Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına
Bakı şəhər _______ Rayon Məhkəməsinin _______ ____-ci il tarixli, _______________ saylı qətnaməsindən
Mülki iş üzrə cavabdehlər ______________ oğlu, ________________ qızı və __________ oğlu tərəfindən
APELLYASİYA ŞİKAYƏTİ
-
MƏHKƏMƏYƏ MÜRACİƏTİN ƏSASLARI:
Bakı şəhər _______ Rayon Məhkəməsinin ___________-ci il tarixli, ____________ saylı qətnaməsi ilə iddiaçı ________ ASC-nin cavabdehlər – ________________ oğluna, _____________ qızına və _______________ oğluna qarşı pul tələbinə dair iddiası tam təmin edilərək,
-
_____________ oğlundan, ______________ qızından və ______________ oğlundan ____________ ASC-nin xeyrinə əsas borc üzrə _____ (____________________) manat, faiz borcu üzrə ______ (____________________) manat və dövlət rüsumu kimi ödənilmiş __manat, cəmi _______ manat məbləğində pulun tutulması;
-
Tutmanın kreditinin təminatı kimi cavabdeh ______________ oğlunun mülkiyyətində olan ______ Rayonu _______ 00 saylı binanın, 00 saylı mənzilinə yönəldilməsi, həmin mənzil tam boşaldıldıqdan və cavabdeh, onun ailə üzvləri və digər şəxslər həmin mənzildən çıxarıldıqdan sonra həmin mənzilin açıq hərracdan satılması, realizə edilmiş evin dəyərindən ______ (_______________) manat məbləğində pulun ________ ASC-yə ödənilməsi;
-
Cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması;
-
Realizə edilmiş mənzilin dəyəri tələbin ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi qət edilmişdir.
________ Rayon Məhkəməsinin ___________ nömrəli mülki iş üzrə ___________-ci il tarixdə qəbul etdiyi qətnamə ___________-ci il tarixdə cavabdehlərin ünvanına daxil olmuşdur.
İş üzrə cavabdehlər _____________ oğlu, __________________ qızı və ________________ oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-360-cı maddələrinə müvafiq olaraq ________ Rayon Məhkəməsinin ___________-ci il tarixli, ___________ saylı qətnaməsindən apellyasiya şikayəti verir.
__________ Rayon Məhkəməsi __________ci il tarixli, ___________ saylı qətnaməsi ilə cavabdeh ______________ oğlunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur.
Aşağıda qeyd olunanlarla ______ Rayon Məhkəməsinin ___________-ci il tarixli, ____________ saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, __________ Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
-
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
İş materiallarından göründüyü kimi, _____________ oğlu ilə __________ ASC arasında imzalanmış ___________ il tarixli, ___ saylı Kredit müqaviləsinə əsasən _____________ oğluna __ ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik __ % olmaqla _____(______) manat məbləğində kredit verilmişdir.
__________ ASC ilə ______________ oğlu arasında imzalanmış ______________-cu il tarixli, _____saylı İpoteka müqaviləsinə əsasən ___________ oğluna məxsus, ______ rayonu, _________ qəsəbəsi, __ saylı binanın, ___ saylı mənzili ipoteka qoyulmuşdur.
_______ Rayon Məhkəməsi ___________ nömrəli mülki iş üzrə ___________-ci il tarixdə qəbul etdiyi qətnamədə borcalan ____________ oğlu olduğu təqdirdə qətnamənin nəticə hissəsində əsassız olaraq borcun digər cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, cavabdehlər _______________ və _____________ oğlu kredit müqaviləsinin tərəfləri olmamış və onlar yalnız ipoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq vermişlər.
______ Rayon Məhkəməsinin __________ saylı, ____________-ci il tarixli qətnaməsinin nəticə hissəsində qət edilmiş ardıcıllığa nəzər salsaq görərik ki, ipoteka predmeti olan mənzil tam boşaldılmalı cavabdeh, onun ailə üzvləri və digər şəxslər həmin mənzildən çıxarılmalı və bundan sonra mənzil açıq hərracda satılmalıdır. Məhkəmənin bu qənaəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə tamamilə ziddir. Belə ki, həmin maddəyə əsasən ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzil 1 ay ərzində boşaldılmalıdır.
Bundan əlavə, qətnamənin nəticə hissəsində məhkəmənin “cavabdeh, onun ailə üzvləri və digər şəxslərin həmin mənzildən çıxarılması” qənaəti ilə bağlı qeyd olunmalıdır ki, burada “digər şəxslər”in dairəsi qeyri-müəyyəndir və belə bir ifadənin qətnamənin nəticə hissəsində əks olunması hüquqi müəyyənlik prinsipi baxımından məqsədəuyğun deyil.
“Cavabdehlərin həmin mənzildən qeydiyyatda çıxarılması” ilə bağlı məhkəmənin gəldiyi nəticə isə tamamilə əsassızdır. Belə ki, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir.
Realizə edilmiş mənzilin dəyərinin tələbin ödənilməsinə kifayət edib-etməməsi məsələsinin hazırki mərhələdə müəyyən edilməsi qeyri-mümkündür. Belə ki, “İcra haqqında” və “İpoteka haqqında” Qanunların tələblərinə müvafiq olaraq ipoteka predmeti olan mənzil icra məmurunun müvafiq sifarişi əsasında qiymətləndirici tərəfindən qiymətləndirilir. Bundan sonra, mənzilin açıq hərracda satılması üçün icra məmuru ixtisaslaşmış hərrac təşkilatına sifariş verir. Hərrac təşkilatında mənzilin satılması mümkün olmazsa bu halda ipoteka predmeti ipoteka saxlayana təklif olunur. İpoteka saxlayan təklifi qəbul etmədiyi təqdirdə ipotekaya xitam verilir. Göründüyü kimi, məhkəmə “realizə edilmiş mənzilin dəyəri tələbin ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi” qənaəti ilə əvvəlcədən icra prosesini qabaqlamışdır.
Qeyd olunmalıdır ki, borcalan və ipoteka qoyan ____________ oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirmişdir. ___________ci il tarixdə cavabdeh __________________ oğlu avtomobil qəzasına düşmüş və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, həmçinin iki ay müddətində müalicə almışdır. Bu səbəbdən ardıcıl olaraq ________-ci il və _________-ci il tarixlərində kredit öhdəliklərini icra edə bilməmişdir. İş üzrə digər cavabdehlər ____________ qızı və ____________ oğlu ərizə ilə Banka müraciət edərək üzürlü səbəbdən _____________ oğlunun kredit öhdəliyini icra edə bilməməsi ilə əlaqədar olaraq borcalana möhlət verilməsini xahiş etmişlər. Həmin ərizəyə Bank tərəfindən hər hansı münasibət bildirilməmiş, əksinə cavabdehlərə xəbərdarlıq edilmədən (pretenziya irəli sürülmədən) məhkəməyə müraciət olunmuşdur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 maddəsinə əsasən - Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə prosesində hakimə və iddiaçıya cavabdehin sağlamlıq imkanlarının və əmək qabiliyyətinin bərpa olunduğu, həmiçinin ödəniş qabiliyyətinin olduğu barəsində məlumat verilsə də bu hal nəzərə alınmamışdır. Məhkəmə prosesi getdiyi dövrdə cavabdeh tərəfindən _____ tarixli qəbzlə ___ (______) manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin qəbzin sübut kimi məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır.
Xüsusilə vurğulanmalıdır ki, cavabdeh ___________ oğlunun kredit öhdəliyinin icrasını gecikdirmələrinə səbəb olan üzürlü hallar aradan qalxmışdır və cavabdeh qalan kredit borcunu qrafik üzrə vaxtında və tam ödəməyə hazırdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362, 384.0.2 və 385.1.1-ci maddələrinə əsasən,
X A Hİ Ş E D İ R İ K:
-
Apellyasiya şikayətinin təmin olunması;
-
________ Rayon Məhkəməsinin _________ saylı, ____________ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi;
-
İddiaçının iddiasının rədd edilməsi və cavabdeh ______________ oğlunun __________ ASC-yə olan borcunun qalan hissəsini ödəniş qrafiki üzrə ödəməsi barəsində yeni qətnamə çıxarasınız və;
-
“Cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması” hissəsində iş üzrə icraata xitam verilməsi barəsində qərardad qəbul edəsiniz.
-
Qoşma:
-
Apellyasiya şikayətinin surəti;
-
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Tarix: _________-ci il
İmza: Cavabdeh ____________________ oğlu ______________________
İmza: Cavabdeh ____________________ qızı ______________________
İmza: Cavabdeh ____________________ oğlu ______________________
Dostları ilə paylaş: |