Ekvivalentlər qanunu. Ekvivalent anlayışı elmə alman kimyaçısı Rixter tərəfindən daxil edilmişdir. O, hələ 1792-1794-cü ildə neytrallaşma reaksiyalarını öyrənərək müəyyən etmişdir ki, belə reaksiyalarda turşu və əsasların yalnız müəyyən çəki miqdarı sərf olunur.
Lakin 1803-cü ildə Rixter və Dalton ekvivalent anlayışından istifadə edərək ekvivalentlər (paylar) qanununu kəşf etmişdir.
Kimyəvi reaksiyalarda maddələr ekvivalentlərinə mütənasib olaraq bir-biriilə birləşir və ya əvəz olunurlar. Bu qanun riyazi şəkildə belə ifadə olunur:
Burada m1 və m2 – maddələrin kütləsi; E1 və E2 isə onların ekvivalentidir. Ekvivalentlər qanununun riyazi ifadcəsini belə də yazmaq olar:
.
Kimyəvi reaksiyalarda elementlərin çəki ilə 1 mol atom (1,008 q) hidrogen və 0,5 mol atom (8 q) oksigenlə birləşə bilən və ya birləşmədə həmin çəki nisbətini əvəz edə bilən miqdarına kimyəvi ekvivaent deyilir. Nəzəri olaraq elementin ekvivalenti düsturuna əsasən hesablanır. Burada E – elementin ekvivalentliyi; A – atom kütləsi; v – isə onun valentidir.
; .
Ekvivalentin qramla ifadə olunmuş kütləsinə qram-ekvivalent deyilir. Deməli, sayca ekvivalentçəkisinə bərabər olan qramlarla miqdar qram-ekvivalent adlanır.
Mürəkkəb maddələrin ekvivalent çəkilərini aşağıdakı qayda üzrə təyin edirlər.
a) Oksidlərin ekvivalentini təyin etmək üçün onların molekul kütlələrini metal atomlarının sayı ilə metalın valentliyinin vurma hasilinə bölmək lazımdır. Məsələn,
q.
Oksidlərin ekvivalentlərini onları təşkil edən elementlərin ekvivalentlərini toplamaqla da tapmaq olar.
; .