BəXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,66 Mb.
səhifə156/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   152   153   154   155   156   157   158   159   ...   165
Alp Ər Tonqa öldümü,

İsiz ayun kaldımu,

Ödlək öcin aldımı?

İmdi yürək yırtılır...

Biz heç də o fikirdə deyilik ki, bu eradan əvvəl 1-ci mi­nilliyin ikinci yarısından eramızın 1-ci minilliyinin birinci ya­rısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edil­məzdir ki, qədim Azərbaycan dilinin fonetik,leksik və qram­matik quruluşu, funksional ifadə səviyyəsi bunu xatırlat­mış­dır." (Xudiyev, 1997, s. 39-40).

Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır:



"Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-türk hökmdarı və qəhrəmanı olub. O, qeyri - adi ağlına, təd­birinə və mərdliyinə, müdrikliyinə görə böyük hörmət və eh­tiram qazanmış, şöhrət tapmışdır. İran-Turan müharibələrində əfsanəvi qəhrəmanlıq göstərmiş və bu onu dastanlaşdır­mış­dır." (Əlibəyzadə, 1998, s. 239).

Kaşğarlı Mahmudun yazdığına görə, Türküstandakı Bars­qan, Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır. 12 illik türk dövri heyvan təqvimini də o icad etmişdir. Əski fars qaynaqlarında onun Xorəzm, Xorasan, İran və Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd edilməkdədir (Turan, 1993, s. 19). Məsələn, Sasanilər dövründə pəhləvi dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq "İran şəhərləri" adlanan bir kitabda Aturpatakandakı, yəni Azərbaycandakı Gən­cə şəhərinin əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfindən qoyulduğu qeyd edilir (Касумова, 1985, c. 19).



Zərdüştün "Avesta"sında bu şəhərin adı Qanqxa kimi çəki­lir və onun Turanın taxt şəhəri olduğu, Turan xaqanının da bu şə­hərdə oturduğu qeyd edilir."Avesta"da bütün turanlılar, yəni türk­lər kimi ünvanına təhqir və böhtanlar yağdırılan Alp Ər Ton­qa həmin kitabda Tranqrasyan adı ilə yad edilir. Qədim yunan mən­bələrində onun adı Prototiy kimi çəkilir və onun iskitlərin, yəni türklərin xaqanı olduğu bildirilir. Bu böyük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl Vll əsrə aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz, yəni İç Oğuz hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də "Şahna­mə"də onu oğuz-türkmən mühiti ilə bağlayır. Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa) dördüncü oğlu Qara xana oğuzların da daxil olduğu türk ordusunun komandanlığını vermişdir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin