1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu,
funksiyaları
Bir iqtisadi kateqoriya kimi “innovasiya” terminini ilk dəfə elmə gətirən Avstriya (sonralar Amerika) alimi Jozef Şumpeter olmuşdur. O, 1911-ci ildə nəşr etdirdiyi “İqtisadi inkişaf nəzəriyyəsi” əsərində ilk dəfə “iqtisadi inkişafda yeni kombinasiyalar” məsələsinə baxmışdır. İqtisadi inkişafda yeni kombinasiyalar dedikdə, məhz innovasiy nəzərdə tutulur. Elə bu əsərdə innovasiya prosesini şərh etmişdir. O, inkişafda aşağıdakı 5 dəyişiklikləri müəyyən etmişdir:
İstehsalda yeni texnikadan, texnoloji proseslərdən, yaxud bazarlardan istifadə edilməsi.
Yeni xüsusiyyətli məhsulun tətbiqi.
Yeni xammaldan istifadə etmək.
İstehsalın təşkilinin və onun maddi texniki təminatının dəyişməsi.
Bazarın yeni təchizat formasının yaranması.
J. Şumpeter isbat etmişdir ki, iqtisadiyyatın mərkəzi fiquru yenilikçi - işgüzardır. Şumpeterə görə innovasiya - tətbiq etmək məqsədilə yeni istehlak-əmtəələrinin, yeni istehsal və nəqliyyat vasitələrinin, bazarların və sənayenin təşkili formalarının dəyişdirilməsidir.
Bu günədək də innovasiyaya baxışlar bir-birindən fərqlənirlər və odur ki, ona verilən təriflər də müxtəlifdir. Onlardan bəzilərini qeyd edək:
İnnovasiya - yeni texnikaya, texnologiyaya, əməyin və istehsalın təşkilinin yeni formalarına, xidmətlərə və idarəetməyə, o cümlədən yeni nəzarət, uçot, planlaşdırma metodları formalarına və bu kimi istiqamətlərə yönəldilən əsaslı vəsait qoyuluşunun maddiləşmiş nəticələridir (Balabanov İ.L.);
® İnnovasiya - elmi-tədqiqat və konstruksiya işlərinin nəticələrinin bazaradək çatdırılmasıdır;
' İnnovasiya (yenilik) - yeni növ məhsulun, texnologiyanın ' işlənilməsi, yaradılması və bölgüsünə, yeni təşkilati formalann tətbiq edilməsinə və bu kimi istiqamətlərə yö- nəldilı)iiş yaradıcılıq fəaliyyətinin nəticəsidir (Borisov A.B.);
I İnnovasiya - elə bir prosesdir ki. onun nəticəsində
intellektual əmtəələr, kəşflər, informasiya, “noy-hay” yaxud ideya- iqtisaqi mahiyyət daşıyan məhsullara çevrilir (Brayn T.);
•• İnnovasiya - bazar təlabatını Ödəyə bilən, bazara məhsıil çıxarmaq qabiliyyətinə malik olan, xüsusi işləmələrə əsaslahmış orijinal texnologiyaların mənimsənilməsidir (Valdaytcev S.V.);
İnnovasiya - müsbət yaxud mənfi sosial-iqtisadi dəyişikliklərə səbəb olan istehsal ünsürlərinin ilkin strukturunun dəyişdirilməsidir yəni onun daxili strukturunun yeni vəziyyətə keçirilməsidir. İstehsal ünsürlərinin strukturu dedikdə - təşkilatın, məhsulların, texnologiyaların, istehsal vasitələrinin strukturu və işçi qüvvəsinin peşə və ixtisas strukturu nəzərdə tutulur (Valenta F.);
Dostları ilə paylaş: |