hüquqları vardır:
• bu Qanuna və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;
• sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlamaq üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;
• sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
• səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;
• auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;
• yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.
Auditorlar və auditor təşkilatları auditor fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin və bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə məsuliyyət daşıyırlar. "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları təsbit olunmuşdur. Belə ki, sifarişçi auditin vaxtında və keyfiyyətlə aparılması üçün lazımi şərait yaratmalı, audit üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməli, onun sorğusu üzrə yazılı və ya şifahi izahatlar verməli, yoxlanılmalı olan məsələlərin əhatəsini məhdudlaşdırmaq məqsədi ilə auditorun fəaliyyətinə qarışmamalı, auditor tərəfindən aşkar edilmiş qanunvericiliyin və mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi üzrə müəyyən olunmuş qaydaların pozulması faktlarını vaxtında aradan qaldırmalıdır. Müəssisələr (şirkətlər və s.) auditor seçməkdə sərbəstdirlər.
Sifarişçi auditin aparılması ilə bağlı qanunvericiliyin tələbləri haqqında, eləcə də auditorun irad və nəticələrini müəyyən edərkən əsaslandığı normativ sənədlər haqqında tam məlumat almaq hüququ vardır və auditor belə informasiyaları sifarişçiyə təqdim etməyə borcludur. Sifarişçi auditora yoxlanmağa verilən sənədlərin və digər informasiyaların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |