Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə48/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
"...Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir.

Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (ll kitab, XX fəsil), “Şərq” (l kitab, Vlll fəsil), “Şərq məmləkəti”(l kitab, XXVll fəsil, ll kitab, l, XXVll və XXXVll fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (ll kitab, XXVll fəsil, ll kitab, XXVlll fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (l kitab, Vl fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər.

Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, l kitab, XXll fəsil, ll kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(ll kitab, ll fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (ll kitab, ll fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (ll kitab, ll fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (ll kitab, XXVlll fəsil). Türküstan, yəni türklr ölkəsi isə “Şimal” adlandırılır (ll kitab, XXVll fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir (l kitab, Xll və XXVll fəsillər; ll kitab,Xlll fəsil)... Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin kordinatları ilə heç bir əlaqəsi yoxdur.”

Eyni şeyi Akopyanın da yazılarının ruhunda da görürük. Bu müəllif əski erməni tarixçilərinin əsərlərində göstərilən faktları da özü istədiyi kimi şərh etməkdən çəkinmir. Məsələn, Həm Moisey Xorenatsi, həm də Tovma Artsruni göstərmişlər ki, Kür – Araz bölgəsində saklar, utilər və albanlarla yanaşı qarqarlar da yaşamış və burada onların adını daşıyan Qarqar düzənliyi olmuşdur. Akopyan isə iddia edir ki, guya Qarqar düzənliyi Kürdən şimalda olmuşdur. O, iddialarında daha da uzağa gedərək bildirir ki, guya qarqarlar alban xalqlarından biri deyildi və albanların da heç bir yazısı olmamışdır. Bu halda da o, əski ermni tarixçilərinin söylədiklərini inkar etməkdədir.

Kür və Araz çayları arasında yerləşən bütün ərazilərin, o cümlədən Qarabağ və Uti vilayətinin Ərmniyyənin tərkibində olduğunu iddia edən bütün erməni müəllifləri öz iddialarını əsaslandırmaq üçün bəzi mənbələrdə adı “Etuini” (Eduri – Etuini) və ya “Otena” (Udin) kimi çəkilən və Ərməniyyənin tərkibində olduğu vurğulanan əski Urartu vilayəti ilə Bərdə ətrfında mövcud olan və erməni mənbələrində adı Utik, antik mənbələrdə isə “Toten” kimi qeyd edilən alban vilayətini eyniləşdirirlər. Bu halda onlar antik müəlliflərin Araz çayınn Atropatena ilə Otena arasından axdığı və onlar arasında sərhəd olduğu barədəki fikirlərini misal çəkirlər. Eyni zamanda Araz çayınn Atropatena ilə Ərməniyyəni ayırdığı barədə Strabonun dediklərini misal çəkirlər. Şübhəsiz ki, bu halda Atropatenanın guya Arazdan cənubda yerləşdiyinə inanan Azərbaycan alimlərinin onlara tutarlı cavab verə bilməsi mümkün deyildir. Halbuki, Atropatenanın həm də Arazdan şimaldakı torpaqlarımızı əhatə etdiyini və bu ölkə ilə Ərməniyyə arasındakı sərhəddin çayın şimaldan cənuba axan hissəsinin olduğunu qəbul etsək, - bunu Polibiy və Strabonun sözləri tam təsdiq edir, - o zaman hər şey aydın olar. Yəni aydınlaşar ki, Atropatena Bərdə ətrafındakı, yəni Kür – Araz ovalığındakı Uti (erməni mənbələrində Utik) vilayəti ilə yox, Arazın qərbindəki əski Urartu vilayəti Otena (Udin) ilə həmsərhəd imiş. Uti isə Atropatenanın tərkib hissəsi idi.

Biz bu məsələyə kitabımızın “Kutilər və Mahan (Manna) dövləti” bölümündə toxunduğumuzdan onun üzərinə yenidən qayıtmaq istəmirik, fəqət bəzi məsələləri xatırlatmağı vacib hesab edirik.

Udinlərin mənşəyi məsələsinə toxunan iL.M.Meliksetbekov haqlı olaraq, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri - Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq yazmışdır ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər. Yəni alim öncə Urartunun, daha sonra isə Ərməniyyənin tərkibində olmuş Etuini (Otena, Udin) vilayətinin Bərdə ətrafındakı Uti – Otenadan fərqli bir şey olduğunu göstərmişdir.

Xatırladaq ki, elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Bərdə şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir.

Bu deyilənlərdən açıq – aydın görünür ki, Atropatena məhz Ağrı dağı bölgəsində yerləşən Etuini (Otena, Udin) vilayəti ilə həmsərhədd idi və onları Araz çayı ayırırdı. Bərdə ətrafındakı Uti (Otena) vilayətinə gəlincə isə, o, l əsrə qədər Atropatenanın tərkibində olmuş, l əsrdən sonra isə Albaniyann tərkibinə keçmişdir. Təsadüfi deyi ki, Ptolomey Otenadan (Utidən) məhz Atropatenanın vilayəti kimi söz açmışdr. Iqrar Əliyev də özünün “Midiya tarixi” kitabında Atropatenanın əhalisindən danışarkən uksi (oğuz), kark (kərki), mik (maq, muğ) və s. ilə birlikdə utilərin də (udulular) adını çəkmişdir. Lakin çox təəssüflər olsun ki, rus – sovet konsepsiyalarına hələ də ağlasığmaz bir “sadiqlik” göstərən Azərbaycan alimləri Atropatenanın Arazdan şimaldakı torpaqlarımızı da əhatə etdiyi fikrini inkar edərək, bu günə qədər iki Otenadan (Utidən) – Atropatena və Albaniya Otenasından fərqli – fərqli vilayətlər kimi söz açmaqda və guya utilrin öncə Arazdan cənubda (Atropatenada) yaşadıqları və sonralar oradan şimala (Albaniyaya) köçdüklri barədə cəfəng konsepsiyanı müdafiə etməkdədirlər.

Məsələn, Qiyasəddin Qeybullayev kimi böyük alim də Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, guya onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, Kür – Araz vadisi ilə bağlı qondarma erməni (hay) konsepsiyaları ermənilərin hər zaman himayəçisi olmuş rus və sovet alimləri tərəfindən də dəstəklənmişdir və təbii ki, bu dəstək Kremlin direktivləri əsasında gerçəkləşmiş, elmi deyil, siyasi mahiyyət daşımışdır. Kremlin birbaşa direktivləri əsasında işləyən alimlərindən biri də K. Trever idi. Bu xanım yazmışdır:

E.ə. ll əsrdə Ərməniyyə çarı l Artaşes (e.ə. 189 – e.ə. 160) bir çox vilayətləri, o cümlədən Kür çayının şakilərin (sakarın), utilərin və qarqar – albanların yaşadığı sağ sahilini Ərməniyyəyə birləşdirdi.”

Bu fikri digər sovet alimi A. Şanidze də dəstəkləmişdir. Fəqət bu iddialar qəiyyən doğru deyil... Çünki Artaşesin dövrümüzədək ulaşmış sərhəd daşlarının Göyçə yaxınlğından tapılması sübut edir ki, bu Ərməniyyə məliyinin Azərbaycandan (Atropatenadan) işğal etdiyi torpaqlar indiki Türkiyə sərhədlərinidən Göyçə gölünə qədər olan torpaqları əhatə edirdi və bu torpaqlarda gerçəkdən də o dövrdə türkdilli saklar və qarqarlar yaşayırdılar. Fəqət mərkəzi Bərdə olan Uti vilayəti buradan uzaqda idi. Odur ki, A. Novoseltsevanın aşağıdakı sözlərinin də heç bir elmi – faktoloji əsası yoxdur:

30 – 60 –cı illər arasındakı zaman kəsiyi istisna olmaqla, düz lV əsrə qədər Ərməniyyə ilə Albaniya arasında sərhəd Kür çayı böyunca uzanırdı və Sakasena, Artsax, Uti, Qardman və s. vilayətlər Ərməniyyənin tərkibində idi.”

Eyni müəllif də eynən erməni müəllifləri kimi bu fikrini onunla əsaslandırır ki, guya həmin dövrdə Ərməniyyədən başqa həmin ərazilərə sahib olmaq iqtidarında heç bir başqa güc yox idi. Bu fikrin cəfəngiyyat olduğunu yuxarda göstərdik.

Erməni “alimləri” Strabonun Sakasena və Araksenadan Ərməniyyənin əyalətləri kimi söz açmasını əldə əsas tutaraq, bunu guya Kür – Araz vadisinin Ərməniyyənin tərkib hissəsi olmasının əlavə dəlili hesab edirlər. Bu fikirlərini sübut etmək üçün isə Sakasenanın Kür – Araz ovalığının adı olmasını, yəni bu ölkənin həmin ərazidə yerləşməsini misal çəkirlər.Təbii ki, onlar bu halda Strabonun sözlərini özləri istədikləri kimi şərh edirlər. Söhbət Strabonun aşağıdakı sözlərindən gedir.

Saklar Ərmniyyənin ən yaxşı torpaqlarını ələ keçirərək oranı öz adları ilə “Sakasena” adlandırdılar.”

Eyni zamanda Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin