“İnzibati hüquq” fənnindən test
Bütün testlərdə düzgün cavab a) bəndində yazılmışdır
1. Aşağıdakılardan hansı idarəetmənin ümumi anlayışını daha çox uyğundur?
a) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onları qabaqcadan düşünülmüş vəziyyətə gətirmək
b) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onların faydalı xassələrindən yararlanmaq
c) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onların müəyyən ardıcıllıqla düzülüşünə nail olmaq
d) hər hansı obyektlərə və proseslərə davamlı təsir etməklə onlarıın müəyyən yerdəyişməsinə nail olmaq
e) hər hansı obyektlərə və proseslərə davamlı təsir etməklə onların hərəkətə gəlməsinə nail olmaq
2. Aşağıdakılardan hansı idarəetmənin mərhələsidir?
a) məqsədyönlü təsirin nəticələrinin müəyyən olunması
b) məqsədyönlü idarəetmənin nəticələrinin müəyyən olunması
c) məqsədyönlü idarəetmənin təsirliliyinin müəyyən olunması
d) idarəetmənin məqsədyönlülüyünün müəyyən olunması
e) məqsədyönlü idarəetmənin proqnazlaşdırılması
3. Aşağıdakılardan hansı idarəetmənin mərhələsi deyil?
a) bilavasitə rəhbərliyin həyata keçirilməsi
b) məqsədyönlü təsirin bilavasitə həyata keçirilməsi
c) məqsədin müəyyən olunması
d) məqsədyönlü təsirin üsul və vasitələrinin müəyyən olunması
e) sadalananların hamısı idarəetmənin mərhələləridir
4. Aşağıdakılardan hansı cəmiyyətdəki idarəetməni tam səkildə ifadə edir?
a) sosial idarəetmə
b) dövlət idarəetməsi
c) ictimai idarəetmə
d) elmi idarəetmə
e) özünüidarəetmə
5. Sosial idarəetmənin hansı növləri vardır?
a) dövlət idarəetməsi və özünüidarəetmə
b) dövlət idarəetməsi və ictimai idarəetmə
c) dövlət idarəetməsi və cəmiyyət idarəetməsi
d) mexaniki, texniki və bioloji idarəetmə
e) elmi idarəetmə və kortəbii idarəetmə
6. Dövlət idarəetməsinin məzmununu nə təşkil edir?
a) icraedici və sərəncamverici fəaliyyət
b) qanuna müvafiq olan fəaliyyət
c) normativ nizamlama xarakterli fəaliyyət
d) məcburedici xarakterli fəaliyyət
e) sosial faydalı fəaliyyət
7. Dövlət idarəetməsinin təşkilati prinsiplərinə hansılar aiddir?
a) sahə, ərazi və funksional prinsiplər
b) qanunçuluq və mərkəzləşmə prinsipləri
c) unitarizm və əks-mərkəzləşmə prinsipləri
d) hakimiyyətlərin bölünməsi və idarəetmədə vətəndaşların iştirakı prinsipləri
e) sadalananların dövlət idarəetməsinin təşkilati prinsiplərinə aid deyil
8. İnzibati hüququn predmetinə aid olan ictimai münasibətlər hansı qruplara bölünür?
a) idarəetmə münasibətləri və təminedici münasibətlər
b) idarəetmə münasibətləri və inzibati münasibətlər
c) təşkiledici münasibətlər və təminedici münasibətlər
d) təşkiledici münasibətlər və inzibati münasibətlər
e) təşkiledici münasibətlər, təminedici münasibətlər və inzibati münasibətlər
9. Aşağıdakı ictimai münasibətlərdən hansılar inzibati hüququn predmetinə aiddir?
a) icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
b) qanunvericilik hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
c) məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
d) dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
e) dövlət orqanlarının təşkili və fəaliyyəti prosesində yaranan ictimai münasibətlər
10. Aşağıdakı ictimai münasibətlərdən hansılar inzibati hüququn predmetinə aid deyil?
a) qanunvericilik hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
b) qanunvericilik hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər
c) məhkəmə hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər
d) icra hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər
e) sadalanan ictimai münasibətlərdən heç biri inzibati hüququn predmetinə aid deyil
11. Aşağıdakı ictimai münasibətlərdən hansılar idarəetmə münasibətləri hesab olunur?
a) öz aralarında tabeçilik münasibətlərində olan müxtəlif təşkilati-hüquqi səviyyəli icra hakimiyyəti orqanları arasında yaranan münasibətlər
b) icra hakimiyyəti orqanlari ilə parlament arasinda yaranan ictimai münasibətlər
c) dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
d) məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
e) dövlət orqanlarının təşkili və fəaliyyəti prosesində yaranan ictimai münasibətlər
12. İnzibati hüququn predmetinə aid olan təminedici münasibətlər dedikdə, aşağıdakılardan hansılar nəzərdə tutulur?
a) qanunvericilik və məhkəmə hakimiyyətinin fəaliyyətinin təşkili və maddi, texniki, informasiya, hüquqi təmini prosesində yaranan ictimai münasibətlər
b) qanunvericilik və məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər
c) icra hakimiyyətinin təşkili, həyata keçirilməsi və maddi, texniki, informasiya, hüquqi təmini prosesində yaranan ictimai münasibətlər
d) insan hüquqları və əsas azadlıqlarının təmini prosesində yaranan ictimai münasibətlər
e) dövlət hakimiyyətinin təşkili, həyata keçirilməsi və təmini prosesində yaranan ictimai münasibətlər
13. İnzibati hüquq münasibətləri üçün xarakterik olan əlamət hansıdır?
a) tərəflərdən hər hansı birinin iradə ifadəsi əsasında yaranır
b) bərabərhüquqlu tərəflər arasında yaranır
c) tərəflər qarşılıqlı hüquq və vəzifələr daşıyırlar
d) hüquqi faktlar əsasında yaranır
e) hüquq normaları ilə nizamlanır
14. İnzibati hüquq münasibətləri üçün xarakterik olmayan əlamət hansıdır?
a) bərabərhüquqlu tərəflər arasında yaranır
b) icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranır
c) tərəflərdən hər hansı birinin iradə ifadəsi əsasında yaranır
d) bu münasibətlər pozulduqda tərəflər dövlət qarşısında məsuliyyət daşıyır
e) sadalananlarin hamısı inzibati hüquq münasibətləri üçün xarakterikdir
15. Aşağıdakılardan hansı inzibati hüquq münasibətlərinin təsnifatına daha çox uyğundur?
a) şaquli və üfiqi
b) düzünə və yanakı
c) birbaşa və çoxpilləli
d) bilavasitə və vasitəli
e) həqiqi və uydurma
16. Aşağıdakılardan hansı inzibati hüququn mənbəyidir?
a) normativ-hüquqi aktlar
b) inzibati ənənələr
c) sanksiyalaşdırılmış adətlər
d) işgüzar adətlər
e) sadalananlarin hamısı inzibati hüququn mənbəyidir
17. Aşağıdakılardan hansı inzibati hüququn mənbəyi hesab olunmur?
a) məhkəmə təcrübəsi
b) qanun
c) fərman
d) qərar
e) əsasnamə
18. İnzibati təcrübə inzibati hüququn mənbəyi hesab olunurmu?
a) hesab olunmur
b) hesab olunur
c) qanunla birbaşa nəzərdə tutulan hallarda hesab olunur
d) qanunla müəyyən edilən hallar istisna olmaqla, hesab olunmur
e) məhkəmənin mülahizəsindən asılı olaraq, hesab edilə bilər
19. İnzibati hüququn sistemi dedikdə, nə başa düşülür?
a) inzibati hüquq normalarının müəyyən daxili ardıcıllıqla məntiqi düzülüşü
b) inzibati hüquq normalarının sistemləşdirilməsi
c) inzibati hüquq normalarının müxtəlif əlamətlər üzrə qruplaşdırılması
d) inzibati hüquq normalarının məcəllələşdirilməsi
e) inzibati hüquq normalarının konsolidasiyası
20. İnzibati hüququn sistemi hansı hissələrdən ibarətdir?
a) ümumi və xüsusi hissələr
b) maddi və prosessual hissələr
c) əsas və əlavə hissələr
d) formal və məntiqi hissələr
e) inzibati hüququn sistemi hissələrə bölünmür
21. Aşağıdakılardan hansı inzibati hüququn ümumi hissəsinə aiddir?
a) dövlət idarəetməsinin prinsipləri
b) müdafiə sahəsində dövlət idarəetməsi
c) xarici əlaqələr sahəsində dövlət idarəetməsi
d) gömrük xidməti sahəsində dövlət idarəetməsi
e) təhsil sahəsində dövlət idarəetməsi
22. Aşağıdakılardan hansı inzibati hüququn xüsusi hissəsinə aiddir?
a) daxili işlər sahəsində dövlət idarəetməsi
b) icra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu
c) icra hakimiyyəti orqanlarının təsnifatı
d) icra hakimiyyəti orqanlarının hüquqi aktları
e) icra hakimiyyətinin forma və metodları
23. Fiziki şəxslərin inzibati hüquq qabiliyyəti nə zaman yaranır?
a) anadan olduğu andan
b) qanunla müəyyən edilən hallar istisna olmaqla, anadan olduğu andan
c) bir qayda olaraq, 18 yaşa çatdıqdan sonra
d) bir qayda olaraq, məktəbə getdikdən sonra
e) bir qayda olaraq, orta məktəbi bitirdikdən sonra
24. Fiziki şəxslər adətən neçə yaşdan tam inzibati fəaliyyət qabiliyyətinə malik olurlar?
a) 18 yaşdan
b) 17 yaşdan
c) 16 yaşdan
d) 14 yaşdan
e) 21 yaşdan
25. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hansı rejim müəyyən olunmuşdur?
a) milli rejim
b) müqavilə rejimi
c) xüsusi rejim
d) əlverişli rejim
e) məhdudlaşdırıcı rejim
26. İqtisadi, sosial-mədəni və inzibati-siyasi sahələrdə icraedici fəaliyyəti həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılan, dövlətin adından çıxış edən və dövlət hakimiyyət səlahiyyətlərinə malik olan qurumlar hansı kateqoriyaya aiddir?
a) icra hakimiyyəti orqanları
b) icraedici və sərəncamverici orqanlar
c) müstəqil hakimiyyət orqanları
d) mərkəzi hakimiyyət orqanları
e) hökumət orqanları
27. Səlahiyyətlərinin xarakterinə görə icra hakimiyyəti orqanlarının təsnifatı necədir?
a) ümumi, sahəvi və funksional (xüsusi) səlahiyyətli orqanlar
b) ümumi, əsas və əlavə səlahiyyətli orqanlar
c) ümumi, daimi və müvəqqəti səlahiyyətli orqanlar
d) ümumi geniş və məhdud səlahiyyətli orqanlar
e) ümumi, inzibati və yardımçı səlahiyyətli orqanlar
28. Səlahiyyətinə aid olan məsələlərin həlli üsuluna görə icra hakimiyyəti orqanlarının təsnifatı necədir?
a) kollegial və təkbaşına orqanlar
b) mərkəzi və yerli orqanlar
c) ali və yuxarı orqanlar
d) ümumi və xüsusi orqanlar
e) icraedici və hüquqmühafizə orqanları
29. Ümumi səlahiyyətli icra hakimiyyəti orqanları dövlət idarəetməsinin hansı sahələrinə və necə rəhbərlik edirlər?
a) dövlət idarəetməsinin bütün sahələrinə ümumi rəhbərlik edirlər
b) dövlət idarəetməsinin bəzi sahələrinə ümumi rəhbərlik edirlər
c) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə ümumi rəhbərlik edirlər
d) dövlət idarəetməsinin xüsusi sahələrinə ümumi rəhbərlik edirlər
e) iqtisadi sahələrdə dövlət idarəetməsinə ümumi rəhbərlik edirlər
30. Aşağıdakılardan hansı ümumi səlahiyyətli icra hakimiyyəti orqanıdır?
a) Azərbaycan Respublikasının Nazirlər Kabineti
b) nazirliklər
c) dövlət komitələri
d) komissiyalar
e) xidmətlər
31. Sahəvi səlahiyyətli icra hakimiyyəti orqanları hansı sahələrinə və necə rəhbərlik edirlər?
a) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə bilavasitə rəhbərlik edirlər
b) dövlət idarəetməsinin bütün sahələrinə bilavasitə rəhbərlik edirlər
c) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə ümumi rəhbərlik edirlər
d) inzibati-siyasi sahələrdə dövlət idarəetməsinə ümumi rəhbərlik edirlər
e) inzibati-siyasi sahələrdə dövlət idarəetməsinə bilavasitə rəhbərlik edirlər
32. Dövlət idarəetməsinin bütün və ya əksər sahələri üçün ümumi olan bir funksiyanı həyata keçirən icra hakimiyyəti orqanları hansı kateqoriyaya aiddir?
a) funksional (xüsusi) səlahiyyətli icra hakimiyyəti orqanları
b) məhdud səlahiyyətli icra hakimiyyəti orqanları
c) ümumi səlahiyyətli icra hakimiyyəti orqanları
d) sahəvi səlahiyyətli icra hakimiyyəti orqanları
e) müstəqil səlahiyyətli icra hakimiyyəti orqanları
33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən icra hakimiyyəti kimə mənsubdur?
a) Azərbaycan Respublikasının Prezidentinə
b) Azərbaycan Respublikası Milli Məclisinin sədrinə
c) Azərbaycan Respublikasının Baş nazirinə
d) Azərbaycan Respublikası Hökumətinin başçısına
e) Azərbaycan xalqına
34. İcra səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Prezidenti hansı aktlar qəbul edir?
a) fərman və sərəncam
b) qərar və sərəncam
c) dekret və sərəncam
d) qanun və sərəncam
e) qanun qüvvəli akt və və sərəncam
35. Azərbaycan Respublikası Prezidentinin aktlarında başqa qayda nəzərdə tutulmayıbsa, onların qüvvəyə minməsinin ümumi qaydası necədir?
a) onlar dərc edildiyi gündən qüvvəyə minir
b) onlar dərc edildikdən bir gün sonra qüvvəyə minir
c) onlar dərc edildikdən üç gün sonra qüvvəyə minir
d) onlar dərc edildikdən beş gün sonra qüvvəyə minir
e) onlar imzalandığı andan qüvvəyə minir
36. Konstitusiyaya əsasən Prezident Nazirlər Kabinetini hansı məqsədlə yaradır?
a) icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə
b) bütün səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə
c) iqtisadi və sosial inkişafın təmini məqsədi ilə
d) maliyyə-kredit siyasətinin həyata keçirilməsinin təmini məqsədi ilə
e) dövlət idarəetməsinin təşkili məqsədi ilə
37. Konstitusiyada Nazirlər Kabinetinin statusu necə müəyyən edilir?
a) Prezidentin yuxarı icra orqanı
b) Prezidentin yanında mərkəzi icra orqanı
c) ali icra və sərəncam orqanı
d) Respublika Hökuməti
e) mərkəzi icra hakimiyyəti orqanı
38. Konstitusiyayada Nazirlər Kabineti tabeçiliyi və cavabdehliyi necə təsbit olunub?
a) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir
b) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Məclisinə tabedir və onun qarşısında cavabdehdir
c) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə tabedir və onların qarşısında cavabdehdir
d) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan xalqına tabedir və onun qarşısında cavabdehdir
e) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasına tabedir və onun qarşısında cavabdehdir
39. Aşağıdakı məsələlərdən hansı Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?
a) dövlət iqtisadi və sosial proqramlarını təsdiq etmək
b) dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək
c) dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək
d) maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək
e) dövlət büdcəsinin icrasını təmin etmək
40. Konstitusiyada Nazirlər Kabinetinin istefa məsələsi necə həll olunur?
a) yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti ona istefa verir
b) yeni seçilmiş Prezident and içdiyi andan Nazirlər Kabineti istefaya getmiş sayılır
c) Milli Məclis etimad göstərmədikdə Nazirlər Kabineti istefaya getmiş sayılır
d) Nazirlər Kabineti Milli Məclis tərəfindən istənilən vaxt istefaya göndərilə bilər
e) Nazirlər Kabineti Baş Nazir tərəfindən istənilən vaxt istefaya göndərilə bilər
41. Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?
a) Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
b) Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, onun müavinləri, nazirlər
c) Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, onun müavinləri, nazirlər
d) Azərbaycan Respublikasının Prezidenti, Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər
e) Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, başqa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
42. Prezident hansı hallarda Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər?
a) Baş nazirin namizədliyi təqdim edildiyi gündən bir həftə müddətində Milli Məclis müvafiq qərar qəbul etmədikdə və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilmədikdə
b) Baş nazirin namizədliyi təqdim edildiyi gündən iki həftə müddətində Milli Məclis müvafiq qərar qəbul etmədikdə və ya Prezidentin təqdim etdiyi namizədin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilmədikdə
c) Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına beş dəfə razılıq verilmədikdə
d) bütün hallarda Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər
e) Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilməz
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını kim müəyyən edir?
a) Prezident
b) Baş nazir
c) Nazirlər Kabineti
d) Milli Məclis
e) Nazirlər Kabinetinin iş qaydası qanunla müəyyən olunur
44. İcra səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı aktlar qəbul edir?
a) qərar və sərəncam
b) fərman və sərəncam
c) dekret və fərman
d) dekret və qərar
e) qərar və əmr
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onların qüvvəyə minməsinin ümumi qaydası necədir?
a) onlar dərc edildiyi gündən qüvvəyə minir
b) onlar imzalandığı andan qüvvəyə minir
c) onlar qeydə alındğı gündən qüvvəyə minir
d) onlar qeydə alındıqdan üç gün sonra qüvvəyə minir
e) onlar dərc edildikdən beş gün sonra qüvvəyə minir
46. Nazirliklər və Dövlət Komitələri hansı dövlət orqanlarına aiddir?
a) mərkəzi icra hakimiyyəti orqanları
b) yuxarı icra hakimiyyəti orqanları
c) ali icra hakimiyyəti orqanları
d) yerli icra hakimiyyəti orqanları
e) müstəqil icra hakimiyyəti orqanları
47) Nazirliklər və Dövlət Komitələrinin sədrlərini vəzifəyə kim təyin edir?
a) Prezident
b) Prezidentin təqdimatı ilə Milli Məclis
c) Milli Məclisin sədri
d) Nazirlər Kabineti
e) Baş nazir
48. Yerlərdə icra hakimiyyətini hansı orqanlar həyata keçirir ?
a) yerli icra hakimiyyətlərin başçıları
b) bələdiyyələr
c) ağsaqqallar şurası
d) əhalinin yığıncaqları
e) ictimai şuralar
49. Yerli icra hakimiyyəti başçılarını vəzifəyə kim təyin edir?
a) Prezident
b) Prezident Administrasiyasının rəhbəri
c) Prezident Administrasiyasının şöbə müdiri
d) baş nazir
e) Milli Məclisin sədri
50. İcra hakimiyyətinin həyata keçirilməsinin formaları hansı növlərə bölünür?
a) hüquqi və qeyri hüquqi formalar
b) inzibati və iqtisadi formalar
c) abstrakt və real formalar
d) əsas və əlavə formalar
e) məcburi və fakultətiv formalar
51. İcra hakimiyyətinin həyata keçirilməsinin əsas hüquqi formaları hansılardır?
a) hüquqi aktlar və hüquqi əhəmiyyətli hərəkətlər
b) hüquqi aktlar və inzibati təcrübə
c) hüquqi aktlar və məhkəmə aktları
d) hüquqi aktlar, inzibati təcrübə və məhkəmə aktları
e) qərar və sərəncam
52. İcra hakimiyyətinin həyata keçirilməsinin universal metodları hansılardır?
a) inandırma və məcburetmə
b) qadağanetmə və məcburetmə
c) icazəvermə və məcburetmə
d) imperativ və dispozitiv
e) əmr və göstəriş
53. İcra hakimiyyətinin həyata keçirilməsinin metodları hansı növlərə bölünür?
a) inzibati və iqtisadi
b) təşkilati və texniki
c) maddi və mənəvi
d) mülki və hərbi
e) sadalananların hamısı
54. Dövlət idarəetməsində qanunuçuluğun və intizamın təmini vasitələrinin sisteminə hansılar aiddir?
a) nəzarət, icranın yoxlanılması və vətəndaşların müraciətləri
b) nəzarət, həvəsləndirmə və qorxutma
c) nəzarət və təftiş
d) icranın yoxlanılması və təftiş
e) icranın yoxlanılması və stimullaşdırma
55. İdarə nəzarətinin xarakterik xüsusiyyəti hansıdır?
a) tabeçilikdə olan subyektlərin fəaliyyətinin bütün tərəflərinin qanunçuluq və məqsədyönlülük baxımından müşahidə olunması və yoxlanılması
b) tabeçilikdə olmayan subyektlərin fəaliyyətinin bütün tərəflərinin qanunçuluq və məqsədyönlülük baxımından müşahidə olunması və yoxlanılması
c) icra hakimiyyəti orqanlarının qərar və hərəkətlərinin qanunauyğunluğunun məhkəmələr tərəfindən yoxlanması
d) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin prokurorluq tərəfindən yoxlanılması
e) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin Milli Məclis tərəfindən yoxlanması
56. İdarələrarası nəzarətin xarakterik xüsusiyyəti hansıdır?
a) tabeçilikdə olmayan subyektlərin fəaliyyətinin müəyyən bir hissəsinin qanunçuluq baxımından müşahidə olunması və yoxlanılması
b) tabeçilikdə olan subyektlərin fəaliyyətinin müəyyən bir hissəsinin qanunçuluq baxımından müşahidə olunması və yoxlanılması
c) icra hakimiyyəti orqanlarının fəaliyyətinin Prezilent tərəfindən müşahidə olunması və yoxlanılması
d) mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin Nazirlər Kabineti tərəfindən müşahidə olunması və yoxlanılması
e) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin maliyyə fəaliyyətinin müstəqil audit tərəfindən yoxlanması
57. Aşağıdakılardan hansı inzibati nəzarət üçün səciyyəvidir?
a) dövlət idarəetməsinin müxtəlif sahələrində müəyyən olunan ümumməcburi qaydalara bütün subyektlər tərəfindən əməl edilməsinin müşahidə olunması və yoxlanılması
b) icra hakimiyyəti orqanlarının fəaliyyətinin Prezilent tərəfindən müşahidə olunması və yoxlanılması
c) icra hakimiyyəti orqanlarının qərar və hərəkətlərinin qanunauyğunluğunun məhkəmələr tərəfindən yoxlanması
d) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin prokurorluq tərəfindən yoxlanılması
e) subyektlərin maliyyə fəaliyyətinin müstəqil audit tərəfindən yoxlanması
58. Aşağıdakı rejimlərdən hansı xüsusi inzibati-hüquqi rejimlərə aiddir?
a) fövqəladə vəziyyət rejimi
b) xüsusi vəziyyət rejimi
c) dövlət sərhədd rejimi
d) dövlət sirlərinin mühafizəsi rejimi
e) sadalananların hamısı xüsusi inzibati-hüquqi rejimlərə aiddir
59. Xüsusi inzibati-hüquqi rejimlər üçün xarakterik əlamət hansıdır?
a) insan hüquq və azadlıqlarının inzibati qaydada əlavə məhdudlaşdırılması
b) qanunvericiliklə nəzərdə tutulması
c) inzibati-hüquq normaları ilə nizamlanması
d) daimi xarakter daşıması
e) subyektlərin fəaliyyət qaydasının dəqiq müəyyən olunması
Dostları ilə paylaş: |