İnnovasiya - müəssisənin strategiyası üzrə yeni qərarların qəbulunun həyata keçirilməsidir (Rapport V.);
innovasiya - idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə qazanılması məqsədilə həyata keçirilən yeniliyin son nəticəsidir (Fatxuddinov R.A.);
İnnovasiya - konkret ictimai təlabatı ödəyən və bir sıra (iqtisadi, elmi-texniki, sosial, ekoloji) səmərə verən prinsipcə yeni və modofikasiya edilmiş vasitələrin yaradılması və tətbiqinin yekun nəticəsidir (Sokolov O.V., TitovA.B., Şabanova M.M.);
İnnovasiya - hər-hansı yeniliyin tətbiqi, son yenilik və islahatdır (Xurek M.);
İnnovasiya (yenilik) - yeni işlənilmələrə, yeni növ məmulatın, texnologiyanın yaradılması və yayılmasına yeni təçkilati formaların və i.a. tətbiqinə yönəldilmiş yaradıcılıq fəaliyyətinin son nəticəsidir.
Qeyd edilən, innovasiyaya’ (yeniliyə) verilən təriflərin təhlilinə əsaslanaraq aşağıdakı nəticələrə gəlmək olar:
® Konkret vəziyyətlərdə çoxlu sayda obyeklərin,
sistemlərin, müəssisələrin, ümumilikdə cəmiyyətin bir vəziyyətdən ondan daha təkmil, daha üstün olan başqa bir vəziyyətə ı keçməsi müəyyən yeniliyi tələb edir. Bu isə innovasiya İI9 əlaqədar olduğundan ona çoxlu sayda təriflərin verilmdsinə imkan yaradır;
jDaha təkmil vəziyyətə keçmək bir sıra yeniliyin - yeni vajsitələrin, üsulların, məhsulların, metodların, texnolo- giyalarin işlənilməsi, tətbiqi və yayılmasını tələb edir;
İnnovasiyaya - yeni elmi biliklər çoxluğunun reallaşması kimi baxılarsa, təcrübi olaraq müvafiq sahədə onun tətbiqi müəyyən səmərə verməlidir.
İnnovasiyanın tədqiqinin obyekti və predmetinə görə
ona bir nəticə, dəyişiklik (F.Valenta, L.Valdaytsev Rapport, K. Pass, B. Loys, E.Pendlton, L.Cedvik, B.Santo,
Qvişiani) kimi baxılmışdır.
“İnnovasiya” anlayışı beynəlxalq standatrlara müvafiq olan müstəqil iqtisadi kateqiriyadır.
innovasiya anlayışı “Fraskati Rəhbərliyi” (İtalya) və “Oslo Rəhbərliyi” (Norveç) kimi beyləlxalq sənədlərdə açıqlanmışdır. Bu sənədlərin hazırlanmasında iştirak edənlərin əksəriyyəti idarəetmə üzrə nəzəriyyəçilər və praktiklər
olmuşlar.
Beynəlxalq standartlara görə innovasiyaya verilən tərif aşağıdakından ibarətdir:
İnnovasiya - innovasiya fəaliyyətinin son məhsuludur. Bu öz əksini müvafiq bazarda tətbiq edilmiş yeni yaxud təkmilləşdirilmiş məhsulda bu və ya digər təcrübi fəaliyyətdə istifadə edilən yeni yaxud təkmilləşdirilmiş texnoloji proseslərdə yaxud da sosial sahədə yeni yanaşma üsulunda tapır.
Yeri gəlmişkən qeyd edik ki, innovasiyaya verilən belə təriflə razılaşmaq olmaz. Bu tərif “innovasiya məhsulu” anlayışına daha uyğundur. Digər tərəfdən burada innovasiyaya verilən tərif innovasiyadan törəmə söz olan “innovasiya fəaliyyəti”- nə əsaslanır. Fikrimizcə, innovasiyaya məhsul kimi deyil, bir proses kimi yanaşmaq daha düzgün olardı. Nəticədə, innovasiyaya aşağıdakı tərifi vermək olar:
İnnovasiya - müəyyən yenilik ideyasının yaranmasından onun həyata keçirilməsi və alınmış innovasiya məhsulunun reallaşdırılması məqsədilə yerinə yetirilən məqsədyönlü ardıcıl, əlaqəli proseslərin məcmuidir.
İnnovasiya fəaliyyəti bu proseslərin yerinə yetirilməsilə əlaqədardır. İnnovasiya prosesinin son nəticəsi isə alınan innovasiya məhsuludur.
İnnovasiya iqtisadi sahəyə aid olmaqla yanaşı - təhsil, elm, mədəniyyət sahələrinə habelə, hüquq və sosial münasibətlərə də aid edilə bilər.
Dostları ilə paylaş: |