60. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti neçə gündən artıq ola bilməz?
a) 60 gündən
b) 75 gündən
c) 90 gündən
d) 120 gündən
e) 150 gündən
61. Fövqəladə vəziyyətin qüvvədə olma müddəti artırıla bilərmi?
a) 60 gündən çox olmayan müddətə artırıla bilər
b) 30 gündən çox olmayan müddətə artırıla bilər
c) 45 gündən çox olmayan müddətə artırıla bilər
d) 90 gündən çox olmayan müddətə artırıla bilər
e) fövqəladə vəziyyətin qüvvədə olma müddəti artırıla bilməz
62. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt qəbul edildikdən sonra hansı müddətdə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verilir?
a) 24 saat müddətində
b) 12 saat müddətində
c) 48 saat müddətində
d) 72 saat müddətində
e) dərhal
63. Azərbaycan Respublikası Milli Məclisinin iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiqi məsələsinə hansı müddətdə baxılır?
a) normativ hüquqi aktın qəbul edildiyi andan 48 saat ərzində
b) normativ hüquqi aktın qəbul edildiyi andan 72 saat ərzində
c) normativ hüquqi aktın qəbul edildiyi andan 24 saat ərzində
d) normativ hüquqi aktın daxil olduğu andan 48 saat ərzində
e) normativ hüquqi aktın daxil olduğu andan 24 saat ərzində
64. Azərbaycan Respublikası Milli Məclisinin iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiqi məsələsinə hansı qaydada baxılır?
a) növbədənkənar
b) birinci növbədə
c) cari məsələlərə baxıldıqdan sonra
d) əvvəlki iclasdan qalan məsələlərə baxıldıqdan sonra
e) normativ hüquqi akt daxil olan kimi dərhal
65. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilməməsi hansı hüquqi nəticələrə səbəb olur?
a) fövqəladə vəziyyət rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir
b) fövqəladə vəziyyət rəsmi qaydada elan edildiyi andan 72 saat keçdikdən sonra öz qüvvəsini itirir
c) Milli Məclisin qərari qəbul edildiyi andan 24 saat keçdikdən sonra fövqəladə vəziyyət öz qüvvəsini itirir
d) Milli Məclisin qərari qəbul edildiyi andan 48 saat keçdikdən sonra fövqəladə vəziyyət öz qüvvəsini itirir
e) Milli Məclisin qərari qəbul edildiyi andan fövqəladə vəziyyət öz qüvvəsini itirir
66. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantlığın yaradılması müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətini dayandırırmı?
a) dayandırmır
b) dayandırır
c) komendantlığın yaradılması haqqında aktda nəzərdə tutulan hallarda dayandırır
d) komendantın əmri ilə dayandırıla bilər
e) komendantlığın yaradılması ilə həmin ərazidə fəaliyyət göstərən bütün icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanları komendantın tabeçiliyinə keçir
67. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsini hansı məhkəmələr həyata keçirir?
a) birinci instansiya məhkəməsi
b) hərbi məhkəmələr
c) xüsusi yaradılmış fövqəladə məhkəmələr
d) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı
e) apellyasiya məhkəmələri
68. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən hansı orqana verilə bilər?
a) başqa birinci instansiya məhkəməsinə
b) apellyasiya instansiyası məhkəməsinə
c) kassasiya instansiyası məhkəməsinə
d) hərbi məhkəməyə
e) bu halda fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsi həyata keçirilmir
69. Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı aşağıdakılardan hansı edə bilməz?
a) fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması barədə inzibati xətalara baxmaq və inzibati tənbeh tətbiq etmək
b) fövqəladə vəziyyət rejimini pozmuş və bu ərazidə qeydiyyatda olmayan şəxsləri fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin hüdudlarından çıxarmaq
c) komendant saatının vaxtını və qüvvədə olma müddətini müəyyən etmək
d) fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirmək
e) komendant sadalananların hamısını edə bilər
70. Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında şəxsləri inzibati qaydada hansı müddətə tutmaq hüququna malikdir?
a) komendant saatı bitənədək
b) fövqəladə vəziyyət rejiminin qüvvədə olma vaxtı bitənədək
c) tutulanın şəxsiyyəti müəyyən edilənədək
d) 3 saatadək
e) 15 günədək
71. Hərbi vəziyyət hansı normativ- hüquqi aktla tətbiq edilir?
a) Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
b) Azərbaycan Respublikasının qanunu ilə
c) Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
d) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
e) Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının qərarı ilə
72. Azərbaycan Respublikası Milli Məclisinin işlədiyi dövrdə hərbi vəziyyətin tətbiq edilməsi haqqında məsələyə dair qərar hansı müddətdə qəbul edilir?
a) 24 saat ərzində
b) 12 saat ərzində
c) 36 saat ərzində
d) 48 saat ərzində
e) 72 saat ərzində
73. Azərbaycan Respublikası Milli Məclisinin iclasları arasındakı dövrdə hərbi vəziyyət tətbiq edilərsə, Milli Məclisin müvafiq qərarı hansı müddətdə qəbul edilir?
a) müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 72 saat keçənədək
b) müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 48 saat keçənədək
c) müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 36 saat keçənədək
d) müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 24 saat keçənədək
e) müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 12 saat keçənədək
74. Hərbi vəziyyət tətbiq edilməsi haqqında Prezidentin fərmanının Milli Məclis tərəfindən təsdiq edilməməsi hansı hüquqi nəticəyə səbəb olur?
a) həmin fərman dərhal qüvvədən düşür
b) hərbi vəziyyət rəsmi qaydada elan edildiyi andan 24 saat keçdikdən sonra öz qüvvəsini itirir
c) hərbi vəziyyət rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir
d) Milli Məclisin qərari qəbul edildiyi andan 24 saat keçdikdən sonra hərbi vəziyyət öz qüvvəsini itirir
e) Milli Məclisin qərari qəbul edildiyi andan 48 saat keçdikdən sonra hərbi vəziyyət öz qüvvəsini itirir
75. Hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərman nə zaman yayılır?
a) qüvvəyə minməsinə azı 6 saat qalmış
b) qüvvəyə minməsinə azı 3 saat qalmış
c) qüvvəyə minməsinə azı 9 saat qalmış
d) qüvvəyə minməsinə azı 12 saat qalmış
e) qüvvəyə minməsinə azı 15 saat qalmış
76. Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə müdafiə, ictimai-asayiş və dövlət təhlükəsizliyi ilə əlaqədar yerli icra orqanlarının səlahiyyətlərini hansı qurum həyata keçirir?
a) hərbi komandanlıq
b) müvafiq yerli dövlət orqanları
c) müvafiq mərkəzi icra hakimiyyəti orqanları
d) müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının təyin etdiyi səlahiyyətli nümayəndələr
e) prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələr
77. Daxili işlər və milli təhlükəsizlik orqanlarının hərbi vəziyyət elan edilmiş ərazilərdə yerləşən qüvvələrinin tabeliyi necə həll olunur?
a) onlar həmin ərazinin hərbi komandanlığının tabeliyinə keçir
b) onlarin tabeliyində heç bir dəyişiklik edilmir
c) onlar birbaşa prezidentin tabeliyinə keçir
d) onlar prezidentin təyin etdiyi səlahiyyətli nümayəndınin tabeliyinə keçir
e) onlar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət əməliyyat qərərgahının tabeliyinə keçir
78. Dövlət sirri təşkil edən məlumatların neçə məxfilik dərəcəsi var?
a) üç məxfilik dərəcəsi
b) iki məxfilik dərəcəsi
c) dörd məxfilik dərəcəsi
d) beş məxfilik dərəcəsi
e) altı məxfilik dərəcəsi
79. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları üçün hansı məxfilik qrifləri müəyyənləşdirilir?
a) “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi”
b) “xüsusi məxfi”, “tam məxfi” və “məxfi”
c) “xüsusilə mühüm əhəmiyyətli”, “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi”
d) “xüsusi əhəmiyyətli”, “xüsusi məxfi”, “tam məxfi” və “məxfi”
e) “1-ci dərəcə məxfi”, “2-ci dərəcə məxfi”, “3-cü dərəcə məxfi” və “məxfi”
80. Dövlət sirri təşkil edən məlumatların maksimum məxfilik müddəti neçə ildən artıq ola bilməz?
a) 30 ildən
b) 40 ildən
c) 50 ildən
d) 75 ildən
e) 99 ildən
81. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti hansı orqanının rəyi ilə uzadıla bilər?
a) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə
b) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin rəyi ilə
c) Azərbaycan Respublikasının Dövlət Sirrinin Mühafizəsi Nazirliyinin rəyi ilə
d) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəyi ilə
e) Azərbaycan Respublikasının Prezidentinin rəyi ilə
82. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatların siyahılarına hansı müddətdə yenidən baxılmalıdır?
a) vaxtaşırı, lakin 5 ildə azı bir dəfə
b) vaxtaşırı, lakin 10 ildə azı bir dəfə
c) vaxtaşırı, lakin 3 ildə azı bir dəfə
d) vaxtaşırı, lakin 7 ildə azı bir dəfə
e) hər il
83. Aşağıdakılardan hansı dövlət qulluğu anlayışına daha çox uyğundur?
a) dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi
b) dövlət hakimiyyəti orqanlarının öz vəzifə və funksiyalarını həyata keçirməsi
c) dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət orqanlarında haqqı ödənilən fəaliyyət
d) dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təşkili və təmini
e) dövlət orqanlarının daimi və peşəkar fəaliyyəti
84. “Dövlət qulluğu haqqında” Qanun kimlərə şamil edilir?
a) icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
b) yalnız icra və qanunvericilik hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
c) yalnız qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
d) yalnız icra orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
e) dövlət hakimiyyəti orqanlarında işləyən bütün şəxslərə
85. Dövlət qulluğu aşağıdakı prinsiplərdən hansılara əsaslanır?
a) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi prinsipinə
b) hakimiyyətlərin bölünməsi prinsipinə
c) hakimiyyətlərin cəmlənməsi prinsipinə
d) dövlət hakimiyyətinin mərkəzləşməsi prinsipinə
e) dövlət hakimiyyətinin əks-mərkəzləşməsi prinsipinə
86. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, orqanlarında qulluq dövlət qulluğu sayılırmı?
a) dövlət qulluğunun xüsusi növü sayılır
b) hüquqmühafizə qulluğu sayılır
c) hərbiləşdirilmiş qulluq növü sayılır
d) mülki qulluq sayılır
e) dövlət qulluğu sayılmır
87. Aşağıdakılardan hansı dövlət qulluğunun əsas vəzifələrinə aiddir?
a) dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi
b) dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi
c) yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi
d) qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması
e) sadalananların hamısı
88. “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanlarının neçə kateqoriyası vardır?
a) 7 kateqoriyası
b) 8 kateqoriyası
c) 9 kateqoriyası
d) 10 kateqoriyası
e) 12 kateqoriyası
89. “Dövlət qulluğu haqqında” Qanuna əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları hansı kateqoriyaya aiddir?
a) 2-ci kateqoriya
b) 1-ci kateqoriya
c) 3-ci kateqoriya
d) ali kateqoriya
e) yuxarı kateqoriya
90. “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluğu vəzifəsi nədir?
a) dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahidi
b) dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur bölməsi və ştat cədvəli sistemi
c) dövlət orqanının normativ aktlarla müəyyən edilən strukturu və ştat cədvəlinin təsnifatı
d) dövlət qulluqçularının normativ aktlarla müəyyən edilən funksiya və səlahiyyətlərini sistemi
e) dövlət qulluqçularının normativ aktlarla müəyyən edilən ştat cədvəli
91. Dövlət orqanlarında vəzifələr hansı növlərə bölünür?
a) inzibati və yardımçı vəzifələrə
b) rəhbər və köməkçi vəzifələrə
c) daimi və müvəqqəti vəzifələrə
d) aparıcı və təminedici vəzifələrə
e) təşkilati və texniki vəzifələrə
92. Dövlət orqanlarında vəzifələrin inzibati və yardımçı vəzifələrə bölünməsi hansi amillərdən asılı olaraq həyata keçirilir?
a) həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq
b) dövlət orqanlarının təsnifat dərəcəsindən və həmin vəzifələrin funksiyalarının məzmunundan asılı olaraq
c) dövlət orqanlarının təsnifat dərəcəsindən və həmin vəzifələrin tutulması üsullarından asılı olaraq
d) yalnız həmin vəzifələrin funksiyalarının məzmunundan asılı olaraq
e) yalnız həmin vəzifələrin tutulması üsullarından asılı olaraq
93. İnzibati vəzifələr hansı dövlət qulluqçularının vəzifələridir?
a) dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin
b) icra hakimiyyəti orqanlarinda inzibati işlərdə çalışan bütün şəxslərin
c) dövlət orqanların rəhbərlərinin və onların müavinlərinin
d) inzibati orqanlarin rəhbərlərinin, onların müavinlərinin və digər işçilərinin
e) sadalananların hamısının
94. “Dövlət qulluğu haqqında” Qanuna əsasən inzibati vəzifələrin neçə təsnifatı vardır?
a) 9 təsnifatı
b) 10 təsnifatı
c) 11 təsnifatı
d) 6 təsnifatı
e) 3 təsnifatı
95. İnzibati vəzifələrin birinci təsnifatına hansı vəzifələr aiddir?
a) 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri
b) 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri
c) 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri
d) 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri
e) 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri
96. İnzibati vəzifələrin ikinci təsnifatına hansı vəzifələr aiddir?
a) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri
b) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri
c) 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri
d) 1-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri
e) 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri
97. İnzibati vəzifələrin üçüncü təsnifatına hansı vəzifələr aiddir?
a) 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri
b) 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri
c) 3-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri
d) 4-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri
e) 5-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri
98. 6-cı kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin hansı təsnifatına aiddir?
a) inzibati vəzifələrin beşinci təsnifatına
b) inzibati vəzifələrin altıncı təsnifatına
c) inzibati vəzifələrin yeddinci təsnifatına
d) inzibati vəzifələrin üçüncü təsnifatına
e) inzibati vəzifələrin dördüncü təsnifatına
99. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin vəzifələri inzibati vəzifələrin hansı təsnifatına aiddir?
a) inzibati vəzifələrin dördüncü təsnifatına
b) inzibati vəzifələrin üçüncü təsnifatına
c) inzibati vəzifələrin beşinci təsnifatına
d) inzibati vəzifələrin altıncı təsnifatına
e) inzibati vəzifələrin yeddinci təsnifatına
100. Yardımçı vəzifələr hansı dövlət qulluqçularının vəzifələridir?
a) dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının
b) dövlət orqanların rəhbərlərinin və onların müavinlərinin köməkçilərinin
c) dövlət orqanlarında çalışan mütəxəssislərin
d) dövlət orqanlarının fəaliyyətini təmin edən dövlət qulluqçularının
e) dövlət orqanlarında çalışan bütün dövlət qulluqçularının
101. “Dövlət qulluğu haqqında” Qanuna əsasən yardımçı vəzifələrin neçə təsnifatı vardır?
a) 6 təsnifatı
b) 5 təsnifatı
c) 3 təsnifatı
d) 9 təsnifatı
e) 12 təsnifatı
102. Yardımçı vəzifələrin birinci təsnifatına hansı vəzifələr aiddir?
a) 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
b) 1-ci və 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
c) 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
d) 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
e) 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
103. Yardımçı vəzifələrin ikinci təsnifatına hansı vəzifələr aiddir?
a) 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
b) 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
c) 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
d) 3-cü və 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
e) 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
104. Yardımçı vəzifələrin üçüncü təsnifatına hansı vəzifələr aiddir?
a) 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
b) 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
c) 3-cü və 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
d) 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
e) 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
105. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu hansı orqan tərəfindən müəyyən edilir?
a) Prezident
b) Prezident Administrasiyası
c) Nazirlər Kabineti
d) Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
e) Dövlət Qulluğunu İdarəetmə Şurası
106. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna hansı məlumatlar daxil edilir?
a) vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
b) vəzifələrin təsnifatları və adları, dövlət orqanlarının kateqoriyası haqqında məlumatlar
c) vəzifələrin təsnifatları və adları, həmin vəzifələr üzrə səlahiyyətlərin məcmusu haqqında məlumatlar
d) vəzifələrin təsnifatları və adları, həmin vəzifələr üzrə dövlət məvacibi haqqında məlumatlar
e) vəzifələrin təsnifatları və adları, həmin vəzifələr üzrə güzəşt və imtiyazlar haqqında məlumatlar
107. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu aşağıdakılardan hansı üçün əsasdır?
a) dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün
b) dövlət orqanlarında vakant olan vəzifələrin tutulması məqsədilə müsabiqə elan edilməsi üçün
c) dövlət orqanlarında vəzifələrin tutulması şərtlərinin müəyyənləşdirilməsi üçün
d) həmin vəzifələr üzrə ixtisas dərəcələrinin müəyyənləşdirilməsi üçün
e) sadalananların hamısı üçün
108. “Dövlət qulluğu haqqında” Qanuna əsasən inzibati vəzifə iddiasında olan şəxs hansı təhsilə malik olmalıdır?
a) müvafiq ali təhsilə
b) ali təhsilə
c) bakalavr təhsilinə
d) magistr təhsilinə
e) aspirantura təhsilinə
109. “Dövlət qulluğu haqqında” Qanuna əsasən yardımçı vəzifə iddiasında olan şəxs ən azı hansı təhsilə malik olmalıdır?
a) tam orta təhsilə
b) natamam orta təhsilə
c) orta ixtisas təhsilinə
d) ali təhsilə
e) müvafiq ali təhsilə
110. “Dövlət qulluğu haqqında” Qanuna əsasən kimlər dövlət qulluqçusu sayılır?
a) Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşları
b) Qanunla müəyyən edilmiş qaydada dövlət hakimiyyəti orqanlarına seçilən və dövlət büdcəsi vəsaitindən verilən maaşlı vəzifə tutan Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşları
c) Qanunla müəyyən edilmiş qaydada dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət orqanlarında haqqı ödənilən fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşları
d) Qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarında vəzifə tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşları
e) sadalanan şəxslərin hamısı
111. Dövlət qulluqçusunun andı nəyi təsdiq edir?
a) Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
b) Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında qarşılıqlı hüquq və vəzifələri
c) Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında qarşılıqlı öhdəlikləri
d) Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında siyasi-hüquqi bağlılığı
e) dövlət qulluqçusunun Azərbaycan Respublikasına mənsubiyyətini
112. Dövlət qulluqçusu nə zaman and içir?
a) ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən vəzifəsinin icrasına başlamamışdan əvvəl
b) stajçı kimi qulluğa qəbul edilərkən vəzifəsinin icrasına başlamamışdan əvvəl
c) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilərkən vəzifəsinin icrasına başlamamışdan əvvəl
d) hər dəfə yeni inzibati vəzifəyə təyin edilərkən vəzifəsinin icrasına başlamamışdan əvvəl
e) hər dəfə attestasiyadan keçdikdən sonra
Dostları ilə paylaş: |