1) Sözügedən geniş ərazi vaxtilə mərkəzi indiki Azərbaycan (Cənubi Azərbaycan) ərazisində olmuş Manna və Midiya dövlətlrinin tərkibində olmuşdur;
2) Atropatena və Albaniya dövlətləri bu geosiyasi məkanla sıx bağlı olmuş, sonrakı əsrlərdə vücuda gələn və həmin ərazini içinə alan türk mənşəli Parfiya, Səlcuqlular və Elxanlılar imperatorluqları dövründə Azərbaycan yenə mərkəzi əyalətə, yəni imperatorluğun mərkəzinə və başına çevrilmişdir;
3) İldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar iqtidarları dövründə Azərbaycan imperatorluğu sözügedən ərazinin böyük bir qismini, bəzən isə tamamını əhatə etmişdir.
Pompey Troq davam edir:
“Parfiyalılara gəlincə, önlar öncələr Roma ilə dostluğa can atırdılar, amma buna baxmayaraq, onlara qarşı müharibəyə başlayan Krassdan müdafiə olunmağa məcbur olmuşdular. Eyni hal onların özlərinin müharibəyə başlayıb Pakoru Asiyaya qarşı göndərərkən də təkrarlanmışdır. Fəqət Ərməniyyə hökmdarının məsləhəti ilə hərəkət edən və sonda da onun xəyanəti ilə üzləşən (romalı) Antoni müharibədə uğursuzluğa uğradı. Pakorun varisi Fraat (Fərhad) Sezar Avqustla dostluğa o qədər çox can atırdı ki, hətta parfiyaların Roma üzərində qələbəsinin rəmzi olan qənimətləri ona göndərmişdi. Danışıqlar aparmaq üçün Suriya perefekti Titini dəvət edən Fraat ona dörd oğlunu: Seraspadananı, Rodaspanı, Fraatı və Bononu iki arvadı və övladları ilə birlikdə girov verdi. Səbəb isə o idi ki, o, özünə qarşı sui-qəsd edilə biləcəyindən qorxurdu. Parfiya xaqanı yaxşı başa düşürdü ki, Arsaklar sülaləsindən kimsənin yardımı olmadan heç kəs ona qarşı mübarizədə uğur qazana bilməz. Çünki parfiyalılar bu sülaləyə istisnasız bağlı və sədaqətlidirlər. Elə bu səbəbdən də o öz oğullarını sürgün etdirdi ki, özünə qarşı pis fikirlərdə olanların bütün ümidlərini puça çıxarsın. Onun övladlarından sağ qalanlar bu gün də Romada şahlara layiq hörmət görərək dövlət hesabına yaşamaqdadırlar. Digər Parfiya xaqanları da Romaya elçilər göndərər və danışıqlar aparadılar.”
Dostları ilə paylaş: |