Baki döVLƏt universiteti



Yüklə 96,55 Kb.
səhifə16/24
tarix10.01.2022
ölçüsü96,55 Kb.
#108388
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Fəcr-i Ati Türkiyədə 1908 Hökumət inqilabından sonra meydana gələn ilk ədəbi hərəkat sayılır. 1901-ci ildə Sərvəti Fünun məcmuəsinin qısa müddətə bağlanılması üzərinə, bu məcmuə ətrafında toplanmış şair və yazıçıların birliyi dağılır.İstanbulda ədəbiyyat fəaliyyəti sahəsindəki sükut. 1908-ci ilə qədər davam etmişdir. Əvvəllər ayrı-ayrı məcmuələrdə yayım həyatlarını davam etdirən bu gənclər ilk olaraq 20 Mart 1909-cu il tarixində İstanbulda nəşr olunan “Hilal” qəzetində ilk yığıncaqlarını həyat keçirmişdir.ilk vaxtlar birliyin adı “Fəcri Ati Əncüməni” olaraq müəyyənləşdirildi. "Gələcəyin işığı" mənasını verən bu adda məcmuə çıxarılması da yığıncaqda alınan qərarlardan idi.

Ancaq bu jurnalın nəşrini həyata keçirmək mümkün olmadı və bu gənclər öz ədəbi fəaliyyətlərini “Sərvəti Fünun” məcmuəsində davam etdirərlər. Daha sonra yavaş yavaş böyüyən “Fəcri Ati” birliyi 24 Fevral 1910-cu ildə “Sərvəti Fünun” jurnalında (977-ci nömrəsində) nəşr etdikləri bir bəyannamə ilə özlərini ictimaiyyətə rəsmi olaraq tanıtdılar. Belə bir bəyannamənin nəşri Türk ədəbiyyatında ilk belə hadisə idi.

Əhməd Sami, Əhməd Haşim, Emin Bülend, Emin Lami, Tahsin Nahid, Cəlal Sahir, Cəmil Süleyman, Həmdullah Sübhi, Rəfiq Xalid, Şəhabəddin Süleyman, Əbdülhəq Hayri, İzzət Melih, Yaqub Qədri bu ədəbi axımın nümayəndələrindən idi.

Birliyin əleyhdarları “Fəcri Atiçiləri” ədəbiyyata heç bir yenilik gətirməməkdə və “Sərvəti Fünun” ədəbiyyatını təkrar etməkdə günahlandırmışdır. Bu tənqidlərdən sonra bəzi üzvlər birlikdən ayrıldı. “Fəcri Ati” birliyini meydana gətirənlərin bir çoxu daha sonra “Milli ədəbiyyatın” yaranıb, inkişaf etməsində əvəzssiz rola sahib sənətçilərdən oldu. Və beləcə bu birlik “Ədəbiyyat-i Cədidədən” “Milli ədəbiyyata” keçiddə körpü vəzifəsi görmüş oldu.




Yüklə 96,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin