3. Trikster müdrikliyin, ağsaqqallığın parodiyası kimi.
Molla Nəsrəddin obrazı bütün səviyyələrdə müdrikliyi parodiya edir. Müdriklik və axmaqlıq arasındakı dinamik keçidlər obrazın funksional semantikasını təşkil edir.
4. Trikster xaos-kosmos (və ya əksinə) münasibətlərində keçid, inisiativ mahiyyət kimi. Xaos-Trikster-Kosmos.
5. Trikster şüur-təhtəlşüur münasibətlərində xüsusi zona – “triksterlik zonası” kimi. Təhtəlşüur zonası – Trikster zonası – Şüur zonası.
6. Trikster xaos-kosmos, şüur-təhtəlşüur sərhəddinin metaforası kimi: “Trikster Xaosa məxsus deyildir. O yolçu, mediator, hermenevtikdir. Sərhədləri pozan, eyni zamanda həmin sərhədlərin mövcuduğunu sübut edəndir. Trikster – köhnə sərhədləri yıxan, yenisini yaratmağa cəhd edən (10).
7. Trikster yaradıcılığa, yeniliyə təkan verən fenomenal mahiyyət kimi.
8. Triktser ambivalentliyin, ikiüzlülüyün, qoşalığın mədəniyyətdə ifadəsi kimi.
Dostları ilə paylaş: |