214. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin ədalətli olması nə deməkdir?
a) tənbeh inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır
b) tənbeh inzibati xətaların xarakterinə, onu törədənin şəxsiyyətinə uyğun, qanuni və əsaslı olmalıdır
c) tənbeh inzibati xətanı törədənin şəxsiyyətinə və ictimai vəziyyətinə uyğun, qanuni və əsaslı olmalıdır
d) tənbeh inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun olmalı, qanuna və iş üzrə araşdırılmış sübutlara əsaslanmalıdır
e) tənbeh inzibati xətanı törədənin şəxsiyyətinə uyğun olmalıdır
215. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən nələr nəzərə alınır?
a) xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
b) xətanın xarakteri, onun törədilməsi halları, xəta törədənin şəxsiyyəti və təqsirinin dərəcəsi, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
c) xətanın xarakteri, inzibati xəta törədənin təqsirinin dərəcəsi, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
d) xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
e) inzibati xəta törədənin şəxsiyyəti, təqsirinin dərəcəsi, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
216. Vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən nələr nəzərə alınır?
a) xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
b) xətanın xarakteri, onun törədilməsi halları, xəta törədənin tutduğu vəzifə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
c) xətanın xarakteri, inzibati xəta törədənin tutduğu vəzifə və təqsirinin dərəcəsi, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
d) xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti və tutduğu vəzifə, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
e) inzibati xəta törədənin şəxsiyyəti və tutduğu vəzifə, təqsirinin dərəcəsi, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
217. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən nələr nəzərə alınır?
a) xətanın xarakteri, inzibati xəta törədənin maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
b) xətanın xarakteri, törədilməsi halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
c) xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
d) xətanın xarakteri, inzibati xəta törədənin təqsirinin dərəcəsi, maliyyə və əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
e) işin bütün halları
218. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs hansı hallarda öz təqsirsizliyini sübut etməyə borcludur?
a) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir
b) inzibati məsuliyyətə cəlb olunmuş şəxs bütün hallardaöz təqsirsizliyini sübut etməyə borcludur
c) inzibati məsuliyyətə cəlb olunmuş şəxs yalnız şahidlər olmadıqda öz təqsirsizliyini sübut etməyə borcludur
d) inzibati məsuliyyətə cəlb olunmuş şəxs yalnız müstəsna hallardaöz təqsirsizliyini sübut etməyə borcludur
e) inzibati məsuliyyətə cəlb olunmuş şəxs yalnız məhkəmənin tələb etdiyi hallardaöz təqsirsizliyini sübut etməyə borcludur
219. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr hansı hallarda onun xeyrinə həll olunmur?
a) inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr bütün hallarda onun xeyrinə həll olunur
b) həmin şəxsin inzibati xəta törətməsi hadisəni gözü ilə görən şahidlər tərəfindən təsdiq edildikdə
c) həmin şəxsin inzibati xəta törətməsi maddi sübutlarla təsdiq edildikdə
d) şəxs inzibati xəta törətdiyini etiraf etdikdə
e) inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr heç bir halda onun xeyrinə həll olunmur
220. İnzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi nə hesab olunur?
a) məsuliyyəti yüngülləşdirən hal
b) məsuliyyəti ağırlaşdıran hal
c) məsuliyyəti istisna edən hal
d) məsuliyyətdən azad etmək üçün əsas
e) bəraətverici hal
221. İnzibati tənbeh tətbiq edən subyekt nədən asılı olaraq inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər?
a) törədilən xətanın xarakterindən
b) xətanın törədilməsi hallarından
c) xəta törədənin şəxsiyyətindən
d) vurulan zərərin miqdarından
e) sadalanan halların hamısından
222. İnzibati məsuliyyətə cəlb etmənin ümumi müddəti nə qədərdir?
a) inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək
b) inzibati xətanın törədildiyi gündən ən geci bir ay keçənədək
c) inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək
d) inzibati xətanın törədildiyi gündən ən geci altı ay keçənədək
e) inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək
223. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci hansı müddət keçənədək verilə bilər?
a) bir il
b) altı ay
c) iki il
d) üç il
e) beş il
224. Davam edən inzibati xətalara görə inzibati tənbeh hansı müddətdə verilə bilər?
a) onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək
b) onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək, lakin başlandığı gündən bir ildən çox olmamaq şərtilə
c) onun aşkara çıxarıldığı gündən ən geci bir il keçənədək
d) onun başlandığı gündən ən geci üç il keçənədək
e) onun başlandığı gündən ən geci iki il keçənədək
225. Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs nə zaman inzibati məsuliyyətə cəlb edilməmiş sayılır?
a) tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə
b) tənbehin icrasının qurtardığı gündən etibarən üç ay ərzində yeni inzibati xəta törətməmişsə
c) tənbehin icrasının qurtardığı gündən etibarən altı ay ərzində yeni inzibati xəta törətməmişsə
d) tənbehin icrasının qurtardığı gündən etibarən üç il ərzində yeni inzibati xəta törətməmişsə
e) tənbehin icrasının qurtardığı gündən
226. Səlahiyyətli subyekt inzibati xəta haqqında işə baxarkən hansı hallarda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər?
a) vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda
b) zərərçəkənin ərizəsinə əsasən
c) vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə iddia qaldırıldıqda
d) vurulmuş əmlak zərəri az miqdarda olduqda
e) tərəflər arasında barəşıq sazişi olduqda
227. Bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda məsələ necə həll edilir?
a) həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir
b) həmin şəxs növbə ilə yerinə yetirmək şərtilə hər bir inzibati xətaya görə ayrılıqda tənbeh edilir
c) həmin şəxs hər bir inzibati xətaya görə ayrılıqda tənbeh edilir və nisbətən yüngül tənbehlər daha ağırı ilə əvəzlənir
d) həmin şəxs hər bir inzibati xətaya görə ayrılıqda tənbeh edilir, sonra isə həmin tənbehlər toplanır
e) həmin şəxs hər bir inzibati xətaya görə ayrılıqda tənbeh edilir, sonra isə həmin tənbehlər daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərsivəsində toplanaraq qəti tənbeh müəyyən edilir
228. Vətəndaşların seçki hüquqlarını pozan aşağıdakı hərəkətlərdən hansı inzibati məsuliyyətə səbəb olur?
a) seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsi
b) seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma
c) seçki hüququnun həyata keçirilməsinə mane olma
d) vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərin hamısı inzibati məsuliyyətə səbəb olur
e) vətəndaşların seçki hüquqlarını pozan hərəkətlər inzibati deyil, cinayət məsuliyyətinə səbəb olur?
229. Müşahidəçilərin və vəkil edilmiş şəxslərin seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə hansı məsuliyyət tədbiri tətbiq edilə bilər?
a) inzibati cərimə
b) xəbərdarlıq
c) inzibati həbs
d) seçki komissiyasının üzvü olmaq hüququnun məhdudlaşdırılması
e) cinayət cəzası
230. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma inzibati xətasında məqsəd nədir?
a) seçkinin nəticəsinə təsir göstərmək
b) namizədin seçkili vəzifəyə layiq olmadığını sübut etmək
c) namizədin əleyhinə təbliğat aparmaq
d) seçicilər arasında namizədi gözdən salmaq
e) sadalananların hamısı
231. Seçki bülletenlərinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə kim inzibati məsuliyyət daşıyır?
a) seçki komissiyalarının katibləri
b) bülletenlərin çap olunduğu poliqrafiya müəssisəsinin rəhbəri
c) seçki komissiyalarının bülletenlərin saxlanmasına məsul olan üzvləri
d) seçki komissiyalarının sədrləri
e) sadalananların hamısı
232. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi inzibati xətasının subyektləri kim ola bilər?
a) seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanının rəhbəri
b) seçicilər haqqında məlumatları təqdim edən məntəqə seçki komissiyasının sədri
c) seçicilər haqqında məlumatları ümumiləşdirib seçki komissiyalarına təqdim edən statistika orqanının rəhbəri
d) dairə seçki komissiyasının sədri
e) dairə seçki komissiyasının katibi
233. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun pozulmasına görə kim məsuliyyət daşıyır?
a) seçki komissiyasının üzvü
b) seçki komissiyasının sədri
c) seçki komissiyasının katibi
d) siyahını tərtib edən müvafiq icra orqanının rəhbəri
e) sadalananların hamısı
234. Seçici siyahılarındakı yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə hansı müddətdə baxılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur?
a) müraciətetmə günündən başlayaraq bir gün müddətinə, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış
b) müraciətetmə günündən başlayaraq bir gün, səsvermə günü isə 3 saat müddətinə, lakin səsvermə qurtarmamış
c) müraciətetmə günündən başlayaraq üç gün, səsvermə günü isə 3 saat müddətinə, lakin səsvermə qurtarmamış
d) vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilikdə nəzərdə tutulan müddətdə
e) müraciət daxil olan kimi dərhal, lakin səsvermə qurtarmamış
235. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə hansı məlumatın verilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması kimi inzibati məsuliyyətə səbəb olmur?
a) məlumatların qəbulunu təsdiq edən siqnallar
b) yuxarı seçki komissiyasının qərarları barədə siqnallar
c) seçki komissiyasının sədrinə verilən tapşırıqlar barədə siqnallar
d) səsvermənin ilkin nəticələrinin verilməsi tələb edən siqnallar
e) sadalananların hamısı
236. Seçici imzalarının toplanması qaydasının pozulması inzibati xətası hansı hərəkətləri əhatə edir?
a) seçici imzalarının toplanmasında mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin iştirak etməsi
b) seçici imzalarının vətəndaşların yaşayış yerlərindən kənarda toplanması
c) seçici imzalarının iş vaxtı toplanması
d) bir seçicinin birdən çox namizədin müdafiəsi üçün imza qoyması
e) sadalananların hamısı
237. Seçkilərdə iştirak etmək üçün kimlərə məzuniyyətin verilməsindən imtina etmə inzibati xəta hesab olunur?
a) qeydə alınmış namizədə, namizədin vəkilinə, seçki komissiyasının üzvünə
b) namizədliyi irəli sürülmüş şəxsə, qeydə alınmış namizədə, seçki komissiyasının üzvünə
c) namizədliyi irəli sürülmüş şəxsə, qeydə alınmış namizədə, namizədin vəkilinə, siyasi partiyanın (siyasi partiyalar blokunun) vəkilinə
d) qeydə alınmış namizədə, namizədin və ya namizədi qeydə alınmış siyasi partiyanın (siyasi partiyalar blokunun) vəkilinə, seçki komissiyasının üzvünə
e) qeydə alınmış namizədə, namizədin və ya namizədi qeydə alınmış siyasi partiyanın (siyasi partiyalar blokunun) səlahiyyətli nümayəndəsinə, seçki komissiyasının üzvünə
238. Teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin vəzifəli şəxsləri tərəfindən qeydə alınmış namizədə şərəf və ləyaqətini müdafiə etmək üçün hansı müddətdə imkan verilməməsi inzibati məsuliyyətə səbəb olur?
a) seçkiqabağı təşviqatın müddəti başa çatana kimi
b) namizədin şərəf və ləyaqətinə toxunan məlumat efirə getdikdən (dərc olunduqdan) sonra 3 gün müddətində
c) namizədin şərəf və ləyaqətinə toxunan məlumat efirə getdikdən (dərc olunduqdan) sonra 5 gün müddətində
d) namizədin şərəf və ləyaqətinə toxunan məlumat efirə getdikdən (dərc olunduqdan) sonra 7 gün müddətində
e) namizədin şərəf və ləyaqətinə toxunan məlumat efirə getdikdən (dərc olunduqdan) sonra 10 gün müddətində
239. Mülkiyyət əleyhinə olan hansı inzibati xətaya görə inzibati həbs tətbiq edilə bilər?
a) xırda talamaya görə
b) yerin təkindən özbaşına istifadəyə görə
c) tarix və mədəniyyət abidələrinin korlanmasına görə
d) əmlakdan qanunsuz istifadəyə görə
e) sadalanan inzibati xətaların hamısına görə
240. Hansılar xırda talamanın üsullarını tam əhatə edir?
a) oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə, dələduzluq
b) oğurlama, mənimsəmə, israfçılıq, hakimiyyət səlahiyyətlərindən və ya qulluq mövqeyindən sui-istifadə
c) oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, dələduzluq
d) oğurlama, mənimsəmə, israfçılıq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, dələduzluq
e) oğurlama, israfçılıq, qulluq mövqeyindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə
241. Xırda talamanın predmetini nə təşkil edir?
a) dəyəri 30 manatdan yuxarı olmayan əmlak
b) dəyəri 30 manatdan yuxarı olan əmlak
c) dəyəri 35 manatdan yuxarı olmayan əmlak
d) dəyəri 40 manatdan yuxarı olmayan əmlak
e) dəyəri 50 manatdan yuxarı olan əmlak
242. Xüsusi razılıq (lisenziya) və ya icazə sənədində nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etmə hansı inzibati xətanın obyektiv tərəfinə aiddir?
a) xüsusi razılıq (lisenziya)və ya icazə olmadan yerin təkindən istifadə etmə
b) yerin təki üzərində mülkiyyət hüququnun pozulması
c) yerin təkindən istifadə qaydalarının pozulması
d) yerin təkindən özbaşına istifadə etmə
e) sadalananların hamısı
243. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə hansı hərəkətlərdə ifadə olunur?
a) lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsi və ya onlardan istifadə edilməsi
b) lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən yol verilən nomadan artıq miqdarda götürülməsi və ya onlardan istifadə edilməsi
c) lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən çoxalma dövründə götürülməsi və ya onlardan istifadə edilməsi
d) lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin xüsusi mühafizə olunan ərazilərdən götürülməsi və ya onlardan istifadə edilməsi
e) lazımi icazə olmadan «qırmızı kitab»a daxil edilmiş heyvan və quş növlərinin təbii mühitdən götürülməsi və ya onlardan istifadə edilməsi
244. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu hansı zolağının altında olan torpaq sahələrinin hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması inzibati xəta kimi məsuliyyətə səbəb olur?
a) sahilboyu 20-50 metrlik zolağının
b) sahilboyu 50-80 metrlik zolağının
c) sahilboyu 80-130 metrlik zolağının
d) sahilboyu 130-150 metrlik zolağının
e) sahilboyu 150-180 metrlik zolağının
245. Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi hansı inzibati xətanın obyektiv tərəfinə aiddir?
a) su obyektlərinin mühafizəsi qaydalarının pozulması
b) su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
c) su obyektlərinin çirkləndirilməsi
d) içməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulması
e) içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
246. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin daşıdığı əşyaların (yüklərin, baqajın) götürülməsi hansı halda inzibati məsuliyyətə səbəb olur?
a) əşyaların aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan götürülməsi
b) əşyaların onun sahibinin icazəsi olmadan götürülməsi
c) əşyaların hava yerli polis orqanlarının icazəsi olmadan götürülməsi
d) əşyaların onun sahibinin icazəsi olmadan götürülməsi
e) sadalanan hərəkətlərin hamısı inzibati məsuliyyətə səbəb olur
247. Yolda müəyyən edilmiş hərəkət sürətinin hansı həddən artıq aşılması ağırlaşdırıcı hal kimi inzibati xətanın tövsifinə təsir edir?
a) 30-60 km/saatadək həddə
b) 15-25 km/saatadək həddə
c) 10-20 km/saatadək həddə
d) 10 km/saatadək həddə
e) sadalananların heç biri ağırlaşdırıcı hal kimi inzibati xətanın tövsifinə təsir etmir
248. “Giriş qadağandır” və “Hərəkət qadağandır” yol nişanları tələblərinin pozulması neçə balla qiymətləndirilir?
a) 3 bal
b) 4 bal
c) 5 bal
d) 6 bal
e) 1 bal
249. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması neçə balla qiymətləndirilir?
a) 5 bal
b) 4 bal
c) 3 bal
d) 10 bal
e) bu inzibati xəta balla qiymətləndirilmir
250. Yol hərəkəti qaydalarının hansı pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir?
a) sərnişin daşıma qaydalarının pozulması
b) əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması
c) yol polisinin nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi
Dostları ilə paylaş: |