BəXTİyar tuncay etnoqonik miFLƏR


Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”



Yüklə 1,66 Mb.
səhifə137/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   133   134   135   136   137   138   139   140   ...   165
Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.” (Махму­дова, 2005, s. 125).

Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təs­virlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.

Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc döv­rü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyidir. Bu dövrdə ən çox rast gəlinən pet­ro­qliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərq­lənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söy­ləmək olar (Rzayev, 1985, s. 41-43).

Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daş­ları” adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləş­miş­dir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit-sak mədəniyyətinin köklərinin bilavasitə Azər­baycan ərazisi ilə bağlı olduğunu söyləməyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azər­baycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları ki­mi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərmək­dədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.



Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalı­sında da özünü göstərməkdədir (Ağasıoğlu, 2005, s. 121, şəkil).

R.Qafarov bildirir ki, Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılmışdır. Dünyanın ən mötəbər arxeoloji ensiklopediyalarını bəzəyən maral fiqurlarının totemlə bağlanan­ları qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə və sak­lar yaşayan Şimali Qafqazda) aşkar edilmişdir:

Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb uzaqlaşması insan qəlbi­nin daşa dönməsinə bərabər sayılır. Maralın Azərbaycan türk­lərinin əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir. Qeyd edək ki, üç yerdən - Şəki, Şamxor və Ağdaş­dan totem maral fiqurları tapılmışdır. Bu tapıntıların nə qədər əhəmiyyətli və mühüm olduğunu nəzərinizə çatdırmaq üçün ar­xeologiya tarixinə müraciət edib nəticələri əldə edəndə görü­rük ki, dünyada ancaq bir neçə yerdə totem maral aşkar edil­mişdir” (Qafarov, 2010, s. 42).

Məlum olduğu kimi, eramızdan əvvəl VI minillikdən baş­layaraq Azərbaycanda Neolit dövrünü Eneolit, yəni Mis-Daş dövrü əvəz etmişdir. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması və sürətli inkişafı ilə xarakterizə olunur. Bu dövrü tarixin əvvəlki dövrlərindən fərqləndirən əsas xüsu­siy­yətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları ilə yanaşı, metaldan istifadə olunmağa başlanmasıdır.

Arxeoloq Rəşid Göyüşov deyir:

Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə baş­la­yan Eneolit dövrü eramızdan əvvəl 6-4-cü minillikləri əhatə edir. Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sı­ra­dan çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü deyilir.

İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişik­liklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar. Bu külçələrin daşdan fərqləndiyi on­lara yalnız 6-cı minilliyin sonlarında məlum olmuşdur. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi,soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas ver­miş, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.” (Göyüşov, 1986, s. 24-25).


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin