QAYTARILMIŞ POÇT GÖNDƏRİŞLƏRİNİN SAXLANILMASI VƏ ONLARIN PAYLANMAMIŞ GÖNDƏRİŞLƏR SIRASINA VERİLMƏSİ
Qəbul edildiyi yerə və ya göndəricinin göstərdiyi digər ünvana qaytarılan BPG vermək mümkün olmadıqda, onlar poçt müəssisəsində bir ay müddətində saxlanır.
Verilməsi mümkün olmayan BPG qəbul müəssisələrində saxlanılma müddəti qurtardıqdan sonra paylanmamış poçt göndərişləri sırasına aid edilir, Bundan əlavə, poçt qutularından çıxarılan və göndərişlərin təyinat yerinə göndərilməsi və ya göndəricilərə qaytarılması mümkün olmayan ünvansız və ya ünvanı tam olmayan, aydın olmayan, qısa şəkildə yazılan məktub və banderollar, markasız məktublar da paylanmamış göndərişlər sırasına aid edilir. Korrespondensiya ilə birlikdə poçt qutularından çıxarılmış sənədlər (şəxsiyyəti təsdiq edən sənəd, hərbi biletlər və s.) üç gündən gec olmayaraq Qaydalara uyğun olaraq müvafiq təşkilatlara verilir.
Paylanmamışlar sırasına ünvanı silinmiş, işlənilmə və daşınma zamanı zədələnmə ilə əlaqədar ünvan sahibinə verilməsi və ya geri qaytarılması mümkün olmayan digər poçt göndərişləri də aid edilir.
Poçt göndərişlərinin ünvan sahiblərinə verilməsi üçün bütün imkanlardan istifadə edildikdən və verilməmənin səbəbləri diqqətlə araşdırıldıqdan sonra onlar paylanmamış göndərişlər sırasına aid edilir.BPG ünvan sahiblərinə verilməsi üçün bütün imkanlardan istifadə edildikdən və veilmənin səbəbləri diqqətlə araşdırıldıqdan sonra onlar raylanmamış göndərişlər sırasına aid edilir.
Paylanmamış göndərişlər PDM-də, pul köçürmələri isə ÖXŞ saxlanılır.
Paylanmamış göndərişlər sırasına verilən məktub və banderolların üz tərəfində, bağlamaların isə qoşma ünvan blanklarının arxa tərəfində onların paylanmamış göndərişlər sırasına verilmə səbəbləri göstərilir. Bu qeydin əsaslı olduğu sex (sahə) və poçt şöbələrinin rəisləri və ya onların müavinləri tərəfindən yoxlanılır və imzalanır. Göndərişlərin üz tərəfində "Saxlanma üçün" qeydi yazılmalıdır.
Paylanmamış poçt göndərişləri saxlanma üçün ayda bir dəfədən az olmayaraq PF göndərilir. Sadə və sifarişli göndərişlər saxlanmaq üçün F. 11 reyestri ilə göndərilir, həmin reyestrdə sadə məktublar ümumi sayla, sifarişli məktub və banderollar isə nömrələri və qəbul yeri göstərilməklə yazılır. Bağlamalar, qiyməti bəyan olunmuş məktublar və banderollar F.16 qaiməsi ilə göndərilir. Bu qaimədə onların nömrələri kəsr şəklində (surətdə ödəniş qəbzi üzrə nömrəsi, məxrəcdə isə qaimədə göstərilən daxilolma nömrəsi), qiyməti, qəbul yerinin adı, müvafiq hallarda isə veriləndə ödənilməli dəyərin məbləği də göstərilir. Bağlamalar yazılarkən onların paylanmamış göndərişlər sırasına daxil edilənədək yeni ünvana göndərilməsi, geriyə qaytarılması və saxlanılması üçün göndəricidən alınmamış bütün poçt rüsumlarının məbləği də göstərilir.
Zədələnməsi, həmçinin ünvanın silinməsi ilə əlaqədar onların lazımi məlumatlarını müəyyən etmək mümkün olmadığı hallarda, onlar növlər üzrə sayla göstərilir.
Poçt göndərişlərinin saxlanılmağa göndərildiyi F.ll reyestrləri və F.16 qaimələrinin yuxarı hissəsində "Paylanmamışlar" sözü qeyd edilir. Həmin sənədlər iki nüsxədən ibarət tərtib edilir, sex (sahə) və poçt şöbələrinin rəhbərləri tərəfindən imzalanır. Birinci nüsxə göndərişlərlə birlikdə göndərilir, surəti isə poçt müəssisəsində qalır. Bağlama, qiyməti bəyan olunmuş məktub və banderollar sonuncu saxlanma yerlərinə, sayından asılı olmayaraq, bağlı qablarda, yazılı korrespondensiya isə ayrıca postpaketlərdə göndərilir. Ünvan yarlığında "Paylanmamışlar" qeydi edilir.
Qeydə alınan paylanmamış poçt göndərişlərinin saxlanmağa göndərilməsi vaxtı haqqında F.8 kitabında, F. 16 qaimələrində (F. 11 reyestrində) bağlamanın, qiyməti bəyan olunmuş məktub və banderolların bildirişlərində müvafiq qeydlər edilir.
Dostları ilə paylaş: |