АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети



Yüklə 0.92 Mb.
səhifə4/9
tarix14.01.2017
ölçüsü0.92 Mb.
1   2   3   4   5   6   7   8   9

Cənubi Koreyada İT sahəsində 1980-ci illərdə işlənib hazırlanmış «Baza Milli İnformasiya Sistemi» (National Basic İnformation System - NBİS) adlı birinci Dövlət Proqramının həyata keçirilməsinə 1987-ci ildən başlanılmışdır. Bu proqrama yenidən baxılaraq 1994-cü ildə «National İnformation Super Highway» («Milli İnformasiya Super Magistralı») layihəsi qəbul edilmiş və 1995-ci ildən bu layihə “Korea İnformation İnfrastructure-KII” Koreya İnformasiya İnfrastrukturu” adlandırılmışdır82.İnkişaf etmiş dövlət iqtisadiyyatına keçməyə imkan verən bu Proqramda 2 yüksək sürətli milli informasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur:

• Dövlət şəbəkəsi. Bu şəbəkə mərkəzi və yerli dövlət orqanlarını, məktəbləri, kitabxanaları və müxtəlif ictimai təşkilatları birləşdirəcəkdir.

• Xüsusi sektor şəbəkəsi. Bu şəbəkə şirkətlərə və sıravi vətəndaşlara interaktiv multimedia genişzolaqlı şəbəkə xidməti göstərəcəkdir.

1999-cu ildən isə üç mərhələli “Vision 2025” layihəsi qəbul edilmişdir.

2000-2001-ci illərdə dövlət müəssisələrinin 50%-ə qədəri internet vasitəsi ilə satınalma əməliyyatları aparmışlar. Ölkədə 2002-ci ilin sentyabrında dövlət satınalmaları üçün vahid Portal yaradılmışdır. Elektron iqtisadiyyatın inkişafı sayəsində 2001-ci ildə ölkədə elektron ticarətin həcmi 80 milyard dolları aşmışdır.

2000-2010-cu illərdə “Biotech 2000” proqramına 1,8 milyard dollara yaxın vəsaitin qoyulması hesabına biotexnologiyalar bazarının həcmini 6,5 milyard dollara çatdırmaq nəzərdə tutulmuşdur.

2001-ci ildə e-hökumət quruculuğunda 45-ci yeri tutan Cənubi Koreyada 2002-ci ilin noyabrından «www.egov.go.kr» Portalının fəaliyyətə başlaması ilə bu ölkə bu sahədə dünya liderlərindən birinə çevrildi. Özündə vətəndaşlara göstərilən 400-ə yaxın xidməti və 4 min kateqoriya üzrə informasiyanı cəmləşdirən bu Portal G4C («Hökumət vətəndaş üçün») e-xidməti və informasiya xidməti iki servisin birləşdirilməsi hesabına yaradılmışdır.

«Rəqəmsal uçurum»u aradan qaldırmaq məqsədi ilə «KiberKoreya» (1999-2002) proqramı həyata keçirilmiş, ölkədəki bütün məktəblər kompüterlə və internetə pulsuz çıxışla təmin edilmişdir. Evdar qadınlara, pensiyaçılara, hərbiçilərə, əlillərə və dustaqlara rəqəmsal xidmətin göstərilməsi təşkil edilmişdir. 2 milyard dollarlıq maliyyə vəsaiti hesabına başa gəlmiş peyklə yayımlanan televiziya verilişləri 2006-cı ildə 2,5 milyon əhalini əhatə etmişdir.

İT texnologiyaları sahəsində milli informasiya infrastrukturunun yaradılmasına görə Cənubi Koreya hətta Yaponiyanı ötə bilmişdir.

2002-ci ilin noyabr ayının əvvəllərində hökumət administrasiyası və Daxili İşlər Nazirliyi e-hökumət sisteminin reallaşmasını tamamlamış və həmin il noyabrın 1-dən “Korean Electronic Government” veb-saytları fəaliyyətə başlamışdır.

“Korean Electronic Government” www.korea.go.krsaytları bütün administrativ təşkilatları əhatə edən informasiya sistemindən istifadə edir. İnternet vasitəsilə 393 əsas məsələ barədə sorğu vermək və 4 min kateqoriya üzrə lazımi məlumatlar almaq olur. Daxili İşlər Nazirliyinin inteqrasiya olunmuş internet xidməti dünyada bu sahədə birincidir.

Regionda e-hökumət sahəsində liderliyə iddialı olan Cənubi Koreyanın təşəbbüsü və lobbiçiliyi ilə paytaxtı Seulda yerləşən Cənubi-Şərqi Asiya, Çin, Yaponiya və Cənubi Koreyanın (ASEAN Plus 3) birgə regional e-hökumət planı işlənib hazırlanır.

Beləliklə, e-hökumət sahəsində dövlət siyasətinin işlənib hazırlanmasının və həyata keçirilməsinin Şərq modeli-“mərkəzləşdirilmiş model” bu siyasəti bürokratik aparatın köməyilə formalaşdırılmasını nəzərdə tutur. “Mərkəz-regionlar və yerli hakimiyyət” və “elektron demokratiya” çərçivəsində “yuxarıdan aşağıya” modeli işləyir. Belə ki, hakimiyyətin yuxarı eşalonunda qəbul edilmiş qərarlar aşağılara və konkret olaraq yerli idarəçilik orqanlarına çatdırılır. Bu axırıncılar isə dövlət siyasətinin və proqramlarının sadəcə icraçılarına çevrilirlər.

Yuxarıdakı fikirləri ümumiləşdirirək e-hökumətin quruculuğunun strategiyasını, mərhələlərini, e-hökumətin strukturunu, onun inkişaf etmiş ölkələrdəki fəaliyyətini dünya təcrübəsi əsasında təhlil edərək aşağıdakı nəticələrə gəlmək olar:



  • Nəzəri cəhətdən informasiya cəmiyyəti konsepsiyasına söykənən e-hökumət quruculuğu dövlət idarəçiliyində müvəqqəti, “dəbdə olan” bir layihə olmayıb, hər bir ölkənin dövlət idarəçiliyində müasir informasiya texnologiyalarından istifadə edən və zamanın tələblərindən doğan bir idarəetmə üsuludur.

  • E-hökumət quruculuğu dinamik bir proses olub, bir neçə mərhələdə həyata keçirilir.

  • E-hökumət dövlət idarəçiliyində İKT-nin potensial üstünlüklərindən istifadə etməklə reformalar aparmağa imkan verir.

  • E-hökumət layihəsinin reallaşması ənənəvi inzibati proseslərə xas olan çatışmazlıqları aradan qaldırmaqla dövlət idarəçiliyini keyfiyyətcə yeni bir mərhələyə qaldırır.

  • Ənənəvi dövlət strukturu baxımından e-hökumətdə siyasi və inzibati komponentlər ayırd edilir.

  • Bu yuxarıda qeyd etdiyimiz komponentlər baxımından dünya praktikasında e-hökumət quruculuğunun Qərb və Şərq modeli formalaşmışdır.

  • Hər bir ölkədə e-quruculuğu üçün müəyyən vacib şərtlərin olması vacibdir.

E-hökumət yaratmaq üçün hər bir ölkənin öz strategiyası olur. Bu strategiya daxili, yaxud xarici fəaliyyətə istiqamətlənmiş olur. Ekspertlərin fikrincə, e-hökumət strategiyasının səmərəliliyi daxili siyasi istiqamət, problemlərin tam görünməsi, e-hökumətin yaradılması üçün səmərəli layihənin olması, bu layihənin səmərəli idarə olunması, lazımi səlahiyyətin olması və adekvat texnoloji infrastrukturun olması kimi bir sıra şərtlərdən asılıdır.

Səmərəli fəaliyyət göstərən e-hökumətin qurulması dövlətin ali rəhbərliyinin siyasi iradəsi və bu prosesdə iştirakı, texniki təchizatın kifayətedici səviyyəsi və əhalinin kompüter savadlılığının qaneedici səviyyəsi kimi bir sıra şərtlər tələb edir. Bu vacib şərtlərdən biri də davamlı və stabil maliyyə mənbələrinin olmasıdır.



2.2. Dünyada istifadə edilən elektron hökümət xidmətlərinin mərhələ modelləri
ANAO (Australian National Auditing Office) modeli

Bu model dövlət orqanlarının internet vasitəsilə həyata keçirilən elektron xidmətlərinin xarakteristikası məqsədilə Avstraliyanın Milli Audit Komitəsi tərəfindən irəli sürülmüşdür. Bu modeldə xidmətlərin göstərilməsi 4 kateqoriyaya və ya mərhələyə bölünür və həmin mərhələlərlə elektron xidmətlərin inkişafı həyata keçirilir. Bu modelin məqsədi komitə tərəfindən audit işinin təşkilinə əsaslanır və dövlət orqanlarının internet vasitəsilə hansı xidmətlər göstərməsinə yardım edir.



Mərhələ 1. İnformasiyanın nəşri

Bu mərhələdə komitə barəsində informasiya yayılır və komitə tərəfindən istifadəçilər üçün oxunmalı və istifadə olunmalı məlumatlar nəşr edilir. İnformasiya əldə edilməsində məhdudiyyət yoxdur. İstifadəçi ilə elektron xidmətlər arasında qarşılıqlı əlaqə seçim fəaliyyətindən asılıdır.



Mərhələ 2. Qarşılıqlı əlaqə

Bu mərhələdə istifadəçinin dövlət orqanının məlumatlar bazalarından istifadə imkanlarında müəyyən məhdudiyyətlər tətbiq olunur. Xidmətlərin hesablanması, borclar və dövlət tərəfindən verilən subsidiyaların səviyyəsi barəsində informasiyanın əldə edilməsi imkanlarına məhdudiyyətlər mövcuddur. Lakin sayt və xidmətlərə çıxışda heç bir məhdudiyyətlər yoxdur.



Mərhələ 3. İnformasiya təhlükəsizliyinin tranzaksiyası

Mərhələ 3-də fərdi istifadəçinin dövlət orqanı ilə əlaqəsində təhlükəsizlik məqsədilə müvafiq tanıtmaya ehtiyac vardır. Bir sıra informasiyaların əldə edilməsi xüsusi fərdi şəxslər üçün nəzərdə tutulmuşdur və bu əməliyyat yüksək səviyyəli təhlükəsizlik kanalları tərəfindən idarə olunur. Belə məlumatlara ixrac və vergilər haqqında informasiyaları misal göstərmək olar. Bu mərhələdə xidmətlərin yaradılması təhlükəsizlik, şəxsi və tranzaksiya riskləri ilə əlaqədardır.



Mərhələ 4. Başqa orqanlar ilə informasiyanın paylaşması

Son mərhələdə xüsusi istifadəçi (biznesmen, təşkilat və fərdi) ilə əlaqədar müxtəlif dövlət orqanları arasında informasiya mübadiləsi əhatə olunur. ANAO bu mərhələni agentliyin qeyd etdiyi ünvan dəyişikliyi, həmin fərdə göstərilmiş xidmətlər haqqında bütün dövlət orqanlarını məlumatlandırmaq kimi xarakterizə edir. Bu məlumatlar başqa orqanlar ilə paylaşdırılır. 3-cü mərhələdə olduğu kimi bu mərhələdə də informasiya mübadiləsi düzgün olmalıdır.


SAFAD (The Swedish Agency for Administrative Development) modeli

Administrativ İnkişaf məqsədilə İsveç Agentliyi bu modeli yuxarıda qeyd edilən modelin təsiri altında yaratmışdır. Bu model texnologiya və xidmət səviyyəsinə əsaslanaraq elektron hökumət xidmətlərinin inkişafını nəzərdə tutur.



Mərhələ 1. İnformasiya

Bu mərhələ agentlik tərəfindən göstərilən xidmətlər barəsində informasiya və nəşrlərin təqdimatını əhatə edir. SAFAD bu informasiyaları məhdud imkanlar çərçivəsində saytla əlaqə yaratmaq nəticəsində agentliyin hazırladığı informasiyalar hesab edir. Bu hissə Avstraliya modelinə uyğun olaraq funksional baxımından eynidir. SAFAD-a əsasən bu mərhələdə agentliyin fəaliyyətini göstərən xidmətlər, agentliyin xidmətləri haqqında parlament tərəfindən qəbul olunan qanunlar və müraciətlər üçün bölmələr öz əksini tapır.



Mərhələ 2. Qarşılıqlı əlaqə

SAFAD bu mərhələni qarşılıqlı informasiya əlaqəsi hesab edir. Bura sayt ilə qarşılıqlı əlaqə imkanları daxil olur. Bu mərhələdə agentliyin məlumatlar bazasında xidmətlər axtarılır, çap variantlarına sifariş olunur, agentliyin xidmətləri ilə əlaqədar məlumatların sifariş formaları yüklənilir və agentliyin xəbərlər bülleteninə abunə olunur.



Mərhələ 3. Tranzaksiya

Bu mərhələ agentlik tərəfindən göstərilən xidmətlər ilə əlaqədar fərdi informasiyanın qəbul edilməsi və verilməsini əhatə edir. Bura agentlik tərəfindən göstərilən xüsusi xidmətlər aiddir. Belə növ xidmətlərin internet vasitəsilə göstərilməsi məqsədilə istifadəçi təhlükəsizlik baxımından tanınmalıdır. Bu mərhələyə internetlə vergi bəyannamələrinin verilməsi kimi məsələlər daxildir.



Mərhələ 4. İnteqrasiya

SAFAD modelinin son mərhələsi dövlət orqanları arasında xidmətlər inteqrasiyasını əhatə edir. Bu universal hökumətin reallaşdırılmasıdır. Bu mərhələ internetlə göstərilən xidmətlər prosesinin təkmilləşməsidir.


Layn və Li (Layne & Lee) modeli

Bu model ABŞ-da elektron hökumət müşahidələrindən yaranmışdır. Bu modelin federal hökumət strukturunun tədqiqat və təcrübələrindən yaranmasına baxmayaraq, bunu başqa hökumət strukturuna da tətbiq etmək olar. Leyn və Li 2001-ci ildə qeyd etmişdir ki, bu model federal və yerli səviyyələrdə istifadə edilə bilər. Leyn və Li dövlət orqanlarının inkişafını təbii proqres hesab edir. Bu dörd mərhələnin icrası vətəndaşların real universal alqı-satqısı ilə nəticələnir.



Mərhələ 1. Kataloq

Bu mərhələ dövlət orqanlarının onlayn iştirakını təmin edir. Burada dövlət orqanlarının özləri haqqında informasiyalar və müvafiq nəşrlər yer alır. Leyn və Li modelinə əsasən bu mərhələdə həyata keçirilən işlər vətəndaşların və iş adamlarının istəklərinə uyğun aparılır. Bu mərhələnin adı olan kataloq agentliyin adi fəaliyyətindən yaranmışdır. Agentlik bu mərhələdə ümumi halda sənədləri və informasiyanı nəşr etdirir. Mərhələnin sonunda agentlik nəşr olunmuş sənədlər və informasiyalı portala sahib olacaqdır.



Mərhələ 2. Tranzaksiya

Ikinci mərhələ agentliyin daxili sistemlərinin sayt ilə inteqrasiyasını əhatə edir. Bu məqsədlə agentlik istifadəçilərə dövlət orqanı tərəfindən həyata keçirilən tranzaksiya əsaslı xidmətlər sahəsində şəxsi informasiyaya çıxışı təmin edir. Burada istifadəçilər üçün lisenziyaların yeniləşdirilməsi və ödəmələrin onlayn həyata keçirilməsini təmin edilir. Bu mərhələ agentliyin işçi heyəti ilə qarşılıqlı əlaqələri minimallaşdıran istifadəçilər ilə agentlik arasında tranzaksiyalarla yekunlaşır.



Mərhələ 3. Şaquli inteqrasiya

Bu mərhələ və sonrakı mərhələ dövlət vəzifələri ilə dövlət səviyyəsi arasında fərqə əsaslanır. Şaquli inteqrasiya eyni funksional sahədə dövlətin müxtəlif səviyyələri arasında inteqrasiyanı nəzərdə tutur. Qeyd edilən modelin bu mərhələsində yerlərdə iş adamlarının dövlət orqanları ilə lisenziya sahəsində müraciətləri nəzərdə tutulur. Başqa sözlə desək bu mərhələyə yerli səviyyəli orqanların yüksək səviyyəli orqanlar ilə əlaqələrinin qurulması daxildir.



Mərhələ 4. Üfüqi inteqrasiya

Bu son mərhələ müxtəlif funksiyalı dövlət orqanlarının informasiya sistemlərinin istifadəçilər ilə eyni əlaqələrə malik olması üzərində qurulmuşdur. Üfüqi inteqrasiyaya müxtəlif biznes ödəmələrinin və vergilərin dövlət orqanlarına ödənilməsini missal göstərmək olar.

Son iki mərhələ dövlət orqanlarının yalnız informasiya nəşr etdirmək, informasiya sistemlərinin inkişafı, sayt daxilində və daxili sistemlər arasında inteqrasiyanı əhatə edir. Lakin dövlət orqanında təşkilati inkişaf prosesi başqa dövlət orqanları ilə əlaqədardır.
Hiler və Bilanqer modeli

Hiler və Bilanqer tərəfindən təklif edilən bu model yuxarıda qeyd edilən modellərdən siyasi iştirak əhəmiyyətini irəli sürən beşinci mərhələ ilə fərqlənir.



Mərhələ 1. İnformasiya

Hiler və Bilanqer tərəfindən təklif olunan bu mərhələ elektron hökumətin əsasıdır ki, burada informasiya dövlət orqanının saytında yerləşdirilir. Belə informasiya saytlarında agentlik tərəfindən həyata keçirilən xidmətlər haqqında ümumi məlumatlar yerləşdirilir və informasiyalar biznes iş adamlarına, siyasətçilərə və dövlət orqanlarına istiqamətləndirilir. Burada əsas iş informasiyanın keyfiyyət baxımından yüksək səviyyədə və yenilənmiş halda təmin olunmasıdır. Bu mərhələ dövlət orqanlarında yüksək dərəcədə təkmilləşdirilir.



Mərhələ 2. İkitərəfli kommunikasiya

Bu mərhələdə dövlət orqanları istifadəçilərə agentliyə sadə suallar ilə müraciət etməyə şərait yaradır. Hiler və Bilanqerə əsasən qeyd edilən fəaliyyət adətən agentlik tərəfindən göndərilən e-mail xidmətləri vasitəsilə olur. Buraya dövlət orqanından informasiya istənilməsi və ya e-mail vasitəsilə xüsusi xidmətlərin göndərilməsi daxildir. Belə fəaliyyətə yeni tibbi vərəqələrin əldə edilməsi üçün müraciətlər aid edilir.



Mərhələ 3. Tranzaksiya

Bu mərhələdə dövlət orqanları onlarla əlaqələrin tamamilə onlayn şəkildə həyata keçirilməsinə şərait yaradır. Hiler və Bilanqerə əsasən bu mərhələ elektron hökümət istiqamətində ən inkişaf etmiş səviyyədir. Bu mərhələdəki xidmətlərə biznes üçün lisenziyaların yeniləşdirilməsi, ödəmələrin və vergilərin onlayn formada həyata keçirilməsi daxildir. Bu mərhələdə dövlət qulluqçuları xidmətləri onlayn formada istifadəçilərə çatdırırlır.



Mərhələ 4. İnteqrasiya

Bu mərhələ dövlət orqanlarının inteqrasiyasını əhatə edir. Bu fəaliyyət yeganə portal tərəfindən həyata keçirilir və istifadəçilər bir giriş sistemindən istifadə edirlər. Bir giriş sistemindən istifadə etməklə istifadəçilər hansı dövlət orqanının təklif etməsindən asılı olmayaraq xidmətləri həmin yerdən əldə edirlər. Bu mərhələdə mövcud olan maneələrdən biri dövlət orqanları arasında yardımçı ofis sistemlərinin inteqrasiyasının olmamasıdır. Yardımçı sistemlərin inteqrasiyası və onlayn xidmətlər dövlət orqanlarının həyata keçirdiyi fəaliyyətlərdə vaxt itkisinin qarşısını alır.



Mərhələ 5. Siyasi iştirak

Modelin son mərhələsi olan siyasi iştirak onlayn səs vermək və iradların onlayn şəkildə bildirilməsini əhatə edir. Hiler və Bilanqer bunun ikinci mərhələdə olmasına baxmayaraq, siyasi yönümün əhəmiyyəti ayrıca kateqoriyanın və mərhələnin yaradılmasını stimullaşdırmışdır. Hal-hazırda bu kateqoriyaya bir sıra xidmətlər daxildir. Bu mərhələdə təhlükəsizlik məsələləri əsas faktorlardır.




    1. Beynəlxalq reytinqlərə əsasən Azərbaycan və dünya ölkələrinin elektron hökümət və elektron xidmətlər sıralamasında yeri


Dünya üzrə elektron hökumət sıralaması

Bildiyimiz kimi informasiya və kommunikasiya texnologiyaları hərtərəfli inkişafı dəstəkləyir. Bu inkişaf effektiv və səmərəli olduqda davamlı olur. Elektron hökumət dövlətin sosial və iqtisadi inkişaf proqramlarında informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə birbaşa şəkildə davamlı inkişafa təsir edir.

BMT-nin 2012-ci il Elektron Hökumət Tədqiqatından aydın olur ki, dünyanın əksər ölkələrində elektron xidmətlərdən istifadənin artımı davam etmişdir. Bu tədqiqat nəticəsində aydın olmuşdur ki, bir çox ölkələr dövlət sektorunda səmərəliliyin artırılması və hökumət sistemində davamlı inkişafın təmin edilməsi məqsədilə e-hökumət təşəbbüsündən geniş şəkildə istifadə etmişlər. E-hökumət sahəsində irəli olan ölkələrə nəzər yetirdikdə belə qənatə gəlmək olur ki, innovativ texnologiyaların tətbiqi iqtisadi və sosial sahələrdə geriliyin aradan qaldırılmasında əsas vasitədir.

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti illik olaraq ölkələrin elektron hökumət inkişaf indeksini hesablayaraq nəşr etdirir. Bu hesabatlarda tam mənada ölkələrin elektron hökumət inkişafları göstərilmir. Burada ölkələrin bir-birləri ilə müqayisədə fəaliyyətlərinin sıralaması verilir. E-hökumət inkişaf indeksinin hesablanmasında adları aşağıda qeyd edilən üç əsas indikatorlardan istifadə edilir:



  1. Onlayn xidmət indeksi;

  2. Telekommunikasiya infrastruktur indeksi;

  3. İnsan kapitalı indeksi.

Onlayn xidmət indeksi

Burada işçi qrupu tərəfindən hər bir ölkənin dörd mərhlədən ibarət indikatorları hesablanır.



  • Birinci mərhələ “Meydana çıxan informasiya xidmətləri” (Emerging information services);

  • İkinci mərhələ “Artırılmış informasiya xidmətləri”;

  • Üçüncü mərhələ “Tranzaksiyalı xidmətlər”;

  • Dördüncü mərhələ “Əlaqələndirilmiş xidmətlər”.


Telekommunikasiya infrastruktur indeksi

Telekommunikasiya infrastruktur indeksi adları aşağıda qeyd edilən beş indikatordan təşkil olunur: 100 nəfərə düşən internet istifadəçilərinin sayı, 100 nəfərə düşən əsas telefon xətlərinin uzunluğu, 100 nəfərə düşən mobil telefon istifadəçilərinin sayı, 100 nəfərə sabit internet istifadəçiləri və 100 nəfərə düşən əsas genişzolaqlı şəbəkə istifadəçilərinin sayı. Bu məlumatlar Beynəlxalq Telekommunikasiya İttifaqından əldə olunur.

İnsan kapitalı indeksi

İnsan kapitalı indeksi iki indikatordan ibarətdir: yaşlı insanların savadlılıq dərəcəsi və ibtidai, orta, ali məktəblərdə ümumi qeydə alınmış tələbələrin nisbəti. Hər iki halda bu məlumatların mənbəyi UNESCO-dur.



Cədvəl 4. 2012-ci ildə e-hökumət inkişaf indeksi sıralamasında ilk 20 ölkə



Ölkənin adı

E-hökumət inkişaf indeksi

1.

Koreya Respublikası

0.9283

2.

Hollandiya

0.9125

3.

Böyük Britaniya

0.8960

4.

Danimarka

0.8889

5.

ABŞ

0.8687

6.

Fransa

0.8635

7.

İsveç

0.8599

8.

Norveç

0.8593

9.

Finlandiya

0.8505

10.

Sinqapur

0.8474

11.

Kanada

0.8430

12.

Avstraliya

0.8390

13.

Yeni Zelandiya

0.8381

14.

Lixtenşteyn

0.8264

15.

İsveçrə

0.8134

16.

İsrail

0.8100

17.

Almaniya

0.8079

18.

Yaponiya

0.8019

19.

Lüksemburq

0.8014

20.

Estoniya

0.7987


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə