İşin elmi yeniliyi. “Dəlinamə”nin ilk dəfə transfoneliterasiya edilmiş mətninin təhlili aparılmış, hekayətin ideya-məzmunu ilə bağlı əvvəllər deyilmiş mülahizələrdən fərqli yeni fikirlər irəli sürülmüş və vaxtilə əsərin məzmununun ideya istiqaməti haqqında söylənmiş yanlış müddəalara münasibət bildirilmişdir.
İşin tətbiqi əhəmiyyəti. “Dəlinamə” və bu səpkidə olan çoxlu sayda xalq hekayətləri son yüzilliklərədək məktəblərdə, mədrəsələrdə həm yazının, oxunun tədrisi işində, həm də yeniyetmələrin əxlaqi dünyagörüşünün formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalq ədəbiyyatının keçmişini, canlı xalq dilinin varlığını, arxaikliyini özündə əks etdirən bu hekayətin də çağdaş günümüzdə öyrənilməsi, təbliği olduqca zəruridir.
Ədəbiyyat: Kitabi-Dədə Qorqud. Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə: F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı,1988, 265 s.
Nağısoylu M. Əhmədinin “Əsrarnamə” tərcüməsi (filoloji-tekstoloji araşdırma, mətnin transfonoliterasiyası). Bakı: Nurlan, 2005, 244 s.
Cəmşidov Ş. Dəlinamə. “Elm və həyat”, 1978, №4, s.26-27
Cəmşidov Ş. Folklor və klassik irs. Bakı: Qoliot Qkub, 2010, 432 s.
Türk əlyazmaları kataloqu. I c. Bakı: Elm, 2007, 220 s.
B-5275. Dəlinamə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu.
Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı: Yazıçı,1982, 206 s.