Bakı şəhəri Suraxanı rayonu E. Qaranzadə adına 270 saylı tam orta məktəbin Valideyn icmasının Nizamnamə və



Yüklə 36,22 Kb.
tarix21.10.2017
ölçüsü36,22 Kb.
#8963

Layihə.

Bakı şəhəri Suraxanı rayonu E.Qaranzadə

adına 270 saylı tam orta məktəbin

Valideyn icmasının Nizamnamə və

Əsasnaməsi

I.Valideyn icmasının Nizamnaməsi. Valideyn icmasının məqsəd və məramı.

  1. Ulu öndərimiz tərəfindən əsası qoyulmuş,sivilizasiyalı dövlətə çevril- miş müstəqil Azərbaycanmızın gələcəyi olan şagirdləri hüquq və vəzifələrini bilən,vətənini,torpağını sevən,sosial-ictimai fəaliyyətə can atan vətəndaş kimi tərbiyə etmək üçün ailəyə və pedaqoji kollektivə kömək etmək.

2.Qloballaşan dünyamızda özünü təsdiq edən,sərbəst düşünən,əməyin insan həyatının mahiyyəti olduğunu dərk edən, şüurlu vətəndaş tərbiyə etməyə nail olmaq.

3. Valideyn icması fəaliyyətində öz Nizamnamə vəƏsasnaməsinin müddəalarını, ,,Uşaq hüquqları haqqında’’ Azərbaycan Respublikasının Qanununu, ,,BMT-nin uşaq Hüquqları Konvensiyası ‘’ nın müddəalarnı

valideyn iclaslarının , Pedoqoji şuranın qərarlarını,dövlətin məktəb qarşısında tələblərini,təhsil alanın tələblərini yerinə yetirməkdə pedaqoji kollektivə yaxından kömək etməkdir.



4. Cəmiyyətimizin əsası olan təhsil verən və təhsil alanın hüquqlarını müdafiə etməkdir.

5. İnformasia bolluğu,ekoloji problemlərin artmasına səbəb olan elmi-texniki tərəqqi dövründə yaşayan təhsil alanların tariximizə hörmət,milli adət və ənənələrimizə sadiq , hərtərəfli tərbiyəsi üçün yeni metod və üsulları axtarmağı məktəbin pedaqoji fəaliyyətinin problemi səviyyəsinə yüksəltməyə nail olmaq.

6straight arrow connector 2. Şagirdlərin asudə vaxtlarının düzgün qurulması, iş rejiminə alışlmaları, bununla da zərərli vərdiş və təsirlərdən qorunmaları üçün ailə məktəb əlaqəsini təkmilləşdirməklə ailəni dəstəkləmək.

7. Ailənin və valideynin təlim-tərbiyədəki əvəzedilməz rolunun vacibli-

yini rəhbər tutaraq pedaqoji kollektiv tərəfindən valideynlərin meto-

diki, psixoloji cəhətdən təlimatlandırılmasına nail olmaq.

İcmanın surukturu:

I . Valideyn İcmasının İdarə Heyyəti.

II.Valideyn İcmasının üzvləri.

Valideyn icmasının İdarə Heyyətinə daxildir:

1. Məktəbin Valideyn İcmasi üzrə Kuratorlar şurası .

2. Valideyn İcmasının sədri.

3. Məktəbin psixoloqu .

4.Tərbiyə işləri üzrə direktor müavini.

5. İbtidai təhsil üzrə valideyn komitələrinin nümayəndəsi.

6. Ümumi orta təhsil üzrə valideyn komitələrinin nümayəndəsi.

7. Tam orta təhsil üzrə valideyn komitələrinin nümayəndəsi.

8. Qəyyumlar şurası .

Valideyn icması üzvlərinə daxildir:

1. Siniflər üzrə valideyn komitələrinin sədrləri.

2. Məktəbin bütün valideynləri.

3. İctimai birliklərin rəhbərləri.

4.Könüllü məzunlar.



VALİDEYN İCMASının İŞ QAYDASI.

1.Valideyn İcmasının sədri məktəb Pedaqoji şurasının üzvü olmalıdır.

2. Kuratorlar şurası - Valideyn icması ,Qəyyumlar şurası və məktəbin Pedaqoji şurası arasında əlaqələndiricidir,icmaya istiqamət verir, lakin icmanın işinə müdaxilə etmir.

3.Qəyyumlar şurası könüllü məzunların məşvərət saatında seçilir, və

Pedaqoji şurada müzakirə olunur.



4.İcma daxilində mübahisəli məsələni Pedaqoji şura həll edir.

5. Valideyn icmasının İdarə Heyyəti məktəb Pedaqoji şurasının

qərarları və rəhbərliyin iş planı əsasında öz işini qurur.



6. Valideyn icmasının İdarə Heyyəti ümumməktəb valideyn iclasında seçilir.

7. Valideyn icmasının sədri , katibi və xəzinədarı idarə heyyətinin iclasında müyyən olunur.

8. Valideyn imasının idarə heyyəti ayda bir dəfə yığıncağını keçirir,51% səs çoxluğu ilə qərarlarını qəbul edir.

9. Valideyn İcmasının İdarə Heyyəti ildə iki dəfə (minimum) ümumməktəb valideyn iclası keçirir.
10. Qəyyumlar şurası Valideyn icmasının fəaliyyət xəttinə uyğun vaxtlarda məşvərət saatları keçirir,rəy və təkliflərini Valideyn icması İdarə Heyyətinə təqdim edir.

11.Qəyyumlar şurasının üzvlərinin ödəyəcəkləri üzvülük haqqının məbləği məşvərət saatında müəyyən edilir , yekun təklif icmanın İdarə Heyyətinin iclasında müzakirə olunur.



11.Valideyn icması İdarə Heyyətinin üzvləri ayda bir dəfə keçirilən sinif valideyn iclaslarının təşkilinə kömək edir və qərarlarının yerinə yetirilməsinə nəzarət edir.

12. Valideyn icmasının İdarə Heyyəti icmanın məqsəd və məramını əhatə edən illik iş planı tərtib edir ,plan ümumməktəb valideyn iclasında , Pedaqoji şurada müzakirə olunur və məktəbin direktoru tərəfindən təsdiq olunur.

VALİDEYN İCMASININ İDARƏ HEYYƏTİNİN İŞİNİN

SƏNƏDLƏŞMƏSİ.
1.Təsdiq olunmuş illik iş planı.
2 .Pedaqoji şuraya təqdim olunan hesabatlar.
3. Ayda bir dəfə keçirilən Valideyn icması İdarə Heyyətinin iclasları səhifələnmiş protokol kitabına yazılır, kitab qaytanlanır,direktor

tərəfindən təsdiq olunur .


4. Sədr və katib iclasların protokollarını imzalayırlar.

5. Qəyyumlar şurasının üzvlərinin üzvülükhaqqı kitabı səhifələnir, qaytanlanır və direktor tərəfindən təsdiqlənir.

6.Qəyumlar şurasının üzvü üzvülükhaqqı kitabında ödədiyi məblə-

ği imzası ilə təsdiqləyir və ya yaradılmış bank hesabına keçirir.



VALİDEYN İCMASININ ƏSASNAMƏSİ.

a) Valideyn icmasının hüquqları.

1.Valideyn Icması məktəbin idarə olunmasında məktəb rəhbərliyinə öz irad və təkliflərini verə bilir.

2. Icma məktəbdə təlim-tərbiyənin təşkilində və aparılmasında hər hansı məsələ üzrə məktəb rəhbərliyinə müraciət edə bilər.

3. Icma xeyriyyəçi və biznesmenlərlə əməkdaşlıq etmək hüququna malikdir.

4. Icma məktəb nizamnaməsinə dəyişiklik üçün rəy və təkliflərini verə bilər.

5. İcma təlim-tərbiyə işində Pedaqoji şuranın ,Valideyn İcmasının qərarlarının həyata keçirilməsinə kömək üçün bələdiyyə,həmkarlar təşkilatı,Təhsil idarəsi və Təhsil nazirliyinə müraciət edə bilər.

6. Icma Pedaqoji şuraya öz rəy və təkliflərini vermək hüququna malikdir.

7 .İcmanın İdarə Heyyəti müəllimlərə xəbərdarlıq etməklə dərsləri dinləyib müəllimlərin müsbət və mənfi fəaliyyəti haqqında rəhbərlik qarşısında məsələ qaldıra bilər.

8. Qəyyumlar şurası Valideyn icmasının İdarə Heyyətinə rəy və təkliflərini verə bilər.

9. Qəyyumlar şurası məktəb direktoru ilə razılaşdirilmiş halda məktəbdə tərbiyəvi ,xeyriyyəçilik və digər mədəni-kütləvi tədbirlə-

ri maliyələşdirməklə nəzarəti həyata keçirə bilər.



10.Qəyyumlar şurası Respublikamızın ictimai təşkilatları, qurumları,

birlikləri , cəmiyyətləri ilə əlaqələr yarada bilər.

11.Qəyyumlar şurası üzvləri bank hesabılə icmanın və digər şəxsləri-

In hesabına iyanə keçirməkdə sərbəstdirlər.



b) Valideyn İcmasının vəzifələri

1. İcma davamiyyət üzərində nəzarəti təmin etməli,dərsdən yayınma hallarını aşkarlamalı,səbəblərini aradan qaldırmalıdır.

2. Məktəbyaşlı uşaqların hüquqlarının qorunması üçün icra hakimiyyətinin müvafiq şöbəsinin köməyindən istifadə etməlidir.

3. İcma tam orta təhsildən yayınma hallarını aradan qaldırmalıdır.

4. İcma valideynlərlə sıx əlaqədə qızların erkən nişanlanması və ailə qurmasına yol verməmək üçün belə ailələri aşkar edib onlarla fərdi iş aparmalı və lazım gələrsə inzibati tədbirlərdən istifadə etməlidir.

5. İcma təbiyəsində qüsuru olan uşaqların sinif rəhbərləri,psixoloq

Tərbiyə işləri üzrə direktor müavini vasitəsilə ictimai işlərə cəlb

edilməsinə nail olmalı , tərbiyə işində dövlətin, dinimizin qayda-qa

nunlarından istifadə etməlidirdir.



6. İcma maddi çətinliyi olan işsiz valideynlərə kömək üçün bələdiyyə,

icra hakimiyyəti,həmkarlar təşkilatının köməyindən istifadə etməlidir.



7. İcmanın idarə Heyyəti nüfuzlu,maddi imkanı olan valideynlərin , Qəyyumlar şurasının ehtiyacı olan valideynlərə köməyini təşkil etməlidir.

8. Uğursuz ailələrin uşaqlarını aşkarlamalı , onların maddi və psixoloji

durumunu nəzarətdə saxlamalı , lazımı köməyi göstərməlidir.



9 . Hər iki valideynini itirmiş uşaqların himayədarlarını dərindən öyrən-

məli, uşaqlarla pisxoloqun iştirakı ilə söhbətlər təşkil etməli, onların maddi və pisxoloji durumunu nəzarətdə saxlamalı və lazımı köməyi etməlidir.



10. Ailədə uşaqların tərbiyəsinin düzgün qurulmasına köməklik üçün pedaqoji mühazirələr ,siqaret və narkomaniyanın məhvedici təsiri, telefon və İKT-dən noradan artıq istifadənin zərərləri haqqında həkim

məsləhətləri təşkil edir.



11. Valideyn İcması tədrisin əyaniliyini təmin edən vasitələrlə fənn

kabinetlərinin zənginləşməsi işinə valideynləri ,xeyriyyəçiləri cəlb edir.



12. Məktəbyanı sahənin yaşıllaşdırılması və qorunmasına valideynləri cəlb edir.

13.Valideyn İcması müəyyən vaxtlarda tarixi abidələrə, müzeylərə,istehsalat müəssisələrinə ekskursiyalar təşkil edir.

14 .Məktəbdə yeni fəaliyyətə başlayan şagird ictimai təşkilatlarının fəaliyyətinə kömək edir.

15. Metal və kağız tullantılarının toplanmasında məktəb kollektivinə kömək edir.

1straight arrow connector 4straight arrow connector 66. İcma müəllim şagird valideyn münasibətlərində neqativ hallarla barışmaz olur, valideynlərin köməyindən istifadə edir.

17. Yüksək balla ali təhsil müəssisələrində,kolleclərdə təhsil alan məzunların ümumi orta və tam orta təhsil alanlarla görüşünü təşkil et- məklə onların real həyat təcrübəsindən istifadə edir.

18. Uşaqların qabiliyyət və bacarığına uyğun peşə seçimində valideyn-lərə kömək edir.

19. Ümumi orta təhsil səviyyəsində peşə yönümünü istiqamətləndir-mək üçün ekskursiyalar təşkil edir.

20. Tarixi və əlamətdar günlərin təntənəli keçirilməsinə kömək edir.

21. Valideyn İcması məktəbdə, bufetdə sanitar-gigiyena qaydalarına

əməl olunmasına, qida məshullarının keyfiyyəti üzərində valideyn nəzarətinə nail olur.



22 . Valideyn İcması məktəbin maddi-texniki bazasının artırılmasında,

təmirində xeyriyyəçi valideynlərin ,ictimai təşkilat və müəssisələrin birliklərin, cəmiyyətlərin köməyindən istifadə edir.



23. Valideyn İcması Azad. Həmkarlar təşkilatının vasitəsilə aztəmi-

natlı ailələrdən olan şagirdlərin yay istirahətinin təşkilinə nail olur.



straight connector 5 Valideyin icmasının Nizamnamə və Əsasnaməsinin layihəsi məktəbin Pedaqoji şurasının müzakirəsinə təqdim olunur.
Yüklə 36,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin