Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları


ÖDƏNİLMİŞ BARATLARIN F.10 REYESTRİNƏ YAZILMASI



Yüklə 339,68 Kb.
səhifə35/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   29   30   31   32   33   34   35   36   37
ÖDƏNİLMİŞ BARATLARIN F.10 REYESTRİNƏ YAZILMASI
Kompüterləşdirilməmiş poçt şöbələrində hər bir barat ödənildikdən sonra iki nüsxədən ibarət tərtib olunmuş F.10 reyestrinə yazılır. F.10 reyestri hər ayın 1-dən 15-nə və 16-dan 30 (3 l)-nə olan dövrlər üzrə tərtib olunur. MO F. 10 reyestrlərinin tərtib olunması müddətlərini gündəlik, beşgünlük və ya ongünlüklər üzrə təyin edə bilər.

Reyestrlərin yuxarı hissəsində poçt şöbəsinin adı və hesabatın hansı dövr üçün yazıldığı göstərilir. Reyestrin hər bir vərəqinin birinci nüsxəsində təqvim ştempeli vurulur. Hər günün əvvəlində, həmçinin reyestrin hər səhifəsinin yuxarısında baratların ödənildiyi gün və ay yazılır.

Ödənilmiş baratlar F. 10 reyestrinə barat hesabatının BNŞ-yə nəzarət üçün göndərildiyi dövrlər üzrə sıra nömrəsi ilə yazılır.

Banklar vasitəsi ilə köçürmə yolu ilə ödənilmiş baratlar ayrıca tərtib olunmuş F.10 reyestrinə ümumi sayla yazılır. Reyestrin yuxarı hissəsində "Bank vasitəsi ilə köçürülmüşdür" qeydi edilir.

F.10 reyestrlərinin birinci nüsxələri hesabatla birlikdə poçtamtlara göndərilir, surətləri isə dəstələrə tikilərək ödəyici müəssisələrdə qalır.

Baratlar F.10 reyestrinə yazıldıqca səhifənin axırında ödənilmiş baratların məbləğinin səhifə üzrə yekunu, sonrakı hər səhifənin sonunda isə artan yekunlar rəqəmlə yazılır. İş gününün (növbənin) sonunda F.10 reyestrində ödənilmiş baratların sayına və məbləğlərinə yekun vurulur. Yekun məbləğ əvvəlcə rəqəmlə, sonra isə yazı ilə təkrar olunur. Reyestrin yekunu baratları ödəyən işçi və nəzarətçi şəxs tərəfindən vəzifələri göstərilməklə imzalanır.

Gün (növbə) ərzində ödənilmiş baratlar say və məbləğ üzrə hesablanır və F.10 reyestrindəki yekunla üzləşdirilir. Bank vasitəsi ilə köçürmə yolu ilə ödənilmiş baratların yekun məbləği, bundan başqa, ödəniş tapşırığının üçüncü nüsxəsində göstərilən məbləğlə üzləşdirilir.

Hesabat dövrünün sonunda, axırıncı ödəniş gününün yekunundan sonra, bütün hesabat dövrü ərzində ödənilmiş baratların ümumi sayı və yekun məbləği hesablanıb əvvəlcə rəqəmlə, sonra yazı ilə F.10 reyestrində yazılır. Yekunlar nəzarətçi şəxslər tərəfindən vəzifələri göstərilməklə imzalanır.

Poçt şöbələrində yekunlar poçt şöbəsinin rəisi (müavini) tərəfindən, aylıq yekun isə poçtamtın baş mühasibi tərəfindən təsdiqlənir.

Ayın sonunda F.10 reyestrində əvvəlcə sonuncu hesabat dövrü üçün yekunlar, sonra ay ərzində ödənilmiş baratların ümumi sayı və məbləği yazılır.




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin