Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Və onlаrın əksəriyyəti Allаhа imаn gətirsələr də, Onа şərik qoşаrlаr"



Yüklə 1,7 Mb.
səhifə23/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   19   20   21   22   23   24   25   26   ...   97
"Və onlаrın əksəriyyəti Allаhа imаn gətirsələr də, Onа şərik qoşаrlаr" (Yusif surəsi, 116-cı ayə).

Bu ayəni şərh edən imam Cəfər Sadiq (r) bildirmişdir ki, bu halda şirk ibadətdə deyil, itaət məqamındadır. Əslində birndən üzrxahlıq etməkdə də gizli şirk mümkündür, ona görə də Peyğəmbər (s) bu cür üzrxahlıq etməyə səbəb olan işlərdən çəkinməyi tövsiyə edir:



"Üzrxаhlığа səbəb olаn işdən çəkin. Çünki ondа gizli bir şirk vаr" (əl-Kаfi, c.2, səh. 397, hədis 4).

Bir varlığın qarşısında, həmin varlığı məbud hesab etmədən, səcdə olunması həmin varlığa ibadət etmək anlamına gəlmir, yəni ibadətdə şirk hesab olunmur. Belə ki, Quranda, Yusif peyğəmbərin qissəsində buyurulur:



"(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!" (Yusif surəsi, 100-cü ayə).

İblisin vəsvəsələrinin əsas hədəflərindən biri də insanları böyük və kiçik günahlara sövq etməkdir.

Günah Allah-Təalanın istədiyi şeyləri  etməmək və ya istəmə­diyi şeyləri etməkdir. Namaz qılmaq bir əmrdir. Namaz qılmayan bir adam günah işləmiş olur. Ata-anaya hörmət Allahın bir əmridir. Kim valideynlərinə qarşı hörmətsizlik edərsə, günah işləmiş olar. Hədislərin birində qeyd edildiyi kimi, Peyğəmbərimiz (s) günahı belə təsvir etmişdir:

Günah sənin vicdanını narahat edən və başqalarının bilməsini istə­mədiyin şeydir (əməldir)” (Müslim, “Səhih”, 12, 403).

Günahlar böyük və kiçik olaraq iki qismə ayrılır. Qurani-Kərimdə bu barədə belə buyurulur:

Əgər günahların böyüklərindən uzaqlaşsanız, sizin kiçik günahlarınızı örtüb bağışlayar və sizi dəyərli məqamlara yüksəldərik!” (Nisa” surəsi, 3-ci ayə).

İslam alimləri böyük günahların sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər dörd yüzə qədər böyük günahın adını çəkmişdir. Peyğəmbərimiz (s)  bir hədisində böyük günahları belə sıralayır:

1.   Allaha şərik qoşmaq

2.   Sehrlə məşğul olmaq

3.   İnsan öldürmək

4.   Faiz almaq

5.   Yetim malı yemək

6.   Döyüşdən qaçmaq

7.   Namuslu qadına iftira atmaq (Müslim, “Səhih”, 1, 244).

Bu sıraya zinanı da əlavə etmək lazımdır.

Əslində, kiçik günah yoxdur. İnsanın tutduğu mövqe və mə­nəvi səviyyə baxımından işlədiyi kiçik bir günah, bəlkə də, böyük günah sayılır. Belə hesab edilir ki, bütün yaxşı cəhətləri şəxsində toplayan, sağlam etiqada malik,
doğ­ru sözlü, ibadətlərində səmimi olan bəndələrin yaxşı əməlləri müqərrəbinlər (Allaha yaxınlaşmış möminlər) üçün günah ola bilər. Buna görə də müntəzəm işlənən  günah kiçik günah deyildir, tövbəsi edilmiş günah da böyük günah deyildir. Amma böyük günahlara gedən yol kiçik günahlardan keçir. “Bu kiçik yalanı söyləsəm, nə olacaq” deyirik, sonra da böyük yalanlar danışmağa başlayırıq. Çünki kiçik günahlar işlənə-işlənə ruh qaralanır və bu hal insanı tövbədən uzaqlaşdırır.

Bu mövzu hər kəsi maraqlandırır və bu üzdən də özünə belə sual verir: “Görəsən, günahlarım bağışlanacaqmı?”, “Günahlarım bağışlanmasa, nə edəcəyəm?”. 

Günahların bağışlanması üçün tövbə etmək şərtdir.

İblisin vəsvəsələrinin əsas hədəflərindən biri də insanları məkruh əməllərə sövq etməkdir.

Məkruh əməl, baş yetirildiyində ona görə heç bir günah  yazılmayan, lakin bəyənilməyən əməldir. Söhbət dində qəti olaraq qadağan edilməyən, ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdən gedir.

Hər hansı bir işin günah  olub-olmaması onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da çox asılıdır. Bununla yanaşı, məkruh əməllərə əhəmiyyətsiz bir şey kimi baxmamalıyıq. Çünki onlar kiçik günahlara gətirib çıxara bilir. Kiçik günahlar da birləşib böyük günahlara çevrilir.

İblisin əsas məqsədlərindən biri də insanları savabı çox olan işdən uzaqlaşdıraraq savabı az olan işə dəvət etməkdir.

Məlum olduğu kimi, ən böyük savab ilk növbədə müsəlman olmaq və Allaha şərik qoşmamaqdır. Uca Allah buyurur: 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin