-
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
-
İş yerində informasiya texnologiyalarından istifadə etmək
qabiliyyətinə;
-
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
-
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq
iradəsinə;
-
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək
qabiliyyətinə;
-
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək
bacarıqlarına;
-
Peşəkar fəaliyyətini planlaşdırmaq
və təşkil etmək, gələcək təhsilini və mövcud
bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq
qabiliyyətinə;
-
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya,
həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
-
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə
vəziyyəti və özünü yenidən
qiymətləndirmək və özünütənqid bacarığına.
-
Tənqid və özünətənqidə dözümlülük göstərmək bacarığına;
-
Problemli şəraitlərdə təşəbbüskarlıq göstərməyi və məsuliyyəti öz üzərinə götürmək
bacarığına.
-
Ömürboyu öyrənmə prinsipinə əməl edərək , bu sahəyə aid yenilikləri və inkişafı
izləmək
-
Fövqalədə hallarda qarşıya çıxacaq problemlərin həlli məsuliyyətini öz üzərinə
götürmək.
-
Sosial məsuliyyət hissi ilə yaşadıqları sosial mühit üçün layihələr hazırlamaq və
fəaliyyəti təşkil etmək.
2.2.
Təhsil proqramının sonunda məzunlar aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
Fənn təlimi ilə bağlı peşə kompetensiyaları:
-
cari və illik təlim planlarının tərtibi üçün müvafiq məlumatları toplayır;
-
şagirdlərin təlim nəticələrinin müxtəlif qiymətləndirmə vasitələri ilə qiymətləndirilməsini
təşkil edir;
-
ortaq və kollegial peşə hazırlığı
tədbirlərində iştirak edir;
-
peşəkar inkişafa yönələn tədbirlərdə iştirak edir;
-
peşəkar əlaqələri və şəbəkələri inkişaf edir;
-
şagirdlərin təliminə müsbət təsir göstərən siyasətləri və təcrübələri tətbiq edir.
Pedaqoji səriştə ilə bağlı peşə kompetensiyaları:
Tədris/təlim prosesinin planlaşdırılması:
-
Hər təhsilalan üçün əldə olunmalı xüsusi nəticələr formalaşdırmaqla və müvafiq metod
və resurslar seçməklə inkluziv tədris/təlim prosesi və mühitini planlaşdırlr;
-
Tələbə əsaslı tədris/təlim prosesini planlaşdırmaq və həyata keçirmək üçün təhsilalanın
fərdi inkişafını, təlim nəticələrini, şəxsiyyətini və sosial inkişaf ehtiyaclarını, dil və
vətəndaşlıq şüuru potensialını öyrənir;
-
Pozitiv təlim mühitini yaradır;
-
Şagirdlərin təlimini yaxşılaşdırmaq məqsədilə təlim proqramının yerinə yetirildiyi boyu
savadlılığın təlimi ilə məzmun təliminin effektiv inteqrasiyasına
nail olur;
-
İxtisaslarında uyğun müvafiq səviyyədə akademik bilik nümayiş etdirir;
-
Şagirdləri öyrəndikləri fənnə dair biliklərini genişləndirməyə, bu bilikləri praktikaya
tətbiq etmək bacarıqlarını inkişaf etdirməyə həvəsləndirir, tədqiqatlar aparmağa təşviq
edir;
Tədris/təlim prosesinin həyata keçirilməsi:
-
Təhsilalanın öyrənmə və inkişaf ehtiyaclarına əsasən əməkdaşlığa əsaslanan
inkluziv,
anlaşıqlı və emosional cəhətdən təhlükəsiz mühit yaradır;
-
Həm istedadlı, həm də öyrənmə ilə bağlı çətinlikləri olan təhsilalanların fərqli təhsil
ehtiyaclarını anlayaraq onları dəstəkləyir, müvafiq dil tədrisi və təlimi metodlarını seçir
və tətbiq edir;
Təhsilalanın təhsil fəaliyyətinin və inkişafının qiymətləndirilməsi:
-
Gözlənilən təlim nəticələrinə uyğun olan müvafiq qiymətləndirmə meyarları və
metodlarını məqsədli şəkildə seçir və tətbiq edir;
-
Formativ və summativ qiymətləndirmə metodlarını tarazlaşdırır.
Peşə kompetensiyalarının inkişaf etdirilməsi:
-
Peşəkar inkişafa fərdi və kollektiv yanaşma tətbiq edir;
-
Bilik və bacarıqlarını yaxşılaşdırmaq üçün vəziyyətləri
tənqidi təhlil edir, özünü
qiymətləndirir və nəzərdən keçirir;
-
Təhsilalanın əldə etdiyi təlim nəticələrini, həmkarlarının rəyini, təhsil üzrə son nəşrləri
nəzərə alaraq öz tədris praktikasını nəzərdən keçirir
və tənqidi qiymətləndirir;
-
Peşə hazırlığının təkmilləşdirilməsində və müxtəlif təlimlərdə iştirak edir;
-
Təlimin təkmilləşdirilməsində müasir elmi əsaslandırılmış yanaşmalardan istifadə edir.
Təhsil müəssisəsinin və təhsil sahəsinin inkişaf etdirilməsində iştirak:
-
Təhsil müəssisəsindəki həmkarlarla birlikdə bütün təhsilalanları əhatə etmək və onların
inkişafını təşviq etmək məqsədi ilə tədris/təlim prosesinin koordinasiyasını planlaşdırır;
-
Digər müəllimlərin tədris kompetensiyasını qiymətləndirir və təhsil müəssisəsində tədrisi
yaxşılaşdırmaq məqsədi ilə digər müəllimlərlə əməkdaşlıq edir;.
-
Ümumtəhsil müəssisələrində fizikanın elmi əsaslarının tədrisinin təkmilləşdirilməsinə
dair elmi-metodiki problemləri formalaşdıra bilir;
-
Elmi-metodiki tədqiqat nəticələrini təhlil edərək pedaqoji innovasiya fəaliyyətinə tətbiq
edir.
Dostları ilə paylaş: