BəXTİyar tuncay etnoqonik miFLƏR


Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?



Yüklə 1,66 Mb.
səhifə42/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   38   39   40   41   42   43   44   45   ...   165
Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?

Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə gərəh oğlan nə desə əməl eliyəsən.

Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli, vədə yetişir, bının bir kürəyişütün oğlu olur. Tez qurban kəsillər, sora camahətə əhfalatı deyillər.

Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax ta danışmır. Bının adını Uğuz qoyullar.

Bir xeylah keçir. Uğuz on beş yaşına çatır. Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, özü də heş kimin gözünə görsəmməz.

Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atası­nı öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göy­dəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanı­yıllar (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42).

Maraqlıdır ki, “Oğuznamə”lərin uyğur və Rəşidəddin va­riant­larından, eləcə də Orta Asiyada qələmə alınmış variant­lar­dan fəqli olaraq qərbdə yaranmış variantlarda oğuzların mənşəyi bilavasitə Azərbaycan və Anadolu ilə bağlanılır. Bu baxımdan Övliya Çələbinin qeydə aldığı rəvayətlər xüsusi maraq doğurur. İşin ən maraqlı tərəfi isə budur ki, onun oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın adına eyniylə qədim şumer mənbələrində də rastlanılır.

S.N.Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəs­lində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan toponimidir:


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin