Biləsuvar Regional Mədəniyyət İdarəsi



Yüklə 142,56 Kb.
səhifə3/9
tarix10.01.2022
ölçüsü142,56 Kb.
#109347
1   2   3   4   5   6   7   8   9
Böyük ədib.

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O,dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətlisəmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosoial-siyasi düşüncəmizin inkişafedib formalaşmasında xüsusi rol oynamış, duma üzvü, xalq komissarı və digərvəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşdirilməsi sahəsində özxidmətlərini əsirgəməmişdir...

Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm dəsatirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik ,sujet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərləzənginləşdirmişdir. Bununla da XX əsrin ilk onilliyində milli ictimai- bədii fikrimizinəlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlamışdır.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşaşəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur. Üç yaşında ikən atasınıitirən Əbdürrəhim əmisi Əbdülkərim bəyin himayəsində böyümüşdür.1890-cı ildə Əbdürrəhimbəy Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfinibitirib, Tiflis realnı məktəbinin axırıncı sinfinə daxil olurmuş. Burada rus və Avropaklassiklərini öyrənərək, tez-tez teatr tamaşalarına baxırdı.Əbdürrəhimbəy Haqverdiyev 1891-ci ildə Tiflis realni məktəbini bitirib, alitəhsil almaq üçün Peterburqa getmiş, Yolmühəndisliyi İnstitutuna daxil olmuşdur.Peterburqda baxdığı tamaşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəsdaha da artmışdı. Gənc yazıçı özünün ilk əsərləri olan “Yeyərsən qaz ətini, görərsənləzzətini”(1892) və “Dağılan tifaq” (1896) əsərlərini də məhz Peterburqda yazmışdır.1899-cu ildə vətənə qayıdan dramatur sonrakı əsərlərini məhz burada yazmışdır.Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan tarixinin mühüm bir dövrünü özəsəsrlərində əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə,cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ilk əsərini çıxmaq şərtiləmüəllifin qalan əsərlərində yazıçı get-gedə həyat sahəsində öz mövqeyini itirən,tənəzzülə uğrayan mülkədarlığın süqutunu təsvir etməklə bərabər, onun təbiətinə xasolan tipik xüsusiyyətləri: yeni qüvvələrə qarşı çıxdığını, istismarçılığını əxlaqdüşkünlüyünü, və əməkçi insana mənfi münasibətini açıb göstərmişdir. Yazıçı budövrdə mülkədarlığın çürümə prosesi keçirdiyini, cəmiyyətin ciddi islahatlara möhtacolduğunu dərk edən, kəndlilərin hüquqlarını müdafiəyə qalxan surətlər yaratmışdır.“Yeyərsən qaz ətini görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatındanalınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnuayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilkqələm təcrübəsi kimi qiymətlidir.

Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümayəndələrindənsayılan və Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhurfaciənin yaranmasında ədibin Şuşada olarkən müşahidə etdiyi hadisələrin böyük roluolmuşdur. Peterburqagəldikdən sonra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcılideyaları ilə tanışlıq onun dünyagörüşünün formalaşmasına kömək etmişdi. Dövrüntarixi həqiqətləri onun “Dağılan tifaq” əsərində öz əksini tapmışdır. Əsərdə eynizamanda, yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavadkimi həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıqelə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə meylləri, inkişafı qarşısında duruşgətirə bilmir, dağılırdı_Bütün bunlar XIX əsrin sonlarında Azərbaycan mülkədar həyatı üçün səciyyəvibir hal idi və Haqverdiyev də gördüyü həqiqətləri “Bəxtsiz cavan”, “Pəri cadu”əsərlərində də əks etdirmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin nəsr yaradıcılığı ədəbiyyatımızda mühüm yertutur. Yazıçının hekayələri mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çarhakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər xanlar, tacirlər,çinovniklərin acgözlüyü tənqid edilir (“Odabaşının hekayəsi”, “Qaban”, “Diş ağrısı”,“Mirzə Səfər”, “Çeşmək”, “Pristav və oğru”) yazıçının istər dramaturgiyası, istərsə dənəsr yaradıcılığı Azərbaycan oxucusu üçün böyük əhəmiyyət kəsb etməkdədir.

Yazıçı 1933-cü ildə dekabrın 11-də Bakıda vəfat etmişdir. Lakin o xalqımızınyaddaşında hər zaman yaşamaqdadır. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı hərbir gənc üçün tərbiyəvi əhəmiyyətə malikdir. O həmişə bir klassik kimi bizə əziz və canlıdır.


Yüklə 142,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin