Азярбайъанда фялсяфи фикрин инкишаф мярщяляляри


Tələbatlar həyat tərzi prizmasında



Yüklə 403,48 Kb.
səhifə34/50
tarix11.01.2022
ölçüsü403,48 Kb.
#110935
1   ...   30   31   32   33   34   35   36   37   ...   50
5. Tələbatlar həyat tərzi prizmasında

a) Həyatın mənası

b) Həyat tərzi

c) Asudə vaxt şəxsiyyətin hərtərəfli inkişaf tələbatının ödənilməsinin şərti kimi



1.

a) Antik fəlsəfədə insanın kosmoloji-naturalist mövqedən, bütün aləmlə ayrılmaz surətdə əlaqədar şəkildə nəzərdən keçirilməsi, vahid üzvi təbiətin inkişafı prosesində onun cismani-mənəvi təkamülün yolu ilə irəlilədiyinin vurğulanması.

b) Orta əsrlərdə antik fəlsəfənin insanda ruh və canın münasibəti haqqındakı fikirlərin dini görüşlərlə uyğunlaşdırılması və insanın Allah tərəfindən yaradıldığının: bədənin, canın torpaqdan, müqəddəs ruhun isə Allahın özündən gəldiyinin, insan həyatının təyinatının ruhu xilasa, əbədiyyətə qovuşmaq təşkil etdiyinin bəyan edilməsi.

c) İnsanın abstrakt tərifi ilə kifayətlənməyib onu hərəkətə, fəaliyyətə və ictimai həyat mühitində nəzərdən keçirilməsi Yeni dövr mütəfəkkirlərinin ən böyük xidməti kimi. Bununla belə insan varlığının bioloji stimullarla izah edilməsi, insanın mahiyyətinin yalnız duyğu qabiliyyəti ilə məhdudlaşdırılması nəticəsində Yeni dövr filosoflarının insan konsepsiyasının “insan bioloji varlıqdır” ideyasından qabağa getməməsi.

d) İctimai münasibətlərin insanın mahiyyətinin inkişafına təsir göstərən amil kimi qiymətləndirilməsi, əmək prosesində təbii olanla sosial olanın birləşməsi, bioloji tələbatın ictimai fəaliyyətli tələbata çevrilməsi ideyasının irəli sürülməsi.

e) Ekzistensializm insanın mövcudluğu haqqında fəlsəfi cərəyan kimi: dünaynın varlığı və insanın mövcudluğu, həay və ölümü, həyatın mənası başlıca fəlsəfi problemlərdir; insanın azadlığı təbii və sosial zərurəti dərk etmək və fəaliyyəti həmin istiqamətə yönəltmək deyil, insanın “sərbəst seçmə” imkanıdır, hərəkət və fəaliyyətində sərbəstliyidir. Psixoanalizdə

insanın sosial mahiyyətinin, davranışının psixi olana, dərin psixoloji qatlarına, irrasional olana istinad etməklə izah edilməsi.

2.

a) İnsanın bioloji varlığı insanın mahiyyətinin özü yox, onun substratı, daşıyıcısı və ilkin şərtidir, çünki bu formada insanın varlığı heyvanlar aləminin bütün mövcudluq formalarına identikdir. İnsanın bioloji varlığında insanlığın təzahürü insanın həyatın ekspansiyasını dəf etmək, varlığın yeni gərcəsini başlamaq cəhdidir. Insanın bioloji resursu insanın ictimai varlığının perspektivlərini müəyyən edən təbii potensialdır. İnsanın bioloji varlığının təkmilləşdirilməsi üçün bəşəriyyətin ehtiyatlarının səfərbər edilməsi bu günün aktual məsələlərindən biridir.



b) Geniş mənada mənəvi varlıq və ya mənəvi həyat varlığın bütün formalarında (incəsənətdə, ədəbiyyatda, dində, fəlsəfədə, və istehsal fəaliyyətində) fərdi və ictimai varlığın maddi, intellektual səviyyəsini dəf etmək cəhdləridir. Fərdiləşdirilmiş mənəvi və obyektivləşdirilmiş mənəvi mənəvi varlığın növləri kimi.

v) “İnsanın təbiəti” anlayışı məzmunca bioloji varlıq anlayışından geniş olmaqla insanın yalnız bioloji və antropoloji əlamətlərini xarakterizə etmir. Öz təbiətinə görə insan biososial varlıqdır. “İnsanın təbiəti” anlayışı sosial və bioloji varlığın real rəngarəngliyini ifadə edir və məzmununa görə insanın mahiyyətindən daha genişdir. İnsanın mahiyyəti sosial mahiyyətin qərarlaşması, insanın təbiətdən aralanması prosesidir. İnsanın ictimai varlığı insanın insan kimi varlığının və mənəvliyinin təkcə ilkin şərt yox, həm də onun mahiyyətidir.



3.

a) İnsanın varlığının üç növünün olması onun mahiyyətinin araşdırılmasına aşağıdakı üç yanaşmanı şərtləndirir: antroploji (bioloji), sosial-fəlsəfi və dini. İnsanın varlığının plüralizmindən onun mahiyyətinin plüralizmi irəli gəlmir. İnsanın varlığı dəyişkəndir, mahiyyəti isə daimi. İnsanın ictimai varlığı onun bioloji və mənəvi varlığını şərtləndirən amildir. İnsanın mahiyyətinin

substansiyası fəaliyyət, sosial mahiyyəti isə bu substansiyanın varlığının formasıdır.

b) Şəxsiyyət fəaliyyətin müəyyən növünün, müəyyən ictimai münasibətlərin, müəyyən sosial rol və funksiyaların personifikasiyadır. Fərdiyyət ayrıca şəxsiyyətin varlığının üsuludur. Şəxsiyyət insani xassələr strukturunun zirvəsi, fərdiyyət isə şəxsiyyətin və fəaliyyətin subyektinin “dərinliyidir”. Şəxsiyyət mahiyyətinə görə sosial, mövcudluq üsuluna görə fərdidir, təkrarolunmazdır.



4.

a) Fəaliyyətin bütün formaları bədənin bioloji strukturu kimi irsi olmayıb sosial irsin (təlimin, tərbiyənin, praktiki təcrübənin) nəticəsidir. Fəaliyyət əməyin daha geniş şərhi, əmək isə fəaliyyətin onun bütün digər növlərini şərtləndirən növüdür. Fəallığın fəaliyyət və davranış kimi formaları əməyə əsaslanır və onunla şərtlənir. Davranış insanın fəallığının xarici təzahürüdür. Davranış sosiabel (hüquqi və əxlaqi) normalarla, şəxsiyyətin şüurluluq və mədəniyyət səviyyəsi ilə determinasiya olunur.

b) Fəaliyyət aktının strukturu aşağıdakı elementləri özündə birləşdirir: subyekt(ayrı-ayrı fərdlər, insanlar qrupu və ya cəmiyyət), məqsəd, vasitə, predmet, hərəkət, nəticə. Məqsəd və vasitənin bir-birini qarşılıqlı şərtləndirməsi uğurlu fəaliyyətin ən mühüm şərtidir.

c) insanın daxili mənəvi aləminin elementi kimi tələbatın fəaliyyətdən əzəl olması, onun fəaliyyətin özünün yox, bu fəaliyyətin subyektinin struktur elementi olmaqla fəaliyyətə təhrik edən qüvvə kimi çıxış etməsi.

d) bioloji (təbii) tələbatlar, maddi tələbatlar, sosial tələbatlar, mənəvi tələbatlar bütün insanlara xas olan ən ümumi tələbatlardır

5.


a) Yaşamaq tələbatı insanın birinci və başlıca tələbatıdır. Nə üçün, nəyin naminə, necə yaşamalı həyatın mənası məsələləridir. İnsanın seçdiyi həyat fəaliyyəti sferasında öz qabiliyyətlərini, əmək və yaradıcı vərdişlərini reallşadırması həyatın həqiqi mənası kimi.

b) Həyat tərzi bu sosial tələbatların davamlı təkrar istehsal üsulu kimi, o, insanlarda bu tələbatların həm müəyyən inkişaf səviyyəsini, həm də onları təmin etmə üsullarını nəzərdə tutur. Həyat səviyyəsi və həyatın keyfiyyəti həyat tərzinin davamlı əlamətləri kimi.

c) Asudı vaxt mədəniyyəti səviyyəsinin yüksəldilməsi cəmiyyət və onun hər bir üzvünün həqiqi sərvətinin, cəmiyyətin asudə vaxtının bu sərvətin kəmiyyət göstəricisi kimi.


Yüklə 403,48 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin