1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları



Yüklə 189,87 Kb.
səhifə10/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
innovasiya-converted

Regionda sosial-iqtisadi problemlərin innovasiya həlli tipi

İnnovasiya fəaliyyəti-maliyyə, maddi, informasiya, intellektual və insani resurslarının cəmləşdirilməsini və səfərbər edilməsini tələb edir. Bir çox elmi-tədqiqat institutlarının sınaq-konstruktor büroları (SKB) ilə kooperasiyada innovasiya strukturları yaradılır və onlara rəqabətqabiliyyətli məhsul istehsalının mənimsənilməsi öyrədilir. Xüsusi qərarlar olmadan yeniliklərin Azərbaycanın sənaye müəssisələrinə daxil edilməsi meylini 8-10% dəyişmək olmur, bu isə inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağı göstəricidir. İnnovasiya siyasətinin ən əsas tərkib hissələrindən biri - regional innovasiya siyasətidir.

Postsovet ölkələrindən Rusiya böyük elmi-texniki potensiala, yüksək elm səviyyəsinə, xaricdə məşhur olan elmi məktəblərə, çoxsaylı ixtisaslı mütəxəssislərə malik idi. Odur ki, Azərbaycanın innovasiya siyasətinin həyata keçirilməsi üçün bu sahədə RF-nin iş təcrübəsinin öyrənilməsi və ölkəmizdə həyata keçirilməsi xüsusilə, əhəmiyyətli olar.

Rusiya fizika, riyaziyyat, kimya, fiziologiya və tibbin bir çox istiqamətlərində dünya liderlərindən biridir.. Onun lazer sahəsi və kriogen texnikasında, yeni materiallar, rabitə və kommunikasiya vasitələri sahəsində əldə etdiyi nailiyyətlər nəinki postsovet məkanında, hətta xaricdə də məlumdur. Eyni zamanda məlumdur ki, bizdə reallaşdırılmayan ixtiraların xüsusi çəkisi böyükdür. regional elmi potensialdan zəif istifadə olunur. Bu mənada elm və istehsalın müsbət nəticə verən hər hansı bir inteqrasiyası təcrübəsini qəbul etmək lazımdır. Belə ki, bir çox regionlarda ərazi elmi-istehsalat kompleksləri yaratmağa başlamışdırlar. Məsələn, Vladimir vilayətində ali məktəbləri, elmi mərkəzləri və istehsal strukturlarını inteqrasiya edən Vladimir innovasiya texnoloji mərkəzi yaradılmışdır. Kovrov şəhərində “Regional innovasiya- texnoloji mərkəz” yaradılmışdır ki, o, Kovrov Dövlət texnoloji akademiyasını B.A.Deqtyarov adına zavodu, Kovrov elektromexaniki zavodunu birləşdirir. Bu Rusiya Federasiyası subyektlərinin inkişaf yolunu - alim və praktiklər inkişafın innovasiya tipi adlandırırlar.

Kirov vilayətində “Kirov vilayətində sənaye siyasəti haqqında” Qanuna - əsasən, rəqabət qabiliyyətli istehsalların saxlanılması, inkişafı və formalaşmasına şərait yaradılmışdır. Bunun üçün vilayət Vyatka şəhərinin ticarət- sənaye palatası, Kirov elmi-texniki informasiya mərkəzi, Vyatka dövlət universiteti ilə innovasiya fəaliyyəti sferasında qarşılıqlı əlaqə haqqında saziş imzalanmışdır. Regionlar arası innovasiya inkişafı fonduna yardım edən “Kirov” filialı da fəal işləyir (Nijni Novqorod).

Orlov vilayətində müəssisələr və təşkilatlarda innovasiya və investisiya proseslərinin fəallaşdırılması sahəsində iş aparılır. Bu iş sənaye müəssisələri, elmi idarələrin və ali məktəblərin qarşılıqlı əlaqələrinin inkişafı və elmi-texniki, innovasiya fəaliyyəti ilə məşğul olan işçilərin nüfuzunun artırılması məqsədi ilə həyata keçirilir. Vilayətdə aparılan innovasiya siyasəti vilayət qanunlarına əsaslanır (“Orlov vilayətində innovasiya fəaliyyəti və dövlət innovasiya siyasəti haqqında”, “Elm və innovasiya fəaliyyəti haqqında”, “Orlov vilayətində innovasiya fəaliyyəti haqqında”).

Tataristan Respublikası iqtisadiyyatda xammal orientasiyasından innovasiya inkişafı yoluna keçir. Artıq orada 2005-2010-cu illər üçün innovasiya fəaliyyəti inkişafının Proqramı reallaşdırılmışdır. “İdeya” innovasiya- istehsalat texnoparkı yaradılmışdır və burada Avropa texnoparklarının təcrübəsindən geniş istifadə edilir.

Eyni zamanda bir çox regionlarda təşkilatların elmi potensialından kifayət qədər istifadə olunmaması xarakterikdir. Belə vəziyyətin səbəblərinin bir qismi aşağıdakılardır:

elmi işlənilmələr nəticəsində alınan məhsulların bir hissəsi bəzən rəqabət qabiliyyətli məhsul kimi çıxış edə bilmir, elmi təşkilatların müəssisələrlə keçmişdə olan əlaqələrinin pozulması demək olar ki, hər bir yerdə elmin istehsalatdan ayrılmasına gətirib çıxardı.

Nəticədə - iqtisadi, hüquqi və təşkilat şəraiti, sənaye məhsullarının rəqabət qabiliyyəti ilə bağlı dövlət innovasiya siyasətinin ən vacib məqsədləri süni surətdə ləngidilir və sosial-iqtisadi məsələlərin həlli yollarında maneələr əmələ gəlir. İnnovasiyanın mənimsənilməsi, sürətləndirilməsi və yayılmasının əsas şərtlərinə misal olaraq aşağıdakıları qeyd etmək olar:



  • innovasiyaya tələbatı (innovasiya məhsullarının istehlakçılarının yaranması);

  • innovasiya məhsullarının generasiya bazasının yaradılması (informasiya, elmi, tətbiqi, təhsil və kadr təminatı);

  • innovasiya işlənilmələrinin maliyyə təminatı (maliyyələşdirmə). Eyni zamanda bu yolda əmələ gələn mövcud risklər (iqtisadi, istehsal, normativ-hüquqi) də nəzərə alınmalıdır. Neqativ iqtisadi amillər arasında - şəxsi pul vəsaitlərinin çatışmamasına, dövlət strukturları tərəfindən kifayət qədər maliyyə köməyinin olmamasına, yeniliklərin dəyərinin yüksək olmasına, yeni məhsulların ödənilmə qabiliyyətinin aşağı olmasına fikir vermək lazımdır. Bura innovasiya subyektlərinin üzləşdiyi yüksək iqtisadi risklər də aiddir. İstehsal amilləri arasında regionların innovasiya potensialının aşağı olması və yeniliklərin vaxtında dəstəklənməsini qiymətləndirən, onların ölkəmizdə tətbiqi üçün şərait yaradan peşəkar kadrların çatışmaması böyük xüsusi çəkiyə malikdir. Bundan əlavə, innovasiya fəaliyyətinin və texnologiyalar bazarının inkişafsizlığını tənzimləyən normativ-hüquq bazasının çatışmamazlığı kimi neqativ amillər də nəzərə alınmalıdır.

Ölkədə yaranan innovasiya tələbatını vasitəli nəzərə alan makroiqtisadi göstəricilər sırasında ümumi regional məhsulda innovasiya məhsullarının artım payı göstəricisinin mühüm əhəmiyyəti vardır. Buradan da regionun innovasiya inkişafı tipi yalnız intensivləşdirməyə çevrilə bilməz. O, regionlar səviyyəsində aşağıdakı amilləri nəzərə almalıdır: regionlar və müəssisələrin inkişafı məqsədinin sosial dəyərlərə, texniki-texnoloji dəyişikliklərə, iqtisadi maliyyələçdirməyə zəmin yaratmasına, “insan- ətraf mühit” sistemində bütün münasibət komplekslərini əhatə edən təbii-ekoloji dəyişikliklərə orientasiya olunmalıdır (o cümlədən təhsil-mədəni və psixoloji dəyişikliklərə, regionların iqtisadi səviyyəsinin intellektuallaşdırılmasına).

Regionun sosial-iqtisadi inkişafının innovasiya tipi effektivliyi regionun innovasiya strategiyasının (və ya konsepsiyasının), innovasiya inkişafı proqramının işlənilməsini, maliyyə problemlərinin həllini, müvafiq kadrların seçilməsi və hazırlanmasını və eləcə də regionda qəbul edilmiş tədbirlər kompleksinin reallaşdırılması gedişi üzrə monitorinqin keçirilməsini nəzərdə tutur. Məsələn, regionjal innovasiya sistemləri konsepsiyasının işlənilməsi ideyasını keçən əsrin 90-cı illərində K.Frimen, B.A. Zund\all və

R. Nelson təkamül nəzəriyyəsi çərçivəsində təklif (itmişdirlər. Təkamül yanaşma təbii proseslərin qeyri- mütəşjıkkil bazar qüvvələrinin təsirinin yumşaldılmasının tezləşd irilməsi və regionların inkişafının dürüstləşdirilməsi hesabına tezləşdirilməsini nəzərdə tutur.

Bu konsepsiya aşağıda göstərilən prinsipial müddəalara əsaslanır:



  • innovasiya prosesi zəncirvari model mövqeyindən öyrənilir;

  • qeyri-müəyyənlik və risk dərəcəsi yüksək olduqda xüsusi innovasiya institutları bu problemlərin həllinə cəlb edilir;

  • iştirakçıları müxtəlif innovasiya prosesi icraçılarıdır.

Regional səviyyə üçün Rusiya innovasiya konsepsiyasının işlənilməsi zərurəti aşağıdakı prinsiplərə əsaslanmışdır:

  • Regional innovasiya sisteminin sərbəst idarəetmə obyekti kimi qəbul edilməsinin obyektiv tələbi.

  • Regiyonun subyektlərinin spesifik xüsusiyyətlərinin nəzərə alınması.

  • İnnovasiya biznesinin inkişafı üçün əlverişli şəraitin yaradılması.Regoinlann innovasiya sferasında işləyən müəssisə və təşkilatların qarşılıqlı əlaqələrinin gücləndirilməsi.

  • Regional innovasiya proqramlarının hazırlanması, reallaşması və regional innovasiya siyasətinin formalaşmasının işlənilməsində iştirak etmə.

  • Əldə olan regional innovasiya potensialının region subyektlərinin sosial-iqtisadi inkişafı üçün tətbiq edilməsi.

  • Diversifıkasiyalaşdınlmış innovasiya tipli çevik iqtisadiyyatın formalaşd ı rı İması.

İnnovasiya fəaliyyətində nəzərə alınan şərtlər və amillər regional innovasiya fəaliyyətinədə şamil edilməlidir. Y, Şumpeterə görə bunlar aşağıdakılardır:

  • yeni texnika və texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə;

  • yeni xüsusiyyətli məhsulların tətbiqi;

  • yeni xammalın istifadəsi;

  • istehsal və onun maddi-texniki təminatının təşkilində dəyişikliklər;

  • Satış bazarlarının əmələgəlməsi.

Apardığımız araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, istənilən qabaqlayıcı inkişaf konsepsiyası və təbiətdən istifadə üçün yüksək texnoloji zonaların yaradılması əsas prinsipial məqamları nəzərdə tutur ki, bunlar regional innovasiya siyasətinin reallaşdırılmasında nəzərə alınmalıdır. Əslində bu konsepsiyanı yalnız regional innovasiya inkişafının adi konsepsiyaları ilə müqayisədə “qabaqlayici” adlandırmaq olar.

Reallaşdırılmaya təqdim edilən konsepsiyanın məğzi rəqabət qabiliyyətli məhsul istehsal etməyi, dünya standartlarına cavab verən, eimtutumlu texnologiyalar işlə-nilməsini və reallaşdınlasını təmin edən, cəlb edilən investisiyalardan (xarici də daxil olmaqla) 'səmərəli istifadə etməyi bacaran müasir müəssisənin yaradılmasıdır.

İnbovasiyanın inkişafı mövqeyindən dünya təcrübəsində iki konsepsiya qarşı-qarşıya qoyulur:

“çatma inkişafı” konsepsiyası.

!“qabaqlama inkişafı” konsepsiyası.

H0r iki inkişaf variantı dünya təsərrüfatının mərkəz- əyalət i nəzəriyəsinə əsaslanır. Burada sənaye cəhətdən inkişaf! etmiş ölkələrin , dünya regionları və əyalətlərinin, yəni sdnaye yetkinliyinin daha aşağı mərhələlərində olan alt mərkəzləri yaradılır.

Bü inkişaf yollarına istiqamətlənən ölkə və regionlar fərqli taktika və strateqiya seçə bilərlər. Bunlardan bəziləri özlərinin qüvvələrinə arxalanırlar, milli (və ya regoinal) bazarların təlabatı və imkanlarına bir qədər xarici kapital cəlb edirlər, digərləri isə beynəlxalq (və regionlararası) əmək bölgüsündə fəal iştirak edirləl və xarici kapitalı cəlb edərək, yeni istehsal texnologiyalardan istifadə edirlər.

Buradan da “çatma inkişafı” yoluna istiqamətlənən regionlar üçün “lider”ə , yəni bənzəmə “etalonu” kimi qəbul edilən regiona çatma meyli xarakterikdir.

Regionların müxtəlifliyinə baxmayaraq, “çatma inkişafı” modelinin bütün tipli regionlar üçün ümumi qanunauyğunluqları vardır. Xüsusilə, onlar birbaşa xarici (və ya dövlət) investisiyalarından istifadə edirlər, bəzən mexaniki olaraq başqa ölkələrin və ya regionların standartlarını əsas kimi qəbul edərək istifadə edirlər. Bundan əlavə, onlar idxalı əvəz edən inkişaf modelinə və özlərinin resuslarına arxalanırlar. “Çatma inkişafı” konsepsiyasını bəzən dövlət tənzimləməsi metoduna əsaslanan ixracı əvəz edən sənayeləşdirmə adlandırırlar. Dövlət tənzimlənməsi metodlarından əsasən aşağıdakılar istifadə edilir:


  • daxili bazarın xarici məhsulların rəqabətindən qorunması;

  • dövlət müəssisələrinin və yeni sahələrin yaradılması (ölkənin inkişafı strategiyasına müvafiq regionda yaranan ixtisaslaşmaya uyğun);

  • əmək münasibətlərinin tənzimlənməsi;

  • sosial sığortalanmanın aparılmasının gücləndirilməsi;

-kütləvi təhsilin inkişafı və s.


  1. Yüklə 189,87 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin