağac materiallarının hidrotermiki emalında tənzimləyici və nəzarət qurğuları.
Quruducu amilə nəzarətin texnoloji prinsipləri. Məsafədən nəzarət qurğuları. Əsas idarəetmə orqanları və təyinatı. Avtomatik tənzimləmə sistemləri.
|
5
|
05.05.2015
07.05.2015
|
5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
II
|
Mövzu № 1. Quruducu amilin parametrlərinin İD diaqram vasitəsilə təyini.
|
2
|
06.02.2015
|
IV
|
Mövzu № 2. Qarışma prosesinin təyini.
|
2
|
20.02.2015
|
VI
|
Mövzu № 3. Quruma rejimlərinin xarakteristikası.
|
2
|
06.03.2015
|
VIII
|
Mövzu № 4. Taxtaların quruma müddətinin təyini və kameranın seçilməsi.
|
2
|
20.03.2015
|
X
|
Mövzu № 5. Kameraların texnoloji hesabatı
|
2
|
03.04.2015
|
XII
|
Mövzu № 6. Kameraların istilik hesabatı.
|
2
|
17.04.2015
|
XIV
|
Mövzu № 7. Kameraların aerodinamiki hesabatı.
|
3
|
01.05.2015
|
5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
I
II
|
Mövzu № 1. Oduncağın nəmliyinin təyin edilmə üsulları.
|
2
2
|
29.01.2015
05.02.2015
|
III
IV
|
Mövzu № 2. Quruducu amilin parametrlərinin təyini.
|
2
2
|
12.02.2015
19.02.2015
|
V
VI
|
Mövzu № 3. Oduncaq nümunəsinin qurudulması.
|
2
2
|
26.02.2015
05.03.2015
|
VII
VIII
|
Mövzu № 4. Qurutma rejimlərinin xarakteristikası.
|
2
2
|
12.03.2015
19.03.2015
|
IX
X
|
Mövzu № 5. Oduncağın hopdurmaya hazırlanması.
|
2
2
|
26.03.2015
02.04.2015
|
XI
XII
|
Mövzu № 6. Oduncağın qızma-soyuma prosesinin təyini.
|
2
2
|
09.04.2015
16.04.2015
|
XIII
XIV
|
Mövzu № 7. Kameranın pasportunun tərtibi.
|
3
3
|
23.04.2015
30.04.2015
|
5.4. Kurs işləri (layihələri) dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
|
Mövzu №1.Verilmiş həcmli qurutma kamerasının layihələndirilməsi.
Müəyyən markalı süni qurutma kamerasında verilmiş müəyyən həcmdə taxta materiallarının quruma müddətinin təyin edilməsi. Taxta materiallarının illik həcminə görə texnoloji, istilik və aerodinamiki hesabatların yerinə yetirilməsi.
|
60
|
|
|
Mövzu №2.Hopdurucu avtoklavın layihələndirilməsi.
Verilmiş həcmli xammalın hopdurulması üçün tələb olunan maddələrin miqdarının təyini. Hopdurucu avtoklavın tutumuna görə illik hopdurulacaq xammalın həcminin təyini. Hopdurucu avtoklavın layihəsinin çəkilməsi.
|
|
|
5.5. Fənn üzrə sərbəst işlərin mövzuları
Sıra
№-si
|
Mövzunun adı
|
1.
|
Emal mühiti haqda ümumi məlumat.
|
2.
|
Nəm havanın İD diaqramı və onun parametrləri.
|
3.
|
Oduncağın istiliklə emal üsulları.
|
4.
|
Quruducu qurğuların istilik və dövriyyə avadanlıqları.
|
5.
|
Quruducu kameraların sinifləri.
|
6.
|
Quruducu qurğuların nəqliyyat avadanlıqları.
|
7.
|
Mişarlanmış materialların qurudulma üsulları.
|
8.
|
Oduncağın mühafizəsinin sinifləri və üsulları.
|
9.
|
Hopdurucu maddənin oduncağa yeridilmə üsulları.
|
10.
|
Avtoklavda hopdurma üçün avadanlıq.
|
6. Davamiyyətə verilən tələblər.
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.
7. Qiymətləndirmə.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” – F
51 - 60 bal – “qənaətbəxş – E
61 - 70 bal – “kafi” – D
71 - 80 bal – “yaxşı – C
81 - 90 – “çox yaxşı – B
91 - 100 – “əla” – A
8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.
9. Fənn üzrə tələblər, tapşırıqlar.
Ağac materiallarının hidrotermiki emalı fənni üzrə seminar, məşğələ, laboratoriya dərsləri üzrə verilən laboratoriya işləri, məşğələlər, sərbəst mövzular və kurs işi vaxtında yerinə yetirilib təhvil verilməlidir. ________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: Nəsirov M. S. _____________
“13” yanvar 2015-ci il
Dostları ilə paylaş: |