25
vəziyyətini bərpa edir və bərpa edilmiş siqnalları növbəti seqmentə ötürür.
Təkrarlayıcı öz fuınksiyasım OSİ modelinin fıziki səviyyəsində yerinə yetirir.
Seqmentlər arasında əlaqə eyni paketlərdən və protokollardan istifadə ilə yaradılır.
İxtiyari formada istifadə edilən təkrarlayıcı heç bir emal prosesi ilə məşğul
olmur.(şək.1.1)
Körpü (Bridge)
- Böyük şəbəkələrdə mövcud olan önəmli problemlərdən biri
trafiklərin ötürülməsində alınan gərginliklərdir. Bu problem şəbəkədə xəbərlər seli ilə
əlaqədardır. Korpü (şək.1.2) ünvanı əvvəlcədən müəyyən
olunmuş məhdudiyyətləri
ödəyən siqnallar (xəbərlər) üçün təkrarlayıcı funksiyasini yerinə yetirən qurğudur.
Şəbəkə trafiklərinin gərginlik problemini körpülərin tətbiqi ilə həll edərkən aşağıdakı
üsuldan istifadə edilir.
Kompüter şəbəkəsi seqmentlərə görə bölünür. Xəbərlərin seqmentdən
seqmentə ötürülməsi ancaq məqsədyönlü şəkildə (yəni bir seqmentin abonenti digər
seqmentin abonentinə xəbər ötürəndə) həyata keçirilir. Körpü əslində şəbəkə üzrə
hərəkəti məhdudlaşdıran qurğudur. Yəni, xəbərlərin bir
şəbəkədən digər şəbəkəyə
ötürülmə hüququ təsdiq edilmədən xəbərin ötürülməsinə imkan vermir. Körpü lokal
şəbəkələrdə seqmentləri ayırır, onların trafiklərə görə lokallaşdırılmasını təmin edir.
Belə hallarda şəbəkədə verilənləri qəbul edən FK-in ünvanı məlum olur.
Ümumi halda körpünün funksiyasına verilənlərin mübadiləsi prosesini
prosessorun məntiqi işinə uyğunlaşdırmaq da daxildir. Lokal şəbəkələrin son düyün
Şəkil 1.1. Seqmentlərdə təkrarlayıcı ilə ötürmənin təşkili
26
nöqtələrinin məhsuldarlığı artırılanda istifadəcilərin istifadə etdikləri əlaqə xətinin
buraxıcılıq zolağı daralır. Nəticədə verilənlərin ötürülmə sürəti aşağı düşür.
Belə nöqsanı aradan qaldırmaq üçün iki üsul mövcuddur:
Birincisi, Fast Ethernet texnologiyasından
istifadə etməklə şəbəkənin
məhsuldarlığını artırmaq;
Ikincisi isə istifadə edilən əlaqə xəttində şəbəkə düyün nöqtələrinin sayını
azaltmaqdır ki, bu üsul bir sıra ədəbiyyatlarda seqmentləşdirmə adlandırılır.
Sonuncu üsul tətbiq ecliləndə başqa seqmenllərin resurslarına müraciətin
təşkili körpülərin tətbiqi ilə yerinə yetirilir.
Körpü ilə əlaqədar bir cox ötürmə alqoritmləri və paketlərin süzülmə üslları
vardır.
Körpünün tətbiqi aşağıda qeyd edilənlərə imkan yaradır:
*
şəbəkədə kompüterlərin sayının artırılmasına;
*
trafıklərin azaldılması ilə əlaqədar şəbəkənin məhsuldarlığınm
artırılmasına;
*
ötürmələr üçün müxtəlif fıziki vasitələrin (kabellərin) tətbiqinə;
*
müxtəlif şəbəkə texnoloqiyalarından (məsələn Ethernet, Token Ring və s.)
birlikdə istifadə edilməsinə.
Dostları ilə paylaş: