İnzibati hüquq” fənnindən test Bütün testlərdə düzgün cavab a bəndində yazılmışdır



Yüklə 0,9 Mb.
səhifə7/9
tarix04.06.2018
ölçüsü0,9 Mb.
#52645
növüYazı
1   2   3   4   5   6   7   8   9
401.Beynəlxalq hüququn anlayışı.

a)Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir

b)Beynəlxalq hüququn “xalqlar arasındakı hüquq” mənasını anladır

c)Beynəlxalq hüququn xalqlar arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi sistemdir

d)Beynəlxalq hüquq xalqlar və dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir

e)Dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir



402.Beynəlxalq hüquq beynəlxalq münasibətlərdə hansı funksiyaları icra edir?

a)Əlaqələndirmə, təmzimləyici, təminedici, qoruyucu

b)Əlaqələndirmə, təmzimləyici, məcburedici, qoruyucu

c)Əlaqələndirmə, təminedici, məcburedici, qoruyucu

d)Təminedici, məcburedici, qoruyucu

e)Təmzimləyici, məcburedici, qoruyucu



403. AR-da mülkiyyət necə müdafiə olunur?

a) Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur

b) Mülkiyyət sahibkarlara məxsusdur və beynəlxalq sazişlərlə qorunur

c) Mülkiyyət yalnız dövlətə məxsusdur və dövlət tərəfindən müdafiə olunur

d) Mülkiyyət toxunulmazdır və beynəlxalq təşkilatlar tərəfindən qorunur

e) Mülkiyyət toxunulmazdır və beynəlxalq qurumlar tərəfindən qorunur



404.Beynəlxalq hüququn məcəlləşdirilməsi dedikdə nə başa düşülür?

a)Beynəlxalq hüququn məcəlləşdirilməsi (kodifikasiyası) daxilən uzlaşdırılmış, faktiki müstəqil iri hüquqi aktların yaradılması məqsədi ilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir

b)Beynəlxalq hüququn məcəlləşdirilməsi (kodifikasiyası) formal uzlaşdırılmış, , faktiki müstəqil iri hüquqi aktların yaradılması məqsədi ilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir

c)Beynəlxalq hüququn məcəlləşdirilməsi qeyri-əlaqəli; zahirən uzlaşdırılmış beynəlxalq konvensiya və sazişlərin sistemləşdirilməsinə deyilir

d)Beynəlxalq hüquqi normaların dövlətlər tərəfindən tanınaraq, sistemləşdirilməsidir

e)Beynəlxalq hüquqi normaların sistemləşdirilməsidir



405.Beynəlxalq hüququnmütərəqqi inkişafı dedikdə nə başa düşülür?

a)Mövcüd normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi, habelə tamamilə yeni normaların yaradılması başa düşülür

b)Məcəlləşdirilmə prosesi zamanı, bilavasitə mövcüd normaların dəyişdirilməsi başa düşülür

c)Məcəlləşdirilmə prosesindən kənar, mövcüd normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi başa düşülür

d)Məcəlləşdirilmə prosesindən kənar, tamamilə yeni normaların yaradılması başa düşülür

e)Tamamilə yeni normaların yaradılması başa düşülür



406.Beynəlxalq hüquq norması dedikdə nə başa düşülür?

a)Beynəlxalq hüquq norması dedikdə, dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquqi-icbari keyfiyyətdə tanıdıqları davranış qaydaları başa düşülür

b)Beynəlxalq hüquq norması dedikdə, dövlətlərin və xalqların hüquqi keyfiyyətdə tanıdıqları davranış qaydaları başa düşülür

c)Beynəlxalq hüquq norması dedikdə, dövlətlərin hüquqi keyfiyyətdə tanıdıqları davranış qaydaları başa düşülür

d)Beynəlxalq hüquq norması dedikdə, xalqların hüquqi keyfiyyətdə tanıdıqları davranış qaydaları başa düşülür

e)Beynəlxalq hüquq norması dedikdə, məhz dövlətlərin hüquqi-icbari keyfiyyətdə tanıdıqları davranış qaydaları başa düşülür



407.Beynəlxalq hüquq normaları ilə adətlər və yaxud beynəlxalq nəzakət normaları arasındakı fərq:

a)Beynəlxalq hüquq normaları hüquqi cəhətdən məcburi davranış qaydaları olduğu halda, adətlər,yaxud beynəlxalq nəzakət normaları bu cür məcburiyyət keyfiyyətindən məhrumdur

b)Adətlər və yaxud beynəlxalq nəzakət normaları hüquqi cəhətdən məcburi davranış qaydaları olduğu halda, beynəlxalq hüquq normaları bu cür məcburiyyət keyfiyyətindən məhrumdur

c)Heç cür fərq yoxdur. Hər iki normalar beynəlxalq hüquq norma yaradıcılığı baxımdan eyni məzmunludur

d)Beynəlxalq hüquq normalarını yaradan dövlətlərdir, adətləri yaradan subyekt yoxdur

e)Beynəlxalq hüquq normalarını və adətləri yaradan subyekt yoxdur



408.Beynəlxalq hüquq institutu dedikdə nə başa düşülür?

a)Beynəlxalq hüquq institutu dedikdə həmcins beynəlxalq münasibətləri tənzimləyən və öz aralarında bu münasibətlərin ümumi obyektləri ilə sıx bağlı olan hüquq normaları qrupa başa düşülür

b)Beynəlxalq hüquq institutu dedikdə həmcins beynəlxalq münasibətləri tənzimləyən hüquq normaları başa düşülür

c)Beynəlxalq hüquq institutu dedikdə qeyri-həmcins beynəlxalq münasibətləri tənzimləyən hüquq normaları başa düşülür

d)Beynəlxalq hüquq institutu dedikdə qeyri-həmcins beynəlxalq münasibətləri tənzimləyən və qeyri-subyektlər aralarında bu münasibətlərin ayrı-ayrı obyektləri aralarında sıx bağlı olan hüquq normaları qrupa başa düşülür

e)Qeyri-subyektlər aralarında sıx bağlı olan hüquq normaları qrupa başa düşülür



409.Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu nədir?

a)Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu beynəlxalq hüquq subyektlərinin sazişə gəlməsidir

b)Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu beynəlxalq hüquq subyektlərinin bilavasitə özlərinin yaradıcı hüquqi təzahürüdür

c)Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu məhz ancaq dövlətlərin birgə hüquqi çərçivədə əlaqəli fəaliyyətidir

d)Beynəlxalq hüquqda norma yaratmanın yeganə üsulu mövcüd deyil, burada hər bir subyektin konkret baxışı və yanaşması vacibdir

e)Hər bir subyektin konkret baxışı və yanaşması vacibdir



410. Subyekt-ərazi dairəsiə görə beynəlxalq hüquq normalarının neçə növü fərqləndirilir?

a)Üç


b)Iki

c)Dörd


d)Beş

e)Altı
411. Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

a)Iki

b)Üç


c)Dörd

d)Beş


e)Altı
412. Formasında görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

a)Iki


b)Üç

c)Dörd


d)Beş

e)Altı
413. Maddi beynəlxalq hüquq normalarının hüquqi məzmunu:

a)Maddi beynəlxalq hüquq normalarında dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəlikləri ehtiva olunur

b)Maddi normalarda xalqların hüquq və öhdəlikləri ehtiva olunur

c)Maddi beynəlxalq hüquq normalarında ancaq dövlətlərin hüquqları ehtiva olunur

d)Maddi beynəlxalq hüquq normalarında dövlətlərdən başqa, beynəlxalq hüququn digər subyektlərinin öhdəlikləri ehtiva olunur

e)Maddi beynəlxalq hüquq normalarında ancaq xalqların hüquqları ehtiva olunur
414. Prosessual normaların hüquqi məzmunu nədən ibarətdir?

a)Prosessual normalar maddi normaların həyata keçirilməsinin təşkilati-prosedur aspektlərini müəyyən edir

b)Prosessual normalar dövlətlərdən başqa, beynəlxalq hüququn digər subyektlərinin hüquqlarının təşkilati-prosedur aspektlərini həyata keçirir

c)Prosessual normalar ancaq dövlətlərin öhdəlikləri ilə bağlı təşkilati-prosedur aspektlərini həyata keçirir

d)Prosessual normalar fərdi beynəlxalq hüquq subyektlərin qarşılıqlı əlaqələri ilə bağlı prosedur aspektlərini həyata keçirir

e)Beynəlxalq hüquq subyektlərin prosedur aspektlərini həyata keçirir


415. Maddi normalar öz növbəsində hansı normalara bölünür?

a)Tənzimləyici, mühafizəedici

b)Təminedici, mühafizəedici

c)Tənzimləyici, təminedici

d)Qoruyucu, təminedici

e)Mühafizəedici, qoruyucu


416. Prosessual normalar öz növbəsində hansı normalara bölünür?

a)Təşkilati; prosesual inzibati

b)Təşkilati; prosedur; protokol

c)Prosedur; təşkilati

d)Təşkilati; prosedur

e)Protokol; prosesual inzibati


417. Ümumi beynəlxalq hüquq normalarının hüquqi məzmunu:

a)Beynəlxalq hüququn bütün subyektlərinin münasibətlərini tənzimləyir və ümumi beynəlxalq hüququn əsasını təşkil edir

b)Beynəlxalq hüququn subyekti olan dövlətlər tərəfindən yaradılır

c)Beynəlxalq hüququn dövlətlərdən başqa digər subyektləri arasındaki münasibətləri tənzimləyir

d)Beynəlxalq hüquqda xalqlar arasındaki münasibətləri tənzimləyir

e)Beynəlxalq hüquqda sırf dövlətlər arasındaki münasibətləri tənzimləyir



418. Reqional beynəlxalq hüquq normalarının hüquqi məzmunu:

a)Müəyyən bir coğrafi reqionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır

b)Müəyyən bir coğrafi reqionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır

c)Müəyyən bir coğrafi reqionda yerləşən beynəlxalq təşkilatları bağlayan beynəlxalq hüquq normalarıdır

d)Müəyyən bir coğrafi reqionda yerləşən fərdi beynəlxalq hüquq subyektlərini bağlayan hüquq normalarıdır

e)Beynəlxalq hüquqda xalqlar arasındaki münasibətləri tənzimləyir


419. Dispozitiv normalar hansı normalardır?

a)Dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlərər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asıllı olaraq həll edə bilərlər

b)Dispozitiv normalar elə normalardır ki, onlar qeyri-alternativ davranış variantı nəzərdə tutur

c)Dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn ancaq dövlət subyekti qeyri-konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asıllı olaraq həll edə bilərlər

d)Dispozitiv normalar elə normalardır ki, xalqlar konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asıllı olaraq həll edə bilərlər

e)Onlarda nəzərdə tutulmuş davranış variantlarından xalqlar heç cür kənara çıxa bilməzlər



420. Hüququn mənbəyi dedikdə nə başa düşülür?

a)Hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə forması başa düşülür

b)Hüququn mənbəyi dedikdə məhz konkret subyektlərin yaratdığı hüquq normaları başa düşülür

c)Hüququn mənbəyi dedikdə hüquq normalarını tətbiq edən formalar başa düşülür

d)Hüququn mənbəyi dedikdə hüquq normalarını yaradıcılarının çoxsahəli tətbiq dairələri başa düşülür

e)Hüququn mənbəyi dedikdə hüquq normalarını təkzib edən formalar başa düşülür



421. Beynəlxalq hüququn mənbələri hansı beynəlxalq sənəddə göstərilmlşdir?

a)BMT Beynəxalq Məhkəməsi Statusunda

b)BMT Baş Assambleyasının qətnaməsində

c)BMT-nin Hüquq Komissiyasının qərarında

d)BMT-nin IX sessiyasında

e)Heç bir beynəxalq sənəddə


422. Ümumi beynəlxalq konvensiyalar dedikdə nə başa düşülür?

a)Ümumi beynəlxalq konvensiyalar dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə biləcəyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə bütün beynəlxalq birliklər üçün məcburi olan normalar, yəni ümumi beynəlxalq hüququn normaları əks edilir

b)Ümumi beynəlxalq konvensiyalar dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq reqional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir

c)Ümumi beynəlxalq konvensiyalar dedikdə, konvensiya üzv-dövlətlərin qəbul etdiyi dövlətlərin iştirak edə biləcəyi müqavilələr başa düşülür

d)Ümumi beynəlxalq konvensiyalar dedikdə, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır

e)Ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür



423. Xüsusi konvensiyaların məzmunu və hüquqi təbiəti:

a)Xüsusi konvensiyalara məhdud sayda iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələrin müddəaları iştirakçılar üçün məcburi xarakter daşıyır

b)Xüsusi konvensiyalara reqional səviyyədə müvafiq iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələr iştirakçılar üçün deklorativ xarakter daşıyır

c)Xüsusi konvensiyalara müvafiq problem, predmet ilə bağlı müqavilələr aiddir və müqavilələrin müddəaları iştirakçılar üçün məcburi xarakter daşıyır

d)Xüsusi konvensiyalar ancaq BMT tərəfindən qəbul edilmiş konvensiyalar aiddir və orada qeyd edilən müddəalar iştirakçılar üçün məcburi xarakter daşıyır

e)İki dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır


424. Beynəlxalq hüquqi adətin maddi əsasını nə təşkil edir?

a)Dövlətlərin praktikası

b)Dövlətlərin qarşılıqlı əlaqəsi

c)Xalqların yaddaş məcmusu

d)Xalqların qarşılıqlı əlaqəsi

e)Tarixi qarşılıqlı əlaqəsi



425.Beynəlxalq hüquqi adətdə dövlətlərin praktikasına nə daxildir?

a)Dövlətlərin faktik fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların praktikası

b)Dövlətlərin faktik fəaliyyəti; mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların praktikası

c)Dövlətlərin faktik fəAAaliyyəti; konkret situasiya ilə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq hüquq normaları; beynəlxalq məhkəmələrin qərarları; beynəlxalq təşkilatların qərarları

d)Dövlətlərin faktik və ya formal fəaliyyəti; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların bəyanatları

e)Beynəlxalq təşkilatların bəyanatları



426. Müasir beynəlxalq hüququn prinsiplərinin məzmunu geniş açan ən nüfuzlu sənədlər:

a)Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalqhüququn prinsipləri haqqında Bəyannaməhüququn prinsipləri haqqında Bəyannamə; Avropa təhlükəsizlik və əməkdaşlıq üzrə Müşavirənin Beynəlxalq Yekun Aktında əks olunmuş və Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə

b)Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalqhüququn prinsipləri haqqında Bəyannamə; BMT Beynəxalq Məhkəməsi Statusu

c)BMT Beynəxalq Məhkəməsi Statusu; Beynəxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi

d)Beynəxalq Hüquq İnstitutunun Bəyannaməsi; BMT-nin Beynəxalq Məhkəməsi Statusu

e)Beynəxalq Hüquq Cəmiyyətinin Bəyannaməsi



427. Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

a)24 oktyabr 1970-ci il, BMT Baş Məclisi

b)24 oktyabr 1969-ci il, BMT Baş Məclisi

c)24 oktyabr 1971-ci il, ATƏT

d)24 oktyabr 1972-ci il, ATƏT

e)24 oktyabr 1970-ci il, ATƏT


428.Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

a)01 avqust 1975-ci il, ATƏM tərəfindən

b)01 avqust 1978-ci il, BMT tərəfindən

c)01 avqust 1973-ci il, Beynəxalq Hüquq Cəmiyyəti tərəfindən

d)01 avqust 1974-ci il, ATƏM tərəfindən

e)01 avqust 1979-ci il, BMT tərəfindən



429.Beynəlxalq hüququn əsas prinsipləri hansı səciyyəvi xüsusiyyətlərə malikdir?

a)Ən ümumi normalardır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalardır; dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

b)Beynəlxalq hüququn digər prinsipləri ilə yanaşı mühüm normalardır; öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalardır

c)Öz mahiyyətinə görə beynəlxalq hüququn xüsusi normalardır; bütün dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır

d)Dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır

e)Ən ümumi normalardır


430. Suveren bərabərlik prinsipinin əsas ictimai vəzifəsi nədən ibarətdir?

a)Böyük və kiçikliyindən, iqtisadi, siyasi, və mədəni inkişaf dərəcəsindən və s. faktorlardan adılı olmayaraq bütün dövlətlərin beynəlxalq münasibətlərdə hüquqi cəhətdən bərabər iştirakını təmin etməkdir

b)İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və üçüncü ölkələrin üzərində, əlverişli rejim tətbiq etməklə, sonuncuların inkişaf səviyyəsini qaldırmaqdır

c)İnkişaf səviyyəsindən asılı olaraq, beynəlxalq təşkilatlarda bir dövlətin digər dövlətə görə hüquqlarının təmin edilməsidir

d)BMT-nin daimi üzv dövlətlərinin, iştirakçı üzv dövlətləri üzərində üstünlüklərinin zəruri olmasına əngəlləməkdir

e)Dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır; ən yüksək qüvvəyə malik olan imperativ normalardır



431. Dövlət sərhədlərinin pozulmazlığı prinsipi hansı beynəlxalq təşkilatın sənədində və nə vaxt təsbit edilmişdir?

a)1975-ci il ATƏM üzrə Müşavirənin Yekun aktında

b)1974-cü BMT-nin Bəyannaməsində

c)1945-ci il BMT-nin Nizamnaməsində

d)1978-ci il Vyana Konvensiyası

e)1946-ci il BMT-nin Nizamnaməsində


432. Sərhədlərinin pozulmazlığı prinsipinin əsas məzmunu təşkil edən ünsürlər hansılardır?

a)Mövcüd sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq hüquqla müəyyənləşdirilmiş qaydada tanınması; mövcüd anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətmə və ya zor işlətməklə hədələmə də daxil olmaqla istənilən qəsdlərdən imtina edilməsi

b)Mövcüd sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması; mövcüd anda və gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi

c)Mövcüd sərhədlərin beynəlxalq hüquqa uyğun olaraq tanınması; gələcəkdə hər hansı bir ərazi iddialarından imtina edilməsi

d)Mövcüd sərhədlərin iki tərəfli sazişlərə uyğun olaraq tanınması; ancaq mövcüd anda hər hansı ərazi iddialarından imtina edilməsi; bu sərhədlərə zor işlətməklə hədələmə qəsdlərindən imtina edilməsi

e)Mövcüd sərhədlərin daxili, milli qanunvericiliyə uyğun olaraq tanınması


433. Dövlətlərin ərazi bütövlüyü prinsipinin mahiyyəti nədən ibarətdir?

a)Xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən, habelə xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir

b)Xarici ərazilərin zorakılıqla tutulmasının qadağan edilməsindən ibarətdir

c)Xarici ərazilərin zorakılıqla tutulmasının və ya mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir

d)Xarici ərazilərdən hüquqa zidd şəkildə istifadə edilməsinin və ya ona təsirli zərər vurulmasının qadağan edilməsindən ibarətdir

e)Mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsindən ibarətdir



434. Sadalanlardan hansılar beynəlxalq mübahisənin tam əlamətləridir?

a)Iki və daha artıq tərəfin- beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; müharibə edən tərəflərin qarşılıqlı iddialarının olması; tərəflərin öz arlarında mübahisənin yaranması faktının etiraf edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi

b)İki tərəfin- beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; tərəflərin öz arlarında beynəlxalq təşkilatların təsdiqi ilə mübahisənin yaranması faktının etiraf edilməsi

c)Bir neçə tərəfin- beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; mübahisənin yaranması anının müəyyən edilməsinin qeyri-mümkünlüyü

d)Müharibə edən tərəflərin qarşılıqlı iddialarının olması; tərəflərin öz arlarında mübahisənin yaranması faktının etiraf edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi

e)İki tərəfin- beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması


435. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin hansı hüquq və öhdəliklərində öz ifadəsini tapır?

a)Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər; dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməz

b)Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq həll etməlidirlər; dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər

c)Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq həll etməlidirlər; dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməz

d)Dövlətlər öz mübahisələrini həll edərkən beynəlxalq təşkilatlatların iştirakını təmin etməyə borcludurlar; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməzlər

e)Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq həll etməlidirlər


436. Sadalardan normativ məzmunlardan hansı daxili işlərə qarışmamaq prinsipinə aiddir?

a)Başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir

b)Dövlətin suverenliyinə qarşı yönəlmiş silahlı müdaxilənin hər cür əsaslarla təsdiq edilməsinə cəhdlər

c)Hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün istənilən digər məcburiyyət tətbiq edə bilməsi ehtimalları

d)Başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə müharibə qanunlarına müvafiq mümkündür

e)Heç biri


437. İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi prinsipi özünün ən dolğun və hərtərəfli ifadəsini hansı beynəlxalq sənəddə almışdır?

a)1948-ci il, insan hüquqlqrı haqqında Ümumi Bəyannamə; 1996-cı il tarixli mülkü və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt

b)1996-cı il tarixli mülkü və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt

c)1978-ci il Vyana Konvensiyası

d)1975-ci il, ATƏM üzrə Müşavirənin Yekun aktında

e)1945-ci il BMT-nin Nizamnaməsində



438. Xalqın öz daxili işlərini kənardan müdaxilə olmadan həll etmək hüququ, bilavasitə onların hansı hüquqlarının tanınması nəzərdə tutur?

a)Öz ictimai və dövlət quruluşunun müəyyən edilməsi; öz təbii sərvətləri üzərində azad sahiblik etmək və öz ölkəsinin iqtisadi həyatına rəhbərlik etmək; mədəniyyət, din və sair kimi bütün daxili məsələləri həll etmək

b)Öz ictimai və dövlət quruluşunun müəyyən etmək; mədəniyyət kimi bütün daxili məsələləri həll etmək

c)Öz ictimai və dövlət quruluşunun müəyyən etmək; öz təbii sərvətləri üzərində azad sahiblik etmək

d)Dövlət quruluşunun müəyyən etmək; öz ölkəsinin iqtisadi həyatına rəhbərlik etmək; dini və sair kimi bütün daxili məsələləri həll etmək

e)Öz ictimai və dövlət quruluşunun müəyyən etmək



439. Beynəlxalq hüququn subyekti anlayışı:

a)Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir

b)Xalqların və millətlərin qarşılıqlı münasibətlərindən irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir

c)Xalqların daxili, milli qanunvericiliyin unifikasiyası ilə bağlı irəli gələn gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir

d)Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir

e)Beynəlxalq hüquqdan irəli gələn hüquqları daşımaq qabiliyyətinə malik olan şəxsə beynəlxalq hüququn subyekti deyilir



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin