1. İnnovasiya və yenilik: anlayışları, mahiyyəti, məzmunu, funksiyaları


“Toyota*' korporasiyasının iş təcrübəsi



Yüklə 189,87 Kb.
səhifə18/20
tarix01.01.2022
ölçüsü189,87 Kb.
#106950
1   ...   12   13   14   15   16   17   18   19   20
innovasiya-converted

“Toyota*' korporasiyasının iş təcrübəsi


İstehsalın təşkilinin ən səmərəli metodlarından biri “Toyota” sistemidir. Mübaliğəsiz olaraq qeyd edə bilərik ki, “Toyota” sistemi istehsalın idarə edilməsinin yeni- inqilabi sistemidir.

“Toyota” sistemi istehsalın idarə edilməsinin təşkili metodlarından biridir, belə ki, bu sistem istehsal prosesinin lazım olmayan elementlərinin tam surətdə aradan çıxarılmasına imkan yaradır. Bu sistemin əsas vəzifəsi zəruri olan hissə və detalı, lazım olan anda və kəmiyyətdə istehsal etməkdir.

Məhsul istehsalının kəsilməzliyi, məhsulun kəmiyyət və keyfiyyətinə, eləcə də çeşidlərinə olan dəyişkən tələbata istehsalın uyğunlaşması, iki istehsal sisteminin köməyi ilə olur. Bunlardan birincisi- “dəqiq vaxtında” sistemi, başqa sözlə, zəruri məhsulun, lazım olan kəmiyyətdə və vaxtında istehsal etmək sistemidir. İkinci sistem isə “dzidoka” (avtomatlaşdırma) bilavasitə işçi yerlərində məhsulun keyfiyyətinə avtonom nəzarət sistemidir. “Toyota” sistemi məhz bu iki sütun üzərində qurulmuşdur. İşçi yerlərində məhsulun keyfiyyətinə avtonom nəzarət, “dəqiq vaxtında” sisteminin kəsilməz işini təmin edir. Bu ondan irəli gəlir ki, zay detalın növbəti əməliyyat mərhələsinə keçməsinin qarşısı alınır. “Toyota” konsepsiyası işçi qüvvəsindən çevik istifadəni də nəzərə alır. Bu o deməkdir ki, dəyişkən tələbatdan asılı olaraq məşğuliyyətli işçilərin sayı dəyişir və yaradıcılıq təfəkkürü və yenilil^ ideyası ilə məşğul olanların da sayı nəzərə alınır.

Bil ideyaların həyala keçirilməsi üçün “ Toyota” sistenində aşağıdakı metodlar tətbiq edilir:



  1. Dəqiq vaxtında istelıal sistemi fəaliyyətini təmin etmək üçün “tkanban” sistemi tətbiq edilir

  2. İstehsalin təlabatın dəyişməsinə uyğunlaşdırılması üçün məhsul istehsalının bərabərləşdirilməsi metodu tətbiq olunur.

  3. Ümumi istehsal vaxtının azaldılması məqsədi ilə avadaıjlıqların yenidən sazlanması vaxtının azaldılması yerinə yetirilir.

  4. İstehsal əməl^^atlannın baianslılığının təmin edilməsi məqsədi ilə işlərin normaİlaşdırılması həyata keçirilir.

  5. İstehsal avadanlıqlarınin rasional yerləşdirilməsi və işçi qüvvəsinin çevik tətbiqi konsepsiyasının həyata keçirilməsi məqsedi ilə çox dəzgaha xidmət göstərən universal hazırlanmış işçi qüvvəsindən istifadə edilir.

  6. Keyfiyyət dəməklərinin fəalliyyətlərinin təkmilləşdirilməsi və səmərələşdirici təkliflərin mükafatlandırılması tətbiq edir.

  7. İşçi yerlərində məhsulun keyfiyyətinə avtonon nəzarəti həyata keçimnək məqsədi ilə vizual nəzarət sisteminin tətbiqi aparılır.

  8. Bütün firmada məhsulun keyfiyyətinə nəzarət metodları yayamaq məqsədi ilə“funsional idarəetmə”sistemi tətbiq edilir.

İstehsalı zəruri olan detal və aqreqatların lazım olan kəmiyyətdə və vaxta istehsalı sitemi ”dəqiq vaxtında” adlanır, bu o deməkdir ki, məsələn avtomobil yığımı prosesində zəruri olan Əgər “dəqiq vaxtında’* sistemi bütün firmada fəaliyyət göstərirsə, onda müəssisədə ehtiyat hissələrin saxlanılmasına ehtiyac qalmır. Nəticədə müəssisədə ambar ehtiyatları və binaları tamamilə ləğv edilir.

Beləliklə, istehsal ehtiyatlarının saxlanılması xərcləri azalır, kapital dövriyyəsi isə sürətlənir.

İnsan amillərinin fəallaşdırılması. “Toyota” sistemi istehsal həcminin operativ tənzimlənməsi, keyfiyyətin təmin edilməsi, insan amilinin fəallaşdırılması və eyni zamanda istehsal xərclərinin azaldılması kimi məqsədlərin həyata keçirilməsinə imkan yaradır. İstehsalın səmərəliliyinin yüksəldilməsində hər bir işçi bilavasitə iştirak edir.

Hər bir fəhlənin imkanı olur ki, keyfiyyət dərnəyi adlanan kiçik işçi qrupunun yığıncağında istehsalın təşkili üzrə səmərəliləşdirmə və təkmilləşdirmə təklifləri versin və onun həyata keçirilməsində bilavasitə iştirak etsin.

Təkliflərin belə verilməsi prosesi istehsalın operativ idarə edilməsinin təknilləşdirilməsinə imkan yaradır.

Buna texnoloji istehsal dövrünün davametmə müddəti dəyişərkən texnoloji əməliyyatların yerinə yetirilməsi ardıcıllıqların dəyişdirilməsi yolu ilə nail olunur.

Təkrar zay məhsul getməsinin yaxud dəzgahın nasazlığının xəbərdarlığı vasitəsilə keyfiyyət təmin edilir.

İnsan amilinin fəallaşdırılması onların istehsal prosesinin idarə edilməsində yaradıcı surətdə iştirak etməsi yolu ilə həyata keçirilir.

Beləliklə, qabaqcıl firmaların idarəetmə təcrübəsinin öyrənilməsindən bu nəticəyə gəlmək olar ki, elə ümumiləşmiş şərtlər vardır ki, bu şərtlər müəssisənin idarəetmə üzrə istehsaldaxili ehtiyyatlarını səfərbərliyə alınmasını təmin edir.Bunlar aşağıdakılardır:

-istehsalın çevikliyinin təmin edilməsi;

-istehsal prosesinin modul əsasənda təşkili;

-işçilər arasında ailə münasibətlərinin formalaşdırılması;

-müəssisədə innovasiya prossesinin sürətləndirilməsinə xüsusi diqqət yetirilməsi və s.


  1. İnnovasiya təşkilatlarının formalaşdırılma qaydaları

İnnovasiya təşkilatlarının strategiyası və strukturu formalaşdırılarkən aşağıdakı prinsiplər əsas götürülür:

– istehsal olunan malların diversifikasiyası;

– müxtəlif növ innovasiyaların tətbiqi nəticəsində mü- kəmməlləşdirilən malların istehsalının vəhdəti;

– elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin dərinləş- dirilməsi və innovasiya fəaliyyətinin aktivləşdirilməsi hesabına malların keyfiyyətinin və enerji qorunmasının artırılması;

– müxtəlif mallara onların rəqabətədavamlılığından asılı olaraq müxtəlif strategiyanın tətbiqi;

– beynəlxalq inteqrasiya və kooperasiyanın inkişafı;

– idarəetmə qərarlarının keyfiyyətinin artırılması.


Vençur innovasiya fəaliyyəti

Vençur innovasiya fəaliyyəti böyük kommersiya riskləri ilə bağlı olan innovasiyalı məhsullar, texnologiyalar və xidmətlər yaratmaq məqsədi güdən fəaliyyət növüdür.

Burada risk amili onunla bağlıdır ki, işlənib hazırlanan yeniliyin texnoloji və kommersiya baxımından səmərəliliyini əvvəlcədən müəyyən etmək mümkün olmur.

Vençur təşkilatları- tədqiqatları, işləmləri və yeni məhsulların təcrübi istehsalını həyata keçirən, təşkilatı cəhətdən ayrı olan ixtisaslaşdırılmış müəssisələrdirlər (kiçik müəssisələrdirlər).

Vençur təşkilatları həm müstəqil hüquqi şəxs statusunda, həm də iri təşkilatın törəmə bölməsi kimi fəaliyyət göstərə bilirlər.

Vençur (riskli) biznesi dünya iqtisadiyyatında ötən əsrin 50-ci illərində yaranmış və güclü dünya industriyasına çevrilərək özünü iqtisadiyyatın real sektorunun dəstəklənməsi və inkişaf etdirilməsi üçün ən səmərəli yanaşma kimi göstərmişdir.

Dünya iqtisadiyyatında vençur kapitalı yarımkeçiricilər elektronikası, hesablama texnikası, informasiya texnologiyaları və biotexnologiya kimi sənaye sahələrinin inkişafında əhəmiyyətli rol oynamışdır.

Ölkə iqtisadiyyatının innovasiyalı inkişaf yoluna yönəl- məsi milli innovasiya sisteminin bir hissəsi olmalıdır. Maliyyə mənbələrinin riskli kapital qoyuluşundan imtina etdiyi mərhə- lədə kiçik və orta innovasiya müəssisələrinə maliyyə yardımı etməklə şirkətlərin yüksək inkişaf tempi təmin edilir və vençurlu investisiyalar elmin və texnikanın nailiyyətlərinin isti- fadəsi əsasında yeni istehsalların yaradılması və mövcud istehsalların modernizə edilməsi işində səmərəli işəsalma me- xanizmi rolunu oynayır. Ölkədə güclü elmi-texniki potensialın olması vençurlu sənayenin inkişafına zəmin yaradır.

İnvestisiyalara gəlir və ya başqa faydalı effekt əldə et- mək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan və yaxud di- gər fəaliyyət növünə yönəldilən pul vəsaitləri, dəyərli kağızlar, digər əmlak, o cümlədən pulla qiymətləndirilə bilən əmlak hü- quqları və digər hüquqlar aid edilir.

Maliyyələşdirmənin vençur forması perspektivə zəmanət olmayanda və risklər əhəmiyyətli olanda elmi tədqiqatların və işləmələrinin nəticələrinin kommersiyalaşdırılmasında və yeni texnoloji biznesin (start up) yaradılmasında əsas hesab olunur.

Bir qayda olaraq riskli (vençurlu) şirkəti yaradanlar şirkət- lərin ilkin inkişaf mərhələsində idarə edilməsi sahəsində çalışmış təcrübəli menecerlərdən, hüquqşünaslardan, alimlərdən və praktiki fəaliyyətlə məşğul olmuş mütəxəssislərdən ibarət ko- manda toplayır və 3-5 il ərzində şirkətin yaradılması, texno- logiyanın işlənməsinin sona çatdırılması və birjaya çıxmaq üçün tələb olunan maliyyə vəsaitini əldə etmək üçün vençur fond- larına (vençur fondlarını idarəedici şirkətə) müraciət edirlər. İdarəedici şirkət vençur kapitalının idarə edilməsi üçün mə-suliyyət daşıyan və ya vençur fondlarına investisiya obyektlə- rinin seçilməsində və qiymətləndirilməsində, memorandumla- rının hazırlanmasında, investisiya qoyulan müəssisələrlə razılaş- maların bağlanmasında, onların fəaliyyətinə nəzarətdə və onlarla birgə işdən “çıxmaqla” məsləhətlər verən hüquqi şəxsdir. Əksər hallarda investorlar vençur şirkətləri uğur qazan- dıqdan və onların səhmləri fond birjalarında kotirovkalarda olandan sonra əldə etdikləri səhmlərin satışından gəlir əldə et- məyi planlaşdırırlar. Əgər vençur şirkətləri ilk yeni məhsulu bazara çıxararaq öz kapitallarını artırıb məşhurlaşarlarsa, keçmiş investorlar, bir qayda olaraq, səhmləri sataraq biznesdən çıxır və yeni riskli biznesə gəlirlər.

Vençur şirkətlərinin əməkdaşlarının əsas funksiyalarına tədqiqatların aparılması, avadanlığın yaradılması, texnologiyaların işlənib yoxlanması, məhsulun istehsalı, marketinq, reklam, patentlə müdafiə, riskli şirkətin operativ fəaliyyətinin təmin edilməsi daxildir. Onların şirkətdə intensiv işi və kommersiya nailiyyəti təkcə yüksək əmək haqqı ilə deyil, həm də bütün işçilər tərəfindən şirkətin səhmlərinin alınması ilə təmin edilir və onlar faktiki olaraq şirkətin sahiblərinin sırasına daxil olurlar.

Vençur innovasiya təşkilatlarının yaradılması

Vençur təşkilatları alim-tədqiqatçılar, yenilikçi-mühən- dislər və ya sahibkarlar tərəfindən aşağıdakı komponentlər mövcud olanda yaradılır:

– innovasiyalı ideya- yeni məhsulun və ya texnologiyanın ideyası;

– perspektivli satış bazarının müəyyən etdiyi ictimai tələbat;

– investorun riski hissəcə azalır və vəsaitlərin sonrakı istifadə strategiyası əsaslandırılır;

– yenilikçiyə ideyanı həyata keçirməyə və gəlirin bir hissəsinə sahib olmağa imkan yaradır;

– müəssisəyə sifariş əsasında (əvvəlcədən ödəniş etməklə) təcrübi tətbiq riskini minimallaşdırmaqla innovasiyalı məhsulu istehsal etməyə imkan yaradır.

– maliyyələşdirmə üçün risk kapitalı.

İnnovasiya fəaliyyəti həyata keçirilərkən vençur strukturlarının tətbiqinin üstün cəhətləri aşağıdakılardır:

– investorun riski hissəcə azalır və vəsaitlərin sonrakı istifadə strategiyası əsaslandırılır;

– yenilikçiyə ideyanı həyata keçirməyə və gəlirin bir hissəsinə sahib olmağa imkan yaradır;

– müəssisəyə sifariş əsasında (əvvəlcədən ödəniş et- məklə) təcrübi tətbiq riskini minimallaşdırmaqla innovasiyalı məhsulu istehsal etməyə imkan yaradır.

“Daxili” vençur layihəsinin xüsusiyyətləri aşağıdakı- lardır.

Start-up (ingiliscə işə buraxmaq) mövcud şirkətin çərçivəsində başlanılan layihəyə (bu halda spin-off) və yaxud öz biznesini innovasiyalar əsasında qurmağa cəhd edən, hələ bazara çıxmayan və ya yenicə bazara çıxmağa başlayan, məhdud ehtiyatlara malik olan, hələ rəsmi qeydiyyatdan keçməmiş, lakin rəsmi olmağı planlaşdırılan, bir az əvvəl yaradılmış şirkətə deyilir.




  1. İnnovasiya fəaliyyətində dövlətin rolu

İqtisadçı alimləri üçüncü minilliyə qədəm qoyarkən cəmiyyətin inkişafında ən böyük amil kimi kosmosun tətbiqi, informasiya texnologiyaları, genetika, nüvə energetikası deyil ümumiləşdirici xarakter daşıyan innovasiya proseslərinin olduğunu qəbul etmiş və buna uyğun olaraq hər bir dövlətin iqtisadi qüdrətinin artması, təhlükəsizliyinin təmin edilməsi üçün məhz milli innovasiya sisteminin yaradılması hesab edilmisdir. Son illərdə iqtisadiyyatın elmi əsaslarla innovativ inkişafı yeni texnologiyalar, yeni xidmət növləri və idarəetmənin təşkili sahəsindəki yeniliklərdən daha çox və səmərəli istifadə edilməsinə əsaslanır. İstənilən ölkənin iqtisadiyyatı elmin və texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir. Qabaqcıl ölkələrdə iqtisadiyyatın inkişafında innovasiya siyasətinin formalaşması əsas məsələlərdən biri hesab olunur. İqtisadiyyat və innovasiya proseslərinin dövlət tənzimlənməsi və dəstək bazar münasibətlərinə iqtisadiyyatının transferi əsas şərtlərdən biridir. Dövlət böhranı aradan qaldırmaq üçün bir proqram yaratmaq üçün, ölkənin elmi, texnoloji və innovasiya potensialının inkişafına dövlət dəstəyi lazımdır. Dünya praktikasında görsəndiyi kimi innovasiya siyasətinə sistemli yanaşma konsepsiyasını həyata keçirən ölkələr qısa müddət ərzində dövlətlərin qarşılıqlı təsir mexanizmini, biznesi, elmi, təhsili və ÜDM-də ümumi elmtutumluğunu artırmağa imkan verən səmərəli Milli innovasiya sistemi (MİS) yarada biliblər.

İnnovativ inkişaf yoluna keçidin mümkünlüyü MİS yaradılması hesabına mümkün olmuşdur. ABŞ-da aparılan tədqiqatlara görə MİS XX əsrin mühim nailiyyətidir. Sənaye inkişafının əsasını təşkil edən inkişaf etmiş ölkələrdə MİS institutların fəaliyyəti sistemi, texnoloji irəliləyişi və iqtisadiyyatlarının ən yüksək

səviyyədə rəqabətədavamlılığını təmin etməyə imkan verir.

İnnovativ siyasətin yaratdığı səmərəli təsiri innovasiya prosesini işə salmaq üçün kifayət qədər intellektual və texnoloji potensialın olması, innovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, həmçinin yeni sosial qrupların cəlb edilməsi, innovasiya inkişafına istiqamətlənən institusional sistemin yaradılması (formal və qeyri-formal elementlər daxil olmaqla), təssərrüfatçı subyekt, fiziki şəxslərin əksəriyyəti tərəfindən innovasiyaya, MİS-ə tələbin tam olması, innovasiya sistemini maliyyələşdirməyə imkan verən iqtisadi inkişafın səviyyəsi (adambaşına düşən ÜDM həcmi) şərtləri daxilində mümkündür. İqtisadi inkişafı və rəqabətliliyi təmin etmək məqsədi ilə yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə geniş

tətbiq edilməsi ilə xarakterizə olunan və dinamik inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqi səmərəli milli innovasiya sisteminin elmi əsaslar üzərində yaradılmasını tələb edir. Hal-hazırda iqtisadi inkişaf səmərəli milli innovasiya sisteminin elmi əsaslar üzərində qurulmasını tələb edir. Bu prosesin formalaşmasına müxtəlif yanaşmalar mövcuddur və onların reallaşdırılmasını çətinləşdirən bir sıra amillər mövcuddur. Bu işdə qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq məqsədəuyğundur. Aşkara çıxarılmış problemlərin həll instrumentarilərdən istifadə etməklə həmin sahədə səmərəliliyin yüksəldilməsinə nail olmaq olar. Ona görə də hesab edirik ki, innovasiya işləmələrinin müvafiq mərhələ və proseslərində qeyd olunan amillərin, təklif və tövsiyələrin nəzərə alınması həmin proseslərin səmərəliliyinə müsbət təsir

göstərəcəkdir. Dövlətin apardığı innovasiya siyasəti innovasiya fəaliyyətinin inkişafına və stimullaşdırılmasına yönəldilmiş sosial-iqtisadi siyasətin tərkib hissəsi olub, elmi tədqiqatlardan, işləmələrdən, təcrübi konstruktor işlərindən, və ya digər elmi-texniki nailiyyətlərdən istifadə etməklə iqtisadi dövriyyədə reallaşdırılan yeni və ya təkmilləşdirilmiş məhsulların, habelə texnoloji prosesin yaradılması deməkdir. Bu siyasət yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, dayanıqlı iqtisadi artımın təmin olunması, əhalinin həyat səviyyəsi və keyfiyyətinin, ölkənin müdafiə texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi üçün innovasiya fəaliyyəti prioritetliyi razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir.

Dövlətin innovasiya siyasətinin əsas məqsədləri yerli məhsulların rəqabətqabiliyyətliliyinin artımını təmin edən innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması, elmi-texniki nəticələrin effektiv ifadəsi, sosial-iqtisadi məsələlərinin həlli, elmi-texniki potensialın inkişafı səmərəli yerləşdirilməsi və effektiv istifadəsi onun strukturunun formalaşdırılması, ölkənin müdafiə qabiliyyətinin və şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi və elm və texnikanın ölkə iqtisadiyyatının inkişafına, ən mühüm

sosial vəzifələrin reallaşdırılmasına, maddi istehsal sferasında mütərəqqi struktur dəyişikliklərinin təmin olunmasına təsirinin artırılması, onun effektivliyinin və rəqabətqabiliyyətinin yüksəldilməsidir. Məqsədə nail olmaq üçün isə innovasiya siyasəti prioritetlərinin müəyyən edilməsi və reallaşdırılması, iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun yaradılması və inkişafı, beynəlxalq bazarda yerli innovasiya məhsullarının qorunması və xarici iqtisadi innovasiya fəaliyyətinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi, innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal və maliyyə- kredit sferalarının qarşılıqlı təsirinin təmin edilməsi və xalq təsərrüfatının inkişafı strategiyasını, temp və proporsiyalarını müəyyən edən başlıca istiqamətlərdə iqtisadiyyatın inkişafının stabilləşdirilməsi üçün elmi-texniki potensialın effektiv istifadəsinin və onun strukur tarazlığının təmin olunması. Dövlətin innovasiya siyasətinin əsas prinsiplərini ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilən innovasiya proqramlarının və layihələrinin maliyyələşdirilməsi, innovasiya infrastrukturunun formalaşması və innovasiya sahəsi üçün kadr hazırlığı təşkil edir. İnnovasiya fəaliyyətinin inkişafını təmin etmək məqsədi ilə münbit şərait

yaradan hüquqi bazanı formalaşdırmadan ölkə iqtisadiyyatını innovasiyalı inkişaf yoluna çıxarmaq mümkün deyildir. Bunun əsasını isə innovasiya fəaliyyəti haqqında qanun təşkil edə bilər.

Dövlət orqanlarının innovasiya sferasında əsas funksiyaları innovasiya siyasətinin formalaşdırılması, innovasiya proseslərinin hüquqi bazasının yaradılması, xüsusilə innovatorların müəlliflik hüquqlarının qorunması və intellektual mülkiyyətin mühafizəsi, bu sferada innovasiyanın, rəqabətin stimullaşdırılması, innovasiya risklərinin sığortası, köhnəlmiş məhsulların buraxılışına görə dövlət sanksiyasının tətbiqi, innovasiyanın sosial və ekoloji yönümlüyü təmin olunmaqla elm, texnika və texnologiyanın prioritet istiqamətlərinin müəyyən edilməsi, innovasiya sferası infrastrukturunun formalaşdırılmasında iştirak, innovasiya və elmi-texniki fəaliyyət ilə məşğul olan şəxslərin ictimai statusunun yüksəldilməsi və innovasiya proseslərinin beynəlxalq aspektlərinin tənzimlənməsidir. İnnovasiya siyasətinin ən mühüm prinsipləri elmi yaradıcılıq azadlığı, elmi sferanın ardıcıl demokratikləşdirilməsi, elmi siyasətin formalaşması və reallaşması zamanı açıqlıq və aşkarlıq, milli elmi potensiala dayaq olmaq, fundamental elmi tədqiqatların inkişafının stimullaşdırılması, elm və təhsilin inteqrasiyası, bütün səviyyələrdə ixtisaslaşmış elmi kadrların hazırlanmasının bütöv sisteminin inkişafı, açıq informasiyaya maneəsiz girişinin və onunla azad mübadilə hüququnun təmin olunmasıdır. Dövlətin innovasiya siyasətinin birbaşa və dolayı yolla həyata keçirir. Dövlət siyasətində innovasiya fəaliyyətinin birbaşa həyata keçirilməsində dövlət büdcəsi hesabına ETTKİ-nin və innovasiya layihələrinin (üstün olaraq ümumdövlət, sahələrarası və sosial təyinatlı fundamental və tətbiqi tədqiqatların) maliyyələşdirilməsi, uzunmüddətli perspektivə elm və texnikanın inkişaf proqnozlarının işlənib hazırlanması, eləcə də innovasiya proseslərinin orta müddətli inkişaf meyllərinin qiymətləndirilməsi, dövlət innovasiya infrastrukturunun (yeniliyin yayılması mərkəzləri, məsləhət mərkəzləri, innovasiya birjaları, elmi-texniki kitabxana, informasiya şəbəkələri və s.) formalaşdırılması və iqtisadiyyatın özəl sahibkarlıq sektoru üçün innovasiya menecmenti sferasında kadrların hazırlanmasıdır. Dövlət siyasətində innovasiya fəaliyyətinin dolayı yolla həyata keçirilməsində isə vergi güzəştləri, sürətli amortizasiya siyasəti, güzəştli kreditləşmə, maliyyə lizinqinə dövlət köməyi, françayzinqin stimullaşdırılması tədbirləri və s. Finlandiya və İrlandiya müvəffəqiyyətlərini innovasiyalı iqtisadiyyata borcludurlar. Dünya İqtisadi Forumunun etdiyi rəqabətçilik araşdırmalarına görə son illərin rəqabət gücü ən yüksək ölkəsi Finlandiya, inovasyona etdiyi sərmayə, güclü bir iqtisadiyyat və həyat səviyyəsi yüksək bir cəmiyyət yaratmağı bacardı. Fin hökuməti,



təxminən 20 il əvvəl inovasyona böyük qaynaqlar ayırmağa və inovasyonu təşviq edən bir mühit yaratmağa başladı. Bu investisiyalar, iqtisadi durğunluq dövrlərində belə azalmadı. 1990-cı illərin başında yaşanan və işsizlik səviyyəsinin 20 faizə qədər yüksəldiyi böhranın təsirləri də bu sayədə sürətlə mülayimləşdirildi. Böhrandan dərhal sonra əhatəli bir milli təhsil və araşdırma proqramı başladıldı. Bu proqramın bir gərəyi olaraq universitetlər və şirkətlər arasında güclü bir şəbəkə quruldu. Beləliklə meşə təsərrüfatı və əkinçiliyə söykənən iqtisadiyyat, yerini sürətlə sənayeyə söykənən iqtisadiyyata, ardından da innovasiya iqtisadiyyatına buraxdı. 2000-ci ildə, informasiya texnologiyaları sektoru Finlandiya iqtisadiyyatının itələyici gücü halına gəldi. Bunun yanında, metal və mühəndislik sektorları ilə meşə məhsulları sənayesində də inovasyona söykənən rəqabətçilik dövlət tərəfindən dəstəklənməyə davam etdi. Nəticədə, 1985-ci ildə 10 470 dollar olan adam başına düşən milli gəlir, 2014-cü ildə 38 837 dollara çatdı.


  1. İnnovasiya layihələri. layihələrdə risk amilləri və onlarla mübarizə


İnnovasiya layihələri yeni sistemlərin və texnologiyaların yaradılması nou-hau və digər yeniliklər əldə etmək məqsədilə həyata keçirilən layihələrə deyilir. İnnovasiya layihələrinin müxtəlif əlamətlərə görə təsnifatı şəkil 10.1-də göstərilmişdir.





Miqyası











Yüklə 189,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin