1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları



Yüklə 189,87 Kb.
səhifə5/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   2   3   4   5   6   7   8   9   ...   20
innovasiya-converted

İnnovasiyanın funksiyaları - iqtisadi kateqoriya olan innovasiyanın istehsalın və yeniliyin tətbiqinin ən ümumi xüsusiyyıtlərini, əlamətlərini, əlaqələrini və münasibətlərini özündə əks etdirir, innovasiyanın mahiyyəti- onun funksiyalarında meydana çıxır.

İnnovasiyanın funksiyaları dövlətin iqtisadi sisteminin təyinatmda və onun təsərrüfatçılıq prosesində öz əksini tapır. İnnovasiya müəssisənin rəqabətlilik qabiliyyətinin


15

ki, o sosial-iqtisadi xüsusiyyəti! funksiyaları yerinə yetirir. İqtisadi kateqoriya olan innovasiya əsas iki - təkrar istehsalın yerinə yetirilməsini və həvəsləndirmə funksiyasını yerinə yetirir. İnnovasiya məhsulunun təkrar istehsalın yerinə yetirilməsi funksiyası onu müəyyən edir ki,'innovasiya təkrar istehsalın həyata keçirilməsinin başlıca maliyyələşdirmə mənbəyidir. İnnovasiya məhsulunun bazarda satışından qazanılan pul vəsaiti işgüzarlıq (sahibkarlıq) mənfəətini yaradır. Bu isə maliyyə resursları mənbəyi olmaqla yanaşı innovasiya prosesinin səmərəlilik ölçüsüdür. Sahibkarlıq mənfəəti - istehsal



  • satış , ticarət investisiya, innovasiya fəaliyyətlərinin geniş- ləndirilnjıəsinə və istehsal həcminin artırılmasına, həmçinin keyfıyyəkin yüksəldilməsinə yönəldilə bilər. Beləliklə, innovasiya fəaliyyətindən qazanılan mənfəət və ondan maliyyə resursları mənbəyi kimi istifadə edilməsi, innovasiyanm geniş təkrar istehsalı funksiyasının mahiyyətini təşkil edir.

İnnovasiya fəaliyyətindən qazanılan mənfəət, eyni zamanda innovasiyanm həvəsləndirmə funksiyasının yerinə yetirilməsini də təmin edir. Belə ki, sahibkar daima istehsalda müxtəlif yeniliklərin tətbiq edilməsinə, istehsalın daha mütərəqqi idarəetmə üsullarından istifadə edilməsinə, geniş marketinq tədqiqatlarının aparılmasına sərf edilir. Bu isə innovasiyanm həvəsləndirmə funksiyasının məzmununu əhatə edir. Biz, indiyə qədər innovasiyanm iqtisadi kateqoriya olduğunu bir necə dəfə vurğulamışdıq. Əslində, innovasiya eyni zamanda sosial kateqoriyadır, innovasiyanm sosial kateqoriya olması aşağıdakılarla səciyyələnir:

    • innovasiyanm sosial kateqoriya olmasının birinci funksiyası ondan ibarətdir ki, təcrübi olaraq istehsalda bütün təkmillləşdirmələrin, yeniliklərin, ixtiraların tətbiqi yekun nəticədə enerjinin, canlı əmayin məsrəflərini azaldır.

    • yeni məhsuldar qüvvələrin istehsala cəlb olunmasına imkan yaradır, əməyin və istehsalın səmərəliliyini yüksəldir - beləliklə insanların qənaətlilik meyli gücləndirilir;

    • innovasiyamn ikinci sosial funksiyası - istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsidir ki, bu da istehsal və itehlak səviyyəsinin yüksəldilməsinə, keyfiyyətli yaşayışa səbəb olur;

    • innovasiyamn üçüncü sosial funksiyası ondan ibarətdir ki, məhsulun keyfiyyətinin yüksəldilməsi, istehsal məsrəflərinin azaldılması və istehlakm mükəmməlləşdi- rilməsi tələblə təklif arasında, istehsalla istehlak arasındakı nisbətlərin saxlanılmasına imkan yaradır;

    • insanların innovasiya fəaliyyəti ilə məşğul olması onların elmi potensiallarının üzə çıxmalarına və inkişaf etdirilmələrinə, nəhayət intellektual səviyyələrinin yüksəldilməsinə səbəb olur. Bu isə innovasiyamn dördüncü funksiyasıdır.

İnnovasiyamn həyat dövrü (tsikli). Hər bir yenilik məlum həyat dövrünə malikdir. İnnovasiya prosesi tsiklik xarakter daşımaqla aşağıdakı mərhələlərdən ibarətdir: yaranma; sürətli inkişaf; stabil inkişaf; sıradan çıxma. Zaman keçdikcə yeni məhsul yaxud xidmət öz cəlbedicililik xüsusiyyətini itirir, onun istehsalı qeyri-stabil olur. Nəticədə, istehsalçı məcbur olur ki, onun xüsusiyyətlərini yaxşılaşdırsın, yaxud onlardan daha səmərəli olanlarla dəyişdirsin.

2.İnnovasiya fəaliyyəti


İnnovasiya fəaliyyəti - innovasiya prosesinin bütün mərhələlərində yerinə yetirilən fəaliyyətlə, innovasiya prosesilə əlaqədar olan digər fəaliyyətlərin məcmuidir.

İnnovasiya fəaliyyətinə aşağədakılar aid edilir:



« yeni məhsulun yaxud yeni təkmilləşdirilmiş məhsulun, yeni texnologiyanın yaxud yeni təkmilləşdirilmiş texnologiyaların yaradılmasının praktiki tətbiqi üçün elmi- tədqiqat, sınaq layihə və texnoloji işlərin yerinə yetirilməsi;

  • yeni yaxud təkmilləşdirilmiş məhsulun, və ya yeni təkmilləşdirilmiş texnoloji proseslərin sınaqdan keçirilməsi;

  • yeni yaxud təkmilləşdirilmiş məhsul istehsalı, yeni yaxud təkmilləşdirilmiş texnoloji proseslərin tətbiqi üçün istehsallın hazırlığı və texnoloji təchizatın yenidən qurulması;

  • xərclərin özü-özünü ödəməsi müddətinədək - yeni yaxud təkmilləşdirilmiş məhsul istehsal etmək, yeni yaxud təkmilləşdirilmiş texnoloyi prosesləri tətbiq etmək;

« yeni məhsulun bazara irəlilədilməsi fəaliyyəti;

  • innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;

  • innovasiya fəaliyyətini həyata keçirmək üçün kadrların yetişdiriılməsi, yenidən yetişdirilməsi və ixtisaslarının artırılması;

  • intellektual mülkiyyəyin qorunması;

  • yeni yaxud təkmilləşdirilmiş məhsul istehsal etmək, yeni yaxud təkmilləşdirilmiş texnoloji proseslərin tətbiq edilməsi üzrə göstərilən ekspertiza, məsləhət, informasiya, hüquq və digər xidmətlər;

  • innovasiyanın maliyyələşdirilməsinin təşkili fəaliyyəti.

Yüklə 189,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin