Bakı-2016 Tərtibçi: Cəmilə Səmədova

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 360.09 Kb.
səhifə1/3
tarix07.04.2018
ölçüsü360.09 Kb.
  1   2   3

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi

Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi


Cavid bir günəş idi...
(Elektron daycest)

Bakı-2016

Tərtibçi: Cəmilə Səmədova

/Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması

şöbəsinin müdiri /

***********
****************************
************************************
Ön söz
Hüseyn Cavid Azərbaycan ədəbiyyatının əvəzsiz söz ustadlarından biridir. Onun yaradıcılğı xalqın tarixi və milli düşüncəsindən doğulub və milli şüurumuza həkk olunub. Cavid sənəti milli qaynaqlarımıza qırılmaz tellərlə bağlıdır. O, Azərbaycanda şeirlə yazılmış pyeslərin ilk müjdəçisi, mütərəqqi romantizmin carçısı, yeni şeirin qadir ilhamçısıdır.

Hüseyn Cavidin Azərbaycan türkçülüyünə daxil etdiyi ədəbi xəzinə Azərbaycan xalqının milli irsi və sərvəti olaraq qalmaqdadır.Bu qüdrətli sənətkarın ədəbi irsini öyrənmək, zəngin bədii irsini təbliğ etmək kitabxanaçıların vətəndaşlıq borcudur.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının hazırladığı “Cavid bir günəş idi...” adlı elektron daycest Cavid sənətinə həsr olunmuşdur. Vəsaitdə Hüseyn Cavidin qələminə məxsus əsərlər və yaradıcılığı haqqında monoqrafiyalardan bəhs edilir. Kitabların biblioqrafik təsvirləri qısa annotasiyalarla, mətnlərlə müşayiət olunur.

Daycestdən kitabxanalarda mühazirələrin, biblioqrafik icmalların hazırlanmasında, kitab sərgilərinin təşkilində, slayd təqdimatlarının keçirilməsində istifadə edilə bilər.

*****************

c:\documents and settings\1962\рабочий стол\images.jpeg

Arqadaş, yoldaş! Ey vətəndaş, oyan!

Yatma artıq, yetər… Dəyişdi zaman,

Sıyrılır, baq, yavaş-yavaş zülmət,

Barı dan ulduzundan al ibrət!

Nə diyor, baq, o pəmbə çöhrəli nur?

Səhər olmuş, demək, günəş doğuyor…
Hüseyn Cavid

***************

c:\documents and settings\1962\рабочий стол\vs0806_1.jpg

Babam Hüseyn Cavid bir günəş idi.Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar…” Qardaşım Ərtoğrul Cavid bu sözləri 1939-cu ildə yazıb. Mən isə heç nə yazmamışam, demək olar ki, yazmamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq-qalaqdır…



Turan Cavid

Ərtoğrolun ifadə etdiyi kimi, kor yarasalar 1937-ci ildən erdi Cavidin ailəsinə də, onun əsərlərinə də həqarət ediblər. Bu isə 1956-cı ilədək davam edib. Sonralar erdi həqarətlərin şahidi olmuşam. Cavidin əsil bəraəti 1981-ci ildə 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mərkəzi Komitənin 21 iyul tarixli qərarından erdi baş erdi.

Turan Cavid

HÜSEYN CAVİDİN 120 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2002-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 120 illiyi tamam olur.

Hüseyn Cavid klassik milli ədəbiyyatın ənənələri ilə yeni dövrün bədii və fəlsəfi axtarışları arasında vəhdət yaradaraq, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarından alır.

Azərbaycan poeziyasında yeni zirvə fəth edən filosof-şair Hüseyn Cavid romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal nümunələrini yaratmışdır. Onun həyatın mənası ilə bağlı axtarışlarının ifadəsi olan yaradıcılığı bədii növ, janr və forma cəhətdən də çox rəngarəng və zəngindir. Yüksək bədii sənətkarlığı, dərin emosionallığı ilə seçilən Hüseyn Cavid poeziyası milli ədəbiyyat tarixində yeni bir dövrün başlanğıcını qoymuşdur.

Zamanın ümumbəşəri problemlərinin qaldırıldığı dram əsərləri ilə Hüseyn Cavid romantizmin görkəmli nümayəndələrindən biri kimi Azərbaycan dramaturgiyası tarixində yeni bir mərhələ yaratmışdır. Azərbaycan ədəbiyyatında mənzum faciə və tarixi dramların ilk nümunələrini yaradan sənətkar ədəbiyyatımızı həm mövzu baxımından, həm də parlaq xarakterlərlə zənginləşdirərək milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Özünün üslub, yazı tərzi və forma yeniliyi baxımından seçilən bu xarakterlər dramaturgiyası teatr mədəniyyətimizin inkişafına güclü təsir göstərmiş, milli teatr tarixində “Cavid teatrı” kimi səciyyələndirilmişdir.

Poeziyada və dramaturgiyada bənzərsiz sənət nümunələri olan əsərlər yaradan Hüseyn Cavid bir şəxsiyyət, mütəfəkkir və sənətkar kimi ibrətli həyat və yaradıcılıq yolu keçmişdir. Böyük şair Hüseyn Cavidin əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Hüseyn Cavidin 120 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Hüseyn Cavidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin əsərlərinin külliyyatının hazırlanıb nəşr olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və onun “İblis” əsəri əsasında bədii filmin çəkilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti

Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyasının tamamlanması üçün lazımi vəsait

ayırsın;

bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2002-ci il

1064



*********
HÜSEYN CAVİDİN 130 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2012-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi tamam olur.

Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.

Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2012-ci il.

*********
Hüseyn Cavidin bütün yardıcılığı, bütün fəalliyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını Milli azadlığa , müstəqilliyə çağırıbdır.
Ümummilli lider Heydər Əliyev
Cavid yaradıcılığı böyük idealları və yüksək sənətkarlıq keyfiyyətləri ilə Azərbaycan ədəbiyyatında yeni bir hadisə, yeni bir mərhələ olmuşdur. Bu mənada Cavid, Azərbaycan ədəbiyyatının ən qüdrətli yazıçısı kimi göstərilə bilər.
Teymurçin Əfəndiyev
Hüseyn Cavid Azərbaycanımızın mənəvi varlığını təmsil edən, öz yolu, öz zirvəsi, öz aləmi olan bir sənətkardır. O, minillik ədəbiyyatımızın zəngin və əngin çeşidli panoramında bir kimsəyə bənzəməz, bir kimsə onu əvəz edə bilməz.
Rəfiq Zəka Xəndan
Cavid bütün şairlər kimi gözəlliyə vurğun idi... Gözəllik Cavid üçün elə bil hava, su idi. O, dəfələrlə mənə deyərdi ki, gözəllik insanın təbiətində, insanın əməlində, insanın böyüklüyündə, insanın insana verdiyi xeyirdədir. Əgər istər təbiətdəki gözəllik, istərsə də insanlardakı gözəllik xeyirli bir şeyə yaramırsa, mən onu gözəl saymıram. Ondan tam zövq almıram.

Mişkinaz Cavid

**********

Həyatı
Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatının tarixində mühüm rol oynamış simalardan biridir. Böyük və zəngin tarixə malik olan Azərbaycan ədəbiyyatında XX əsr Azərbaycan romantizmi Hüseyn Cavidin adı ilə bağlıdır.

O, 1882-ci ildə Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. Romantik ruhlu gənc Cavid 1905-1909-cu illərdə Türkəyədə yaşamış, oranın ali məktəbləri, ziyalıları və ədəbi mühiti ilə çox maraqlanmışdır. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, Gəncə və Tiflisdə müəllimlik etmişdir. H.Cavid 1909-cu ildə Bakıya köçərək 1937-ci ilə qədər burada müəllimlik etmişdir.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, xeyli sayda lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslubu, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. 1920-ci illərdən etibarən Azərbaycan səhnəsinin ən çox arxalandığı dramaturqlardan biri də Hüseyn Cavid idi. Onun dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapmışdır.

Hüseyn Cavid şeiri səhnəyə gətirən, səhnədə yüksək ahəngli şeir dililni dəb salan, bu cəhətdən də klassik dünya dramaturgiyasının yaxşı ənənələrini bizim ədəbiyyatda əsaslandıran, beləliklə öz xələflərinə güclü təsir göstərən qüdrətli sənətkardır. Heca vəznində yazdığı bir pərdəli “Ana” (1910) pyesi H.Cavidin ilk mənzum dramıdır.

1912-1918-ci illərdə H.Cavid bir-birininin ardınca ilk böyük faciələrini yazır. Mövzusu mülkədar həyatı, ailə və məişət münasibətlərindən alınan “Maral” əsərinin (1912) mərkəzində Azərbaycan qadınlığının faciəsi durur.

“Şeyx Sənan” (1914) Hüseyn Cavidin ən qüvvətli faciələrindən biridir. Bu faciədə xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyası ortaya atılmışdır. “Şeyx Sənan” eşqin qüdsiyyəti haqqında mahnı, lirik, şairanə bir nəğmə idi. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri-"insan insane qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Böyük faciə ystasının hələ 1917-ci ildə tamamladığı “Şeyda” əsəri isə Azərbaycan dramaturgiyasında tamamilə yeni hadisəyə çevrildi. Əsər istismar dünyasına qarşı üsyan qaldıran, lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan ziyalı gəncliyin faciəsi idi. “Şeyda”dan sonra H.Cavid “Uçurum” pyesini bitirir. Burada da Qərbdən gəlmə yeni əxlaqi münasibətlər və onların ölümə məhkum etdiyi sənətkar bir gəncin müsibəti təsvir edilir.

Afət” (1922) pyesi Hüseyn Cavidin baş qəhrəmanı olan ikinci faciəsidir. Afətin faciəsi nisbətən fərqli məzmun daşıyır, burjua-zadəgan mühiti, kübar adətləri və əxlaq normaları ilə şərtləndirilir.



1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeırlərlə qayıtdı. 20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1932), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. O, “Azər”, “Knyaz”, “Kor Neyzən” poemalarının da müəllifidir. Şair ömrü boyu onu düşündürən problemləri bu əsərlərdə də bədii şəkildə təsbit etmişdir. Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

Cavid 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə DTK tərəfindən evindən aparılıb. 1937-1939-cu illərdə Bayıl, Keşlə və DTK kameralarında görünməmiş əzab-əziyyətə, hər cür basqılara məruz qalıb. 1939-1941-ci illərdə o, Maqadana sürgün olunur, yüzlərlə məhbus kimi ağır işlərdə çalışır. 1941-ci il dekabrın 5-də vəfat edir.

Yaradıcılığı

Cavid, H. Əsərləri[ Mətn ]: 5 cilddə / Hüseyn Cavid. Tərt.ed. Turan Cavid; red. T.Kərimli. -Bakı: Lider, 2005.
C.1. Şeirlər. Poema. -2005. -255s.

Bu cildə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi və “Azər” poeması daxil edilmişdir.

İlk bahar

Bahar gəlmiş, yenə ilk bahar,

Güllər, çiçəklər gülər, quşlar oynar.

Göyün altın saçlı qızı nur saçar,

İnsanların tutqun gönlünü açar.

Dağlar, çəmənlər geyinir al, yaşıl,

Yerlər, ğöylər parıldar işıl-işıl.

Bülbüllər ötüşür, cəh-cəh vururlar,

Güllüklərdə düyün, dərnək qururlar.

******

Solğun mənəkşələr

Bir müsamirə xatiratından

Boynu bükük, ey öksüz mənəkşələr,

Ah nə çabuq sarardınız, soldunuz?

Nerdə o dünkü sevdalı nəşələr?

Nədən böylə həp pərişan oldunuz?..

Gözəl, hər halınız gözəl… Daima

Xəstə gönlüm oqşar size, alqışlar,

Uf, nədənsə pək doqunur ruhuma

Vərəmli çöhrələr, məhsun baqışlar…

C.2.Pyeslər. Mənzum dramlar. -2005.-350s.

Ədibin əsərlərinin II cildinə “Ana”, “Maral” və “Şeyda” pyesləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından olan “Şeyx Sənan”, “Uçurum” faciələri daxil edilmişdir.

ŞEYX SƏNAN

(faciə-4 pərdə)

Aydın bir mayıs gecəsi… Kürdən azacıq kənarda çiçəkli yeşil bir dağ kəməri…

Şeyx Sənan Xumarı qolları arasında tutmuş olduğu halda pək güc nəfəs alaraq, yorğun adımlarla dağın təpəsinə çıqmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə bıraqır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oqşamağa başlar.

Şeyx Sənan

Ruhum, ey qönçeyi-bahar Xumar!

Nazənin dilbərim Xumar, Xumar!

Sən niçin böylə duyğusuz qaldın?

Nə çətin yerdə uyquya daldın?

(böyük bir heyrət və məczubiyyətlə)

qədər şairanə, solğun nur!

Aman, Allah, nasıl da xoş uyuyur…

******

Şeyx Hadi

(sürətli adımlarla gələrək)

Şeyx, ya şeyx! Qalq, aman, gedəlim.

Şeyx Sənan

(məcnunanə)

Nə diyorsun, nə?..Söylə kimsin, kim?

Şeyx Hadi

Səni itlafiçin qoşar cühəla,

Gedəlim, başqa çarə yoq əsla.

Şeyx Sənan
Ah! Sərxoşmusun, nasıl gedəlim!?

Uyuyor iştə qayeyi-əməlim…

Xain, alçaq! Təcavüz etmə, saqın!

Bir düşün sən nə yapdın, ah, azğın!

ŞEYDA

(faciə-5 pərdə)

Rəuf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi.

Məsud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir röya!

Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da inanmazsın.

Dışarıda gurultulu səslər eşidilər.

Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar üçün şərəfli bir bayram, zalımlar için şərəfli bir bayram, zalımlar üçün qorqunc bir intiqam günüdür…

C.3. Dramlar. -2005.-302s.

Əsərlərin III cildində sənətkarın “İblis” faciəsi, “Afət”, ”Peyğəmbər” və “Topal Teymur” dramları toplanmışdır.

İBLİS

(faciə-4 pərdə)

İblis

(mənun qəhqəhələrlə)

Dəryalərə hökm etmədə tufan,

Səhraları sarsıtmada vulkan,

Sellər kibi aqmaqda qızıl qan,

Canlar yaqar, evlər yıqar insan…

(qəhqəhə)
Mələk

Ya Rəb, bu nə dəhşət, nə fəlakət?

Ya rəb, bu nə vəhşət, nə zəlalət?

Yoq kimsədə insafü mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut…
İblis

( çılğın qəhqəhələrlə)

Toplar veriyor aləmə dəhşət,

Dəhşət!.. Qopuyor sanki qiyamət,

Yağmur kibi göydən yağar atəş!..

Atəş!.. Qaralar, dalğalar atəş!..
Mələk
Ya Rəb, azacıq lütfü inayət!

Qəhr olmada artıq bəşəriyyət.

Başdan-başa hər yer yüzü vəhşət,

İblis ilə həmrəngi-siyasət.
******

TOPAL TEYMUR

(dram-5 pərdə)
Yıldırım iki nəfər Teymur əskəriylə gəlir.Aqbuğa və Divan bəyi də bərabər bulunur.

Teymur: İştə, bən şu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim (Mənalı və məğrur bir tevr ilə şair Kirmaniyə baqar). Əcəba, buna şair nə söylər?

Şair (səmimi və coşqun bir ahənglə). Məhəbbət!.. Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun.

PEYĞƏMBƏR

(dram-4 pərdə)

Aydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı... Ətrafında mağaralar, yalçın qayalar, sarı enişlər, qorqunc uçurumlar ... Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, vəqarlı bir sima... İştə o dalğın və müəmmalı gözlər, gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altın qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

Mələk

Ulu dahi, sən ey böyük rəhbər!

Qalq, oyan! İştə hər tərəf, hər yer,

Hər təbiət dalıb bir röyayə,

Cəlb edər ruhu şeiri sevdayə,

Gecə, yıldızlarilə pirxülya,

Səni dinlər sükut içində fəza...
Peyğəmbər

(başını qaldırır, heyrət və iztirab ilə)
Yenə röyamı gördüyüm əcəba?

Sən nəsin, söylə?
Mələk
Bənmi? Hiç sorma!

Əziyyət şəfəqlərində açan

Tazə bir qönçə, pənbə bir yıldız.

Əbədiyyət üfüqlərində uçan

Tanrı qoynunda bəslənən bir qız.

Şeiri hikmət, zəka ilahəsiyim,

Ulu dahilərin nədiməsiyim.

Ayrı olsaq da iştə hər ikimiz

Bir rübabın inildəyən səsiyiz...

C.4. Dramlar. -2005. -254s.

Bu cilddə mütəfəkkir sənətkarın “Knyaz” və “Səyavuş” mənzum faciələri oxucuların istifadəsinə verilmişdir. İnqilabi mövzuda yazılmış “Knyaz” (1928-1929) dramının ideyası Gürcüstanda sovet quruluşunun bərqərar olduğu dövrdən və həmin ərəfədə baş verən hadisələrdən alınmışdır.

Səyavuş” mənzum faciəsi fars-tacik şairi Əbülqasim Firdovsinin 1000 illik yubileyinə Hüseyn Cavidin hədiyyəsi idi. Faciədə qədim “Şahnamə” motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş “Səyavuş” dastanına tamamilə yeni, müasir mövqelərdən yanaşılmışdır.



KNYAZ
(faciə-5 pərdədə)
Knyaz

İştə gülgün qədəh, ey xanəxərab!

Bulunur şey deyil əsla bu şərab!

Şimdi fürsət var ikən iç!.. Bir gün

Görəcəksin bu ömrü sərab.
Solomon

İçəlim, bəlkə təsəlli buluruz,

Bəlkə qəmdən, acıdan qurtuluruz.

Bir günün zevqinə dəyməz dünya.

İçəlim, sonra peşiman oluruz.
(İçərlər, təkrar qədəhlər dolur)

Knyaz

Hər düşündükcə boğar ruhu soğuq,

Qaba, ıssız və dərin bir boşluq.

O dərin boşluğu bir dolduracaq

Varsa... yalnız əbədi sərxoşluq...
Solomon

İştə xilüqət dolu bir dürlü təzad.

Hər sevincin sonu müdhiş fəryad...

Badə ver, badə, şu divanə könül

Coşaraq qayğıdan olsun azad...
******

SƏYAVUŞ
(faciə-5 pərdə)
Keykavus

(münəccimlər çıqırlar, oğluna)

Səyavuş! Qalmadı bir şübhəm sana,

Vuruldum səndəki parlaq vicdana.

Bir ləkə var bəlkə ayda, günəşdə,

İncə bir iz belə yoq Səyavüşdə.

Əvət, südüm təmiz, açıqdır alının,

Sarpdıramaz səni hər oynaq qadın.

Haydi, yavrum! Gözü yollarda ordun,

Get, zəfər tanrısı yardımçın olsun!..

C.5. Dramlar. Məqalələr. Məktublar.-2005.-287s.

Hüseyn Cavidin əsərlərinin V cildində “Xəyyam” və “İblisin intiqamı” dramları, məqalə və məktubları toplanmışdır.


Dostları ilə paylaş:
  1   2   3
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə