Bakı-2016 Tərtibçi: Cəmilə Səmədova



Yüklə 360,09 Kb.
səhifə2/3
tarix07.04.2018
ölçüsü360,09 Kb.
#47708
1   2   3

XƏYYAM

(ətrafı süzərək)

İştə, ən sevgili şən dostlarımız

Qara topraqda uyur yapyalımz.

Gülməz artıq o gülümsər yüzlər,

Bizə küskündür o munis gözlər.

Hanı Sevda, o bənim göz bəbəyim?

Bənim sevdiciyim, şən çiçəyim?
(fidandakı qönçələri oqşayaraq)

O yetişdirdi bu tər qönçələri,

Bunlar olmuş onun əyləncələri,

Bu çiçək solsa da bir gün güləcək,

Nazlı Sevdaya nə mümkün gələcək?!

Uyuyub qaldı, onun həsrəti çoq,

Bu amansız gecənin gündüzü yoq!

Parlayıb söndü qaranlıqlarda,

Bir xəyal oldu, nə səs var, nə səda.
S a i b

Pək gecikdik, gedəlim.
X ə y y a m

Azca dayan.
S a i b

Sizi üzməkdə təəssür, həyəcan.
X ə y y a m

Bəni üzmüşsə təəssür, həyəcan,

Onu didməkdə məzarmda çiyan.

(göz yaşını silərək)

Bana göz yaşları işgəncə verir,

Onu əqrəb və yılanlar gəmirir.

Bəni boğmaqda qaranlıq bir hal...

Gəmirir beynimi bin dürlü xəyal.

Qaradır gördüyüm əlvan əşya...

Qara yer-göy, qaradır rəngi-ziya.

Of, qaranlıq şu bəyaz mərmər də,

Nazlı, məqbərdə yatan dilbər də.

İBLİSİN İNTİQAMI

İ b l i s

(yerindən qalqaraq yüzünə düşən qızıl alav parıltısı altında,

coşğun və sərxoşca ahəng ilə)
Alqış sevda gecələrini oqşayan qaranlıqlara!

Alqış qaranlıqlar içinde süzülən sevimli işıqlara!

Alqış ipəklər içində qıvrılan qanatsız quşlara!

Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!

Alqış vurğun gönülləri avlayan süzgün elmaslara!

Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara!

Alqış sevinc dalğalarında qopan gizli tufanlara!

Alqış tatlı busələrdə çırpınan dəli həycanlara!

Alqış odlu küməslərə sığınan bayğın tavuslara!

Alqış incə bellərə sarılan çılğın kabuslara!

Alqış yer yüzünü sarsıdan qorqunc ilhamlara!

Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara!

HƏSBİ-HAL


Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər.Avropaya meydan oquyan Almaniyaın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir.

Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur.

Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə məktəblər ola bilir. Hər kəs yaşamağa möhtacdır. Rahat və məsud yaşamaq için də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə becərə bilmək için bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görür.Tarixi-ədyan, fəlsəfeyi-din bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zəlalət toxumu saçar.

Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çavdar biçər, həndəsə bilməyən bir memar qübbə ilə uğraşırkən divarları çatlamış bulur.

Təlim və terbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət törətmiş olur.

MƏHƏMMƏDƏLİ SİDQİYƏ MƏKTUBLAR



8 iyul, 1913

Əzizim Məhəmmədəli! Cənabınızdan etdiyim xahişi, ehtimal ki, unutmamışam. Bu bir neçə gün zərfində şübhəsiz rahatlanmış və oğul-uşağı yan-yön eləmişsiniz. İyulun iyirmi-iyirmi beşinə qədər mümkün olsa uşaqlardan birinə zəhmət verib, “Şeyx Sənan”ı yazdırıb göndərsəniz bəni pək ziyadə məmnun etmiş olursunuz. Hüseyn Minasazov cənablarına məxsus ərzi-ehtiram...

Naxçıvan siz getdikdən sonra pək çoq təbəddülata uğramış. İnsan hava yerinə adəta od-alav tənəffüs ediyor.

Baqi müntəzirim.

Adres: Naxçıvan

Hüseyn Cavid Rasizadə
Cavid, H. Seçilmiş əsərləri (Azərbaycan ədəbiyyatı) /Hüseyn Cavid. –Bakı: Çaşıoğlu, 2004.-640s.

Kitaba Hüseyn Cavidin bədii irsini təşkil edən, Cavid yaradıcılığı barədə mükəmməl təsəvvür yarada bilən “Bahar şəbnəmləri”, “Azər”, “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş” kimi maraqlı əsərləri daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, bu nəşr Hüseyn Cavidin yazdığı şəkildə, üslubu və leksikası, lüğət tərkibi qorunmaqla nəşr olunan ilk kitablarındandır.

DƏNİZ TAMAŞASI

Günəş qürub ediyor; göy... mühitimiz gömgöy...

Göz işlədikcə gönül uçmaq üzrə çırpınıyor,

Günəş qürub ediyor; göy... fəza, dəniz gömgöy...

Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur.

Bütün gözəlliyi həp sanki toplamış yaradan,

Dənizdə xəlqə nişan vermək istiyor əlan.

Uzaqda bağçalar, əlvan çadırlar, ormanlar,

Alevlənib də parıldar, gümüş sular çağlar.

Mələklər əl-ələ vermiş uçar, qaçar, oynar;

Mənəkşə, pəmbə çiçək püskürür yanardağlar.

Qürubə qarşı dəniz səhneyi-lətafət olur.

Qürubə qarşı dəniz başqa bir qiyamət olur.

ÇOBAN TÜRKÜSÜ

Açmasın çiçəklər, gülməsin güllər,

Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur, ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlarım.


Göz yola dinməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı gönlümü olmaz oqşayan,


Yar-yar deyib gecə-gündüz ağlarım.
AZƏR

Azər düşünür... Bəlkə otuz yıldır o hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaqdıqca yakar beynini bir kölgəli böhran,

Əflakə sorar dərdini, yıldızları dinlər.

Göz qırparaq ancaq ona yıldızlar edər naz,

Dilsiz və sağır göylər onun halını duymaz.

Bəsləndi küçük duyğusu azadə çocuqkən,

Pək incə tərənnümlər öpən neylər içində.

Vurğundu o həp şer ilə ahəngə əzəldən,

Ağlar və gülümsərdi təğənnilər içində.

Hər gün yaralar qəlbini bir sıtmalı röya,

Hər gün uyutur dərdini bir nəşəli xülya.

******

PEYĞƏMBƏR

(Dram-4 pərdə)

Peyğəmbər

Nə için gəldin anlamam yenə sən?
M ələ k

(göyə doğru)

Ona qaldırmaq istərim səni bən.
Peyğəmbər
Ah, sən daima gəlir də bana,

Sonra həp göstərirsin istiğna.

Bən kimim, söylə! Sən nəsin? Göstər!

M ə l ə k

Bən mələk, sən də, sən peyğəmbər.
Peyğəmbər

(şaşqın, geri çəkilir)
Ya! DeməK sən mələkmisin? Heyrət!
M ə l ə k
Bən sənim, sən də bən, şaşırma, əvət

Bən sənin əqlinim, fəqət daim

Şu qiyafətlə zahir olmadayım.

Peyğəmbər

Gəl, yaqın gəl, aman, nə dilbərsin!

Yoq, saqm, gəlmə, dur, nə söylərsin!?

Yenə sarsıldı müztərib ruhum,

Dur, aman, sanki qəlbi-məcruhum

Şevqü həsrətlə rəqs edər, sızlar,

Onu bir qəhr-xəndə yaldızlar.

Qopuyor ta içimdə bir tufan,

Beynim atəş saçıb durur hər an.

Yanıyor bənliyim, diişüncələrim,

Çarə bul, yoqsa məhv olub gedərim.

Cavid, H. Seçilmiş əsərləri: Şeirlər və pyeslər (Rus dilinə sətri tərcümələrlə birlikdə) / Hüseyn Cavid. Tərc. ed.: S.Məmmədzadə, C.Məmmədov, V.Rüstəmzadə. -Bakı: Yazıçı, 1982.-457s.

Bu nəşrə şair və dramaturqun şeirləri və “İblis”pyesi, “Ana” və “Uçurum” dramları daxil edilmişdir. Şeirlərin sırasında “Bir rəsm qarşısında”, “Qız məktəbində”, “Öksüz Ənvər”, “İlk bahar”, “Şərq qadını” kimi lirik parçalar diqqəti xüsusilə cəlb edir. Əsərlər rus dilinə sətri tərcümələrlə birlikdə verilmişdir.

Cavid, H. Dram əsərləri / Hüseyn Cavid.Tərt. ed.: Turan Cavid.-Bakı: Azərnəşr,1975.-562 s.

Bu nəşrə H.Cavidin daha kamil, ülvi bir sevgi dastanı olan “Şeyx Sənan”, müharibə əleyhinə yazılmış fəlsəfi “İblis”, yeni əxlaqi münasibətlərin doğurduğu facilərdən bəhs edən “Uçurum”, şər dünyasına qarşı etiraz səsini ucaldan tarixi “Topal Teymur”, yeni mühiti təsvir edən “Knyaz” və digər dram əsərləri daxildir.

Cavid, H. Bahar şəbnəmləri (şeirlər toplusu); İblis; Peyğəmbər (pyeslər) [Mətn]/ Hüseyn Cavid. Nəşrə hazırlayanı və redaktoru Turan Cavid; Oqtay Hüseynli.-Bakı: Turan, 2002.-297 s.

Kitaba H.Cavidin anadan olmasının 120 illik yubileyi münasibətilə çap olunmuşdur. Bu kitaba ədibin müxtəlif illərdə qələmə aldığı “Bahar şəbnəmləri” şeirlər toplusu, “İblis” və “Peyğəmbər” pyesləri daxil edilmişdir. Burada H. Cavidin əsərləri üzərində aparılan məqsədli sadələşdirmələr, əvvəlki nəşrlərdə yol verilmiş təhriflər və yanlışlıqlar aradan qaldırılmış, dilinin, üslubunun qorunmasına çalışılmışdır.

Cavid, H. Topal Teymur:(5 pərdəli dram) / Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. C.1.-Bakı: Şərq-Qərb, 2007.-S. 303-354.

Cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən M.F.Axundzadə, N.Vəzirov, R.Əfəndiyev, C.Məmmədquluzadənin əsərləri ilə yanaşı, H.Cavidin “Topal Teymur” tarixi dramı daxil edilmişdir.

Topal Teymur”
Orxan. Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək için bəni burada bırakdı. Ehtimal ki, yenə qalırım, o zaman istədiyimiz gibi zövq və səfaya bakarız.

Olqa (ətrafa baqar). İştə Topal gəliyor. Yarın akşam səni çinarlı bağçada havuz kənarında bəklərim.

Orxan. Yaxşı... (Gedir.)

Olqa(yalnız). Hayr, Orxan bənimdir. Onu kimsəyə verməm. (Azacıq tərəddüd) Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O bəni pək düşündürüyor.

Əli alnında məhzun bir tövr ilə düşüncəyə dalar. Bu sırada Əmir Teymur gəlir. O, ortaboylu, qəvi kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir, bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qılçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aksaqlıq bir o qadar gözə çarpmıyor. Sesi güclü və gurultuludur. Asya üsulu geniş və açıq etekli ipək. Külahım tepesinde inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur.

Teymur. Yenə Moskof ərməğanı, gözəl rus qızı nə düşünüyor?

Olqa (məhzun təbəssümlə). Böylə möhtəşəm bir sarayda bənim nə düşüncəm ola bilir?

Teymur. O halda yüzünü saran şu kədər bulutları nə demək? Bən solğun çiçəkləri hiç sevməm.Daima yeni açmış güllər gibi, daima gül bənizli şəfəqlər gibi nəşəli olmanı istərim. Əvət, söyləyəcəyin sözləri hər zamankı şətarətilə gülərək, nazlanaraq söylə!..

Cavid, H. Müharibə və ədəbiyyat; Urmiyədən; Nakamlıq. (Məqalələr) / Azərbaycan publisistik antologiyası. -Bakı: Şərq-Qərb, 2007.-S.574-608.

Bu kitaba Azərbaycan publisistikasının H.Zərdabi, M.Şahtaxtlı, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi görkəmli nümayəndələrinin və H.Cavidin bir neçə məqaləsi daxil edilmişdir.

Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir
pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyə-
canda, bütün gözlər intizarda...


Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq
ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir
olmasın! Yanardağlardan seçilməyən toplar, insanları deyil, səhraların
vəhşilərini belə dəhşətlər içində bıraqıyor. Dünyamız, şimdiyə
qadar hənuz böylə qorqunc bir bəlayə rast gəlməmiş, böylə müdhiş
bir inqilab görməmiş. İskəndər, Napoleon kibi cihangirlər, Çingiz,
Teymur kibi bahadırlar məzarlarından baş qaldırıb da şu müharibəyi
seyr etsələr, şübhəsiz ki, heyrət və təəssürdən kəndilərini alamazlar.
Zatən bu müharibə, bir müharibə deyil də, müsri bir bəladır, bir taundur, aləmşümul bir fəlakətdir...

Həsbi-hal

1

Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avıopaya meydan oquyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir.

Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur.

Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə məktəblər ola bilir. Hər kəs yaşamağa möhtacdır. Rahat və məsud yaşamaq için də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə becərə bilmək için bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görür. Tarixi-ədyan, fəlsəfeyi-din bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zəlalət toxumu saçar.

Həsbi-hal
2

Təlim və tərbiyə haqqında veriləcək atidəki məlumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim.

Tərbiyə (pedaqogika) nədir? Və nə yapmalıdır? Alman hükəmasından filosof Kant diyor: “Tərbiyə, təbiəti-bəşəriyyənin bütin qabiliyyətlərini müntəzəmən və mütənasibən təməniyyə etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eyləməlidir”.

İngilis hükəmasından Lokk da diyor ki, “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və kəndi məsləklərində məharətli bir hala gətirmək için ən qolay və qısa olan üsuldur”. Filosofi-şəhir Herbert Spenserə gəlincə, o da: “Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır” deyir. Şimdi: bu cümlələri vücudə gətirən kəlmələr bir-birinə pək bənzəmiyorsa da nəticə və qayə bir olduğu dərhal nəzərə çarpıyor. Fənni-tərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məsud bir həyata nail eyləyəcəyi hər kəscə müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin eyi bir nəticəyə vasil olması mürəbbiyələrin, müəllim, əfəndilərin səviyyeyi-irfanına, təşəbbüsati-ciddiyyəsinə bağlıdır.

Həsbi-hal

3

Ayşə Sədiqə xanım “Təlim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın məmur edilir. Çinki zəmani-səbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük təsiri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə etina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir.

Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri
yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” - buyurulmuşdur.


Həsbi-hal

4

Təlim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, məzarıstan kibi yapı(bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə gəldiyi aydın bir həqiqətdir.

Həsbi-hal

5
Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir təcəlligahıdır.

Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə bilir.

Qafqasyanın bəzi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyi-şəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi məhəbbətsizlikdən başqa bir şey deyildir.

Bir mühafızəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona aid bir söz eşidincə dərhal sinirləri (əsabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin haqqı da var...

Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli bir xocacığa təsadüf edərsə, əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər.

Urmiyədən

Kürreyi-ərzdə bəni növi-bəşərin nisbəti heyvanata nə dərəcədə olursa, əhli-elmin şərafəti əvamünnasə dəxi o mənzilədə məhsub olur; necə Qurani-mübində Xudavəndi-cahanafərin buyurur: “Avamlar heyvana oqşar, bəlkə ondan da azğın olar”. Bəlkə elmsiz kimsələrin heyvanatdan dəxi əskik və gümrah olmağına işarə olunur; pəs bu surətdə elmi-şərif təvəssütilə insan yer yüziində cəmii-şərafət və səadətə malik olub sair bielm qardaşlarından imtiyaz tapır.

Elmdir ki, ətfali-xiirdsali növnihal vəzilə gülşəni-kamalda cuybari-zülali-maarif vasitəsilə sirab etdirib, abü həvayi-insaniyyətlə nəşvünüma verib, gunəgun ülum və fünun əsmarilə cilvələndirib, sayədar və pürbar ağaclar kibi dərəceyi-fəzl və kəmalata yetirir. Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib ənvari-hidayətlə qəlbini rövşən qılıb ixtiraati-cədidə və tərəqqiyyati-mütəəddidə sahibi edir. Məzmuni-“Beşikdən qəbrədək elm tələb edin!”, bu barədə bir dəlili kafıdir; əgərçi bu təkidat biz müsəlman qardaşlara yetişib, amma diqqət nəzərilə mülahizə buyurulanda bu hədisi-şərifə məhz miləli-xaricə və düvəli-mütəməddinə amil olub günbəgün səy və ehtimam edib mütəəddid ülum və fünun təhsilinə rövnəq verib hər dəqiqə cəmi tərəqqiyyat və kəmalatə malik olmağa çalışıb bir an ğəflətdə bulunmayırlar.
Nakamlıq

Böyük bir ziyai-əbədi

Bu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını ağuşi-əbədisinə alıyor.

Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofıq imzalarını qəzetə sütunlarında görüb bilməyən pək az qare bulunur zənn edərim.

İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!

Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-təhsil ilə məşğul olub tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan əfsus! binlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arqadaşlarının, əhibba və vətəndaşlarının yürəyinə unudulmaz bir həsrət qoyub getdi.

Hüseynov,R. Əbədi Cavid [Mətn] /Red.: Anar, Bəkir Nəbiyev, Fuad Qasımzadə.-Bakı: Nurlan, 2007.-840s.

Məhəbbətlə çırpınan bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir.

(“Topal Teymur”)
... Ərtoğrolu dinləyirəm. Həmin o valdır səslənən. Yeganə nüsxəsi olan, 1941-ci ildə xalq musiqisini araşdıran kabinetdə ışləyərkən yazdığı val. “Leylanın vəsfi”ni çalır...

Bizdən sonra nə qalır?

Yox, sən bu barədə həmişə düşündün, Ərtoğrol.

Ər, doğru ol!

Atan verdi bu adı sənə. Bu səni başqa adamlardan ayrıca ad olmaqdan əlavə, qısa ömrüm boyu həmişə sadiq qaldığın ata öyüdü, ata vəsiyyəti oldu.

Sona qədər məsləyində, arzularında, əməllərində, sevgilərində, insanlara münasibətində doğru oldun.

Sağ ol bunun üçün!..
******
Cavid Vətəninə qayıdırdı. O Vətən torpağı ki, Cavid hələ Cavid olmamışdan çox-çox qabaq onun köksündə yalın ayaqları ilə gəzmişdi və yalın ayaqlarıyla o torpaqdan canına hopmuş hərarət ölən günəcən ürəyindən sovuşmamışdı, indi həmin müqəddəs torpağın isti qucağında əbədi rahatlığa qovuşmağa gedirdi.
*******
Haqqında
Məmmədli,Q. Cavid-ömrü boyu: həyat və yaradıcılıq salnaməsi (1882-1941) [Mətn] /M.Cəfər; red. Y.Qarayev.-Bakı: Yazıçı, 1982.-297s.

Axtarışlar və yoxlamalar prosesində Cavidin yaradıcılığına, həyatına aid bir sıra yeni faktlar meydana çıxmışdır ki, bunlar da yerli yerində bu kitaba daxil edilib, qeydə alınmışdır. Beləliklə də, “ömrü boyu” Cavidlə bağlı olan sənədlərdən nisbətən təkmil bir salnamə tərtib etmək mümkün olmuşdur... Bu kutaba ən məşhur maarifçi xadimlərdən Məmmədtağı Sidqinin, Məşədi Qurbanəli Şərifzadənin arxivindən, professor Əziz Şərifin, şair Abdulla Şaiqin, akademik Məmməd Cəfərin və digərlərinin xatirə və yazılarından istifadə edilmişdir. Cavid haqqında son sözü tarix deyəcəkdir...

Qulam Məmmədli

Naxçıvanda və Qafqazda

...Təbrizdən qayıtdıqdan sonra bir müddət ticarətlə məşğul olmuş, sonra bundan da əl çəkib, Gürcüstanda Kaxetiya tərəflərdə şose yolu çəkən idarədə podratçılıq etmişdi. Bundan sonra atasının yaxın dostlarından ticarət şirkəti sahibi olan bir tacirin xahişi ilə ona şərik olur. Hüseyn şirkətin həm mühasibat işlərini aparmalı və həm də əlində olan sərmayəsi-700 manatı şirkətə verməli idi. Şirkətin Batumda, Təbrizdə və İstanbulda şöbələri var idi. 1905-ci ildə Hüseyn İstanbul şöbəsinə göndərilir. Bundan istifadə edərək o, gözlərini İstanbulda müalicə etdirir...

A.Şaiq “Xatirələrim”

Hüseyn, Sidqinin oxuduğu günlərdə şagirdlərdən birinin: “Müəllim! Bu günlərdə Hüseynin atasının səsi batmışdır, mərsiyə oxuya bilmir!”-replikasına cavab olaraq Sidqi yenə zarafatla demişdir: “Bəlkə elə oğlunun səsi atasının səsini batırıb...” Hüseyn utana-utana; “Mənim heç yaxşı səsim yoxdur!” dedikdə, müəllim: “Var, sənin çox yaxşı səsin var-demişdir.-Amma öz aramızdır, rövzəxanların səsini batıran səsə oxşayır!.. Özünü gözlə, bu iki səs bir-birini batıran səslərdir!..

M.Cəfər “Hüseyn Cavid”

Hüseyn Cavidin yaratdığı dil və üslub haralardan alınır, alınsın, nə kimi ilhamlardan doğur, doğsun, Azərbaycandakı şair və ədiblərimizə nisbətən ən müstəsna, ən zərif və ən narın bir dildir. Bu dilin gələcək nəslimizə təsiri olmamış olmaz və bu dil təsirilə yaranacaq Azərbaycan türk ədəbiyyatı ... qüvvətləndikdən sonra misilsiz əsərlər meydana gətirə biləcəkdir. Bu da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidmətlərindən biri olacaqdır.

Hənəfi Zeynallı

******

Nəbioğlu,R. Hüseyn Cavidin estetik idealı [Mətn] / Elmi red. İ.İsrafilov.-Bakı: Nurlan, 2009.-158s.

Kitabda estetik ideal kontekstində Hüseyn Cavid sənətinin mətləblərinə bir küll halında müxtəlif tədqiqatlarda, araşdırmalarda bu və ya digər dərəcədə toxunulmuşdur. Nəşrin əsas məqsədi Hüseyn Cavidin estetik amalını, bədii idealını onun yaradıcılığından sintez etməkdir.

Hüseyn Cavid sənətinin əsas bədii-fəlsəfi anlayışları

Hüseyn Cavid sənətinin əsas bədii-fəlsəfi anlayışlarından biri də “Uçurum”dur. Böyük sənətkarın ideal kimi təsvir və təcəssüm etdirdiyi gözəllik və məhəbbət səltənəti sabahın xoşbəxt aləmidir, gələcəyin firavan cəmiyyətidir. “Uçurum” pyesi isə mövcud həyatın bilavasitə bədii modellərindən birini təqdim edir.

H.Cavid sənətində “uçurum” anlayışı haqsız, ədalətsiz, eybəcər, yaramaz bir həyatın məzmunundan xəbər verir və bütün bəşəriyyəti udan sosial-mənəvi bataqlıqdır. “Uçurum”-Hüseyn Cavidin anti-idealıdır.
*******

Əhmədli,S. Hüseyn Cavidin ev muzeyi [Mətn] /Elmi red. Və ön söz.professor Cəlal Qasımov; red.; Gülbəniz Babaxanlı.-Bakı: Şirvannəşr, 2009.-168s.

Kitab Hüseyn Cavidin ev muzeyinə həsr edilmişdir. Kitabda muzeyin yaranma tarixindən, oradakı eksponatlardan, muzeyə verilmiş hədiyyələrdən və Hüseyn Cavidin Naxçıvandakı ev muzeyindən bəhs edir.
İki dahinin söhbəti
Deyirlər, dahilərin talelərində bənzər cəhətlər, kəsişən xətlər çox olur. Eyni torpaqdan nəşət tapmış Hüseyin Cavid və Heydər Əliyevin də talelərindəki bənzərlik təkcə zahiri, formal cəhətlərlə məhdudlaşmır, Azərbaycan xalqının yetirdiyi bu iki düha bir an belə doğma xalqa və vətənə xidmətdən geri qalmamış və ən əlamətdarı da odur ki, hər an bir-birinə həyan olmuş, öz müqəddəs missiyalarını yerinə yetirərkən bir-birinin yardımçısı olmuşlar.

HüseynCavidin bədii-fəlsəfi yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyəti xəzinəsinin ölməz dəyərləri sırasına çoxdan vəsiqə alıb. Böyük sənətkarın əsərlərinin beşcildliyinin Azərbaycan prezidentinin sərəncamı ilə latın qrafıkasında kütləvi tirajla çap edilməsi ölməz ədibin bədii irsinin xalqımız arasında populyarlaşdırılmasında müstəsna rol oynayıb.

Cavid ömrü
Əsasən şairin bioqrafiyasını və sənət taleyini əks etdirən bu otaq sırf xatirə mahiyyətlidir. Ona görə də tərtibat nöqteyi-nəzərindən tam müasir görümlü dəhlizdən fərqli olaraq buranın tərtibatında 20-30-cu illərin ovqatı bütün qabarığı ilə sezilməkdədir.

1920-ci ildə o zamanlar “Darülmüəllimin” adlanan Bakı müəllimlər seminariyası işə başlayanda müəllimlərlə tələbələr bir ailə kimi yaxın olsunlar deyə onların bir neçəsinə bu binada və həyətdə mənzillər verdilər. Pənah Qasımov, Hüseyn Cavid, Cəmo Cəbrayılbəyli, Zahid Şıxməmmədov, Şəfiqə Əfəndizadə... qonşu oldular. Yalnız Cavidlər ailəsi, hətta bu bina Mərkəzi İcraiyyə Komitəsi kimi mühüm dövlət idarəsinə çevriləndən sonra da 1937-ci ilə qədər burada yaşadı.

...Əsərlərini yazarkən hey o başa, bu başa var-gəl edən Cavidin döşəmədə bir yol kimi aydın seçilən izi qalıbmış. Həmin iz tarixə köçdü.

Babaxanlı,G. Azərbaycan ədəbi fikri və Hüseyn Cavid [ Mətn ]/ Elmi red.: İ.Həbibbəyli, T.Kərimli. Ön söz Vaqif Yusifli.-Bakı: Çaşıoğlu, 2010.-344s.

Filologiya üzrə fəlsəfə doktoru, Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyasında müəyyən zaman kəsiyində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyalar elmi cəhətdən təhlil olunmuşdur. Monoqrafiya üç hissədən ibarətdir.

**********

I “İdeoloji sarpıntılar dövrü” fəsilində XX əsrin 20-30-cu illərinin ictimai-siyasi, ədəbi mənzərəsi önə çəkilmiş, Cavid yaradıcılığı ilə bağlı məqalələr haqqında məlumat verilmişdir.

1921-ci ilin noyabrnda teatr H.Cavidin hələ inqilabdan əvvəl yazdığı “Şeyx Sənan” faciəsini tamaşaya qoydu və bu tamaşa teatr aləmində bir yaradıcılıq qələbəsi kimi qeyd olundu. “Kommunist” qəzetinin 1921-ci il 15 noyabr sayında “Cim” təxəllüslü bir müəllifın (C.Cabbarlının) “Şeyx Sənan” tamaşası barədə qeydləri çap olundu və az sonra elə həmin qəzetdə Xəlil İbrahimin “Möhtərəm “Cim”ə cavab”ı dərc edildi. Bu mükalimə həmin dövr tənqidi üçün maraqlı bir hadisə idi. Xəlil İbrahim “Cim”in “Şeyx Sənan” haqqında (həm əsər, həm də tamaşa barədə) bir sıra mülahizələri ilə qəti razılaşmırdı.
H.Zeynallı “Şeyx Sənan” əsəri ilə Cavidin ədəbiyyata bir yenilik gətirdiyini xüsusi vurğulayır. O, “ “Şeyx Sənan”da “Cavidə məxsus bir inqilabçılıq görünür” deməklə bunu “fikir inqilabı” kimi səciyyələndirir. Yeniliklər həm də əsərin quruluşu ilə bağlıdır… H.Zeynallının istər “Peyğəmbər”, istərsə də “Şeyx Sənan”a həsr etdiyi məqalələr iyirminci illərdə Cavid yaradıcılığına həsr edilən əksər məqalələrdən fərqli idi…

**************

II “Cavidşünaslığın bir elm kimi formalaşması. Cavid və onun əsərlərinin təbliği” fəslində 1960-1990-cı illərdə Cavidşünaslıqla bağlı məsələlər araşdırılır. Fəslin “Cavid xatirələrdə” “Məmməd Cəfər sevgisi”, “Cavid romantizminin tədqiqi”, “Cavid teatrı” kimi yarımrubrikalar çox maraq doğurur.

************

1960-1990-cı illərin tənqid və ədəbiyyatşünaslıq nümunələri içərisində Cavid sənəti ilə bağlı monoqrafıyalarla, xeyli sayda məqalə və resenziyalarla tanış olduqdan sonra bizdə belə bir nikbin qənaət yarandı ki, artıq cavidşünaslığın bir elm kimi formalaşmağından söz açmaq, danışmaq olar. İndi bu məsələri ayrı- ayrılıqda nəzərdən keçirək.

Bu mərhələdə Hüseyn Cavid yaradıcılığının ilk, mükəmməl tədqiqatçısı görkəmli tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfər Cəfərov olmuşdur. Onun 1960-cı ildə çap olunan “Hüseyn Cavid” monoqrafıyası cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynadı. Sonrakı illərdə H.Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün bu kitab ən etibarlı mənbə rolunu oynadı.

M.Cəfərin “Hüseyn Cavid” monoqrafıyası çap olunana kimi 1957-1959-cu illərdə H.Cavid yaradıcılığı ilə bağlı “Böyük şair-dramaturq”, “Hüseyn Cavidin sovet dövrü yaradıcılığı”, “Hüseyn Cavid” məqalələri dərc edilmişdi. “Hüseyn Cavid”monoqrafıyası çap olunandan sonra da M.Cəfər H.Cavidlə bağlı tədqiqatlarını davam etdirdi.
III “Cavidin fəlsəfi interpretasiyası” fəslində Cavidin daima müasirimiz olmasını ifadə edən məqalə və monoqrafiyalar haqqında məlumat verilir. Hüseyn Cavid yaradıcılığının Şərqlə Qərbin vəhdətini özündə əks etdirdiyini sübut edən əsərlərdən söhbət açılır.

Ədəbiyyatda Şərq-Qərb problemi ədəbi əlaqələr, Şərq və Qərb yazıçılarının oxşar süjetlərə və obrazlara müraciət etməsi və s. bu kimi lokal məsələlərlə məhdudlaşdırılırdı. Halbuki dünya ədəbiyyatının inkişaf xüsusiyyətləri, onun mərhələləri, tipoloji uyğunluqları və bütün bu məsələləri özündə birləşdirən vahid dünya mədəniyyəti konsepsiyası mövcud idi. Azərbaycan ədəbiyyatını da bu kontekstdə izləmək bir çox məsələlərə aydınlıq gətirərdi.

************
Babaxanlı,G. Heydər Əliyev və Hüseyn Cavid.-Bakı: Proqres, 2013, 160 s.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlının bu kitabında dahi sənətkar Hüseyn Cavid irsinə Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin açıqlanması kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilir.
Ulu öndərimiz Heydər Əliyev Cavid sənətini çox yüksək qiymətləndirirdi. Çıxışlarının birində demişdi: “Hüseyn Cavidin “İblis”i heç də Hötenin “Faust”undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik.

Fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun “Şərq və Qərb: ümumbəşəri ideala doğru” monoqrafiyası ulu öndərin bu haqlı tənqidindən sonra yazılmışdır. Həmin monoqrafıya Azərbaycan fəlsəfi fıkrində Şərq və Qərb məsələsinin “vahid dünya mədəniyyəti” kontekstində araşdırılması yolunda ilk addımlardan biri kimi diqqəti cəlb edir. İfrata varmadan deyə bilərik ki, bu monoqrafıya artıq ümumbəşəri bir mövzuya çevrilən Şərq-Qərb probleminin bir çox məsələlərinə aydınlıq gətirir.
Ulu öndər Heydər Əliyev Naxçıvanda Hüseyn Cavid məqbərəsinin təntənəli açılışı mərasimində söylədiyi dərinmənalı nitqində bir daha Hüseyn Cavidin, onun yaradıcılığının Azərbayacan xalqı və dövlətçiliyi üçün əhəmiyyətini belə qiymətləndirmişdir: “Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Heydər Əliyev bütün həyatı və fəaliyyəti boyu Hüseyn Cavid yaradıcılığına və şəxsiyyətinə münasibətdə məhz vurğuladığımız mövqeyi tutduğunu və bu mövqedən bir an belə geri durmadığını parlaq şəkildə sübuta yetirmişdir. Bir şey də maraq doğurur ki, Heydər Əliyevin Hüseyn Cavid haqqında dediyi yüksək sözlər, əslində, dahi bir azərbaycanlı kimi elə onun özünə də tamamilə aiddir. Əgər həmin sözləri iqtibas edərək desək ki: “Heydər Əliyevin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır.O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur” - bu sözlərdə zərrə qədər də yanlışlıq tapmaq mümkün olmaz.


***********

Cavidşünaslıq:Araşdırmalar toplusu [Mətn] /Red.: Gülbəniz Babaxanlı. C.1.-Bakı: Elm, 2007.-324s.

Hüseyn Cavidin ev muzeyinin Elmi Şurasının qərarı ilə hazırlanmış kitabın bu cildində Hüseyn Cavidin yaradıcılığı ilə bağlı uzun illər bundan əvvəl qələmə alınmış və artıq bu gün tədqiqat əsərinə çevrilən xatirə, oçerk, elmi tədqiqat və esse xarakterli materiallar toplanmışdır.

Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simadır. XX əsr Azərbaycan romantizmi ən çox Hüseyn Cavidin adı ilə bağlıdır. “Şeyx Sənan” və “İblis”, “Xəyyam” və “Səyavuş” bizim dramaturgiyamızda romantizmin bütün mürəkkəbliyi, ideya və məzmun xüsusiyyətləri ilə təzahür etdiyi əsərlərdir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının məzmun sərhədini genişləndirir, tragik xarakterin, romantik qəhrəmanın, dramatik konflikt və kolliziyaların yeni tiplərini yaradır, ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib və bəşəri ideyalarla daha da zənginləşdirir. H.Cavid bizim dramatik poeziyada qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi şərəfli yer tutur.

H.Cavidin mövcud həyatdan narazılığı, şairin narahat ruhu, ideya axtarışları onun «Bahar şəbnəmləri» adlı ikinci kitabında toplanmış şeirlərdə də hiss olunur.
Böyük ömrün bir əsri

Hüseyn Cavid sənətimiz tarixinə əlvan, romantik bir səhifə yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk dəfə mənzun pyeslər yaratmış Cavid uzun illər şüurlara, qəlblərə hakim kəsilmişdi. “Cabbarlı teatrı” kimi “Cavid teatrı” da 20-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram, komediya aktyorumuz bu əsərlərlə yetişmiş, püxtələşmişdir. Sonrakı nəsillərin dramaturqları bu iki nəhəngin güclü təsiri altında yazıb-yaratmışlar. Hər iki böyük sənətkarın yaradıcılığı bütöv bir tamaşaçı nəslinin zövqünü, estetik meyllərini, bədii meyarlarını müəyyənləşdirmişdir.

Anar Rzayev “Sizsiz”,1984

Cavidşünaslıq:Araşdırmalar toplusu [ Mətn ] / Baş red. və tərt..: Gülbəniz Babaxanlı; red. T.Kərimli.-C.II-III.- Bakı: Elm, 2007.-416s.

Toplunun II-III sayına Hüseyn Cavid haqqında 1912-1973-cü illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar, o cümlədən böyük sənətkara həsr edilmiş bir neçə şeir daxil edilmişdir. Materialların müəllifləri arasında H.Zeynallı, C.Cabbarlı, Ə.Nazim, S.Hüseyn, Y.V.Çəmənzəminli kimi ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır.

İblis”in son quruluşu



Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.

Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısma əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm.

Əsərin başlıca fikir və hərəkət məhvərini təşkil edən və yeni quruluşda ehtimal ki, Şərq miniatürlərinə təqlidlə təsvir edilmiş İblis bizcə bir o qədər də mükəmnıəl çıxmamışdır. Biz onun Əlqəmə ya Deyləmə olması üzərində da-nışmayacağıq.

Bizcə İblisin yerinə bir div yaratmanın əslində mənası yoxdur. Çünki şərqlilərin təsəvvür etdiyi div İblisdəki İblis kimi deyildir.

Bu div nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl böyük maddi və cismani qüvvətə malik biçimsiz kobud bir heylətdir. Nə qədər gücü olsa da hər halda onu güclü, bacarıqlı bir insan məğlub edə bilər. Ona görədir ki, hər bir Məlikməmməd addımbaşı bir div məğlub edir. Mənəvi cəhətinə gəlincə bunlar çox vaxt idraksız, şüursuz bir halda təsəvvür edilir.

Bunlar tənbəl, ölgün, yatdığı yerlərindən bəzən əsrlərcə qalxmaz, ətraflarından bir o qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır.

Halbuki “İblis”in İblisi heç də belə deyildir. Bu, alıcı, çevik, qurnaz bir dəqiqə rahat durmaz, bütün dünyanı dolaşır basılmaz, yenilməz bir qüdrəti-külliyə, bütün dünyanı həm yapar, həm də yıxar qüdrəti var məfhumdur ki, dünyada əgər varsa rəqibi, o da Allahdır. O hər bir şeyi -keçmiş-gələcəyi, olmuş-olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini əsərə toxunmaq istəmədiyimiz üçün göstərmirik.
Kommunist”, №82, 1925-ci il, 12 aprel

Hənəfi Zeynallı

Maral” xüsusunda qısa mülahizə


Ümumiyyətlə, “Maral”ı incədən-incəyə araşdırdıqda gələcək əsərlərinə bir çox təməl təşkil edəcək daşlarını görmək mümkün olur. Çingizin gələcəkdə inkişaf edərək bir Əkrəm, bir Ərtoğrul olacağı, Cəmilin bir Şeyda, bir Cəlal, bir Sənan qılığına girəcəyi yavaş-yavaş anlaşılır.

Hüseyn Cavidin pyeslərində, gələcəkdə görünəcəyi kimi, faciələr içində gülüş qırıntıları tamaşaçıların ruhunu oxşayacaq, tərənnümsaz dəqiqələri yaratmasından görünür ki, səhnəmizin də ehtiyacını, baxışların da diləyini düşünür və ona görə də həyatı bütünlüyü ilə səhnədə təcəssüm etməkdə şairimiz birinci addımda qeyrət göstərmişdir.
Maarif və mədəniyyət”, №2, 1923,s. 24-26.

Cavidşünaslıq:Araşdırmalar toplusu [ Mətn ] / Baş red. və tərt..: Gülbəniz Babaxanlı; red. T.Kərimli.-C.IV.- Bakı: Elm, 2009.-180s.

Toplunun IV sayına Hüseyn Cavid haqqında 1914-1936-cı illərdə çap olunmuş məqalə, resenziya, məlumat, müzakirə və mühakimə mətnləri, şeirlər və s. daxil olmuşdur. Müəlliflər arasında Məhəmməd Hadi, Qantəmir, M.S.Kirmanşahlı, İbrahim Xəlil, Əli Nazim, Əmin Abid kimi tanınmış ədəbiyyat xadimləri vardır. Bəzi yazılar isə gizli və ya imzasız verilmişdir.

Yüklə 360,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin