İnformasiyanın kodlaşdırılması Məmmədov TəbristrreplN



Yüklə 18,1 Kb.
səhifə1/2
tarix27.09.2023
ölçüsü18,1 Kb.
#129460
  1   2
İnformasiyanın kodlaşdırılmas1 təbriz


İnformasiyanın kodlaşdırılması

Məmmədov Təbriz

P L A N
1.Giriş
2.Kod haqqında ümumi anlayış
3.İnformasiyanın işlənməsinin kodlaşdırılması sistemlərinin ümumnəzəri əsasları


Giriş
İnformasiya – izah etmək mənası verən söz olub, ideal və qeyri-məxsusi anlayışdır, lakin real vasitələr üzərinə yüklənə bilən olduğundan, ölçüyə gələn, həcmi, miqdarı, qiymətliliyi, faydalılığı, gerçəkliyi təyin edilə biləndir. Əslində, informasiya daşıyıcının (işarənin, siqnalın və s.) atributu, onun vəziyyət xarakteristikasıdır. Çünki hər hansı informasiyanı almaq üçün, ilk növbədə, onun daşıyıcısını “oxumaq” lazımdır. Odur ki, informasiyanın işlənməsi və ya dəyişdirilməsi dedikdə, ilk növbədə, onun daşıyıcısının işlənməsi və ya dəyişdirilməsi nəzərdə tutulur.
İnformasiya – sistemin ayrılmaz hissəsi olmaqla, idarəetmənin substratıdır. Buna görə də istər hər cür tədqiqat, istərsə də idarəetmə, mahiyyətcə, informasiya proseslərinin getdiyi məkan və ya fəzadır. Bu baxımdan, dünyada baş verən bütün hadisə və proseslər informasiya proseslərinə transformasiya ediləndir. Transformasiya isə mahiyyətcə, tərcümədən başqa bir şey deyildir. Tərcümə - ciddi qanunlara tabe edilmiş dəyişdirmədir ki, buna da elmdə kodlaşdırma deyilir.


Kod haqqında ümumi anlayış
Kod - latınca codex sözündəndir, qanunlar külliyyatı deməkdir. Kod – istənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədi ilə yaradılan şərti işarələr (simvollar) və ya siqnallar sistemidir. Kod siqnallarını yazmaq üçün çox vaxt rəqəmlərdən, yaxud işarələrdən istifadə olunur, məsələn “-“ (minus), “+” (plyus), . (nöqtə), - (tire) və s. Hər bir kod simvoluna müəyyən elementar fiziki siqnal uyğun gəlir.
Texnikada hər bir kod müəyyən fiziki parametrə malik olan hər hansı elementar siqnalın şərti işarəsidir.
Telemexanikada isə kodlaşdırılmış kəmiyyətlərin qiyməti müvafiq tərzdə əks etdirən elektrik impulslarından ibarət kombinasiyalarla verilir. Qabaqcadan bu kəmiyyətlər kvantlanır, sonra isə kodlaşdırıcı qurğu vasitəsilə qəbul olunmuş kodlaşdırma sisteminə uyğun kod kombinasiyalarına çevrilir. Teleqraf kodu – teleqraf rabitəsində qəbul edilmiş şərti siqnallar sistemidir. Teleqraf kodunda hər bir hərfə, rəqəmə, ümumiyyətlə, işarəyə (simvola) elektrik cərəyanının müəyyən elementar göndərişlər (impulslar) kombinasiyası uyğun gəlir. Hər işarəni ifadə etmək üçün göndərişlərin sayı müxtəlif (qeyribərabər uzunluqlu teleqraf kodu) və ya eyni (bərabər uzunluqlu teleqraf kodu) ola bilir. Birinciyə intervallara bölünmüş qısa (nöqtə) və yaxud uzun (tire) göndərişlərdən ibarət Morze kodunu misal göstərmək olar. Bərabər uzunluqlu teleqraf kodunda hər işarəyə uyğun cərəyan göndərişlərinin kombinasiyaları yalnız plyus və minus (və ya interval) göndərişləri ardıcıllığının müxtəlifliyi ilə fərqlənir. Verilənlərin ötürülməsində və radiote- 10 leqraf kanallarında böyük maneələr olduqda qəbul edilmiş işarələr kombinasiyasında müəyyən miqdarda səhvləri aşkar etməyə və düzəltməyə imkan verən ifrat korreksiyaedici kodlardan istifadə edilir.
Hərbidə kod texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün işlədilən şərti işarələr sistemidir. Şərti işarələr rəqəmlərdən, hərflərdən və s. ibarət olub qərargahlarda tərtib edilir. Müəyyən müddət və ya döyüş vaxtı üçün tərtib olunmuş danışıq və radiosiqnal cədvəlləri ən sadə kod kimi işlədilir. Ümumqoşun və xüsusi (bir qoşun və ya silahlı qüvvələr növü üçün, məsələn, aviasiya, hərbi-dəniz və s.) kodlar vardır. Hesablama texnikasında kod informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri və ya ifadəsidir. İkilik kod daha əlverişlidir. Çünki bu kodda yalnız 0 və 1 işlədildiyindən ədədlərin uyğun elektrik siqnalları vasitəsilə təsviri nisbətən sadədir. Hesab əməllərinin yerinə yetirilmə alqoritmlərini sadələşdirmək üçün düz, əks və tamamlayıcı kod işlədilir. Hər üç kodda ədədin işarəsi ümumi halda bir ikilik mərtəbə ilə ifadə olunur. Ədəd müsbətdirsə, həmin mərtəbəyə 0, mənfidirsə 1 yazılır. Çıxmanı toplamaya gətirmək üçün əks və ya tamamlayıcı kodlar işlədilir. Onlar mənfi ədədlər üçün özünün düz kodundan fərqlənir.
Mənfi ədədin əks kodunu almaq üçün onun düz kodundakı sıfırlar vahidlərlə və əksinə əvəz edilir (işarə mərtəbəsindən başqa). Toplamada cəmin qiymətlərinə görə mərtəbələr şəbəkəsi daşdıqda dövrü köçürmə alına bilər. Bu, əlavə toplama tələb etdiyindən tamamlayıcı kod işlədilir. Tamamlayıcı kodu almaq üçün onun əks kodunun kiçik mərtəbəsinə 1 əlavə edilir və dövrü köçürmə nəzərə alınmır. Məsələn, verilmiş x = 0,625 və y 11 = -0,125 ədədləri üçün uyğun kodlar Xdüz = 0,101; Ydüz = 1,001; Yəks = 1,110; Ytamamlayıcı = 1,111. Onluq-ikilik, onaltılıq-ikilik, səkkizlik-ikilik və s. kod da işlədilir.

Yüklə 18,1 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin