Bdu- nun Coğrafiya fakultesi Ekologiya



Yüklə 0,69 Mb.
tarix31.12.2021
ölçüsü0,69 Mb.
#112776
referat 602


BDU- nun Coğrafiya fakultesi Ekologiya

ixtisasının 3-cü kurs


Ətraf mühitin mühafizəsi ve təbiətin mühafizəsi mövzusunda

Kurs işi

Rəhbər: Professor

Tələbə:

Bakı-2009

İnsan özü üçün nə lazımsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və s,-ni təbiətdən alır.Bu sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində

ətraf mühit dünya miqyasında dəyisilməyə məruz qalmışdir.Bu vəziyyət müasir elmi-

texniki tərəqqi dövründə daha da kəskinləşmişdir.Belə ki,dünya əhalisinin sayının ar-

tımı onun tələbatinin yüksəlməsi ötüb keçməsi,Yer sərvətlərinin istifadəsinin durma-

dan çoxalması,energetikası,sənaye,kənd təsərrüfatı,nəqliyyat sahələrində yeni texnol-

giyanın tətbiqi və istehsalının genişlənməsi,dünya landşaftlarının antropogen dəyiş-

məsi,beynəlxalq təsəsrrüfat əlaqəlarinin mürəkkəbləşməsi ve genislənməsi –bu ve ya

digər amillər mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmaına səbəb olur.

Ekologiya yunan sözüdür(oykos - ev,daxma, logiya –elm)Lakin yunan sözü olsa da

Onu ilk dəfə alman bioloqu 1869 -cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canli orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sinetik bio-

loji elmdir.Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transfor-

masiya prosei gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmu-sunu öyrətməkdir.Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir.

Ekologiya elminin inkişafı 20-ci əsrin əvvəlinə təsadüf edir.Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu.Lakin 2ci Dünya müharibəsin-

dən sonra təbiətə,ətraf mühitə,təbii ehtiyatlara qarşı mənfi münasibət ilbəil gücləndi-

yindən ekologiya elmi tamamilə yeni,inkişafı zəruri sayılan elm sahəsinə çevrildi.

Hazırda elmi-texniki rərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafi-

zəsi məsələlərinin həlli müasir ekologiyaya olan maraq dairəsini özünün qanuni bio-

loji sərhədindən çıxarmışdır.Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri mey

dana gələrək sürətlə inkişaf etmekdədir:bitkilərin ekologiyası, suların ekologiyas,də-

nizlərin ekologiyası, atmosferin ekologiyası, hidrosferin ekologiyası, kənd təsərrü-

fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji biologiya, geokimyəvi

ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və s.Odur ki, son 30-40 il ərzin-də ekologiya yalnız biologiya elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevril-

3

mişdir.



Ekologiya elmionin son tətbiiqi nəticələri aşağıdakılardan ibarətdir olmalıdır:müasir

və gələcək nəsilləri sağlam ətraf mühitlə təmin üçün elmi əsaslar hazırlamaq;təbii eh-

tiyatların mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; op-

timal və etibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemlər, xüsusilə kənd tə- sərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin bü-

tün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar

məhz bu vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldilməlidir.

Ətraf mühitin çirklənməsi və bunun nəticəsində təbiətdə baş verən dəyişikliklər atmosferi, hidros-

feri, litosferi, əhatə edir.Çirklənməni törədən sə-

bəblər şəraitdən asılı olaraq regional xarakter daşıyır və bütün planeti əhatə edir.Ətraf mühiti çir-

kləndirən bir çox mənbələr var. Bunlar bir çox sa-

hələrdən ibarətdir.

Ətraf mühiti çirkləndirən mənbələr aşağıdakılardır:

Sənaye – atmosferə , torpağa, su hövzələrinə atılan tullantılar; nəqliyyat - əsasən av-

tomobil mühərriklərindən ətraf mühitə çıxan zəhərli qazlar; kənd təsərrüfatı – pesti-

sidlərdən həddindən artıq istifadə edilməsi, torpaqların becərilməsi məqsədi ilə inten-

siv şumlanma aparılması və meşələrin qırılması ilə torpaqların eroziyaya uğradılması

və heyvandarlıqda otarılmanın düzgün aparılmaması; tikinti – inşaat materiallarından,şə-

hərsalmada səmərəli istifadə edilməməsi, xidmət sahələri və s.

Adları qeyd olunan çirklənmə mənbələrinin özlərinə məxsus xüsusiyyətləri vardır.

Bu cəhətdən çirklənməni aşağıdakı qruplara bölmək olar :

1) Mexaniki ; 2) Texnoloji ; 3) Termik ; 4) Radioaktiv ; 5) Bakterial . Bütünlüklə hə-

min çirklənmə mənbələri 2 qrupa – üzvi və qeyri – üzvi çirklənmələrə bölünür.

Üzvi çirklənmə mənbələri əsasən canlı aləmin tullantılarından ibaretdir.

Biz istehsal sahələrimizdə və təbii ekosistemlərdə bütün qanunauyğunluqları gözlə-

məklə təbiətin müvazinətinin pozulmasına yol verməməliyik. Əgər qanunauyğunları

nəzərə alınmasa ekoloji sistem sürətlə pozular və buda ağlasığmaz bədbəxtliklərlə nə-

4

ticələnə bilər.



Hal-hazırda ətraf mühitə müəyyən nəzarət edilməklə qlobql monitorinq yaradılmışdır.

Bu planetimizin çirklənmələrdən qorunmasında beynəlxalq səylərin birləşməsi işində

vacib addım kimi qiymətləndirilməlidir.

Daim hərəkətdə olan hava qalxan qaz, tüstü, toz halındakı tullantıların yüngül hissə-sini uzun müddət özündə saxlayıb onları dünyanın müxtəlif rayonlarında tədricən çö-

dürür. İnsanların sağlamlığına, torpağa, su mənbələrinə, heyvanat aləminə, bitki örtü-

yünə mənfi təsir göstərir. Belə proses kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını

azaldır, metal quraşdırıcılarda korroziyanı şiddətləndirməklə, maşınların, avadanlıqla-rın, elektrik ötürücü dirəklərin ömrünü xeyli qısaldır.

Havaya qalxan tullantıların miqdarını azaltmaq və onların tərkibini zərərsizləşdirmək əsasən iki yolla həyata keçirilə bilər:

1. Tükənməyən enerji sərvətlərinin – külək, günəş, yeraltı istiliyin, su enerjisinin ge-

niş istifadəsi, onsuz da məhdudlaşmaqda olan üzvi yanacağın (neft, qaz, daş kömür,


torf, yanar şist, antrasit və s.)enerji balansında xeyli azaldılması.

2. Daxili mühərriklərdə, elektrik stansiyalarında və bütün sənaye müəssisələrində,

Məişətdə istifadə edilən yanacağın tərkibindəki zəhərli maddələrin çıxarılması və xey

li azaldılması.

Son zamanlar hava mühitini təmizləmək və ona nəzarət etmək üçün müasir elektron sistemlərindən, havanı asılı vəziyyətdə olan (toz)hissəciklərdən təmizləmək ücün,elek

tronfiltrlərdən istifadə edilir. Toz hissəciklərini udma qabiliyyətlərinə görə tutan qur-

ğular tozçökdürən kameralara, inersiyalı tozayıranlara, yağlı və çoxqatlı filtrlə, elektrofiltrlərə ayrılırlar.

Elektrofitrlər havada toz qarışıqlarının təmizlənməsində ən səmərəli qurğular olmaq

la , tüstülü qazlarda sıxlığı çox olan yüksək toz və kül qatişiqlarının təmizlənməsində

geniş istifadə edilir.Onların təmizləmə dərəcəsi 90 – 95% olmaqla, başqa toztutan qur

ğulardan çox üstündürlər.

Ətraf hava mühitinin tərkibinə nəzarət sistemlərində ən mühüm yerli – hava hövzə- sində qazların toplanması və azalmasına xəbər verən qaz indikatorları və müasir elek-

tron qaz – analizatorları istilik kimyəvi və fotokalometrik üsulla işləyən və hava müh-

5

itində işləyən və hava mühitində müxtəlif qazların miqdarını təyin edən cihazlarıdır.



Günəş şüaları yer səthinin heç yerlərində şaquli düşmədiyi üçün vahid sahəyə düşən

Radiasiyanın miqdarı coğrafi enlikdən asılıdır. (məsəlkən, qütblərdə ekvatora nisbətə

soyuq olar) Nəticəsi də qütblərdə və ekvatorda havanın xüsusiyyətləri fərqlidir. Lakin

yer səthindən temperaturn üfüqi paylanmasının enlikdən asılı olması tam vacib deyil,

çünki hava kütləsi daim hərəkətdə olur və onun soyuq kütləsi cənuba, isti hissəsi isə şimala hərəkət edir.Beləliklə, atmosferdə temperaturun üfüqi məsafesi ,şaquli məsafə-

dən çoxdur, ondaa şaquli qradyent də adətən üfüqi qradiyentdən artıqdır.Bu halda ki ,

şaquli qradiyent daha çoxdur və nisbətən sabitdir və şaquli istiqamətdə hava mübadi-

ləsi demək olar ki, nisbətən zəifdir.

Təbiəti mühafizənın problemləri coxsahəli olmaqla ümumplanetar,ümumbəşəri və

eyni zamanda yerli əhəmiyyətə malikdir.Həmin problemlər tarix boyu insanları nara-

hat etmişdir və indi də bütün dünyada insan cəmiyyətinin həyat tərzi və inkişafı həmin problemlərin həllindən çox asılıdır.

Birinci qrup problemlər təbii fəlakətlərin öyrənilməsinə, həmin fəlakətlərin qarşısı-

Nin alınmasına, yaxud da onun zərərinin azaldılmasına doğru yönəldilir.Bu işin həya-

ta keçirilməsi təbii şəraitin pozulmasının qarşısını almaqla təbii – təkrar istehsalın op-

timallaşdırılmasına da şərait yaradır;ikinci qrup problemlər təbii ehtiyatlardan istifadə

edilməsi ilə əlaqədardır.

Üçüncü qrup problemlər ikinci qrup problemlərlə daha çox əlaqəli olub ətraf mühtin

Antropogen təsirlər nəticəsində çirklənməsi təhlükəsinin aradan qaldırılması ilə bağlı-

dır. Həmin problemlərin həlli ilə eyni zamanda həm regionların, həm də bütün planet-

in bütövlüyü, təmizliyi mühafizə oluna bilər.

Yer kürəsinin və onu təşkil edən qitələrin, dənizlərin, heyvanat və bitkilərin inkişaf tarixi mürəkkəb ekosistemlərdən ibarət olub, müəyyən mərhələlərikeçmisdir.

Yer kürəsinin hər hansı bir hissəsinin məruz qaldığı dəyişikliklər və onun inkişafı bu

rada baş verən geoloji proseslərlə sıx əlaqədardır.Odur ki,Yer kürəsinin ərazisinin ge-

oloji inkişaf tarixini şərh etmək üçün yer qabığının ayrı – ayri hissələrində baş vermiş geoloji prosesləri aydınlaşdırmaq lazım gelir.

Çətinlik və qarşısıalınmamazlıq onunla bağlıdır ki, təbiət hadisələrinin çoxu gözlənil

6


mədən olur.

Təbii fəlakətlər baş verərkən çoxlu insan itkisinə səbəb olur və iqtisadiyyata böyük

zərər vurulur. Fəlakətlə nəticələnmiş təbiət hadisələri rayonun coğrafi şəraitindən, ta-

rixi, sosial və iqtisadi inkişafındanda cox asılıdır.

Vulkanların püskürməsi və zəlzələlər yer kürəsində ən böyük ekoloji böhranlar yara-

dan təbii hadisələrdir.

Mütəxəsislərin fikrincə, vulkanların fəaliyyəti əsasən yerin daxilində mövcud olan maqmatik hövzələrlə bağlıdır.Vulkan püskürmələrinin səbəbləri qazların təzyiqi,ayrı-

lan istilik enerjisi və yer qabığının təzyiqi ilə bağlıdır. Yer kürəsində litosfer tavaları-

nın toqquşma və ayrılma zonalarında baş verən bu təbii hadisələr Avstraliya qitəsində

başqa bütün qitələri əhatə edir.Bu hadisələr təbii prosesllər olsalar da, 10 minlərlə,mil

yonlarla insanı yurd–yuvasından edir,məhv edir, əraziləri lava, toz basır, zəhərli mad-

dələrlə çirklənmə baş verir, evlər, binalar uçur, bir sozlə insanlara milyonlarla,milyar-

larla manat maddi ziyan dəyir. Ətraf mühit korlanır.Bir sözlə litosferin üstündə ekolo-

ji tarazliq pozulur.

Vulkanlar kimi zəlzələlarin də qarşısı alınmazdır. Lakin seysmikli ərazilərdə tikinti-

7

lər və xidmətin digər sahələri həmin yerlərə müvafiq təşkil etdildikdə zəlzələnin ziya-



nı çox az olur və yaxud da heç olmur.Ona görə də bütün ərazilərin seysmikliyinin öy-rənilməsi, xüsusilə zəlzələlərin qabaqcadan xəbər verilməsi ən mühüm problemlərdən

dir. Zəlzələlər dağlıq ərazilərdə dərin tektonik gərginliyin olmasını sübut edir.

Bu tektonik gərginliklər vaxtaşırı güclü yeraltı təkanlara və torpağın tərpənməsinə

səbəb olur. Ən böyük seysmik zona Orta Asiyada yerləşir. Kopetdağın ətəklərində,

Pamirdə və Tyan – Şanda, ümumiyyətlə 200 min kv. km – dən artıq bir sahədə gücü

9 bal və daha çox olan dağıdıcı zəlzələlər baş vermişdir. Qafqaz regionu da seysmik

zonaya daxildir. Dağıdıcı zəlzələlərin sayı olduqca çoxdur.Onlardan ən dəhşətlisi 7 –

10 bal gücündə Şamaxıda (1192, 1902) olmuşdur.

Su Yer kürəsində ən geniş yayılmış qeyri–üzvi birləşmə olmaqla mühüm mineraldır.

Su bütün həyat prosesinin əsası olub planetin hərəkətverici amili olan fotosintez prose

sinin oksigen mənbəyidir. Planetimizin su ehtiyatlarının 2,5% - ini içməli sular təşkil

edir. Bu suların 70% - çoxu buzlaqlarda toplanmış və onları istifadə etmək hələlik ol-

mur.Orqanizmlər daxilində gedən mürəkkəb reaksiyalar əsasən suyun təsirilə olur.

Hazırda biosferin kəskin çirklənməsi bütün dünya əhalisinin narahtlığına səbəb olub

Elə buna görə də ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparmaq məqsədilə döv-

lətlər qarşılıqlı müqavilələr bağlayır,bəşəriyyət mühitin qorunmasına aclıq kimi müd-

hiş bir bəla ilə bir səviyyədə tutur, cəmiyyət bu tarixi bəladan qurtarmaq üçün çıxış

yolları axtarır.Su hövzələrinin sanitar – hidrobioloji vəziyyəti nəzərdə tutulur. Bu mə-

sələdə təbii tarazlığı pozan antropogen amillərin (suların sənaye, mətbəx axarları,dre-

naj suları ilə çirklənməsi və hövzənın sabit vəziyyətini pozan bütün səbəblər ) təsiri ,

onların mənbəyi və başvermə səbəbləri xüsusi rol oynayır. Beynəlxalq okeanologiya

komissiyasının (BOK), bir qrup alimi və YUNESKO – dəniz mühitinin çirkləndiril-

məsini, insanlar tərəfindən birbaşa və dolayı yolla dəniz sularına daxil edilən maddə-

lər təşkil etdiyini qeyd edirlər ki, onlar da bioloji resurslara zərər vurur, insanların sağ

lamlığını pozur və insanın dənizlə əlaqədar olan fəaliyyətini estetikqvranmasnı zəiflə-

dir.


Tullantılar ən çox insanların yaşadıqları və işlədikləri yerlərdə müşahidə edilir. Tul-

lantıların töküldüyü ərazilərdə çirkləndiricilərin yüksək konsentrasyası müşahidə olu-

8

nur, təkcə ona görə yox ki, onları dayaz yerlərə atırlar,həmd ona görə ki,okeanın özü-



nün strukturu çirkləndiricilərin bütün okeana yayılmasına, mane olur. Okean sularının qarışmasına səbəb olan hallardan biri də okeana qismən şirin suyun tökülməsdir.Bun-

dan əlavə günəş həmişə suyun üst qatını qızdırır , ona görə də onun sıxlığa görə təbii

strasifikasiyası qüvvətlənir. Başqa sözlə desək, Okeanda suyn təbii olaraq ayrı – ayrı

qatlara ayrılması mövcuddur ki, bu da çirkləndiricilərin üst qatlardan aşağı qatlara en-

məsinə mane olur.Okeanın üst qatlarinda suyun şaquli yerdəyişməsi baş vermir,amma

eyni zamanda orada su üstü cərəyanlarn mürəkkəb sistemi mövcuddur.Onlar nisbətən

kiçik ərazilərdə yayılmaqla nisbətən fərqli sərhədlərə malikdirlər. Əgər hər hansı bir

maddə üst cərəyanlara düşürsə, onun bütün okean səthinə yayılma imkanları çox olur.

Bundan əlavə, gəmilərin tullantılarını da nəzərdən qaçırmaq olmaz, çünki bu hadisə

əsasən şelf zonasında (200 m-ə qədər dərinlikdə ) baş verir. Məsələn, Şimali Atlantika sahillərində ən iri çirkləndiricilər, hər il kiçik buxtaya 9 mln. tona yaxın tul-

lantı tökülən Nyu – York şəhəridir.

Göstərilən misallardan aydın olur ki, okeanın çirklənməsinə insanın təsiri böyükd

lakin okeana müxtəlif yollarla atılan çirkləndiricilərin ümumi miqdarı hələlik məlum deyil.

İkinci dünya müharibəsindən sonra Aralıq dənizi sahillərində çox su işlədən və suya

çoxlu çirkab su tökən yeni sənaye şəhərləri yaradıldı.Tökülən çirkab suların dənizdən

Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox olması nəticəsində

Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal və Baltik dənizləri xeyli çirklənib. İçməli

suyun mənbələri olan – Temza, Sena, Selda, Reyn, Elba, Oder, Visla kimi çaylar öz gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində Avropada ən iri kimya sənayesi zavodları fəaliyyət göstərir. Bu çaylara hər il 100 min fosforit, 1,5 mln. ton təhlükəli

azot birləşmələri atılır. Son vaxtlar çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28 min ton sink, 950 min ton mişyak, 335 ton kadmiy və 75 ton civə atılmışdır. Ağır me-

tallar qrunt faunasını (balıqqulağı, xərçəng, dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ gətirir.

Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast gəlmək olar:

- patagen (xəstəlik törədən) mikroorqaniuzmlər (bakteriyalar, birhüceyrəlilər, viruslar

9

və göbələklər) Onlardan ən çoxu çirkab sularla yayılır;



- bərk tullantılar – tullantiların emalı zamanı qalıq, həmçinin, işlədilən və ya müddəti keçmiş sənaye məhsullarıdır. ABŞ alimlərininməlumatına görə hər il dünya okeanına 6,6mln. tona qədər müxtəlif zibil atılır ki, onların da, əsas kütləsini plastmas əşyalar təşkil edir.

- istilik tullantıları – dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun səciyyəsi dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər;

- şirin su və duzlar şirin suyun çox olması ciddi problem yaratmır,lakin əgər saflaşdır-

maya meyilli olan zonaya düşərsə problem yarada bilər;

- zəhərlər – qeyri – üzvi zəhərlər adətən sənayedə xəstəlik törədən orqanizmləri vəya

yosunları məhv etmək üçün istifadə olunur.Üzvi zəhərlər isə dənizə qəsdən və təsadü-

fən atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir. (biosid – fungusidlər, her –

besidlər, insektisidlər, podensidlər, həmçinin, karbohidrojenlər, neft məhsulları və sənaye kimya məhsulları);

- neft – təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun müddət ərzində bioloji yolla

parçalanan maddələrdir;

- gübrələrdən ən çox yayılanı azot və fosfor birləşmələrdir.onlar ətraf mühitdə həmişə

mövcud olmuşdur və onların bəziləri çürüyən orqanzmdən ayrılaraq təbii yolla mühi-tə qayıdır;

- radioaktivlik – radioaktiv maddələr dəniz mühitinə nəinki uran istifadə olunan atom stansiyalarının işləməsi şəraitində və başqa növ fəaliyyətlə, həm də, kömürün yandırı-

ması kimi adi şəraitdə də düşürlər;

- turşular və qələvilər – turşu və qələvilərin dənizə atılması ekoloji sistemin balansına

zərərli təsir edir.Dəniz suyunun normal turşuluğu təqribən 8,0% olur,yəni dəniz suyu

zəif qələviləşmiş olur.

- estetik baxımdan - xoşa gəlməyən görüntülü və iyli tullantılar cəlbedidi deyillər;

- nəqliyyat gəmiçiliyi – mütəxəsislər qeyd edirler ki, okeana düşən neft məhsullarının

əksəriyyətini motorlu qayıqların mühərriklərində daxili yanma şəraitində işləmiş yağ-

lar təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində dağılması və daşması prosesi baş verir. İri tankerlər yüklərini boşaltdıqda gəmini dinamik xüsusiyyəti xeyli dəyişir.

10

Belə ki, onun çəkisi azalır və onun idarə olunma xüsusiyyəti tam yüklə dolu olmasını tələb edir. Ona görə əksəriyyət tankerlərə ballast vurulur.Tanker neft götürməyə hazır



laşanda ballast su dənizə buraxılır və sularla dənizə xeyli miqdar neft tullantıları atılır

- sənayedə suların çirklənməsi;

- çirkab sularının təmizlənməsi sistemi;

- kənd təsərrüfat mənbələri (süni gübrələr, heyvanların çirkabı, pestisidlər,herbesidlər

və asılı hissəcikər)

- istirahət zonalarındakı çirkləndiricilər;

-tikinti və s.zamanı yaranan çirkləndiricilər.

Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların həyatı üçün vacib olan içməli su problemi ən vacib məsələlərdən biridir.

Hazırda sənaye və mətbəx axarlarının çirkablarının 90%-dən çoxu bilavasitə su höv-

zələrinə axıdılır. Son illərdə aparılan tədqiqatlar nəticəsində açıq sularda iki minə ya-

xın zəhərli maddələr olduğu aşkar edilmişdir.Torpaq və havada olan zəhərli maddələ-

rin əksəriyyəti qar və yağış suları vasitəsilə açıq su hövzələrinə qaytarılır.İri sənaye müəssisələrində, xüsusilə,böyük sənaye şəhərlərində (Tokio,London,Paris,Nyu-York)

11

yağış sularında müşahidə edilən civə,mərgümüş və qurğuşun miqdarı qonşu ərazilər-



dən 100 – 1000 dəfə artıqdır.

Göründüyü kimi, suların çirklənməsi təhlükəsi getdikcə artır. Azərbaycanın su höv-

zələrinin mikrobioloji cəhətdən öyrənilməsinə 1958 –ci ildən başlanmışdır. Respubli-

kamızın əsas su arteriyası olan Kür çayı öz axımı boyu üç hissəyə:yuxari, orta, aşağı

hissələrə bölünür.Orta və aşağı Kür uzun illərdən bəri dəfələrlə tədqiq edilmiş, yuxarı

Kürün tədqiqinə isə ilk dəfə 1965 – ci ild. Başlanmış, həmin işlər 1974 – 1976 –cı il –

lərdə, 1984 – 1986 – cı illərdə təkrar edilmişdir.

Gürcüstanın ən iri sənaye mərkəzlərindən olan Tbilisi və Rustavi şəhərlərnin çirkab-

ları Kür çayına axıdılır.Son vaxtlar İES – lərin işləyən aqreqatlarının soyudulması nə-

ticəsində qızdırılmış sular da çirkab sular sırasında su hövzələrinə daxil edilir.

Respublikamızın ərazisinə qədər Araza sol sahil boyu Ermənistanın çayları qarışır.

Arazın əsl mənada bəlası da buradan başlayır. Yerevan şəhərindən keçən Zəngi (Raz-

Dan) çayı əhalisi milyon nəfərdən artıq olan, sənaye və inkişaf etmiş şəhərin çirkab axınını Araza gətiri və nəticədə onu fəlakət mənbəyinə çevirir. Çirkab axınla yanaşı

Razdan çayı vasitəsilə Araza Yerevan atom stansiyasından (Mutsomor) isti sular axı-

dılır ki, bu da canlılara öldürücü təsir göstərir. Bundan əlavə bu isti sularla həm də

radionukleidlər Araza tökülür.

Təbii fəlakətlər içərisində sellər daha çox ziyan vurur. Sellərin yaranması əsa-

s ən çox güclü leysan yağışların yağması

və qar örtüyünün sürətlə əriməsi ilə əla-

qədar baş verir. Xüsusilə az vaxt ərzində

dağ çaylarının daşması çoxlu asılı mate-

riallar gətirir. Sellərin yaranmasına şərait yaradan digər amil, quraq dağ ya-

maclarının bitki örtüyündən məhrum ol-

masıdır.Belə ərazilərdə sellərin sürəti 10

15 km/saata çatırki, bu da 75%-dən çox gətirilmiş sülb maddələrindən ibarət olur

12


Bir çox halda sel hadisəsi çoxlu daş – kəsəyin gətirilməsinə səbəb olur. Bəzən daşların çəkisi 100 – 200 ton və daha artıq olur.

Sel hadisəsi tez – tez təkrar olunan dağ rayonlarında heyvanların otarılması qaydaya

salınmalı, dik, çılpaq dağ yamaclarında onların otarılması qəti qadağan olunmalıdır.

Çay yataqlarında və çayların gətirmə konuslarında əsalı hidrotexniki mühafizə qurğu-

larının (su ötürücü kanallar, mühafizə bəndləri və s.) tikilməsi məsləhət olunur.

Selə qarşı əsasən üç mühafizə əməliyyatından istifadə olunur;

1) iqtisadi və texniki tədbirlərin təşkili;

2) meşə örtüyünün qorunması üçün meliorativ tədbirlər proqramının təşkili, qar örtü-

yünün əriməsi dövrü, suların təhlükəsizləşdirlməsi;

3) eroziyaya qarşı terrasların yaradılması və s.

Müasir dövrdə sellərin öyrənilməsi və onun qarşısının alınması tədbirlərinin həyata

keçirilməsi təxirəsalınmaz, çətin problemlərdəndir.

Torpaq örtüyü min illər ərzində mürəkkəb fiziki, kimyəvi, bioloji proseslərin qarşı-

lıqlı təsiri nəticəsində formalaşaraq biosferin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Torpaqlarn əkinçilikdə tutdğu mövqe və insan həyatı üçün zəruriliyi əvəz olunmazdır

Ümumiyyətlə, torpaq örtüyü təbii landşaftın əsas komponentlərindən biri olmaqla, in-

Sanın həyat fəaliyyətində müstəsna rol oynayır.

Məlum olduğu kimi planetdə qurunun 11%-ni buzlaqlar; 2,1%-ni göllər, su anbarlar

və çaylar; 3,3%-ni çılpaq qayalar, subnival sahələr; 7,4%-ni suvarlmayan arid sahələr

və sahil qumluqları, 27%-ni sənaye müəssisələri, yollar, şəhərlər altında qalan sahələr

3%-ni antropogen bedlendlər (yəni insan tərəfindən yaradilan boş əraziləri ),qalanını

və s. torpaqlar təşkil edir.

Rəqəmlərə görə demək olar ki, qurunun 10%-ni əkin sahəsi, 20%-i otlaq, 30%-ni me

şələr və müxtəlif tipli yararsız sahələr 40% təşkil edir.Dünyanın torpaq resurslarından

son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa olan tə -

ləbatin artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.

Ərzağa olan tələbatın durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə da-

vam etməsi torpaq resurslarının istifadəsinin və onun vəziyyətinin strategiyasına ciddi təsir göstərir.Əgər istehsala yeni torpaq sahələri cəlb etməklə ərzağa olan tələbatı ödə

13

mək mümkün deyilsə, onda yalnız başqa yol, yəni kənd təsərrüfatının səmərələşdiril-



məsi yolu ilə torpağınmünbitliyinin artırılması lazımdır.

Hazırda torpaqların qorunması mühüm əhəmiyyət kəsb edir.Burada başlıca problem-

lərdən biri də odur ki, bir çox yerlərdə münbit torpaqlar qeyri – kənd təsərrüfatı ilə

əlaqəsi olmayan sahələrdən istifadə edilir.

Bir çox ölkələrdə torpaqlarin müəyyən bir hissəsi soyuq qurşaqda və ona yaxın ra –

yonlarda yerləşir ( tundra, meşə - tundra, tayqa və s.) .Burada əsasən istiliyin çatışma-

mazlığı və relyefin əlverişli olmaması əkiçiliyin geniş inkişaf etməsinə mane olur.

Əksinə bəzi ölkələrdə istiliyin həddən artıq olduğu səhra və yarımsəhralarda land –

şaftlarında rütubətin çatışmaması əkinçiliyin inkişafını ləngidir. Bu rayonlarda əkin –

çilik ancaq süni suvarmadan istifadə edilməklə inkişaf etdirilə bilər.

Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədim zamanlardan

istifadə olunur. Dünyada suvarılan torpaqların ümumi sahəsi son məlumatlar əsasən

250 mln. hektara çatır.

Suvarılan torpaqların intensiv artımı 1950 – 1960 –cı illərdən baş verdi, sonralar isə

azalmağa başladı.

14

Söz yox ki, suvarma işləri bəşəriyyət üçün xeyirlidir, lakin o,hər şeydən öncə ekoloji



problemlər yaradır. Təbii landşaftın aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini dəyişikliyə uğradır.

Suvarmanın ekoloji problemləri iqtisadiyyatın tam dəyərinin uçotunun aparılmasını

tələb edir.

İnsanların tələbatını ödəmək üçün yeni – yeni əkin torpaq sahələri axtarılır.Bu məq

sədilə dünyanın hər yerində meliorativ işlər görülür, meşələr qırılır, bataqlıqlar qurud

lur və s. Maraqlıdır ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan vəsaitin üçdə iki hissəsi

meliorasiyaya sərf olunur. Dünyanin ən iri dövlət birliyi olmuş və hazırki MDB - nin

əkin üçün yararlı olan torpaq ehtiyatlarının 70%-i soyuq,quraqlıq iqlim şəraiti qurşaq

larındadır. Su ehtiyatları kimi əkinçiliyə yararlı ərazilərin çoxu şimaldadır. Bununla

belə, əhalinin tələbatını ödəmək üçün kənd təsərrüfatı məhsulları becərilən əkin sahə

lərinin üçdə iki hissəsi (500 milyon hektar) cənub regionlarında,su sarıdan kasad olan

ərazilərdədir. Suvarılan ərazilər əkin sahələrinin cəmi 7% -ni təşkil edir.Buna baxma

yaraq, kənd təsərrüfatı məhsullarının 30% -dən çoxunu məhz suvarılan torpaqlardan

alırlar.

Müasir dövrün ən kəskin qlobal problemlərindən biri fəlakətli quraqlıqların çoxalması və bunun nəticəsində ərzaq təsərrufatında məhsuldarlığın kəskin azalmağa başlamasıdır.

B.Q.Rozanova görə (1984) səhralaşma - torpağın deqredasiyası və onların bioloji məhsuldarlığın azalması prosesidir. Səhralaşma ekstremal hallarda biosferin potensialının tam məhv olmasına və ərazinin səhraya çevrilməsinə səbəb olur. Son onilliklərdə səhralalşma prosesinə və onun yaratdığı problemlərə maraq növ müxtəlifliyi və onların əmələ gətirdiyi təbii komplekslər qorunub saxlanılır. Buna nail olmaq üçün hər hansı heyvanın özü ilə paralel onun yaşadığı ekoloji şərait (heyvanın evi) qorunmalıdır. Heyvanlar ətraf mühitin dəyişməsinə çox həssasdır. Hər hansı heyvan növünü faydalı və zərərli hesab etmək üçün onun konkret ekoloji şəraitdəki rolu əsas götürülməlidir.

Son onilliklərdə səhralaşma prosesinə və onun yaratdığı problemlərə maraq əhəmiyyətli dərəcədə artmışdır. Səhralaşmaya qarşı mübarizə qlobal əhəmiyyət kəsb

15

etməklə ətraf mühitin mühafizəsi problemləri içərisində ən vaciblərindən sayılır. Səhralaşma əslində təbii yolla gedən prosesdir. İnsanın təsiri olmadan təbiətdə səhralaşmanın getməsi təbii – tarixi prosesin nəticəsidir. Lakin insanların təbiətə geniş miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir.



BMT -nin məlumatına görə hər il bu proses nəticəsində 50-70min km münbit məhsuldar torpaq yararsız hala düşərək kənd təsərrüfatı dövriyyəsindən çıxır və istifadəsiz qalır.

Səhralaşma prosesi ilə mübarizədə əsas şərtlərdən biri də təbiətdən səmərəlı istifadə edilməsinin təşkilidir. Səhra ehtiyatlarının istifadəsinə dair tədqiqtlar genişlənməlidir. Qeyd etmək lazımdır ki, elmi – texniki tərəqqi şəraitində belə səralaşma prosesi ilə mübarizə və səhraların səmərəli mənimsənilməsi bir sıra çətinliklərlə əlaqədardır. Bu məsələnin həlli kompleks proqramlara əsasən aparılması, ən ymdəsi isə təbiətdən səmərəli istifadə və təbiətin mühafizəsində ekoloji şəraitin qlobal və yerli cəhətləri nəzərə alınmalıdır. Əlbəttə, səhraların kompleks istifadəsi çox böyük kapital qoyuluşu tələb edir, həm də bu zaman çoxillik müşahidələrə və təıdqiqatlara əsaslanmaq lazımdır. İnsanın bu işdə kor – koranə iştirakına yol verilməməli və təbii müvazinəti poza biləcək hallara son qoyulmalıdır. Unutmaq olmaz ki, səhralandşaftları və ekosistemləri çox incə, kövrək olmaqla bir çox antropogen təsirlər nəticəsində tezliklə pozulub sıradan çıxa bilir.

Arid ərazilərin səhralaşma problemi çoxcəhətli xarakter daşımaqla xalq təsərrüfatının müxtəlif sahələrini əhatə edir.

Səhralar əsasən Afrikada, Asiyada, Avstraliya və Amerikada, eləcə də Orta Asiyada və Cənubi Qazaxıstanda yerləşir. Onlar geniş əraziləri əhatə edir. Qərbdə Xəzər sahillərindən, Şərqdə və cənub-şərqdə Cunqar – Alatay, Tyan – Şyan və Pamir – Alay dağ silsilələrinin ətəklərinədək uzanır.



Səhraların Şimal sərhədləri təxminən 48 dərəcə şimal enliyinə, cənubda isəaçıq şabalıdı torpaqların sərhədlərinə uyğun gəlir. Fedoroviçin məlumatina əsasən orta illik yağıntıların miqdarı 180 mm-dən artıq deyildir.

15
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin