Azərbaycan iqtisadiyyatı - 2009
15
Əsas kapitala yönəldilmiş in-
vestisiyanın həcmi iqtisadiyyatın
sahələri üzrə Cədvəl 5-dəki
kimi xarak-
terizə olunur.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu
ildə də Azərbaycan iqtisadiyyatına
yatırılmış investisiyaların əsas hissəsi
paytaxtın payına düşüb. Ötən il bütün
maliyyə mənbələrindən Bakıda iqti-
sadiyyatın inkişafına 4 mlrd. 443 mln
manat və ya ölkə iqtisadiyyatının müx-
təlif sahələrinə yönəldilən bütün in-
vestisiyaların 60,3%-i qoyulub.
Ötən il
Azərbaycan iqtisadiyyatına in-
vestisiyalar 18,7% azaldığı halda, pay-
taxtda investisiya yatırımları daha çox,
25,4% azalıb. Bu isə əsasən, neft sek-
toruna qoyulan investisiyaların daral-
ması ilə bağlıdır.
Qalan investisiyalar ölkənin iqtisadi rayonları üzrə
belə bölünüb:
- Abşeron iqtisadi rayonu – 2,3%;
- Gəncə-Qazax iqtisadi rayonu -4,6%;
- Quba-Xaçmaz – 4,1%;
- Aran – 5,4%;
- Naxçıvan – 5,6%.
İnvestisiyaların 13,3%-nin
iqtisadi rayonlar üzrə
bölğüsünü aparmaq hökumətə mumkün olmayıb,
qalan 4,4% yatırımlar isə digər 5 iqtisadi rayonun
payına düşüb.
2009-cu ildə Sumqayıt şəhərində 525 MVt gücündə
Elektrik Stansiyası, Gədəbəy Qızıl-mis emalı və
Hacıqabul Kərpic zavodları, Quba rayonunda modul
tipli “Şahdağ” Elektrik stansiyası, Bakıda “Azadlıq
prospekti” Metro stansiyası, Beynəlxalq Avtovağzal
Kompleksi, Şərur
rayonunda Asfalt-beton zavodu,
Naxçıvan şəhərində və Şərur rayonunda meyvə-tərəvəz
saxlamaq üçün soyuducu anbarlar, ölkənin müxtəlif
bölgələrində 288,5 kilometr uzunluğunda fiber-optik
magistral
kabel xətti, bütün maliyyə mənbələri
hesabına ümumi sahəsi 1363,3 min kvadrat metr olan
yeni yaşayış evləri, 20 622 şagird yerlik ümumtəhsil
məktəbi, Şəmkir, İsmayıllı və Şərur rayonlarında
Olimpiya İdman kompleksləri istifadəyə verilib.
2009-cu ildə xarici mənbələrdən əsas kapitala
yönəldilmiş investisiyanın həcmi son 8 ildə ən aşağı
səviyyəyə düşərək 1 mlrd. 477,3 mln.
manat təşkil
edib. Əvvəlki ilə nisbətən Azərbaycan iqtisadiyyatı
xarici investisiyaların 1/3-ni itirib. Bunu bir tərəfdən
neft sektoruna yatırımların azalması ilə əlaqələn dir -
mək olarsa, dıgər tərəfdən birbaşa qlobal maliyyə-iqti-
sadi böhranın təsiri kimi qiymətləndirmək
müm kündür. :
Dostları ilə paylaş: