Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Azərbaycanda istehsalın transmilliləşməsinin sürətləndirilməsi



Yüklə 0,71 Mb.
səhifə45/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
279762823 (1)

5.2. Azərbaycanda istehsalın transmilliləşməsinin sürətləndirilməsi
2010-cu ilədək Azərbaycanda iqtisadi artımın hərəkətverici amili neft sektoru olmuşdur. Lakin 2010-2014-cü illərdən başlayaraq artıma əsas töhfə verən qeyri-neft sektoru olmuşdur. 2014-cü ilin nəticələrinə əsasən, qeyri-neft sektoru ÜDM-də 63% təşkil etmişdir. 2017-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil etmişdir. Ümumi Daxili Məhsulda Neft-qaz sahəsinin cəkisi 2017-cı ilin göstəricisindən 4 faiz artaraq 37 faiz olmuşdur.
Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşa edilməsi nəzərdə tu­tul­muşdur: pambıq ipliyi istehsalı (illik istehsal gücü 20 min ton), akril istehsalı mü­əs­sisəsi (iplik 3 min ton), yun ipliyi istehsalı, corab istehsalı müəssisəsi (iplik isteh­salı gücü 70 min cüt), ayaqqabı istehsalı müəssisəsi (illik 1,5 miln.cüt dəri ayaqqabı), tib­­bi kosmetika məhsulları istehsalı müəssisəsi, toxuculuq müəssisəsi (illik istehsal gü­cü 15 mln.kvm.pambıq parça), boyama müəssisəsi (illik istehsal gücü 15 mln. kvm), tikiş müəssisəsi. Parkın inşa edilməsinə 210 mln.manatdan çox investisiya qo­yul­ması planlaşdırılır. Yerli xamalla işləyəcək bu sənaye kompleksi Azərbaycanda növ­bəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılmasına hədəf­lən­mişdir.
Şəmkir rayonunda 2014-cü ildə əsası qoyulmuş aqroparkda aqrar məhsullarının istehsalı olunması, emalı, onların qablaşdırılması, daşınma xidmətlərinin həyata kecirilməsi, hazır əmtəələrin satmaq üçün yerli bazarlara çıxarılması, ixrac ücün zəncirin qurulması kimi məsələlər nəzərdə tutulmuşdur. Belə aqroparkın təşkili həmçinin Xızı rayonunda da planlaşdırılır.
Ölkədə 42-dək aqroparkın yaradılması nəzərdə tutulur. Aqro­parkların ölkədə yaradılması nəzərdə tutulan məkanları və infrastruktur elementləri artıq müəyyən edilmişdir.
Ölkənin iqtisadi siyasətinin əsas məqsədlərindən birini istehsalın transmilliləşdirmədir. Bu proses müasir tələblərə uyğun innovativ istehsal sahələrinin yaradılmasına daxili resurslardan səmərəli istifadə edilməsinə, ekoloji və iqtisadi təhlükəsizliyin təmin edilməsinı əsaslanır. Eyni zamanda, ənənəvi istehsal sahələrinin modernləşdirilməsi, buna paralel olaraq intensiv metodların tətbiqi diqqət yetirilən əsas məqamlar sırasında yer alır. Nəticədə Azərbaycanda emal sənaye və aqrar sektorların intensiv inkişafı təmin edilməkdədir.
2015-2016-cı illərdə iqtisadiyyatın diversifikasiyası məqsədilə hökumət bir çox normativ-hüquqi aktlar və qərarlar qəbul etmişdir. Bu sənədlərdə sənaye və aqro­park­ların, sənaye məhəllələrinin və azad iqtisadi zonanın yaradılması öz əksini tapmışdır. Digər yeni diversifikasiya konsepsiyası kimi stimullaşdırıcı tədbirlərin həyata keçiril­məsidir. Bu məqsədlə investisiyaların və ixracın stimullaşdırılması, sənaye parklarına vergi güzəştlərinin verilməsi kimi tədbirlər həyata keçirilir.
Hal-hazırda intensiv metodlara əsaslanan yeni xammal bazasının yaradılması emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, dövlətin dəstəyi ilə iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində tədbirlər davam etdirilir. Artıq 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatmışdır və fəaliyyət göstərən təsərrüfatlarda məhsul­darlıq hər hektardan 58-60 sentiner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında ya­radılan aqroparklarda işlər yekunlaşmaq üzrədir. Ənənəvi sahələrin, o cümlədən pam­bıqçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində müva­fiq tədbirlər həyata keçirilir. Respublikada pambıqçılıq, tütünçülük sahəsinin inkişaf etdirilməsi ücün bu sahədə fəaliyyətdə olan fermerlərə güzəştli şərtlərlə kredit və aqrolizinq xidmətlərindən istifadə etmək ücün imkan yaradılmış, sahibkarlardan alınan malın alış qiyməti yüksəldilmişdir.
Bütövlükdə emal sənaye sektorunun inkişafı ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Azərbaycanda bir neçə böyük sənaye mərkəzi yaradılır. Bakı şəhərində, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sənayeləşmə siyasətinin davamı kimi Sumqayıtda müasir tələblərə cavab verən kimya sənayesinin yaradılmasıdır.
Hal-hazırda inkişafın aparıcı qüvvəsinin qeyri-neft sektoru olması hökumət tərəfindən bəyan edilmişdir.
Son üc il ərzində Gəncədə dəmir filizinin reduksiyası, poladəritmə və peliet istehsalcılarından ibarət olan metallurgiya kompleksinin tikintisi ücün işlər görülür.
2015-ci ildə tikintisinə başlanılmış və dəyəri 1,1 milyard manatdan çox olan “SOCAR Polymer” MMC adlı müəssisə Qafqazın ən böyük müəssisələrindən biri olacaq. Azərbaycanda tikilən bu müəssisə sənayenin inkişaf imkanlarının ortaya cıxmasında vacib hesab edilir. 2013-cü ildən müəssisə Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan zavod istehsal edəcəyi hazır məhsullar idxaldan asılılığı tamamilə aradan qaldıracaq və böyük ixrac potensialı yaradacaqdır.
“SOCAR Polymer” şirkətinin tabeliyində olmaqla Polipropilen və Yüksək Sıxlıqlıı Polietilen zavodları tikilir. İstehsal gücü 180 min ton olan Polipropilen zavodu 2017-ci ildə, istehsal gücü 120 min ton olan Yüksək Sıxlığı Polietilen zavodu 2018-ci ildə istifadəyə veriləcəkdir. İstehsal olunan məhsulların 30%-i yerli bazara, 70%-i Türkiyə və Avropa bazarlarına çıxarılması nəzərdə tutulur.
2016-cı ildə Azərbaycan Sövlət Neft Şirkətinin “Azərkimya” istehsalat birliyinin Sumqayıtdakı Etilen-Polietilen zavodunun yenidənqurulmasını həyata keçirmək üçün İtaliya firması ilə müqavilə imzalanıb. Yenidənqurma işləri 2019-cu ilə qədər davam edəcəkdir.
“Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunub. Burada hasil olunan filiz ölkədə metallurgiyanın və bütövlükdə sənayenin inkişafında mühüm rol oynayır. Daşkəsənin filizi yataqlarında 270 milyon ton filiz ehtiyatının olması müəyyən olunmuşdur. Filizin tərkibinin orta hesabla 40%-i dəmirdir və bu dəmir ehtiyatının 100 milyon ton olması deməkdir. Deməli, filizin cıxarılması və resursların təbii artım əmsalını diqqətə alsaq, respublikanın səksən illik dəmir ehtiyatı mövcuddur.
Yaxın gələcəkdə hökumət tərəfindən Daşkəsən filiz yatağının bazasında bir neçə zavoddan ibarət böyük metallurgiya kompleksinin yaradılması nəzərdə tutulur (“Azərbaycan” qəzeti, 08.10.2016). Bu da imkan verəcəkdir ki, yüksək keyfiyyətə malik olan dəmir filizinin xammal kimi ixracı dayandırılsın və son məhsula qədər Azərbaycanda istifadə olunsun. 2015-ci ildə “Baku Steel Company” MMC-nin Bakıda yerləşən zavodunda yenidənqurma işləri sona çatmış və onun istehsal gücü 250 min ton polad məmulatları istehsalından 1,1 mln.tona çatdırılmışdır. Daşkəsəndəki Çovdar qızıl yatağında artıq istehsal həyata kecirilir. Çovdar qızıl zavodu istifadəyə verilmişdir. Ölkə prezidentinin sərəncamı ilə “AzerGold”QSC yaradılıb ki, Çovdar qızıl zavodu onun tərkibindədir. Hazırda “Gəncə Avtomobil Zavodu”–u daha da genişləndirilir. Hal-hazırda “Maz”, “Kamaz” və “Ural” avtomobillərini, müxtəlif modeldə kənd tə­sərrüfatı maşınlarını (traktorlar) istehsal edən “Gəncə Avtomobil Zavodu”nda “Avro 5” standartlarına cavab verən avtobuslar buraxılacaqdır (“Azərbaycan” qəzeti, 21.05.2016).
Neftçala Sənaye Məhəlləsində yerli şirkət olan “Aqevqocar” MMC şirkəti ilə İran İslam Respublikasının “İran Khodro” şirkəti arasında dəyəri 15 milyon dollar olan avtomobil zavodunun tikintisi həyata keçiriləcək. Bu sərmayənin 25%-ni İran, yerdə qalan 75%-ni isə yerli biznesmenlər qoyacaq. Müəssisə 2018-cin ilə qədər istifadəyə veriləcək.
“AzeriSteel” zavodu tərəfindən rəqabətli sənaye qurğularının istehsalı ücün zavod inşa ediləcək. Bu layihə daxilində inkişaf etmiş texnologiyalara əsasən neft- və kimya sənayesi ilə birgə, farmakalogiya, yeyinti sənayesi üçün bir cox fərqli qurğular (istilik dəyişmə avadanlıqları, təzyiqlə işləyən avadanlıqlar reaktorlar, kristalli­za­torlar və s.) istehsal ediləcək. “AzeriSteel” zavodunun layihə və injinirinq işlərini məşhur alman şirkəti olan “EPC Group” həyata kecirir.
Bu son illərdə dünyada baş verən tendensiyalar onu göstərir ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün görülən işlər davam etdirilməlidir. Dünya təsərrüfatında baş verən neqativ hallara qarşı mövcud iqtisadi şəraitə daha operativ olaraq müqavimət edə bilməlidir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin işlənməsinəbuna görə start verilib.. Bu sənədin təsdiq olunması haqqında Prezidentin dərkənar qoydugu 6 dekabr 2016-cı il tarixli fərmanda deyilir ki, “Son illərdə həm regionlarda, həm də beynəlxalq iqtisadiyyatda baş verən proseslər, neftdən gələn gəlirlərinin kəskin azalması ilə cətin xarici iqtisadi mühit respublikanın makroiqtisadi və maliyyə dayanıqlıgına təsirini yönəltməkdədir. Dünyada baş verən proseslərin meydana gətirdiyi yeni meyllərə uyğunlaşmaq və hazırda mövcud olan qlobal iqtisadi böhranınrespublikamıza təsirini azaltmaq məqsədilə iqtisadi yeniləmə işlərinin əsas vacib olan strateji hədəflərinə müvafiq olaraq sistem xarakterli bir cox işlərin reallaşması, sosial-iqtisadi yüksəlişin cari, orta və uzunmüddətli etapları arasında üzvi əlaqə və qarşılıqlı bağlılıq yaratmaqla iqtisadi yüksəlişin keyfiyyətcə yeni olan modelinin formalaşmasının qarşısındakı əsas mühüm vəzifələrdəndir”.[6,s.,128]
Təhlillərdən görünür ki, 2010-cu ilə kimi iqtisadi inkişafın hərəkətvericisi neft sektorudur. Lakin 2010-2014-cü illərdən sonra qeyri-neft sektoru da inkişafa başladı. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə qeyri-neft sektorunda 6,9, o cümlədən tikinti sektorunda 8,8, xidmət sektorunda 7,6% artım müşahidə edilib.
Ölkənin maliyyə bazarının stabilliyi ilə transmilli biznes arasındakı qarşılıqlı təsirdən danışarkən qeyd etmək lazımdır ki, 2018-ci ilə qədər qeyri-neft sektorunun məhsullarının idxalı və ixracı arasında idxalın xeyrinə çox böyük məbləğdə fərq yaranmışdır. Məsələn, 2010-cu ildə təkcə istehlak mallarının Azərbaycana idxalı ixracdan 4 dəfə, 2014-cü ildə isə 5 dəfə və ya 3,3 milyard ABŞ dolları məbləğindən çox olmuşdur. Bu tendensiya 2015-cii ldə də davam etmişdir. Belə ki, istehlak mallrının idxalı ixracdan 5 dəfə və ya 3,1 milyard dollar çox olmuşdur. Yerli transmilli biznesin mənafeyi baxımından bu meyl önəmli olmamışdır. Bundan başqa, bu meyl xarici valyutaya tələbatı artırmış və xarici valyuta ilə daxil olan neft gəlirlərinin ölkədən çıxarılmasına səbəb olmuşdur.
Transmilli biznesin istehsal bazasının diversifikasiyasının mühüm bir əhəmiy­yəti də pul bazarının stabilliyinə müsbət təsir göstərməsidir. Bazarda stabilliyi təmin etmək məqsədilə 2007-ci ildən xarici valyutanın ölkədən çıxarılması da tam liberal­laşdırılmışdır. 2010-cu ildə Mərkəzi Bank bütün bunlara baxmayaraq mövcüd tələbatdan 2,2 milyard dollar cox olan, 143 milyon dollarlıq valyutanı 2014-cü ildə sterilizasiya edərək dövriyyədən çıxarmağa məcbur qalmışdır. Mər­kəzi Bankın qiymətləndirməsinə görə əvvəlki illərə nisbətən bank tərəfindən valyuta alışının azalması daxili bazarda valyuta tələbinin artması ilə izah edilir. Neft-qaz ixracı genişləndikcə ölkənin valyuta bazarına təzyiqin daha da güclənə biləcək ehti­malını nəzərə alsaq, onda ixracdan ölkəyə daxil olan pulları sənayenin emal sahə­lərinin və aqrar sektorun müasir texnologiyalar əsasında inkişaf etdirməsinə və şaxə­ləndirilməsinə yönəltməliyik ki, daxili bazarda pula tələbat artsın, maliyyə bazarında təkliflə tələb arasında tarazlıq yaransın.
Mərkəzi Bankın sapardığı sərt pul-kredit siyasətini davam etdirməsi haqqında kütləvi informasiya vasitələrində tez-tez söylənilir. Ümumilikdə bu da emal sənayesinin və aqrar sahənin inkişaf etdirilməsində maliyyə vəsaitlərinin azalması problemini problemini yaradır. Mahiyyət etibarı ilə bu, düzgün qənaətdir. Ancaq sərt pul-kredit siyasəti məcburiyyət qarşısında atılan addımdır. Mərkəzi Bankın belə siyasəti o dövrdəki iqtisadi diversifikasiya durumuna adekvat olmuşdur. Düşünürük ki, Mərkəzi Bankın müvcud siyasəti uyğun maddi baza yaradılaraq dəyişdirilməlidir. Başqa sözlə, xarici valyutaya daxili tələbi artırmaq tələb olunur. Bu da dövlət investisiyaları hesabına iqtisadiyyatın şaxələndirilməsi vasitəsilə emal sənaye sahələrinin və aqrar sektorun böyük miqyasda inkişaf etdirilməsi yolu ilə təmin oluna bilər. Neft sektorundan əldə olunan neft gəlirlə­rin­dən emal sənaye sahəsində və kənd təsərrüfatında səmərəli istifadə olunmaqla, iqtisadiyyatı diversifikasiya oluna bilər, əhalinin yaşayış səviyyəsini yaxşılaşdıra və eyni zamanda Azərbay­canı sənayecə inkişaf etmiş cox güclü bir dövlətə çevrilə bilər. İnkişaf etmiş ölkələrin struktur siyasəti barədə təcrübələrdən istifadə etməklə, Azərbaycanın sənaye cəhətdən inkişaf etmiş ölkələrə çevrilməsini sürətləndirmək olardı.
Azərbaycanın sənaye istehsalının strukturunda mütərəqqi dəyişikliklər baş verir. Qida məhsullarının istehsalı, metallurgiya, neft emalı, kimya sənayesi, dəri və ayaqqabı istehsalı, elektrik enerjisi, qaz və suyun istehsalı, maşın və avadanlıqlar istehsalı inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti özünün çıxışlarında iqtisadiyyatın həm sahəvi, həm də regional baxı­mın­dan tarazlı inkişafının təmin edilməsini, struktur islahatlarının genişlən­diril­məsini, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsini bir neçə dəfə vurğulamışdır.
İxracyönümlü iqtisadi siyasətin həyata keçirilməsi çərçivəsində idxalı, birinci növ­bədə əvəz edən qeyri-neft emal sənaye sahələrinin prioritet inkişafının təmin edilməsi tələb olunur. Sektorun prioritet sahələrində dövlətin investisiyalarından özəl-dövlət partnyorluğu əsasında istifadə miqyasının əhəmiyyətli dərəcədə genişlən­dirilməsi zəruridir.
Azərbaycan Respublikası hal-hazırda beynəlxalq əmək bölgüsündə əsasən xam­mal və yarımfabrikatlar ixrac edən ölkə mövqeyinə malikdir. Mərkəzi Bankın məlu­matına görə ölkədən ixrac olan malların 96%-i yanacaq və xammal məhsulla­rıdır. İxracın tərkibində maşın və avadanlıqlar cəmisi 0,9%, istehlak malları isə 3% təşkil etmişdir. 2014-cü ildə bütünlükdə qeyri-neft məhsulları ümumi ixracın cəmisi 6%-nə bərabər olmuşdur.
Azərbaycan Respublikası kifayət qədər resurs potensialına malikdir. Ancaq on­lar­dan səmərəli istifadə olunması, qeyri-neft sənaye sahələrində prioritetlərin seçil­məsi və istehsal güclərinin artırılması digər ölkələrə nisbətən ölkənin üstünlüyünü və iqtisadi təhlükəsizliyini təmin edə bilər. Ölkənin daxili istehsalının strukturunda istehlak mallarının istehsalının sürətlə və böyük miqyasda inkişaf etdirilməsi tələb olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan idxalının 45%-ə qədəri və ya 4,2 milyard dolları istehlak mallarının payına düşür (2014-cü il).
Azərbaycanın transmilli biznesinin diversifikasiyalı inkişafını təmin edən etibar­lı potensial mövcuddur. Onların sırasında mineral xammal ehtiyatları (karbohidrogen ehtiyatları, dəmir filizi, qızıl, mis, alunit və digərləri), kənd təsərrüfatının inkişafı üçün əlverişli torpaq-iqlim şəraitinin mövcudluğu (pambıq, üzüm, barama, çay, meyvə-tərəvəz, taxıl və s.) və əmək resurslarıdır.
İndiki mərhələdə hökumətin iqtisadi inkişaf konsepsiyası iqtisadi şaxələn­dirmə­dən, qey­ri-neft sektorunun inkişafından, biznes mühitinin yaxşılaşdırıl­masından, idxaldan ası­lı­lığın maksimum səviyyədə azaldılmasından, xarici investisiyaların cəlb edilmə­sin­dən, süni əngəllərin aradan qaldırılmasından, inhisarçılığa qarşı mübari­zədən iba­rətdir.
Bütün bu uğurlara baxmayaraq, Azərbaycan sənayesinin artımında emal sekto­runun rolu zəifdir. 2014-cü ildə 1990-cı ilə nisbətən respublikanın emal sənayesinin indeksi 46,5 faiz olmuşdur. Başqa sözlə, emal sənayesi 1990-cı ilin məhsul istehsalının yarısını da təmin etməmişdir.
Azərbaycanın transmilli biznesinin istehsal bazasının istər ölkə daxilində, istərsə də ölkə sərhədlərindən kənarda inkişafı üçün real imkanlar və ehtiyatlar kifayət qədərdir.
İki Dövlət Proqramı əhatəsində (2004-2013-cü illər) Azərbay­can Respub­likasının əsas kapitalına 98 milyard manat sərmayə yatırılmışdır. Bunun da 63,7 mil­yard manatı ( 65%) qeyri-neft sahəsinə qoyulmuşdur. Bu sərmayələrin hesabına tək sənaye sahəsinə 191 təzə firma və istehsal sektoruinşa edilmişdir . Demək olar ki, bunların 95%-i qeyri-neft sektorunda inşa edilmişdir. Bu müəssisələrin isteh­sal güclərindən tam olaraq səmərəli istifadə qeyri-neft sahəsinin bütövlükdə artımında cox mühüm rol kəsb etmişdir. Elmi tədqiqatlardan meydana gələn nəticə budur ki, bütünlükdə qeyri-neft sahəsində mühasibat-maliyyə uçotunda şəffaflıq artmalıdır. Dövlət tərəfindən bu sahəyə cox güclü maliyyə nəzarəti olmalıdır. Qeyd etmək lazımır ki, 2004-2013-cü illərdərespublika sənayesinə investisiya qoyuluşunun cəmi 19%-i qeyri-neft emal sahəsinə qoyulmişdur. Gələcək bir necə ildə qeyri-neft emal sənaye sahələrinə, qoyulan dövlət sərmayələri nəzərəcarpacaq dərəcədə yüksəl­dilməsi bu gun ki, günün əsas tələbidir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq olunması haqqında respublika Prezidentinin təsdiq etdiyi 6 dekabr 2016-cı il tarixli fərmanında deyilir ki, dünyada gedən proseslərin ortaya cıxardıgı təzə tendensiyalara adaptasiya olunmaq və hazırkı qlobal iqtisadi böhranın respublikamıza təsirini azaltmaq məqsədilə iqtisadi islahatların strateji missiyasına müvafiq olaraq sistem təsirli bir sıra tədbirlərin reallaşması, sosial-iqtisadi yüksəlişin cari, orta və uzunmüddətli mərhələləri arasında sıx bağlılıq və əlaqə yaratmaqla iqtisadi artımın yeni modelinin yaranmasi bizim əsas vəzifələrdən hesab olunur.
Qəbul edilmiş strateji yol xəritəsində əsas istiqamətlərindən biri qeyri-neft sektorunu dəyişmək və yüksəltmək, ölkənin neft faktorundan asılılığını azaltmaqdır. Qeyri-neft sektorunun respublika iqtisadiyyatındakı perspektiv rolunun cox yüksək olması düşünülür. Hökumət tərəfindən 2025-ci ildən sonrakı dövrdə respublikanın şaxələndirilmiş və stabil iq­tisadiyyatında əlavə dəyərin 75%-dən çoxunun qeyri-neft sahəsindən formalaşacağı proqnozlaşdırılır.
Respublikamızdda regional artım mərkəzlərinin yaranması və bölgələrdə iqtisadiy­yatın rəqabətli sahələrində istehsalın ixtisaslaşmasının güclənməsi səbəbindən ümumi iqtisadi artım təmin ediləcəkdir.
Respublikamızda strateji yol xəritəsində qeyri-neft sahəsinin gələcək yüksəlişi haqqında başqa hə­dəf­lər də olacaqdır . Belə ki, qeyri-neft sahəsinə qoyulan birbaşa xarici investisiyaların (BXİ) qeyri-neft sektorunun ÜDM-dəki payının coxalması nəzərdə tutulur. Başqa bir vizyon isə qeyri-neft sahəsində ixracın 2015-ci ildə hər nəfərə düşən 170 ABŞ dollarından 2025-ci ildə hec olmasa 450 ABŞ dollara qədər artırılması qarşıya məqsəd kimi qoyulmuşdur.
Azərbaycan iqtisadiyyatında Beynəlxalq Valyuta Fondu(BVF) 2018-ci ilədək illik coxalmnın 2-3% olacağını proqnozlaşdırmışdır. Yüksəlişin belə olması isə respublika iqtisadiyyatının qarşısına qoyduğu məqsədlərə çatmağa, həm də sonrakı nəsillərə vacib olan miqdarda iş yerləri acmağa yetərli deyil. Buna görə də, postneft vaxtında iqtisadiyyat yeni əsaslar üzərində durmaqla, ölkəmizdə daha cox artım sürətini əldə etmişlər. Bu səbəbdən də sənəddə milli iqtisadiyyatın gələcək inkişafı çərçivəsində dörd dənə strateji istiqamət götürülmüşdür. Elə həmin hədəflərin ,eyni zamanda 11 sahə üzrə strateji yol xəritəsinin reallaşması nəticəsində real və maliyyə sahələri arasında stabil bir tarazlığın təmin edilməsi vasitəsi ilə sabit və dayanıqlıl iqtisadi artıməldə olunacaq.
İlk olaraq ölkədə strateji inkişafa müvafiq olaraq fiskal stabillik təmin olunacaqdır. Eyni zamanda monetar siyasət üzən kurs rejimiilə qurulacaqdır. Makroiqtisadi sabitlik fiskal və monetar siyasətin əlaqəsini təmin edəcəkdir. Milli iqtisadiyyatın gələcək inkişafında ikinci hədəf aksiyaların nəzarət paketinin dövlətə aid olan hüquqi şəxslərin işində effektivliyin artırılması özəlləşdirmənin reallaşması yolu ilə iqtisadi hərəkətliliyi təmin etməkdir. Üçüncü bir məqsəd biznesin daha cox inkişafını nəzərdə tutur.
“Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin beşinci fəsilində deyilir ki, 2025-ci ilə qədər respublikada ildə ÜDM ı 3%-dən çox coxalacaq və üstəlik olaraq 450 mindən çox təzə iş yeri acılacaq. Yeni iş yerlərinin yaradılması bu üç amilin təsiri ilə mümkün olacaqdır. Deməli , iqtisadiyyatın sahələri üzrə görüləcək tədbirlərin reallaşmasının nəticəsi olaraq qeyri-rəsmi məşğulluğ azalacaq və dörd xüsusi məqsədə müvəffəq olunacaqdır.
SYX–də maliyyə işlərininartımına aid nəzərdə tutulan işlərin həyata kecirilməsi üçün 15 mln.manat sərmayə tələb olunur. Həyata keciriləcək tədbirlər sonunda 2020-ci ildə respublika iqtisadiyyatında 750 milyon manat əlavə dəyərin meydana gəlməsi gözlənilir. Bu sektorda görüləcək tədbirlərin reallaşmasında 2020-ci il üçün bank gəlirlilərinin 2015-ci il ilə görə 7% coxalacağı gözlənilirlır. Kreditlərin qeyri-neft ÜDM-ə nisbəti 60%-ə qədər coxalması və qeyri-işlək kredit əmsalının 8%-dək aşağı enməsini hədəf kimi götürür .
Qəbul edilən strateji yol xəritəsində bir cox sənaye sahələri qabaqcıl,daha əhəmiyyətli kimi qəbul olunmuşdur: metallurgiya və neft-qaz sahəsi istisna olmaqla, inşaat mate­rial­ları istehsalı, neft-qaz məhsullarının istehsalı, elektrik cihazlarının istehsalı, maşınqayırma sahəsində xidmət firmalarının fəaliyyətinin yüksəlişi.
Azərbay­canda ÜDM-nin 2020-ci ilədək arzu edilə məqsədə catması nəticəsində 1 milyard 560 milyon manatadək coxalması gözlənilir.
Strateji yol xəritəsi kənd təsərrüfatı məmulatlarının istehsalına həm də emalına aid respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, ixracyönümlü əmtəələrin istehsalının coxalması, kəndlərdə sosial rifaha yüksəldilməsi yönündən cox əhəmiyyətlidir. Strateji yol xəritəsində respublikanın kənd təsər­rü­fatı sahəsinin yüksəlişi ilə əlaqəli 2020-ci ilədək strateji baxış, 2025-ci ildəkidövrə uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Strateji Yol Xəritəsinin 2016-2020-ci illərdə reallaşması hesabına rəqabətqabiliyyətli kənd təsərrüfatı məmulatların is­teh­salı və sənayenin emal sahəsinin formalaşdırılmasına, inkişafına müvəffəq olmaq cəhətindən münbit ortamın yaranması üçün doqquz strateji hədəfin həyata kecirilməsi nəzərə alınır. Ümumilikdə strateji məqsəldər ərzaq təhlükəsizliyinin sabitliyinin möhkəmlənməsi, kənd təsər­rüfatı mallarının istehsal gücünün zəncir üzrə coxalması, kənd təsərrüfatı sahəsində istehsal vasitələri bazarının yüksəlişində və müvafiq ehtiyatlara, o cümlədən maliyyəyə çıxışın rahat olması, kənd təsərrüfatı sahəsində elmi təchizatın və təhsilin keyfiyyətinin yaxşılaşmasina istiqamətlənib. Bununla bərabər məsləhət- məlumat xidmətləri sisteminin inkişafı, bazar infrastrukturunun yaxşılaşması ,alıcıların bazara çıxışının yüngülləşməsi, təbii ehtiyatlardan dayanıqlı olaraq is­tifadə alətlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin və kənd yerlərində qurulmqsı rifahın yüksəldilməsi məsələləri və sair. Strateji Yol Xəritəsində əksini tapıb.Bu sənəd strateji məqsədlərin həyata kecirilməsi üçün 36 ən əsas istiqamətdən ibarətdir. Yol xəritəsində kənd təsərrüfatı mallarının istehsalı və emalı sahəsində qarşıda duran tədbirlər üzrə 2020-ci ilədək 2015-ci illə müqayisədə əsas məqsəd indikatorlarıntəyin olunmasıdır. Belə ki, 20 % ət istehsalının süd istehsalının 30%, pambıq istehsalı,həm də emalına görə istehsal miqdarının 4 dəfə coxalması, barama istehsal edilməsi, həm də emalına görə istehsal miqdarı ən azından 1000 dəfə artması, 2020-ci ilə qədar hər regionda müvafiq əmtəələrin dəyər zənciri üzrə kiçik və orta sahibkar firmaların qurulması qərara alınıb. Eləcə də bütün aqrar istiqamətli ixtisaslar üzrə ali təhsil qurumlarında təhsil alanların 20%, özəl baytarlıq calışanların sayının 30% coxalması, paytaxtda beş “yaşıl market”in və əlli “fermer mağazası”nın qurulması nəzərdə tutulub . Beləliklə Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşması kənd təsərrüfatı mallarının istehsalının coxalmasına, kənd təsərrüfatı sahəsində elm və təhsilin keyfiyyətinin yaxşılaşmasına, bazar infrastrukturunun yüksəlişinin sonunda istehsalçıların bazara çıxışının rahat olmasına səbəb olacaqdır. Azərbaycan Respublikası SYX müəyyən edilmiş məqsədlərə catmaqla, nəticədə aqrar məh­sul­larının istehsal və emal sahəsində 2020-ci ildə faktiki olaraq ÜDM birbaşa 570 milyon manat, dolayı olaraq 660 milyon manat təşkil etməklə, cəmi 1235 milyon manat olacağı və təqribi olaraq 20 minlik təzə iş yerinin acılması baş verəcəkdir.
Yol xəritəsində nəzərdə tutulan tədbirlərdən biri də sənaye klasterlərinin yaradılmasıdır.
Emal sənayesinin inkişaf səviyyəsi ölkənin bütünlükdə inkişaf səviy­yəsini xarakterizə edən göstəricilərdən biridir. Sənayecə inkişaf etmiş ölkələr dünya tədbirlərin reallaşması kənd təsərrüfatı mallarının istehsalının coxalmasına, kənd təsərrüfatı sahəsində elm və təhsilin keyfiyyətinin yaxşılaşması, bazar infrastrukturunun yeniləşməsinin yekunu kimi istehsalçıların bazara daxil olmasının asanlaşmasına səbəb olacaqdır.
Sənayecə inkişaf etmiş ölkələr dünya bazarlarına məhz emal məhsulları vasitəsilə inteqrasiya edirlər. O da məlumdur ki, emal sənayesinə yönəldilən investisiyaların iqtisadi və sosial səmərəliliyi də hasilat sənaye sektoruna nisbətən bir neçə dəfə yüksək olur. Eyni zamanda məşğulluq ba­xımından da emal sənayesi sərfəlidir. Diqqətə çatdırmaq istəyirik ki, Azərbaycanın sürətlə inkişaf edən neft sektorunda stabil olaraq cəmisi 40 min nəfərə qədər adam çalışır. Onların sayının gələcəkdə azalmasını da ehtimal etmək olar. Emal sənayesinin digər üstünlüyü ondan ibarətdir ki, az kapital tutumludur, daha çox əlavə dəyər ya­radır. Emal sənayesinin inkişafı eyni zamanda aqrar sektorun da inkişafına təsir göstərmişdir. Bu­nunla da əhalinin məşğulluğuna, pul gəlirlərinin artırılmasına şərait yaradılmışdır. Ancaq hal-hazırda emal sənayesinin inkişaf səviyyəsi qarşıya qoyulan vəzifələrin vaxtında həyata keçirilməsi baxımından kifayət deyil. Belə ki, 2017-ci ildə bütöv­lükdə sənaye məhsullarının ancaq 25%-i emal sənayesində istehsal edilmişdir ki, onun da yalnız 18%-i qeyri-neft emal sənaye sahələrinin payına düşür. Statistika gös­tə­rir ki, daxili investisiyalardan emal sənayesinin qeyri-neft sektorunda çox az həcmdə istifadə olunur.
Azərbaycanda kənd əhalisinin daxili və xarici miqrayasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının emalı genişləndirilməlidir ki, kənd yerlə­rində ləyaqətli daimi iş yerləri yaradılsın. Ancaq aqrar sektorun emal sənayesi ilə tarazlaşdırılmış inkişafını təmin etmək məqsədilə təşkilati-hüquqi və iqtisadi idarə­etmə ilə bağlı problemlər həll edilməlidir. İ.e.d., prof. T.Hüseynovun fikrincə, indiki mərhələdə bu sektorun investisiya təminatı ancaq dövlət investisiyalarından istifadənin genişləndirilməsi hesabına təmin edilə bilər.
Xammal və material resurslarının hazır məhsula qədər emal edilməsi nəinki mühüm sosial məsələ olan əhalinin məşğulluğunun yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər, həmçinin ölkənin transmilli biznesinin strukturunu müasirləşdirə bilər. Belə layihələrin hazırlanması xalq istehlakı mallarını, maşın, avadanlıqlar və kübrə istehsalını, kənd təsərrüfatı və emal sənayesinin bir neçə prioritet sahələrini əhatə etməsi düzgün olar.
Beləliklə, uzun illərdir ki, daxili bazarın istehlak malları ilə təmin olunmasında idxal üstünlük təşkil edir. Yüngül sənaye və uzunmüddətli istehlak mallarının istehsalı (so­yuducular, televizorlar, mebellər, sərinkeşlər, məişət maşınları və s.) daxili tələbatı təmin etmir.
Müstəqillik dövründə tikinti sektorunun böyük miqyasda və sürətlə inkişaf etdiyi Azərbaycanda investisiya təyinatlı malların (texnoloji avadanlıqlar, dəzgahlar, tikinti materialları) istehsalı çox zəif inkişaf etmişdir. Elmi araşdırmalardan məlum olur ki, inşaat mallarının istehsalı inşaat işlərininə nisbətən daha üstün templə inkişaf etdirilməlidir. Hər iki istehsal sektoru arasındakı proporsional inkişaf nəzərə alınsa, onda ölkəmizdə 2005-2010-cu illərdə tikinti materiallarının artım tempi 4 dəfə olmalı idi. Ancaq artım əvəzinə faktiki 10% azalmışdır. Apardığımız araşdırmalar göstərir ki, ölkənin təbii və təkrar xammal resursları imkan verir ki, tikinti materialları ilə Azərbaycan özünü tam təmin etsin.
Emal sənayesində və istehlakı malları sənayesinin rəqabətqabiliyyətli ol­m­ası üçün çoxsaylı müəssisələrdə məqsədyönlü tədbirlərin miqyasının genişlən­diril­məsi zəruridir. Birinci növbədə, onlarda yeni texnika və texnologiyaların tətbiqi hökumət tərəfindən koordinasiya və nəzarət əsasında sürətləndirilsə yaxşı olar. Digər mühüm məsələ yüngül və yeyinti sənaye müəssisələrinin dayanıqlı xammal bazası ilə təmin olunmasıdır. Respublikada emal və yüksək innovasiyalı sənayenin inkişafının aşağı səviyyəli olmasına görə onun strukturu effektiv olaraq qəbul olunmur.
Emal sənayesinin mövcud istehsal güclərindən istifadə olunması onun iqtisadi göstəricilərinin proqnozlarda nəzərdə tutulanlardan çox-çox yüksək olacağını söylə­məyə əsas verir. 2003-2016-cı illərdə qeyri-neft emal sənayesi sahələrində tikilib istifadəyə verilmiş müəssisələrin və istehsal güclərinin mənimsənilməsi və qarşıdakı 2017-2020-ci illərdə tikilməsi nəzərdə tutulan müəssisələrin istifadəyə verilməsi emal sənayesində istehsalın güclü artımının baş verəcəyini ehtimal etmək olar. Belə ki, “Baku Stell Company” ilə Almaniyanınən iri şirkətlərindən olan Siemens VAİ şirkəti arasında 2011-ci ildə istehsalın yox ilənməsi məqsədi ilə 15 milyon avro sərmayə qoyulmasının nəzərdə tutulduğu müqavilə imzalanmışdır. Bu təzə layihə “Baku Stell Company”-ni Avropanın cox müasir texnologiyalı metallurgiya şirkətləri ilə eyni bir cərgəyə çıxarmaqla bərabər, zavodun istehsal həcminin 1 milyon 100 min tonadək coxalmasına səbəb olacaq .
Azərbaycanda qeyri-neft emal sənaye istehsalının aparıcı rolu ilə səciyyələnən sənayeləşmə mərhələsinə keçid təmin olunacaqdır. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, yüngül, yeyinti, tikinti materialları, elektrotexnika, aqroemal kimi sənaye sahələrinin inkişafı prioritet sahə kimi qəbul edilmiş və yeni texnologiyaların inkişafı ilə əlaqədardır. İqtisadi inkişafın stimullaşdırılması, daxili bazarın qorunması, daxili maliyyə resurslarından investisiya kimi istifadə edilməsinin stimullaşdırılması və məqbul mühitin yaradılması, vergi, pul-kredit və gömrük siyasətinin vasitəsilə özəl investisiyaların cəlb edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, zəngin təbii sərvətlərdən və əmək resurslarından səmərəli istifadə edilməsi, məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, aqrar-sənaye kompleksinin yaradılması, həmçinin əlverişli coğrafi mövqe sənayeləşmənin müvəf­fə­qiyyətlə həyata keçirilməsinin vacib şərtləridir. Azərbaycanın kosmos sənayesinin inkişafı davam etdirilir. İnteqra­siya prosesləri, innovasiyalı rəqəmli proqramla idarə edilən texnologiyalar , texnoloji xətlərin tətbiq olunması və innovasiyaların transferi respublikanın müdafiə sənaye kompleksində həyata keçirilir.
Nazirlər Kabinetinin iclasında 2014-cü ildə respublikanın prezidenti demişdir ki, “...respublikada sənaye klas­terlərinin yaradılması, formalaşması ,inkişaf etməsi prosesləri gələcək illərdə də davam edilməlidir. Mən texno­parklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Respublikanın gələcəkdəki rifahı sənaye sahəsinin yüksəlişi ilə əlaqəli olmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün Azər­bay­canın yetəri qədər və ixracyönümlü, sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Azərbaycanda sənaye sahəsində qarşıda duran ən başlıca məqsədə catmaq üçün dövlətin qeyri-neft sahəsinin yüksəliş istiqamətlərinin dəqiqləşdirilməsi; sənayenin quruluşunun müəyyən edimiş strateji istiqamətlərinə müvafiq olaraq təzədən yaratmaq; dövlətin səlahiyyətində olan və ya aksiyaların nəzarət paketinin dövlətə aid olan sənaye şirkətlərinin yeniləndirilməsi; dovlət büdcəsinin vəsaiti ilə sənayenin yüksəlişinin sürətləndirilməsi; respublikanın vergi-gömrük sisteminin yaxşılaşdırılması, ixracın dövlət tərəfindən stimullaşması və yerli bazarın qorunması; ixtisaslı iş qüvvəsinin hazırlan­ması; sənaye şəhərciklərinin və məhəllələrinin yaradılması ilə rəqabətə davamlı səna­ye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılma­sı­nın təşviqi və bu sahədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın güclən­dirilməsi və dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qatılmasıvə digər tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Hesab edirik ki, bu vəzifələrin həyata keçirilməsində 2018-ci ildə yaradılmış “Kiçik və Orta Sahibkarlıq İnkişafı Agentliyinin və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” səhmdar cəmiyyətinin mühüm rolu olacaqdır.
Respublika əhəmiyyətli şəhərlərdə texnoparkların yaradılması davam etdirə­cəkdir.
2016-cı ildə tərtib edilmiş hökumət proqnozlarında 2020-ci ildə sənayedə məh­sul istehsalının 2010-cu ildəki 28 milyard manatdan 38,3 milyard manata qədər art­ması proqnozlaşdırılmışdır (cədvəl 4.1). Sənayenin qeyri-neft emal sektorunun orta səviyyədən üs­tün inkişaf tempi nəzərdə tutulmuşdur. Sənayedə yaradılan məhsulun artımının hamısı qeyri-neft sənaye sahələrində yaradılması proqnozlaşdırılmışdır. Ancaq 2020-ci ilə ipək və pambıq parçanın, xalça və xalça məmulatlarının, müxtəlif təyinatlı me­bellərin, məişət kondisionerlərinin, soyuducuların, papiros və siqaretlərin, geyim əş­ya­larının, əczaçılıq məhsullarının və bir çox digər emal məhsullarının istehsalının proq­nozlaşdırılmış həcmləri daxili tələbatdan çox-çox aşağıdır. Hal-hazırda yarım­fab­rikat və xammal halında ixrac edilən polietilen və ilkin alüminium istehsalının 2-3 dəfə artırılması müəyyən edilsə də, onların ölkə daxilində hazır məhsula qədər emal olunması proqnozlarda öz əksini tapmamışdır.
2017-2020-ci illərə sənayenin qeyri-neft emal sahələri üzrə proqnozlarda hökumətin nəzərdə tutduğu bütün tədbirlər həyata keçirilsə də onların istehsal etdikləri məhsullar tələbatın ödənilməsi baxımından üstünlük təşkil etməyəcəkdir (2016-cı ildə hazırlanmış dövlət proqnozları).
Azərbaycan Respublikasının əsas rəqabət üstünlüklərindən biri emal sənayesinin geniş miqyaslı inkişafı üçün zəngin xammal bazasının mövcudluğudur. Əsas problem onlardan səmərəli istifadə etməkdir. Xammal və yarımfabrikat formasında onların ixrac edilməsinə kvota qoyulmalıdır.
Sənayenin emal sektorunun inkişaf istiqamətlərini müəyyənləşdirərkən mü­əy­yən meyarlara əsaslanmaq lazımdır. Sahə prioritetlərini müəyyənləşdirərkən həm beynəlxalq təcrübəni, həm də iqtisadi effektivliyi diqqətə alaraq aşağıdakı kriteriyalara istinad etmək düzgün hesab olunur:
- əlavə dəyəri daha cox yaradan sahələr ;
- əhalinin məşğulluğu (yüksək əməktutumluluğu);
- ölkənin investisiya resursları;
- daxili və xarici bazarların tələbatı;
- az kapitaltutumluluğu;
- daha çox mənfəətin təmin edilməsi;
- təbii xammal bazasının mövcudluğu.
Ancaq bu meyarların hər birini ayrı-ayrılıqda əsas götürməklə, sahə seçimini etmək düzgün olmaz.
Xammal və yarımfabrikat resurslarının hazır məhsullara qədər emal edilməsi ön plana çəkilməlidir. 2011-ci ilin birinci yarım ilin sosial-iqtisadi inkişafının yekun­larına həsr olunmuş Nazirlər Kabinetinin iclasında respublika prezidenti demişdir ki, son məhsulun istehsalına qədər bütün texnoloji proses Azərbaycanda öz həllini tapmalıdır.
Hal-hazırda qeyri-neft emal sənaye sektorunda prioritet inkişaf potensiallı sahələr çoxdur. Kimya, qara və əlvan metallurgiya sənaye sahələri, kənd təsərrüfatı məhsullarının emalı sektoru, tikinti materialları sənayesi, bütünlükdə istehlak malları istehsalı bu qəbildəndir. Onların perspektiv inkişafı ilə bağlı məsələlər üzərində bir qədər ətraflı dayanmaq istərdik.
Cədvəl 4.1.1

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin