Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə16/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."

İskitləri "işquz” adlandıran Mahmud İsmayılın yazdığına görə, l yüzilliyin müəllifləri Pomponi Mela və Pliniy iskitləri türkdilli hesab etmiş, V yüzilin müəllifi Zozima isə yazmışdır ki, bəziləri iskitləri hunlar adlandırırlar. Xl əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli özünün Kartlis Tsxvoreba" (Gürcü çarlarının tarixi) adlı əsərində iskitləri xəzər türkləri ilə eyniləşdirmişdir. Eyni dövrə aid edilən rus salnaməsində - "Ötən illərin salnaməsi"ndə də xəzərlərlə iskitlər arasında bərabərlik işarəsi qoyulmuşdur.

Bir vaxt Atillanın qərargahında olmuş və bu böyük türk hökmdarı ilə görüşmək şərəfinə nail olmuş Prisk isə hun türklərini "çar iskitləri" adlandırmışdır. Ondan öncə isə Yevnapiy eyni fikri söyləmişdir. lV əsrdə yaşamış Misir yepiskopu Seneziyanın Roma imperatoru Arkadiyə yazdığı məktubda da hunlardan iskit kimi söz açılmaqdadır.

Vlll əsrin Bizans tarixçisi Feofan özünün "Xronoqrafiya" əsərində iskit və xəzər türkləri arasında heç bir fərq qoymur, xəzərləri iskit adlandırır. Bizans müəlliflərinin, demək olar ki, hamısı, o cümlədən Zemarx, Menandr və Simokatta türklərdən iskit kimi söhbət açmış və iskitlərin türk olduqlarını təsdiqləmişlər. Bu hal XV əsrə qədər davam etmişdir. Mençen-Helfen özünün "Hunların dünyası" adlı əsərində iskitlərlə, eləcə də kimmerlərlə hun türklərini eyniləşdirən bütün əski qaynaqları ortaya qoymuşdur.

Bu qaynaqları dərindən incələyən görkmli rus şərqşünası A. N. Bernştam haqlı olaraq yazmışdır:

Türklərin substrat etnogenezi birbaşa hunlarla bağlıdır. Hunların sələfləri bilavasitə iskitlərdir. Həm Asiya, həm də Avropa hunları iskit bətnindən doğulmuşdur. Hunları türklələ bağlayan nəzəriyyə belə deməyə əsas verir ki, iskitlər də türkdür.”

Başqa bir tanınmış rus şərqşünası V. V. Bartold isə demişdir:

Ərəb coğrafiyaşünaslarının əsərlərində Ptolomeyin iki iskit yurdundan biri qərbdə yerləşir və “Türk torpaqları” anlamına uyğun gəlir, ikincisi isə şərqdədir, doqquz oğuz torpaqlarıdır.”

Eyni müəllifin aşağıdakı sözləri də eyni fikri ifadə etməkdədir:

Vl əsrdə böyük bir imperatorluq qurmuş türkləri qədim türklərlə əlaqələndirmə cəhdləri olmuşdur... Qərbdəki türklərin iskitlərin yaxın qohumu və ya ən azı bu xalqın bir parçası olduğu düşünülməktədir.”

Şübhəsiz ki, bu fikir boş yerdən yaranmamışdır. Bartoldun haqqında söz açaraq, Vl əsrdə böyük imperatorluq qurduqlarını söylədiyi türklər elmi ədəbiyyatda “türküt” (türk + “üt” cəm şəkilçisi) adı altında tanınmaqdadırlar. Y. Oğuz l əsr müəllifi Strabona istinadən yazır ki, Strabonun dövründə, yəni l əsrdə Tiras (Dnestr) çayı sahilində iskitlər yaşayırdılarlar və bu bölgə “Türket” (Türküt) adlanırdı.

Strabondan fərqli olaraq, türkütləri “turaqet” və “turreqetau” adlandıran Pliniyin yazdığına görə, iskitlr və saklar, turreqetau və ya turaqetlərdir. Farsların bütün iskitləri “sak” adlandırması səbəbindən onlara “sak” deyirlər.

Bizans imperatoru Aleksi Kommenonun qızı Anna Komninanın qələmə aldığı və atasına həsr etdiyi “Aleksiada” kitabında da mövzumuz baxımından maraq doğuran bilgilər bulunmaqdadır. Xl əsrin sonları, Xll əsrin əvvəllərində baş vermiş hadisələrdən söz açılan bu kitabda Bizans ordusundakı muzdlu türk əsgər və komandanlarından da söz açılmaqda və onlar “iskit” adlandırılmaqdadır. Bu barədə fikrini bölüşən Yunus Oğuz yazır:

Məlum həqiqətdir ki, Bizans ordusunda məşhur türk sərkərdələri vardı. Anna Komnina onların ikisinin adını qeyd etmişdir. Birinin adı Uz (Oğuz) xalqınn adına uyğun olaraq Uz, digərinin Uz xalqına aid olan Ərgir Qaracadır. Anna Kominina atasının qıpçaqlardan ibarət daha bir ordu qurduğunu yazır və sarayda qıpçaqlara, uzlara və digər türk xalqlarınn hamısına “iskit” deyildiyini bildirir.”

D. İlovayski yazır:

Çeşidli qaynaqlarda hunları iskit adlandrırlar. Bununla yanaşı, Bizans elçisi Prisk hunların baş komandan Atilla haqqında təəssüratlarını yazmışdır; “iskitlər... böyük həvəslə hun dilində danışırlar. Bu torpaqlarda toplanmış xalqlar iskit dilində danışırlar””

D. İlovayskinin sözlərini təhlil edən Y. Oğuz haqlı olaraq bildirir ki, Prisk “hun yasaları”. “hun dili” yerinə “iskit yasaları”, “iskit dili” ifadəsini işlədir:

Əgər biz hunların babalarının iskitlər olduğu tezisini qəbul ediriksə və Prisk də onların adını tez – tez dəyişdirərək, “hun dili” əvəzinə “iskit dili” deyirsə və bunda bir problem görmürsə, demək, biz də “iskit dili” əvəzinə “türk dili” deyə bilərik.”

Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:

"Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür...


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin