İnnovasiya fəaliyyəti məhsulları aşağıdakılardır:
innovasiya layihələri;
müəyyən sosial-iqtisadi, ekoloji səmərəni təmin edən istehsalda mənimsənilmiş texnoloji proseslər;
elmi-texniki nailiyyətləri, nəticələri olan - prinsipcə yeni və ya yaxşılaşdırılmış məhsullar (xidmətlər) və s.
İnnovasiya fəaliyyətində mütəxəssislərin rolu çox yüksəkdir. İnnovasiya fəaliyyətində sahibkarlar və rəhbərlər, müxtəlif bilik sahələrinin mütəxəssisləri, fərqli funksiyaların icraçılan iştirak edir. Bu spesifik praktika novatorların, rəhbərlərin və icraçıların eynilə elə spesiifik tiplərinin və rollarının yaranması ilə nəticələnmişdir. Bu müxtəlifliyin bir hissəsini nəzərdən keçirək:
‘‘İşgüzar mələklər” - riskli layihələrin investorları qismində ÇIXIŞ edən fiziki şəxslər. Bir qayda olaraq, bunlar təqaüdçülər və ya şirkətlərin yaşlı işçiləri olur. Onlardan maliyyələşdirmə mənbələri kimi istifadə edilməsi bir sıra üstünlüklərə malikdir. Riskli fondlardan fərqli olaraq “işgüzär mələklər”-in əlavə xərcləri olmadığına görə onların krediti xeyli ucuz başa gəlir. Rəhbərlərin innovasiya prosesində arxetipləri (və ya “arxitipləri”) praktiki fəaliyyətdə əsasən dörd tipə ayrılır: lider, inzibatçı, planlaşdırma mütəxəssisi, sahibkar. Təşkilatın innovasiya fəaliyyətinin uğurlu olması üçün onların hamısı zəruridir.
“Lider” innovasiya üzrə layihə qərarlarının işlənib hazırlanması və reallaşdırılması prosesində spesifik rol oynayır. Burada yeniliyə can atmaq, işin gedişini qabaqcadan duymaq, insanlarla ünsiyyətdə olmaq bacarığı, hər bir insanın potensial imkanlarını öyrənmək və onu həmin potensialdan tam istifadə etməyə maraqlandırmaq qabiliyyəti xüsusilə yüksək qiymətləndirilir.
“İnzibatçı”. Firmanın uğurlu fəaliyyəti və innovasiya layihəsinin həyata keçirilməsi mərhələsində sərt nəzarət və ekstrapolyasiyaya əsaslanan (yəni inkişafın bugünkü meyllərinin gələcəkdə də davam edəcəyi fərziyyəsi daxilində perspektiv üçün) planlaşdırma tələb olunur, rəhbərə təqdim edilən tələblərdə əsas diqqət onun şəxsi keyfiyyətlərinə deyil, təşkilatın işinin səmərəliliyini qiymətləndirmək qabiliyyətinə yönəldilir.Plan mütəxəssisi” firmanın gələcək fəaliyyətini opti- mallaşdırmağa çalışır, əsas resursları firmanın fəaliyyətinin ənənəvi sahələrində cəmləşdirir və təşkilatı onun qarşısında qoyulmuş məqsədlərə nail olmağa istiqamətləndirir.
“Sahibkar” gələcəyə istiqamətlənmiş olsa da, “plan işçisindən” onunla fərqlənir ki, o, təşkilatın keçmiş fəaliyyətini ekstropolyasiya etməyə deyil, onun inkişaf dinamikasını dəyişməyə çalışır. “Plan mütəxəssisi” təşkilatın bugünkü fəaliyyət sahəsində onun gələcəyini optimallaşdınrsa, “sahibkar” firmanın fəaliyyətinin yeni istiqamətlərini və onun məhsul nomenklaturunu genişləndirmək üçün imkanlar axtarır.
Təşkilatın innovasiya fəaliyyətinin iştirakçıları olan əməkdaşların aşağıdakı qrupları da fərqləndirilir:
“sərbəst əməkdaş” - yeniliyi hiss edən (intuisiya edən) əməkdaş statusu. Buna klassik nümunə kimi İBM firmasında (ABŞ) qəbul edilmiş “Sərbəst əməkdaş” proqramını göstərmək olar. Bu “xəyalpərvər, dinsiz, rahatlığı pozan, qəribə və eyni zamanda dahi” insanların sayı təxminən 45 nəfərdir. Sərbəst əməkdaş mahiyyət etibarı ilə beş il müddətində tam hərəkər sərbəstliyi əldə edir. Onun rolu çox sadədir: firmanın təşkilati sistemini təlatümə gətirmək.
“qızıl yaxalıqlar” - bunlar öz peşəkar biliklərindən istifadə edilməsinə sahibkarlıq mövqeyindən yanaşan yüksək ixtisaslı alimlər və mütəxəssislərdir. Onların mütləq əksəriyyəti korporasiyalarda, universitetlərdə, məsləhət firmalarında muzdla işləyir. Mütəxəssislərin bir qismi muzdlu işi sahibkarlıq fəaliyyətiilə əlaqələndirir. Bu, firmadaxili riskli müəssisələrin təşkilində və ya eyni vaxtda bir neçə firmada müqavilə əsasında işləməkdə özünü göstərir. “Elmi - texniki gopçular” və ya “informasiya ulduzları”
elmi - tədqiqat və təcrübi - konstruktor işləri laboratoriyalarının əsas mütəxəssisləri kateqoriyasına aiddir və öz həmkarlarından onunla fərqlənirlər ki, bunlar kənar informasiya mənbələrinə meyllidirlər. Onlar başqalarından qat - qat çox, o cümlədən daha “çətin ” ədəbiyyat oxuyurlar. Onlar başqa təşkilatların mütəxəssisləri ilə uzunmüddətli və geniş kontaktlar saxlayırlar. Belə əməkdaşlar öz təşkilatlarındakı həmkarları ilə ətraf aləm arasında vasitəçidirlər, onlar öz təşkilatım bütövlükdə dünyada elmi və texniki fəaliyyətlə səmərəli şəkildə birləşdirirlər.
“Alternativ heyət” ştatdankənar müvəqqəti işçiləri əhatə edir. Təşkilatların rəhbərləri müvəqqəti işçilərin xidmətlərindən çoxdan istifadə edirlər. İşin gərgin dövründə və ya işçilər çatışmadıqda müvəqqəti işçiləri işə cəlb edirlər. Təşkilat rəhbərləri hələ 70 - ci illərin ortalarında bu qənaətə gəlmişdilər ki, ştatdankənar işçiləri bacarıqla cəlb etməklə rəqiblər qarşısında üstünlüyə nail olmaq mümkündür. Məsələn, “Motorola” firmasının yarımkeçirici məmulatlar bölməsində ayrı - ayrı dövrlərdə cəlb edilən ştatdankənar əməkdaşların sayı daimi işçilərin sayından çox olur. Bunun sayəsində tənəzzül dövrü üçün səciyyəvi olan ştatların əhəmiyyətli dərəcədə ixtisar edilməsi variantından yaxa qurtarmaq mümkün olmuşdur.
Hazırda mənfəət səviyyəsinə mənfi təsir göstərən rəqabət üzündən, daimi əməkdaşlar heyətini minimuma endirmək lazım gəlir. Bununla əlaqədar, yüksək ixtisaslı müvəqqəti işçilər seçmək məsələsi çox aktualdır. Belə “qeyri -
40
standart” kollektivlər təkcə alternativ heyət deyil, həm də əlavə heyət və ya periferiya heyəti adlanır. Bəzi tədqiqatçılar “özək və qılaf ” anlayışından istifadə edirlər. Bu yanaşmaya görə bütün əməkdaşlar kollektivi ştatlı işçilərə (“özək”) və ştatdankənar müvəqqəti əməkdaşlara (“qılaf’) bölünür. Firmanın sürətli inkişafı dövründə ştatdankənar işçiləri işə götürmək olar. Əgər sonradan işgüzar fəallıq aşağı düşərsə (bu isə məhsulun həyat tsikli müddətində labüddür) , firma əsas kollektivi dəyişməz saxlamaqla ştatları müvəqqəti əməkdaşlar hesabına ixtisar edə bilər. Hazırda Rusiya təşkilatları bu praktikam hərtərəfli mənimsəmişdir.
3.İnnovasiya iqtisadiyyatının bir elm kimi predmeti, əsas
vəzifələri və funksiyaları
İnnovasiya iqtisadiyyatının predmeti. İnnovasiya iqtisadiyyatı elə yeni elm sahəsidir ki, innovator tərəfindən icad edilən yüksək texnologiyaların, avadanlıqların, idarəetmə sistemlərinin yaradılmasım, cəmiyyət qarşısında yaranan problemlərin həll edilməsinə istiqamətləndirə bilən kadrların hazırlanmasını əhatə edir. İnnovasiya iqtisadiyyatının predmeti- innovasiya fəaliyyətinin müxtəlif mərhələlərini əhatə edən innovasiya prosesidir ki, bu da innovasiya məhsulunun yaradılması, tətbiqi və yayılması ilə əlaqədardır. Bu isə yeni texnoloji ukladın formalaşdırılmasını təmin edir [8, s.5 ].
Bir elm kimi innovasiya iqtisadiyyatının əsas vəzifəsi- innovasiya məhsulunun yaradılması və tətbiqi, əsas istehsal amillərinin intelektuallaşdın İması, təbiət və cəmiyyətin ahəngdar və ziddiyyətsiz inkişafını təmin edən, yeni müasir texnoloji uklada keçməklə əlaqədar olan bütün təsərrüfatçılıq fəaliyyətində insanlar arasındakı münasibətləri öyrənməkdir.
Məlumdur ki, Azərbaycan Respublikasında istehsal olunan məhsulların, qabaqcıl dünya ölkələrinə nisbətən enerji- tutumluluğu və materialtutumluluğu dəfələrlə artıqdır. Bununla əlaqədar olaraq ölkəmizdə innovasiya iqtisadiyyatının inkişafının əsas vəzifəsi elə müasir texnologiyalara keçməkdir ki, istehsal edilən məhsulların enerji və material tutumlu- luğunu aşağı salmağı təmin etsin.
İnnovasiya iqtisadiyyatının funksiyaları olduqca çoxdur və bunlardan ən əsaslan: dünyagörüşü; innovasiya, sosial, proqnozlaşdırma, sistemlilik, maarifləndirmə, ekoloji, stıateji.
informasiya-kommunikasiya, innovasiya fəaliyyəti, hüquqi, intellektual, investisiya və təşkilati-idarəetmədir.
İnnovasiya iqtisadiyyatının dünyagörüşü funksiyası- neosfera dünyagörünüşünü və innovasiya fəallığını, innovasiya prosesinin yaradılmasını, intellektual potensialdan istifadə etmək üçün baxışlar və prinsiplər sistemi olan innovasiya düşüncə tərzini müəyyən edir.
Neoosfera dünyagörüşü- rasional iqtisadi və ekoloji inkişafı xarakterizə edən planetar dünyagörüşüdür.
İnpovasiya iqtisadiyyainın innovasiya funksiyası- elm- tutumlıj texnologiyalar əsasında məhsuldar qüvvələrin inkişafına şərait yaratmağa və istehsal münasibətlərinin intellektual laşc^ın İması yolu ilə onun təkmilləşdirilməsini müəyyən edir.
İnnovasiya iqtisadiyyatının sosial funksiyası- insanların və cəmiyyətin, innovasiya iqtisadiyyatının tərkib hissəsi olan kommunikasiya və informasiya əsasında rifa halının yüksəldilməsini təmin edir.
İnnovasiya iqtisadiyyatının proqnozlaşdırma funksiyası- innovasiya məhsulunun yaradılması, tətbiqi və yayılmasının nəticələrinin oncəgörünməsini müəyyən edir.
İnnovasiya iqtisadiyyatının sistemlilik funksiyası- innovasiya məhsullarının yaradılması, tətbiqi və yayılması ilə bağlı olan məsələlərə sistemli yanaşmağı müəyyən edir.
İnnovasiya iqtisadiyyatının maarifləndirilmə funksiyası- insanın inkişafını təmin edən yeni biliklərinin mənimsənilməsini kəsilməz surətdə təmin edən innovasiya səriştəliliyinin motivləşdirilməsini və innovasiyanın neosfera dünyagörüşünün inkişaf etdirilməsini əhatə edir.
İnnovasiya iqtisadiyyatının ekoloji funksiyası- təbii ehtiyatlardan qənaətlə və rasional istifadə edilməsini, ətraf iqtisadiyyatından ekoloji iqtisadiyyata və təbiəti qoruyan dayanıqlı inkişafa keçməyin təmin edilməsini müəyyən edir.
İnnovasiya iqtisadiyyatının texnoloji funksiyası- innovasiyanın texnoloji ukladı ilə birbaşa əlaqədardır ki, yüksək texnologiyaların yaradılması, tətbiqi və yayılmasını müəyyən edir. Yüksək texnologiyalara-mikroelektronika və s. aid edilir.
İnnovasiya iqtisadiyyatının strateji funksiyası- subyektin qabaqcıl elmin köməyi ilə eimtutumlu istehsalların mənimsənilməsi və innovasiya xidmətlərinin göstərilməsini, habelə öz innovasiya potensialının saxlanılmasını və inkişaf etdirməsini müəyyən edir.
İnnovasiya iqtisadiyyatının kommunikasiya- informasiya funksiyası- innovator tərəfindən ideyanın formalaşdırılması, yaradılması, tətbiqi və yayılması üzrə informasiya mübadiləsinin həyata keçirilməsi mexanizmidir.
İnnovasiya iqtisadiyyatının təşəkkülü və inkişafı İqtisadi mənbələrdə innovasiya iqtisadiyyatına baxışlar yekdil deyildir. Təbii ki, bu belə olmalıdır, hər bir tarixi dövrün öz tələbləri var, belə ki, ölkələrin iqtisadiyyatının, bütövlükdə dünya iqtisadiyyatının inkişafı baxılan mərhələyə uyğun məzmun formalaşdırır.
İnnovasiya iqtisadiyyatının fomıalaşmasının birinci mərhələsi sənayecə inkişaf etmiş (postindustrial) ölkələrin konsepsiyası hesab edilə bilər. Bu 20-ci əsrin 2-ci yarısından yayılmağa başlamışdır. İlk növbədə bu anlayış D.Bell, C. Qelbreyt və Toflerin [49,58, 90] əsərlərində öz əksini tapmışdır. Son bir neçə on illikdə iqtisadiyyatın inkişafında köklü dəyişikliklər getmişdir. Yeni texnologiyaların inkişafı ilə əlaqədar olaraq cəmiyyətin iqtisadi həyatının bütün sahələrində prinsipial dəyişikliklər baş vermişdir:
-iqtisadiyyatda innovasiya-informasiya sektorunun xüsusi çəkisi dəfələrlə artmış və inkişaf etmiş ölkələrdə bi göstərici 45-65%-ə çatmışdır;
-innovasiya-informasiya sektoru müasir sosial-iqtisadi inkişafa, onun dinamikasına və artımına güclü təsir göstərmişdir;
-iqtisadi tərəqqinin mexanizm və trayektoriyasında ciddi dəyişikliklər nəzərə çarpmışdır.
Qeyd edilən dəyişikliklərin əsasında insan kapitalı durur. İnsan kbpitalı-bu təkcə insanın malik olduğu elmin, qabiliyyətin, davjranışın, bacarığın mexaniki toplusu deyildir. Bu insanın yaradıcılıq potensialıdır ki, innovasiya təfəkkülünün formalaşdırılması və fəaliyyəti hesabına son nəticədə iqtisadiyyatın innovasiya inkişafının yönümünü müəyyən edir.
Biz, artıq dərk edirirk ki, innovasiya təhsilinin köməyi ilə innovasiya təfəkkürünün formalaşdın İmasını tərbiyə edirik.
Bununla əlaqədar olaraq insanların öyrədilməsi prosesini peşəkarlıq səriştəsinin inkişafını təmin edən pedaqoji innovasiyanın yaradılmasına yönəltmək lazımdır.
Bu vəzifənin yerinə yetirilməsi aşağıdakıları zəruri edir:
mənəvi-əxlaqi tərbiyənin verilməsi;
peşəkarlıq səriştəsinin formalaşdırılması;
innovasiyanı yaratmaq qabiliyyəti;
innovasiya mədəniyyətinin inkişaf etdirilməsi;
fəal innovasiya fəaliyyətinin molivləşdirilməsi;
işgüzarlıq və bizneslə məşğul olmaq qabiliyyətinin formalaşdırılması.
Beləliklə, insan kapitalı ölkənin milli varidatının ən əsas elementlərindən biridir, onun köməyi ilə innovasiya insan kapitalı eyni zamanda cəmiyyətin və iqtisadiyyatın inkişafının intensiv amilidir.
Burada, təkrar istehsal kapitalı, intelektual kapital və innovasiya səriştəliliyi haqqında qısaca məlumat vermək yerinə düşər.
İnnovasiya iqtisadiyyatında təkrar istehsal kapitalının yaradılması aşağıdakı mərhələlərdən keçir:
intelektual məhsulun istehsalını həyata keçirməyə imkan yaradan yeni elm insan tələbatının ödənilməsi üçün təkrar istehsal prosesi məqsədini güdür;
-innovasiyanın yaradılması və maddiləşdirilməsini təmin edən innovasiya prosesinin əsasında innovatorların motivləşdi- rilməsi durur;
-intelektual kapitalın istehlakı-insan həyatını yaxşılaşdıran və onun təbiətlə ahəngdarlığını təmin edən təkrar istehsal prosesinin məqsədidir.
İntelektual kapital-bu anlayış kompaniyanın qeyri-material aktivlərini ifadə edir ki, bunsuz o mövcud ola bilməz. İntelektual kapitalın tərkibinə-insan aktivi, intelektual mülkiyyət, infrastruktur və bazar qeyri-maddi aktivləri aid edilir.
İnsan kapitalının əsas peşəkarlığının büruzə verilməsi innovasiya səriştəliliyində öz əksini tapır.İnnovasiya iqtisadiyyatı-bu elə bilik cəmiyyətinin məhsuludur ki, fundamental elmi nəticələrin dəyişdirilməsi hesabına innovatorlar innovasiya (yenilik) icad edərək onları təsərrüfatlarda, müəssisələrdə, sahələrdə, dünya ölkələrində tətbiq etməklə onlar inkişaf etdirilir, nəticədə, intelektual renta mənimsəyirlər və çox böyük mənfəət qazanırlar.
İnnovasiya iqtisadiyyatının inkişaf səviyyəsi və vəziyyətinin qiymətləndirilməsi üçün onun meyarlarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onlar innovasiya iqtisadiyyatının inkişafını, problemin səmərəli həlləri insan həyatinin keyfiyyətini, inkişafını, təbiət və ətraf mühitin qorunmasını. istehsalın eimtutumluluğunu, məhsuldar qüvvələrin inteiektuallıq baxımdan innovasiya səriştəliliyi kimi gös- təriciləıjin problemlərinin səmərəli həllini müəyyən edir.
İqtisadi təcrübədə, hal-hazırda elmi mənbələrdə innovasiya iqtisadiyyatının əsas meyarı məcmui daxili məhsul (MDM) göstəridisidir. Bu ümumi məhsulda müvafiq olaraq eimtutumlu məhsul və xidmətin xüsusi çəkisidir.
Məjcmu daxili məhsul (MDM)-il ərzində istehsal amilinin milli mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə və təşkilatların istehsal etdiyi məhsulların və xidmətlərin (bilavasitə istehlak üçün nəzərdə tutulan) bazar dəyəridir. Bu göstərici 1934-cü ildə Saymon Kuznets tərəfindən təklif edilmişdir.
MDM-ə onun yaradılmasında iştirak edən amillərin nəticəsi kimi baxıla bilər. Bu amillərə aşağıdakılar aiddir:
təbii ehtiyatların kəmiyyət və keyfiyyəti, onların istehsalda istifadəyə yararlı lığı;
əsas kapitalın həcmi və keyfiyyət parametrləri;
-mövcud istehsal amillərinin milli iqtisadiyyat çərçivəsində
maksimum yüksək keyfiyyətli məhsul almaq üçün optimal bölüşdürülməsi.
Qeyd edilən meyarlarla yanaşı innovasiya iqtisadiyyatının aşağıdakı meyarlarıda öz əhəmiyyətlərinə görə seçilirlər:
-resurs-ekoloji problemlərin həllinə istiqamətlənmə;
-sosial-iqtisadi münasibətlərin intellektləşdirilməsi dərəcəsi.
Bilik-cəmiyyətin inkişafı şəraitində innovasiya iqtisadiyyatının təşəkkülü elm və istehsalat subyektlərinin innovasiya fəaliyyətinin aparici qüvvəsi, elmi-texniki inkişafın, eimtutumlu texnologiyaların yüksəlməsi, innovasiyalar sayəsində yeni texnoloji ukladı formalaşdıran istehsal amillərinin intellektuallaşması ilə xarakterizə olunur. İnnovasiya iqtisadiyyatının müxtəlif tərəfləri sırasında innovasiya generasiyası, innovasiya fəaliyyəti, innovasiya iqtisadiyyatı infrastrukturunun formalaşdırılması və yeni texnoloji uklad ilə bağlı qanunauyğunluqları nəzərdən keçirək.
Dostları ilə paylaş: |